Gsc “Azərbaycan Hava Yolları”



Yüklə 184,98 Kb.
tarix22.10.2017
ölçüsü184,98 Kb.
#10405

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Milli Aviasiya Akademiyası


Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən

bəyənilmişdir

Direktor müavini_________H.M.Əliyev

“___”___________2015-ci il.




Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____saylı“____”_______ 2015-ci il tarixli qərarı ilə təsdiq edilmişdir (protokol № ___)


Bakalavr hazırlığı üçün
AEROLOGİYA”
fənnİnİn PROQRAMI


Fakültə:

Hava nəqliyyatı

İxtisas:

050507 - Hidrometeorologiya

İxtisas kafedrası:

Aviasiya meteorologiyası

Fənni tədris edən kafedra:

Aviasiya meteorologiyası



Kurs:

4

Semestr:

7

Kreditlərin sayı:

3

Fənnə ayrılan ümumi saatlar:

90

Auditoriya saatlarının cəmi:

45

o cümlədən:




Mühazirələr:

30 saat

Laboratoriya:

-

Seminar, praktiki məşgələ:

15 saat

Tələbənin auditoriyadankənar işi:

45 saat


BAKI -2015

“Aerologiya” fənn proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən


«____» ________ 2014-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və
«____» _______ 2014-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş

050507 – “Hidrometeorologiya” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur

(ixtisaslaşması- “Aviasiya meteorologiyası”)

Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” kafedrasının müəllimi ___________ R.G. Mürsəlov

Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur:

( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)
Kafedra müdiri, t.e.d.,prof._______________ N. Ş.Hüseynov

Fənn proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuşdur və bəyənilmişdir


( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Dekan, t.e.n. dos. _________________________T.İ.Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir


( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)

Sədr, tədris işləri üzrə prorektor, t.e.d., prof._______________Ə.S.Səmədov


Mündəricat

Giriş


  1. Ümumi qaydalar

    1. 1.1 Fənnin tədrisinin məqsədi

    2. 1.2 Fənnin tədrisinin əsas vəzifələri

1.3 Fənn üzrə bilik və bacarıqlara tələblər

1.4 Fənnin digər fənlərlə əlaqəsi

2. Fənnin məzmunu

2.1 Fənn üzrə saatların bölüşdürülməsi

2.2 Fənnin mövzular üzrə planı

2.3 Fənnin dərs növləri üzrə paylanması

2.3.1 Mühazirə dərslərinin mövzuları və həcmi

2.3.2 Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi

2.3.3 Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi

2.3.4 Tələbələrin sərbəst işlərinə nəzarət növləri

3. Fənn üzrə tədris-metodiki materiallar

3.1 Tövsiyə olunan ədəbiyyat

3.2 Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı

Giriş
Fənn proqramı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050507 – Hidrometeorologiya ixtisasının “Aviasiya meteorologiyası” ixtisaslaşması üzrə bakalavr hazırlığı üçün tərtib olunmuşdur. Proqrama fənnin tədrisinin mərhələlər üzrə məzmunu və həcmi daxildir.

Fənn proqramı əsasında işçi proqram (sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.


  1. Ümumi qaydalar




    1. 1.1. Fənnin tədrisinin məqsədi



“Aerologiya” fənninin tədris olunmasında əsas məqsəd tələbələrə atmosferin müxtəlif qatlarında baş verən hadisələrin öyrənilməsi, onlar arasında əlaqələrin, atmosferin tərkibinin və strukturunun, temperatur rejmiminin və hava axınlarının müxtəlif hündürlükdə dəyişikliklərini tam izahını verməkdir.


    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi



Fənnin tədrisinin əsas vəzifəsi tələbələrin aerologiya fənni haqqında ümumi biliklərə yiyələnməsini təmin etmək, sərbəst atmosferdə və yüksəkliklərdə baş verən proseslərin səbəblərini öyrətməkdir. Bundan əlavə tələbələrə aeroloji ölçmələrin aparılması üçün istifadə olunacaq müasir avadanlıqların növləri və iş prinsipləri haqqında məlumat veriləcəkdir.
1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər
Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları

bilməlidirlər:

  • Atmosferin şaquli qatı haqqında məlumat ;

  • Atmosferdə istilik enerjisi, dayanıqlıq və dayanıqsızlıq, radiasiya rejimi və atmosfer rejimi haqqında anlayış;

  • Aeroloji müşahidə sistemləri və növləri haqqında biliklərə sahib olmalıdırlar, onların iş prinsipini dərindən öyrənməlidirlər;


bacarmalıdırlar:

  • Aeroloji diaqramları qurmaq və onları oxumaq;

  • KN-04 kodunu öyrənmək ;

1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan meteoroloji fənnlərin öyrənilməsində və bakalavr və magistr buraxılış işlərinin hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.




  1. Fənnin məzmunu


2.1 Fənn üzrə saatların bölüşdürülməsi
«Hidrometeorologiya» ixtisasının tədris planına uyğun olaraq «Aerologiya» fənni üzrə tədris yükü 45 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 30 saat mühazirəyə, 15 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 45 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə qalan 50 ball imtahana ayrılır.

Tədris yükünün 7-ci semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 3.


    1. Fənnin mövzular üzrə planı





Mövzunun adı



Dərs yükünün həcmi (saat)

Cəmi

Müha-

zirə


Məş

ğələ


Labora

toriya



TSİ*

Sİ**

yerinə


yetiril-

məsi


1

2

3

4

5

6

7

8



Giriş. Kursun məqsəd və vəzifələri. Atmosferin müxtəlif təbəqələrində baş verən fiziki proseslər və onların atmosfer qazlarının kimyəvi tərkibinin məkan-zaman

paylanmalarına təsiri.



5

2

-

-

2

1



Atmosferin yuxarı təbəqələrnin radiasiya rejimi

7

2

1

-

3

1



Atmosferin radioaktivliyi

3

2

 

-

1

-



Sərbəst atmosferin istilik rejimi

7

2

1

-

3

1



Atmosferdə baş verən optik hadisələr

5

2

-

-

2

1




Kollokvium №1

4

-

2

-

2

 



Aeroloji müşahidə sistemləri

7

2

1

-

3

1



Radiozond müşahidələrinin aparılmasının əsasları. Radiozondun buraxılması öncəsi hazırlıq işlərinin təsnifatı.

2

2

-

-

-

-



Radiozond məlumatının işlənməsi

9

4

1

-

3

1




Kollokvium №2

4

-

2

-

2

-



Aeroloji dioqramların kordinat sisteminin açıqlanması

7

2

1

-

3

1



Aeroloji diaqram vasitəsilə rütubətliklə əlaqəli meteoroloji dəyişmələrin təyin edilməsi

7

2

1

 

3

1



Aeroloji diaqram vasitəsilə atmosferin dayanıqlıq və dayanıqsızlıq vəziyyətinin təhlili

10

4

2

-

3

1



Aeroloji diaqram vasitəsilə təhlükəli meteoroloji hadisələrin təhlili

9

4

1

 

3

1




Kollokvium №3

4

-

2

-

2

-




Cəmi

90

30

15

-

35

10

TSİ* - tələbənin sərbəst işləməsi üçün tövsiyə olunan saatlar

Sİ** - sərbəst işlər
2.3 Fənnin dərs növləri üzrə paylanması

2.3.1. Mühazirə dərslərinin mövzuları və həcmi




Mövzu və ədəbiyyatın şifri

Auditor saatlar

TSİ

(mühazirələrə hazırlıq)

1

2

3

4



Giriş. Kursun məqsəd və əvəzifələri. Atmosferin müxtəlif təbəqələrində baş verən fiziki proseslər və onların atmosfer qazlarının kimyəvi tərkibinin məkan-zaman paylanmalarına təsiri.

Aerologiyanın sərbəst armosferin fizikasının öyrənən elm kimi. Kursun məqsəd və vəzifələri. Aerologiyanın digər fənlərlə əlaqəsi. Sərbəst atmosferin tədqiqat üsulları. Aerologiyanın inkişaf tarixi.Troposferdə baş verən proseslər. Tropopauzada baş verən proseslər. Stratosferdə baş verən proseslər. Mezasfordə baş verən proseslər. Termosferdə baş verən proseslər. Ekzosferdə baş verən proseslər. Yer səthində atmosfer qazlarının məkan-zaman paylanması. Ozonun əmələ gəlməsinin foto kimyəvi nəzəriyyəsinin əsasları. Sərbəst atmosferdə su buxarının paylanması xüsusiyyətləri. Atmosferdəki əsas qazların paylanması xüsusiyyətləri.



2

1



Atmosferin yuxarı təbəqələrnin radiasiya rejimi

Günəş enerjisininatmosfer tərəfindən udulması və onun qızması. Sərbəst atmosferdə baş verən radiasiya proseslərinin xüsusiyyətləri. Qısadalğalı radiasiya. Səpələnən radiasiya. Uzundalğalı radiasiya. Sərbəst atmosferin radiasiya balansı.



2

1



Atmosferin radioaktivliyi

Yer və su səthindən atmosferə daxil olan radioaktivlik. Kosmik və günəş radiasiya fəaliyyəti ilə bağlı radioaktivlik. Antropogen radioaktivliyi



2

1



Sərbəst atmosferin istilik rejimi

Troposferdə temperatur qradientləri. Temperatur inversiyaları və onların xarakteristikaları. Temperaturun zaman-məkan paylanması. Sərbəst atmosferdə temperaturun şaquli paylanmasının hesablanamsı. Stratosferin və mezosferin temperaturu. Termosferin istilik rejimi.



2

1



Atmosferdə baş verən optik hadisələr

Atmosfer tərəfindən səpələnmiş işığın parlaqlığı və qütbləşmə. Yer səthinin işıqlandırılması. Atmosferdə Görünüş. Optik hadisələri.



2

1



Aeroloji müşahidə sistemləri

Ümumi məlumat. Radiozond və radiozond sistemi. Meteoroloji radarlar . Dopler radiolakatorları. Meteoroloji peyk sistemləri. Atmosferin yüksəkliklərindən aşağıya zondlama. Hava Gəmilərindən alınan məluamtlar. Sabit səviyyə şarları. Gəmi zondlama sistemləri. Külək-zondlama sistemləri. Raket zondlama sistemləri.



2

1



Radiozond müşahidələrinin aparılmasının əsasları

Ümumi məlumat. Radiozond stansiyaları şəbəkəsi. Uçuş sistemləri və uçuş heyəti. Meteoroloji hava şarı. Şar doldurma qazları. Təhlükəsizlik standartları. Paraşüt və işıqlandırma sistemləri. Radiozond cihazları. Meteoroloji sensorlar. Radiozondun hərəkətinə görə külək haqqında məlumatın alınması. GPS sistemi. LORAN-C sistemi.Yer sistemləri. Qəbul edicilər (antenalar).



2

2



Radiozond məlumatının kodlaşdırılması və işlənməsi

Ümumi məlumat. Termodinamik səviyyələrə görə səviyyə seçimi. Standart təzyiq sahələri. Verilməsi vacib olan meteoroloji səviyyələr. Qayıb olan istilik səviyyələri. Dayanıqsızlıq indekslərində istifadə olunan başlanğıc təzyiq sahələri. Donma səviyyələri. Super quruadiabatik temperatur qradienti. Külək məlumatlarının seçimi. Şırnaq axımları səviyyələri. Külək sürüşmələri. Tropopauzanın təyin edilməsi. KN-04. Kodların təyinatı. Ümumi qeydlər. Aeroloji stansiyalarda aparılan müşahidələrə aid bilgilər. Standart izobarik səthlər. Tropopauza səviyyəsi. Maksimal külək səviyyələr.



4

1



Aeroloji dioqramların kordinat sisteminin açıqlanması

Ümumi məlumat. İzobarlar. İzotermlər. Quru adiabatlar. Rütubətli adiabatlar. Depeqram. İCAO-nun standart atmosfer yüksəklik şkalası. Külək şkalası. Diaqramın işlənməsi.



2

1



Aeroloji diaqram vasitəsilə rütubətliklə əlaqəli meteoroloji dəyişmələrin təyin edilməsi

Faktiki rütubətlik. Doyma rütubətliyi. Su buxarının elastikliyi. Doymuş su buxarının elastikliyi. Nisbi rütubətlik. Potensial temperatur. Şeh nöqtəsi.



2

1



Aeroloji diaqram vasitəsilə atmosferin dayanıqlıq və dayanıqsızlıq vəziyyətinin təhlili

Ümumi məlumat. Parsell üsulu. CI indeski. Cape indeksi. Şoualter indeksi. Lifted indeksi. K indeksi. Boyden indeksi. TT indeksi.



4

1



Aeroloji diaqram vasitəsilə təhlükəli meteoroloji hadisələrin təhlili

Diaqram vasitəsilə külək şəraitinin müəyyənləşdirilməsi. Açıq havada külək sürüşməsini təyini. Külək sürüşmələri nəticəsində yaranan turbulentliyin təyini. Konvektiv turbulentliyin təyini. Açıq hava turbulentliyinin təyini. Rütubətli havada buzlaşma şəraiti. Konvektiv buludlarda buzlaşma şəraitində buzlaşmanın təyini. Dumanın təhlili.



4

1



2.3.2. Məşğələ dərslərinin mövzuları və həcmi





Mövzunun adı

Auditor saatlar

TSİ

(seminar

lara hazırlıq)

1.

Kursun məqsəd və əvəzifələri. Aeroloji tədqiqatların nəticələrinin aviasiya meteorologiyasında tətbiqi məsələləri. Atmosferin müxtəlif təbəqələrində baş verən fiziki proseslər.

1

1

2.

Atmosfer qazlarının kimyəvi tərkibinin məkan-zaman paylanmalarına təsir edən fiziki proseslər. Atmosferin radioaktivliyi.

1

1

3.

Kollokvium № 1

2

2

4.

Atmosferin yuxarı təbəqələrnin radiasiya rejimi. Sərbəst atmosferin istilik rejimi. Sərbəst atmosferdə hava axını. Aeroloji müşahidə sistemləri.

1

1

5.

Radiozondun buraxılması öncəsi hazırlıq işlərinin təsnifatı. Radiozond məlumatının işlənməsi.

1

1

6.

Kollokvium № 2

2

2

7.

Aeroloji diaqramların qurulmasının təhlili və diaqnozu.

5

2

8.

Kollokvium № 3

2

2




Cəmi

15

12



2.3.3 Tələbənin sərbəst işlərinin (Sİ) mövzuları və həcmi
Fənn programında nəzərdə tutulmuş mövzuların mənimsənilməsini möhkəmləndirmək məqsədi ilə sərbəst iş (Sİ) yerinə yetirilməlidir. Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar Sİ-in hazırlanmasında öz əksini tapmalıdır.

Sərbəst işin həcmi, tərtibatı və qiymətləndirilməsinin kriteriyaları sillabusda izah olunur.

Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst işin yerinə yetirilməsi tapşırığı verilir. Sərbəst işlərin tapşırıqları müxtəlif formada (referat, mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar, sxemlərin və ya modellərin işlənilməsi, fənn üzrə hesablama cədvəlləri, qrafiki işlər və s.) ola bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir, kafedra iclasında müzakirə edilir və fakültə dekanı tərəfindən təsdiq edilir.

Sərbəst işlər üzrə məqbullar fənni tədris edən müəllim tərəfindən auditor saatlardan kənar saatlarda keçirilir.



Sərbəst işlərin nümunəvi mövzuları




Mövzunun adı və ədəbiyyatın şifri

TSİ

(saat)

1.

Təyyarələrin turbulent həssaslığı

1

2.

Turbulentliyin yaranma səbəbləri

1

3.

Turbulentliyin intensivlik səviyyələri

1

4.

Buzlaşmanın yaranması üçün əlverişsiz hava şəraiti

1

5.

Buzlaşmanın yaranması üçün əlverişli hava şəraiti

1

6.

Hündürlük üzrə standart atmosfer təzyiqinin və temperaturun dəyişməsi

1

7.

Şiddətli tufan göstəriciləri

1

8.

Temperturun lokal deyişmələri

1

9.

İnsan amilinin atmosferə təsiri

1

10.

Rütubətlilik və kondensasiya

1


2.3.4. Tələbənin sərbəst işi (TSİ) və nəzarət növləri


Həftə

nin

-si




Tələbənin sərbəst işinin məzmunu

TSI-

nin həcmi (saat)

Nəzarətin növü

Nəzarət keçirilən həftənin №-si

1

2

3

4

5

1

1 №-li mövzunun materiallarının öyrənilməsi

1

CN

1

1

2№-li mövzunun materiallarının öyrənilməsi

1

CN

1

2

1 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

2

3

3№-li mövzunun materiallarının öyrənilməsi

1

CN

3

3

2 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

3

3

4№-li mövzunun materiallarının öyrənilməsi

2

CN

3

4

5№-li mövzunun materiallarının öyrənilməsi

2

CN

4

5

1№-li məşğələ dərsinə hazırlıq

1

CN

5

5

3№-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

5

5

Kollokvium №1

2

CN

5

6

6 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

6

6

4 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

6

7

7 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

7

7

8 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

7

8

5 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

8

8

6 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

8

9

6 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

9

9

9 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

9

9

2 №-li məşğələ dərsinə hazırlıq

1

CN

9

10

Kollokvium №2

2

CN

10

11

10 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

11

11

7, 8 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

11

11

11 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

11

12

9 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

12

12

11 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

12

13

3 №-li məşğələ dərsinə hazırlıq

1

CN

13

13

12 №-li mövzunun materiallarının öyrənilməsi

2

CN

13

14

4 №-li məşğələ dərsinə hazırlıq

2

CN

14

15

10 №-li Sİ-in hazırlanması və təhvil verilməsi

1

Məqbul

15

15

Kollokvium №3

2

CN

15




Fənn üzrə cəmi

45







*CN – cari nəzarət (məşğələ dərslərində cavabların və kollokviumların qiymətləndirilməsi)





  1. Fənn üzrə tədris-metodiki materiallar

3.1. Tövsiyə olunan ədəbiyyat

Əsas ədəbiyyat

  1. American Air Force Weather Agency. 2001. “Convective Weather Trainee Workbook”.

  2. American The Ofiice of the Federal Coordinator for Meteorology (OFCM). 1997. “Federal Meteorological Handbook №3. Rawinsonde and Pibal observations”.

  3. American Air Force Weather Agency. 2003. “Meteorological Techniques”.

  4. Türkiye Cumhuriyyeti Devlet Meteoroloji işleri genel müdürlüğü. 2009. “Ravinsonde ve pilot balon rasatı”.

  5. Türkiye Cumhuriyyeti Devlet Meteoroloji işleri genel müdürlüğü. Nizammetin Çimen, Yüksel Yağan, Ömer Polatkan. 2007. “Aeroloji”.

  6. N.Ş.Hüseynov “Sinoptik Meteorologiya”. 2012.

  7. Зайцева Н.А. “Аэрология”. - Л.: Гидрометеоиздат, 1990


Əlavə ədəbiyyat

  1. Павлов Н.Ф. “Аэрология, радиометеорология и техника безопасности”: Учебное пособие - Л.: Гидрометеоиздат, 1980

  2. Киселев В.М. и др. “Практикум по аэрологии и радиометеорологии”. – Л.: Гидрометеоиздат, 1986

  3. www.wikipedia.org

  4. http://www.eiu.edu

  5. http://disc.sci.gsfc.nasa.gov

  6. http://apollo.lsc.vsc.edu

  7. http://www.mgm.gov.tr/genel/sss.aspx?s=atmosfer





Yüklə 184,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin