Gsc “Azərbaycan Hava Yolları”



Yüklə 225,83 Kb.
tarix21.10.2017
ölçüsü225,83 Kb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən bəyənilmişdir

Direktor__________________F.H.Quliyev

____” _______________ 2014-cü il



Azərbaycan Respublikasının Təhsil Nazirliyinin

­­­____ saylı “____” __________ 2014-cü il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № _____ )

Elektronikanın əsasları”

fənninin proqramı

(bakalavriat səviyyəsi üçün)


Fakültə:

Hava nəqliyyatının uçuş-texniki istismarı

İxtisas:

050627 - Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

İxtisas kafedrası:

Radioelektronika

Fənni tədris edən kafedra:

Radioelektronika



Kurs:

2

Semestr:

4

Kreditlərin sayı:

5

Fənnə ayrılan ümumi saatlar:

150

Auditoriya saatlarının cəmi:

75

o cümlədən:




Mühazirələr:

45 saat

Laboratoriya:

15 saat

Seminar, praktiki məşgələ:

15 saat

Tələbənin auditoriyadankənar işi:

75 saat

BAKI -2014

Elektronikanın əsasları” fənn proqramı


Azərbaycan Respublikasısının Təhsil Nazirliyi tərəfindən
«______» ___________20__-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və

«______» ___________20__-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş

050627 – Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasının tədris planı əsasında tərtib olunmuşdur (ixtisaslaşma - “Nəqliyyat radioavadanlığının texniki istismarı”).
Fənn proqramını tərtib edənlər:
“Radioelektronika” kafedrası, baş müəllim_________F.N.Sultanov

“Radioelektronika” kafedrası, dosent _________ R.A.Həsənov


Fənn proqramı “Radioelektronika” kafedrasının iclasında müzakirə olunmuşdur:
( “____”____________20__-cü il tarixli iclas “____” №-li protokol)

Kafedra müdiri, t.e.d., prof._____________________ A.R. Həsənov

Fənn proqramı MAA-nın “Hava nəqliyyatının uçuş-texniki istismarı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir

( “____”____________20__-cü il tarixli iclas “_____” №-li protokol)

Dekan, t.e.n., dos.______________________________ T.İ.Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir

( “____”____________20__-cü il tarixli iclas “____” №-li protokol)

Sədr, tədris işləri üzrə prorektor, prof._______________Ə.S.Səmədov



Mündəricat

Giriş..............................................................................................................................................................4

1.1. Fənnin tədrisinin məqsədi......................................................................................................................4

1.2. Fənnin tədrisinin əsas vəzifəsi...............................................................................................................4

1.3. Fənn üzrə bilik və bacarıqlara olan tələblər...........................................................................................4

1.4. Fənnin digər fənlərlə əlaqəsi..................................................................................................................4

2. Fənnin məzmunu......................................................................................................................................5

2.1. Fənn üzrə saatların bölüşdürülməsi.......................................................................................................5

2.2. Fənnin mövzular üzrə planı..................................................................................................................5

2.3. Fənnin dərs növləri üzrə paylanması.....................................................................................................6

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi..........................................................................................6

2.3.2. Məşğələ dərslərinin mövzuları və həcmi............................................................................................7

2.3.3. Laboratoriya işlərinin mövzuları........................................................................................................7

2.3.4. Tələbənin sərbəst işlərinin mövzuları və həcmi.................................................................................8

2.3.5. Tələbənin sərbəst işləri (TSİ və Sİ) və nəzarət növləri......................................................................8

3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat.................................................................................9

3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı..........................................9


3.2. Tövsiyə olunan ədəbiyyat....................................................................................................................10

Əsas ədəbiyyat............................................................................................................................................10

Əlavə ədəbiyyat..........................................................................................................................................10

Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050627 – Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisasının “Nəqliyyat radioavadanlığının texniki istismarı” ixtisaslaşması üzrə bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.


    1. 1.1. Fənnin tədrisinin məqsədi



“Elektronikanın əsasları” fənninin tədris olunmasında əsas məqsəd tələbələrə elektronikanın əsasları üzrə biliklər vermək, onlara müasir aviasiya sahəsində geniş tətbiq olunan elektron cihazlardan düzgün və savadlı şəkildə istifadə etməyi öyrətməkdən ibarətdir.



    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi



Fənnin tədrisinin əsas vəzifəsi elektronika haqqında tələbələrə geniş məlumat vermək, laboratoriya məşğələlərinin keçirilməsi, müxtəlif növlü yarımkeçirici cihazların praktikada istifadə üsulları ilə tanışlıqdan ibarətdir. Elektronikanın əsasları kursu uğurlu kadrların hazırlanması, onların ixtisasının artırılması prosesində, aviasiya sənayesində işləyən kadrların maariflənməsində istifadə oluna bilər.
1.3. Fənn üzrə bilik və bacarıqlara olan tələblər
Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları bilməlidirlər:

  • Yarımkeçirici materialların xüsusiyyətlərini

  • Yarımkeçirici cihazların quruluşunu, iş prinsipini və tərtbiq sahələrini

  • Elektron cihazların növlərini, iş prinsipini və funksional imkanlarını

Bacarmalıdırlar:

  • Müasir elektron cihazlarının əsas texniki və istismar xarakteristikalarının təhlilini və hesabatını aparmağı

  • Elektron cihazlarının və onlar əsasında qurulmuş elektron qurğularının tətbiqi metodlarının təhlili və təkmilləşdirilməsi ilə bağlı mühəndis məsələlərini həll etməyi


1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan texniki fənnlərin öyrənilməsində və bakalavr və maqistr buraxılış işlərinin hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.




  1. Fənnin məzmunu

2.1. Fənn üzrə saatların bölüşdürülməsi
“Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasının tədris planına uyğun olaraq «Elektronikanın əsasları» fənni üzrə tədris yükü 75 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 45 saat mühazirəyə, 15 saat məşğələyə və 15 saat laboratoriyalara ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 75 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, laboratoriya, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə qalan 50 bal imtahana ayrılır.

Tədris yükünün 4-cü semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı –5.

2.2. Fənnin mövzular üzrə planı






Mövzunun adı

Dərs yükünün həcmi (saat)


Cəmi


Müha-

zirə


Məş

ğələ


Labora

toriya



TSİ*

Sİ**

yerinə

yetiril-

məsi

1

2

3

4

5

6

7

8

1.

Fənnin məqsədi və məzmunu. Bərk cismin zona nəzəriyyəsinin əsasları. Yarımkeçiricilərdə yükdaşıyıcıların statistikası

11

4

-

-

6

1

2.

Yarımkeçirici diodlar

21

6

2

4

8

1

3.

Bipolyar tranzistorlar

21

6

2

4

8

1

4.

Tiristorlar

7

3

-

-

3

1




Kollokvium №1

4




2




2




5.

Sahə tranzistorları

13

4

2

-

6

1

6.

Yarımkeçirici fotoelektron cihazlar

19

6

-

4

8

1

7.

İYT elektron cihazlar

13

6

-

-

6

1




Kollokvium №2

4




2




2




8.

Elektro vakuum cihazları

13

4

2

-

6

1

9.

Qida mənbələri

6

2

1

-

2

1

10.

Mikroelektronika

14

4

-

3

6

1




Kollokvium №3

4




2




2







Cəmi

150

45

15

15

65

10

TSİ* - tələbənin sərbəst işləməsi üçün tövsiyə olunan saatlar

Sİ** - sərbəst işlər


2.3. Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi




Mövzunun adı

Mühazirə

TSİ

(mühazirələrə hazırlıq)

1

3

4

5

1.

Fənnin məqsədi və məzmunu. Bərk cismin zona nəzəriyyəsinin əsasları. Yarımkeçiricilərdə yükdaşıyıcıların statistikası [1-5]

Bərk cismin enerji zonaları. Kristal üçün Şredinger tənliyi. Kroninq-Penni modeli. Bərk cisimlərin keçirici, dielektrik və yarımkeçiricilərə bölünməsi. Məxsusi yarımkeçiricilər. Aşqarlı yarımkeçiricilər. p-n keçid.



4

3

2.

Yarımkeçirici diodlar [1-7]

Yarımkeçirici diodların quruluşu, klassifikasiyası, məqsədi, əsas xarakteristikaları və iş prinsipi. Diodlarda yer alan fiziki prosseslər. Düzləndirici diodlar, nöqtəvi diodlar, impuls diodları, stabilitronlar, tunel diodları, çevrilmiş diodlar, varikaplar, Şottki diodları, sel uçuşlu diodlar.



6

5

3.

Bipolyar tranzistorlar [1-7]

Bipolyar tranzistorların quruluşu, klassifikasiyası, məqsədi, əsas xarakteristikaları və iş prinsipi. Qoşulma sxemləri və iş rejimləri. Bipolyar tranzistorun statik xarakteristikaları.



6

5

4.

Tiristorlar [1-7]

Tiristorların quruluşu, klassifikasiyası, məqsədi, əsas xarakteristikaları və iş prinsipi. Tiristorlarda keçid prossesləri. Dinistorların, trinistorların və simmetrik tiristorların xarakteristikaları və parametrləri.



3

2

5.

Sahə tranzistorları [1-7]

Sahə tranzistorlarının quruluşu, klassifikasiyası, məqsədi, əsas xarakteristikaları və iş prinsipi. Qoşulma sxemləri və iş rejimləri.



4

3

6.

Yarımkeçirici fotoelektron cihazlar [1-7]

Ümumi müddəalar. Yarımkeçirici fotoqəbuledicilər və işıq diodları. Optoelektron cütlər.



6

5

7.

İYT elektron cihazlar [1-7, 12]

Ümumi müddəalar. Yarımkeçirici İYT diodlar. Klistron. Maqnetron. Qaçan dalğa lampası.



6

5

8.

Elektro vakuum cihazları [1-7, 12]

Elektrovakuum cihazların klassifikasiyası. Elektron və ion cihazlar. İkielektrodlu lampa- diod. Üçelektrodlu lampa- triod. İndikator cihazları.



4

3

9.

Qida mənbələri [8-11]

Qida mənbələrinin quruluşu, klassifikasiyası, məqsədi, əsas xarakteristikaları və iş prinsipi.



2

1

10.

Mikroelektronika [6]

İnteqral sxemlər və onların hazırlanma texnologiyaları.



4

3




Fənn üzrə cəmi

45

35


2.3.2. Məşğələ dərslərinin mövzuları və həcmi





Mövzunun adı

Auditor saatlar

TSİ

(seminara hazırlıq)

1

3

4

5

1.

Yükdaşıyıcıların elektrik sahəsində hərəkəti

2

2

2.

Yarımkeçirici diodlar üzərində yığılmış sxemlər

2

2




Kollokvium №1

2

2

3.

Bipolyar tranzistorlar üzərində yığılmış sxemlər

2

2




Kollokvium №2

2

2

4.

Sahə tranzistorları üzərində yığılmış sxemlər

3

3




Kollokvium №3

2

2




Fənn üzrə cəmi

15

15


2.3.3. Laboratoriya işlərinin mövzuları




Laboratoriya işinin adı

Auditor saatlar

TSI

(saat)


1

Yarımkeçirici diodun öyrənilməsi

4

4

2

Yarımkeçirici stabilitronun öyrənilməsi

4

4

3

Tunel diodunun öyrənilməsi

4

4

4

Bipolyar tranzistorun ümumi emitterli sxeminin öyrənilməsi

3

3




Cəmi

15

15


2.3.4. Tələbənin sərbəst işlərinin mövzuları və həcmi
Fənn programında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş (Sİ) yerinə yetirilməlidir. Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar Sİ-in hazırlanmasında öz əksini tapmalıdır.

Sərbəst işin həcmi, tərtibatı və qiymətləndirilməsinin kriteriyaları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst işin yerinə yetirilməsi tapşırığı verilir. Sərbəst işlərin tapşırıqları müxtəlif formada (referat, mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama-cədvəl işləri və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir və fakültə dekanı tərəfindən təsdiq edilir.

Sərbəst işlər üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditor saatlardan kənar saatlarda keçirilir.


Sərbəst işlərin nümunəvi mövzuları




Mövzunun adi və ədəbiyyatın şifri

TSI

(saat)

1.

Bərk cismin enerji zonaları

1

2.

Yarımkeçirici diodlar

1

3.

Bipolyar tranzistorlar

1

4.

Tiristorlar

1

5.

Sahə tranzistorları

1

6.

Yarımkeçirici fotoelektron cihazlar

1

7.

İYT elektron cihazlar

1

8.

Elektro vakuum cihazları

1

9.

Qida mənbələri

1

10.

Mikroelektronika

1




Cəmi

10


2.3.5. Tələbənin sərbəst işləri ((TSİ və Sİ)) və nəzarət növləri


Həf­tə­-nin

№-si


Tələbənin sərbəst işinin məzmunu

TSİ-nin həcmi (saat)

Nəzarətin növü

Nəzarət keçi­rilən həftənin №-si

1

1 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

1

1

1 №-li Məşğələ dərsi

2

CN

1

1

1 №-li laboratoriya işi

2

CN

1

2

1 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

2

2

1 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN

2

2

2 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

2

3

2 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

3

3

2 №-li Məşğələ dərsi

2

CN

3

3

1 №-li laboratoriya işi (davamı)

2

CN

3

3

2 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

3

4

2 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN

4

4

3 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

4

5

3 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

5

5

3 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

5

5

Kollokvium №1

2

CN

5

5

2 №-li laboratoriya işi

2

CN

5

6

4 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

6

6

3 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN

6

6

4 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

6

7

5 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

7

7

5 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

7

7

3 №-li Məşğələ dərsi

2

CN

7

7

2 №-li laboratoriya işi (davamı)

2

CN

7

8

5 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN

8

8

6 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

8

8

6 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

8

9

6 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

9

9

7 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

9

9

Kollokvium №2

2

CN

9

9

3 №-li laboratoriya işi

2

CN

9

10

6 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN

10

10

7 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

10

11

8 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

11

11

7 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

11

11

4 №-li Məşğələ dərsi

2

CN

11

11

3 №-li laboratoriya işi (davamı)

2

CN

11

12

7№-li mövzunun materiallarının öyrənilməsi

1

CN

12

12

8 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

12

13

9 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

13

13

8 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN

13

13

Kollokvium №3

2

CN

13

13

4 №-li laboratoriya işi

2

CN

13

14

9 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN

14

14

10 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

14

14

10 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

14

15

10 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN

15

15

4 №-li Məşğələ dərsi

1

CN

15

15

4 №-li laboratoriya işi (davamı)

1

CN

15




Fənn üzrə cəmi

75






*CN – cari nəzarət (məşğələ dərslərində cavabların və kollokviumların qiymətləndirilməsi)



3. Fənn üzrə tədris-metodiki materiallar və ədəbiyyat




3.1. Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı







Adı

Mövzu planı üzrə mövzunun şifri

Miqdarı

1

Slaydlar




Elektron

2

Laboratoriya stendləri




4

3

Fənnin öyrənilməsinə dair metodiki göstərişlər




Elektron və çap nüsxəsi

4

Fənn üzrə kurs işlərinin yazılmasına dair metodiki göstərişlər




-


3.2. Tövsiyə olunan ədəbiyyat

Əsas ədəbiyyat


  1. Bədəlov A.Z., Axundov M.R. “Bərk cisim elektronikası” Mingəçevir, 2003, 110s.

  2. Paşayev A.M., Hacıyev N.C., Nəbiyev R.N. Elektronikanın əsasları. B., 2003,271s.

  3. İskəndərzadə Z.Ə., Axundov M.R., Bədəlov A.Z., Bərk cisim elektronikası B., 1992, 198s.

  4. Hümbətov R.T. Elektronika B.,2002 283s. c., 283s. c.

  5. А.А.Щука «Электроника», Санкт-Петербург, 2005

  6. Нанотехнологии в электронике: Монография (под ред. Чаплыгина Ю.А.), Техносфера МИЭТ, 2005, 400с.

  7. Гуртов В.А «Твердотельная электроника» М. 2008, 400с.

  8. Руденко В.С., Сенко В.И., Трифонюк В.В. Основы промышленной электроники. (учебное пособие для вузов). Киев, «Высшая школа», 1985, 400с.

  9. Герасимов В.Г., Князков О.М., И др. Основы промышленной электроники. (Учебник для вузов). «Высшая школа». 1986. 335с.

  10. Верещака А.И., Олянюк П.В. Авиационная радиоэлектроника, средства связи и радионавигации. Учебник для вузов. М., Транспорт, 1993, 343с.

  11. Олянюк П.В., Грачев В.В. Авиационное радиооборудование. М., Транспорт, 1989, 320с.

  12. Федотов В.И. Основы электроники: Учеб. пособие для учащихся неэлектротехн. спец. техникумов.- М.: Высш. шк., 1990.- 288 с.: ил.


Əlavə ədəbiyyat


  1. Авиационная радиоэлектроника. В.А.Бойцов, Н.А.Быков, А.И.Верещака и др. М., Машиностроение, 1984, 232с.

  2. Нефёдов В.И. Основы радиоэлектроники. М., Высшая школа, 2000, 399с.






Yüklə 225,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə