Gübrələr və onlardan istifadə



Yüklə 150,24 Kb.
səhifə1/4
tarix01.01.2022
ölçüsü150,24 Kb.
#105529
  1   2   3   4

Qəbələ Peşə məktəbi

“Gübrələr və onlardan istifadə” modulu üzrə

suallar


  1. Bitkidə azot çatışmazlığının və ya artıqlığının ən asan nişanəsi nə ilə müəyyən olunur?

  1. Yarpaqların rəngi ilə

  2. Kökün quruluşu ilə

  3. Azotun miqdarına görə

  4. Çiçəyin quruluşuna görə



  1. Aşağıdakı halların hansı bitkidə azot artıqlığı zamanı meydana çıxır?

  1. Bitkinin böyüməsi və inkişafı ləngiyir

  2. Meyvələr yaxşı böyümür, içi boş olur

  3. Vegetativ orqanların güclü böyüməsinə səbəb olur

  4. Yarpaqlar açıq-yaşıl rəngdə olur.



  1. Bitkinin yarpaqlarında maqnezium və kalium çatışmazlığının əlamətləri demək olar ki, oxşardır, yəni hər iki elementin çatışmazlığından yarpaqda sarı ləkələr əmələ gəlir. Bunları bir-birindən necə fərqləndirmək olar?

  1. Kalium çatışmadıqda yarpaqların kənarı, maqnezium çatışmadıqda isə yarpaqlarda damarlar arası saralır.

  2. Maqnezium çatışmadıqda yarpaqların kənarı, kalium çatışmadıqda isə yarpaqlarda damarlar arası saralır.

  3. Kalium çatışmadıqda yarpaqların kənarı qaralır, maqnezium çatışmadıqda isə yarpaqlarda damarlar arasında göy rəng olur.

  4. Kalium çatışmadıqda yarpaqların kənarı, maqnezium çatışmadıqda isə yarpaqlarda damarlar arası qızarır.



  1. Bitkilərdə çiçəklənmənin zəif getməsi və meyvələrin xirda qalması, əsasən, hansı elementin çatışmazlığından irəli gəlir?

  1. Azot

  2. Kükürd

  3. Fosfor

  4. Kadmium



  1. Bitkidə daha çox vegetativ kütlə əmələ gəlir, yarpaqlar tünd yaşıl rəngdə olur. Bu əlamətlər bitkidə hansı elementin çoxluğu nəticəsində əmələ gəlir?

  1. Fosfor

  2. Kalium

  3. Azot

  4. Kalsium



  1. Aşağıda verilmiş fikirlərdən hansı doğrudur?

  1. Fosfor bitkilər üçün ən mühüm mikroelement hesab olunur.

  2. Bitkilərin daha az tələb etdiyi elementlər qrupu makroelementlər adlanır.

  3. Fosfor çatışmadıqda bitkidə daha çox vegetativ kütlə əmələ gəlir.

  4. Bitkilər üçün azotun əhəmiyyəti birinci növbədə onunla izah edilir ki, o zülalın tərkibinə daxildir.



  1. Pomidor bitkisində ......... çatışmadıqda meyvələr xırda olur, meyvələrin uc hissəsində əvvəlcə qəhvəyi-qonur ləkələr əmələ gəlir.

  1. Kalium B) kalsium C) azot D) maqnezium



  1. Aşağıda verilmiş gübrələrdən hansıları mürəkkəbdir?

1.ammofos 2. Superfosfat 3. Kalium şorası

4. natrium şorası 5. Nitrofoska

A) 1,2,3 B) 1,2,4 C) 1,3,5 D) 3,4,5

9. Aşağıdakı variantların hansında yalnız sadə kaliumlu mineral gübrələr verilmişdir?

A)kalium-xlorid, kalium-sulfat, kalium duzu, silvinit, kül

B) superfosfat, ikiqat superfosfat, kül, silvinit

C) ammonium-sulfat, natrium və kalsium şoraları,sidik cövhəri

D) kalium duzu, kalium-sulfat, superfosfat, tomasşlak

10. Yalnız sadə azotlu mineral gübrələr olan sıranı seçin.

A) Superfosfat, kalium xlorid, ammonium şorası, ammonium-sulfat, natrium şorası

B) Ammonium şorası,ammonium-sulfat,natrium şoraları,sidik cövһəri və ammonyaklı su

C) Fosforit unu, tomasşlak, sidik cövһəri və ammonyaklı su

D) Ammonium-sulfat, natrium və kalsium şoraları, kül, silvinit

11.Torpaqda turşuluğun yaranmasının əsas mənbəyi aşağıdakılardan hansı ola bilər?

a. bitki qalıqlarının parçalanması

b. torpağı suladıqda

c. torpağa turş mineral gübrələr verdikdə

A) a,b B) b, c C) a,c D) a,b,c

12. Torpağın turşuluğunu ləğv etmək üçün nədən istifadə olunur?

A) əhəngdən B) gipsdən C) ammofosdan D) superfosfatdan

13. Nitrofoska hansı növ gübrələrə aid edilir?

A) sadə B) mürəkkəb C) kombinə edilmiş D) heç biri

14. Yalnız sadə fosforlu mineral gübrələr olan sıranı seçin.

A) ammonium şorası, ammonium-sulfat, karbamid

B) superfosfat, kalium şorası, ammonium-sulfat

C) superfosfat, fosforit unu, tomasşlak

D) kalium-sulfat, kalium duzu, fosforit unu

15. Torpağın qələviliyini ləğv etmək üçün nə verilir?

A) əhəng B) gips C) tomasşlak D) fosforit unu

16. Aşağıdakı fikirlərdən hansı yanlışdır?



  1. Tərkibində azot, fosfor və kalium kimi qida maddələrindən biri olan gübrələrə sadə mineral gübrələr deyilir.

  2. Məhsuldarlığı yüksəltmək üçün tərkibində bitkilərə lazım olan qida elementləri olan duzlara üzvi gübrələr deyilir

  3. Tərkibində bitkilərə lazım olan iki və ya üç qida maddəsi olan kimyəvi birləşmələrə mürəkkəb gübrələr deyilir.

  4. Kalium şorasının tərkibində 13% azot və 46%-ə qədər kalium var.

17. Aşağıdakı fikirlərdən hansı yalnışdır?

A) Ammofos mürəkkəb gübrədir.

B) Ammonyaklı su ammonyakın 20-25%-li sulu məhluludur.

C) İkiqat superfosfat mürəkkəb gübrədir.

D) Adi superfosfat, fosforit unu sadə mineral gübrədir.

18. Üzvü tullantıları emal edən soxulcanların hazırladığı 1-3 mm ölçüdə dənəvər kütləyə .................. deyilir. Cümlədə olan boşluğu doldurun.

A) bioqaz B) biohumus C) torf D) kompost

19. Torpağın münbitliyini artrmaq və bitkilərin məhsuldarlığını yüksəltmək üçün əkinçilikdə tətbiq olunan bitki və heyvan mənşəli, təzə, yaxud bioloji dəyişkənliyə uğramış maddələrə ................ gübrələr deyilir.

A) mineral B) kimyəvi C) üzvi D) fiziki-kimyəvi

20. Yalnız üzvi gübrələr olan düzgün sıranı seçin:

A) Torf, müхtəlif kompostlar, kənd təsərrüfatı isteһsalatının tullantıları, yaşıl gübrələr, biohumus, bakterial gübrələr, sidik cövһəri, tomasşlak, kalsium şoraları

B) Ammonium şorası, ammonium-sulfat, natrium və kalsium şoraları, sidik cövһəri və ammonyaklı su

C) Peyin, peyin şirəsi, torf, müхtəlif kompostlar, kənd təsərrüfatı isteһsalatının tullantıları, yaşıl gübrələr, biohumus, bakterial gübrələr

D) Müхtəlif kompostlar, kənd təsərrüfatı isteһsalatının tullantıları, yaşıl gübrələr, biohumus, kül, silvinit, adi superfosfat

21. Peyinin keyfiyyəti nədən asılıdır?

a. yemin tərkibindən

b. heyvanın növündən

c. kül elementlərinin miqdarından

d. tərkibində xeyli miqdarda kalsiumun olmasından

e. saxlanma üsulundan

A) a,b,e B) a,b,c C) c,d,e D) b,c,d

22. Peyinin torpağa və bitkiyə təsirinə aid deyil?

A) torpağı bakteriyalarla zənginləşdirir

B) torpaqda çürüntünün miqdarını artırır

C) torpağın su-fiziki xassələrini yaxşılaşdırır

D) torpaqda tez parçalanır

23. Quş zılı qiymətli, xeyli qatı və tez təsir göstərən üzvi gübrədir. Peyin kimi onun da tərkibində bitkilərə lazım olan qidalı maddələr var. Lakin quş zılında bunlar daha çoxdur. Buna səbəb ......


  1. zılın torpağa tez-tez verilməsidir

  2. quşların daha qüvvətli yemlərlə qidalanmasıdır

  3. quş zılının maye halında olmasıdır

  4. quşların ömrünün qaramala nisbətən az olmasıdır

24. Çürümə dərəcəsinə görə torf neçə növə bölünür?

  1. 2 B) 4 C) 3 D) 5

25. Torf necə əmələ gəlir?

  1. su bitkilərinin çürüməsindən əmələ gəlir.

  2. üzvi tullantıların çürüməsindən əmələ gəlir.

  3. soxulcanların üzvi tullantıları öz həzm sistemindən keçirtməklə əmələ gəlir.

  4. bataqlıq bitkilərinin havasız şəraitdə parçalanmasında əmələ gəlir.

26. Üzvi gübrələri seçin.


Yüklə 150,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin