GüNƏŞƏ doğru h.Əliyev:”Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!”



Yüklə 41,73 Kb.
tarix05.09.2018
ölçüsü41,73 Kb.
#76953

GÜNƏŞƏ DOĞRU


H.Əliyev:”Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!”


M.İbrahimov:”Gərək mən gedəm ki,arxamca başqaları da ürəklə getsin və ermənilər də bizim vətən torpaqlarından hədiyyə gözləməsinlər.”

Yaxın gələcəkdə vətənimizin Mübariz kimi

igidlərinin Qarabağı qaytaracağı ümidi ilə

milli qəhrəmanımız Mübariz İbrahimovun

xatirəsinə həsr edirəm.
Batmaqda olan günəşin zəif qırmızımtıl şüaları ətrafa qəribə bir görünüş vermişdi.Əsən meh nəm otları,yaşıl yarpaqları titrədirdi.Bu mənzərə o qədər romantik,o qədər ürəkaçan idi ki,insan bütün qəlbi ilə sevib-sevilmək,küləyin sevgi dolu səsinə səs vermək istəyirdi.Külək çoxdan baş vermiş nakam bir sevgi hekayəsini pıçıldayır, xırçın qumlar isə onu dinləyirdilər.

***


…Lap qədimlərdə iki sevgili olmuşdu.Onlar bir-birini dünyalar qədər sevirdilər.Qız o qədər gözəl idi ki,nəğmə oxuyan quşlar onu görəndə susur,günəş onun gözəlliyini
1

görəndə gözləri qamaşırdı,qızın gözəlliyini görən hər kəs ona vurulurdu.Bir gün ölüm qızın gözəlliyini görür və ona vurulur.Lakin qızın başqasını sevdiyini biləndə onun ürəyi qısqanclıqlarla dolur və qızın sevgilisini öldürür.Batmaqda olan günəşin son şüaları ətrafı işıqlandırdığı zaman qız oğlanın görüşünə tələsir.Ancaq qəddar ölüm…Sevgilisinin öldüyünü görən qız Tanrıya yalvarır, onları ayırmamağını istəyir.Tanrı bu gözəlin göz yaşlarını görüb onun sevgilisini də,özünü də çiçəyə döndərir.Onlar hər ikisi qızılgülə çevrilirlər və öz tikanlı gövdələri ilə bir-birinə elə sarılırlar ki,artıq yer üzərində heç kəs cəsarət edib onları ayıra bilmir…

Başını Səidin ürəyinin üstünə qoymuş Leylanın həyəcandan yanaqları qızarmış,gözləri yaşarmışdı,o, titrək bir səslə dedi:

-Ah,mən necə də küləklərə qoşulmaq,səninlə birgə uzaqlara,lap uzaqlara getmək istərdim,ancaq bu əhvalat…Bu çox qəmgindir,sən məni çox kövrəltdin.


2

Səid onun səsinin gözəlliyindən həzz alaraq yaşıl gözlərini dənizin mavi ənginliklərinə zilləmişdi:

-Bilsəydim ki,sənə belə təsir edəcək,heç danışmazdım,bu ki həyatda baş verməyib.

-Yox, Səid, yox, yaxşı ki, danışdın, hekayənin axırı çox təsirlidir,gəl biz də öz sevgimizin nişanəsi olaraq iki qızılgül əkək.

-Yaxşı,-deyə,- Səid gülümsədi-özü də iki sarı qızılgül.

-Yox,ağ gül ayrılıq rəmzidir-deyə, Leyla pıçıldadı.

-Yaxşı,onda hər şeyi sən istədiyin kimi edərik,sevgilim,-deyə, Səid onun saçlarını sığalladı.Özü də elə böyük nəvaziş ,diqqət və sevgi ilə ki,sanki körpə bir uşaqla rəftar edirdi.

…Heç bir neçə gün keçməmişdi ki,onlar iki qızılgül əkmişdilər.Birinin adını Səid,o birinin adını isə Leyla qoymuşdular.Səid bu güllərə baxıb demişdi:

-Bax,sevgilim,nağıllardakı kimi olacaq,mən yaşadıqca , bu gül də yaşayacaq,heç bir zaman solmayacaq.

…Bu əhvalat bir kino lenti kimi tez-tez Leylanın gözləri önündən ötüb keçirdi.Leyla

3

ömür kitabının ən maraqlı,ən əziz ,sevgi dolu səhifələrini varaqladıqca qəlbindən xoş bir gizilti keçirdi:”Tezliklə Səidim qayıdacaq,biz evlənəcəyik...”deyə Leyla öz-özünə pıçıldayırdı.Hətta gəlinlik donu belə hazır idi.Öz əlləriylə tikdiyi uzun,ağ don,örtük.Bəli,Leyla həmişə istəyirdi ki,öz gəlinliyini özü tiksin.Bu donda hər bir qızı xoşbəxtliyə aparan böyük bir qüvvə yatır.Gəlinliyin sinəsini də sevgi nişanı olan iki qızılgüllə bəzəmişdi,sevgilərinin simvolu ilə.Bəli , qızılgüllər….Hələ qəddar müharibə başlamazdan əvvəl onlar görüşdükdə Səid ona bir ürəkşəkilli medalyon vermişdi,ürəklərin üzərində iki qızılgül ,içərisində isə onların şəkilləri vardi.O, Leylanın heç bir zaman unutmayacağı bir təbəssümlə demişdi:



-Bax,sevgilim,bunu heç bir zaman boynundan çıxarma,əgər nə isə olsa belə,buna baxıb məni xatirla,bir də axı bizim güllərimiz var,sevgimizin nişanəsi,onlara yaxşı bax.

Sonra isə onun qulaqlarına pıçıldamışdı:

-Sənə danışdığım hekayə yadındadır?
4

Unutma,bizi heç nə,heç kəs,heç bir qüvvə ayıra bilməz,bizim qızılgüllər bir-birinə bərk sarılıb,ölüm onları bir-birindən ayıra bilməz!

Və o,Leylanı öpmüşdü,qızğın bir məhəbbətlə.Bu öpüş onların saf sevgisinin nişanəsi idi,Leyla bunu,bu anı heç unuda bilmirdi.İlk öpüş hər bir insanın həyatında unuda bilməyəcəyi bir andır,Leyla üçün də eləcə.

Müharibə insanların həyatında ən böyük bədbəxtlikdir.Lakin bu müharibə zamanı bütün xalq sanki sevinirdi,çünki bu, qisas günü idi,Səid yola düşməzdən əvvəl Leylanı bağrına basıb demişdi:

-Yadında,mən həmişə Mübarizə oxşamaq istəyirdim,bu gün mənim də onun kimi vətənə öz məhəbbətimi göstərmək şansım var,unutma,səni çox,lap çox sevirəm.

Leylanın yadına isə həmin an yalnız bu misralar düşmüşdü:

Qoymayın, yarımı aparıb gedir,

Nə olar, saxlayın gedən qatarı!...


…Bu gün də həmişəki günlərdən biri idi.Leyla yuxudan ayılıb birinci öz balaca otağının qapısını açdı,orada çarpayının

5
üzərinə sərilmiş uzun,zərif donuna baxdı,don o qədər böyük məhəbbətlə tikilmişdi ki,dünyanın ən yaxşı dərzisi tiksəydi belə,bu qədər gözəl alına bilməzdi.Leylanın üzündəki böyük məmuniyyət ifadəsindən bilmək olardı ki, o, öz işindən çox razı qalıb.

…Bəli, sevgi çox böyük qüvvədir.O, elə bir qüvvədir ki, bəzən bir insanı saatlarla hönkürüb ağlamağa məcbur edə bilər, bəzən isə sevgilinin səsi yetər ki, sən dünyanın ən xoşbəxti olasan.Sevgini ölçmək olmaz, həmçinin bilmək olmaz ki, dünyanın ən böyük Məcnunu kimdir.Ancaq Leyla bəlkə də yer üzərində olan yeganə şəxs idi ki, heç bir an düşünmədən belə sevgilisi uğrunda qorxmadan vəhşi heyvanlarla dolu bir qəfəsə girər, yaxud özünü yanar oda və ya yüksəkliklərdən yerə atardı.Leyla çox böyük məhəbbətlə sevirdi.O, Səidin yaşıl gözlərinə baxaraq ölməyə hazır idi.Səid bəzən fikirləşirdi ki, gör tanrı onu necə xoşbəxt yaradıb ki, dünyanın ən gözəl qızı onu bu qədər böyük məhəbbətlə sevir.Leyla isə hələ

6

universitetdə oxuyan zaman qızların hər birinin baxışını Səidin üzərində hiss edər və o da fikirləşərdi ki, gör necə xoşbəxtdir ki, Səid məhz onu seçib.İndi o, stolun arxasında oturub öz gələcəkləri barədə, müharibənin sonu barədə düşünürdü.Dalğın-dalğın televizorda yeni xəbərləri dinləyən zaman qəfil bir xəbər şimşək kimi çaxaraq onun taleyini bir anın içərisində əbədi olaraq zülmətlərə bürüdü:



-Məmmədli Səid Seyid oğlu vətənimizin qəhrəmancasına müdafiəsi zamanı şəhid olmuşdur.O,…

Yer-göy Leylanın başına hərləndi, qulağına kəsik-kəsik səslər gəldi, sonra zülmət çökdü…Gözlərini açdıqda elə zənn etdi ki, artıq neçə saatdır huşunu itirib, yerə yıxıldığından başını kəskin ağrı bürümüşdü.Bəli…O, artıq yox idi.Leyla daim düşünürdü ki, Səid yuxudur, onun gördüyü ən gözəl, xoşbəxt bir yuxu.Bir gün yuxudan ayılacaq və görəcək ki, o artıq yoxdur.Bəli, bu gün röyaların bitdiyi bir gün idi, artıq onun Səidi uzaqlara getmişdi, çox uzaqlara…Leyla diz üstə çökdü, hönkür-hönkür ağlamağa başladı, yer-göy onun

7

başına fırlanırdı.Səid, onun həyatının mənası, onun hər şeyi.İlahi..Leyla necə də inanırdı.O, necə də böyük inamla gözləyirdi.Vağzalı, öz əlləriylə tikdiyi gəlinlik.Bitdi…O ağlayırdı.Yerə, göyə, insanlara, hamıya, hər şeyə nifrət edərək ağlayırdı.Ay Allah, axı o indi nə etsin, bəs indi o necə yaşasın, necə?!Leyla həmin gün səhərə qədər ağladı, səhər isə onun yalnız bir qərarı vardı.Bu qərarın nə olduğu yəqin ki, hamıya məlumdur.Bu, həyat zülmətlərindən ayrılıb əbədi zülmətlərə qoşulmaq haqqında bir qərar idi.Leyla bu qərarı o qədər asanlıqla qəbul etdi ki, onun üçün bu qərar o qədər sadə idi ki, sadəcə bir şüşənin içərisindəki mayeni içirsən və sonra uzaqlara-göylərə gedib öz sevgilinə qovuşursan.Ağır-ağır ayağa qalxdı, bu zaman qapı zənginin səsi ona mane oldu,zəng ikinci dəfə vuruldu,qapının açılmadığını görən poçtalyon artıq getməyə hazırlaşırdı.Elə bu an qapını ağlamaqdan soluxmuş bir qız açdı.



-Leyla Tağıyeva sizsiniz?

-Bəli.


-Buyurun,imzalayın.

8

Leyla güclə vərəqi imzalayıb zərfi aldı,poçtalyon dedi:



-Xanım,siz yaxşısınız?

-Narahat olmayın, -deyə Leyla qapını örtdü.Zərfə nəzər saldı,Səiddən idi, ölümündən bir gün əvvəl yazmışdı.Əvvəl zərf Leylanın əlindən yerə düşdü,sonra isə o, titrək əlləri ilə zərfi birtəhər açdı:

“Salam, sevgilim,bu kağızı yazmaqda çox böyük çətinlik çəkdim, səni dünyalar qədər sevdiyimi sənə demişdim, hər zaman sevmişəm.Amma biz burada düşmənlə üzbəüz döyüşdəyik, düşmən neçə nəfəri öldürüb, neçə nəfəri əsir aparıb, burada bir kişi var, onun on iki yaşlı qızını əsir götürüblər.Mənim vətəni necə sevdiyimi, Mübarizi özüm üçün ideal seçdiyimi bilirsən, sabah bizim çətin günümüzdür, mən isə elə indidən düşmən tərəfə keçib, oranı partlatmaq istəyirəm, onu bil, əgər mən ölsəm belə,torpaqlarımız qayıdan zaman mənim cəsədimi Qarabağ torpağında dəfn etsələr,mən yenidən həyata qayıdacağam, səni çox sevirəm, həmişə sevmişəm, heç bir an belə səni unutmadım.

Sənin Səidin.

9

Lap yadımdan çıxmışdı, bunları da bilməyini istəyirəm.Unutma, mən vətənimiz uğrunda irəli atılıram, atılıram ki, bu gün bizim toyumuz pozulsa da, sabah biz belə toyları Qarabağda edək.Səni öpürəm.”



Məktub göz yaşlarından islanmışdı.Məktubun hər sətirində, hərflərin hər birində o, Səidi görürdü, onu hiss edirdi.Onun, onun Səidi, həyatı, sevgilisi, hər şeyi.Leyla məktubun hər bir sətrini çoxlu-çoxlu öpdükdən, bağrına basdıqdan sonra ağır-ağır ayağa qalxdı.Qəfildən bir fikir şimşək kimi çaxaraq onu silkələdi, Səidin ən böyük arzusu Qarabağı qaytarmaq idi, Leyla bu arzunu gerçəkləşdirə, Səidi həyata qaytara bilər.Əgər müharibədə qələbə qazanılsa, Səidin ən böyük arzusu həyata keçər.Daha heç bir sevgili onun kimi sevgilisiz qalmaz, toyu pozulmaz, bütün toylar Qarabağda keçirilər.İlahi, Leyla bunu necə də arzulayırdı…

Leyla həmişə təbiətən romantik bir qız olmuşdu, eyni zamanda o, çox kövrək insan idi.Kiçik bir hadisə onun kədərlənib ağlamasına səbəb ola bilərdi.Bəli, Leyla

10

belə bir qiz idi, daim sevgi barədə düşünərdi, ulduzlu bir gecədə sevgilisi ilə yanaşı durub onunla birgə mavi səmanı seyr etmək, sevgilisinin qucağında ölmək onun üçün böyük xoşbəxtlik idi, həyat onunçün röyalardan ibarət idi.Ancaq bu gün hər şey dəyişdi, qüvvətli bir əl onu silkələyərək röyalardan ayıltdı, əsl həyatı ona göstərdi.Bəli, o, ölümün vurulduğu qız təki olmayacaqdır, o, ölümün özündən qisas alacaqdır.



…Leyla güzgünün qarşısında dayanmışdı.O, uzun, belindən aşağı süzülüb düşən saçlarını burub yuxarıdan yığdı, kəsmədi, axı onlar Səidin ən böyük sevinci idi.Əynindəki zərif paltarları çıxararaq əsgər paltarını geyindi.Sonra bütün bər-bəzəyini çıxardı, bircə medalyon qaldı.Bu hadisələr ərzində də, yol ərzində pəncərədən baxanda da onun ürəyindəki bütün hislər sanki ölmüşdü, o, yalnız vətənə güclü məhəbbət hiss edirdi, gör vətən neçə-neçə əzizini itirmişdi.Leyla qələbə arzusu ilə alışıb-yanırdı.

Və həmin gecə - düşmənlərin üzərində qələbəyə yaxınlaşdıqları o gecə, düşmənin

11

bir polku onların qarşısını kəsirdi.Leyla da sevgilisi kimi gizlicə sərhədi aşdı, ölümdən qorxmurdu, çünki bilirdi ki, arzusunu həyata keçirməyənə qədər ona ölüm yoxdur. Sərhədi aşdı, gizli düşmənin ən mühüm polkunu partlatdı, bərk səs-küy düşdü. Leyla belə qarışıqlıqda yenidən özləri tərəfə necə qayıtdığını başa düşmədi, yaralanmışdı, ancaq bu yaradan ona ölüm yox idi, həyatdan aldığı digər yaraların yanında bu yara nə idi ki?



…Və böyük qələbə günü. Minlərlə günahsız insanların ahına son qoyulan bir gün.Yenə qanlar töküldü, insanlar öldü.Düşmən çoxlu silah aldı, düşmən digər düşmənlərlə birləşdi.Lakin digər tərəfdə isə üç böyük qüvvə birləşmişdi:qəlbləri əzizlərinin intiqam hissi ilə dolmuş insanların qüvvəsi, şəhidlərin göydəki ruhlarının birləşmiş qüvvəsi və ulu Tanrının böyük, qüdrətli qüvvəsi.Yerlər, göylər bu intiqam günündə alov saçırdı, hər şey, hər kəs intiqama çağırırdı.Və qələbə… Bu qələbə bütün xalqın idi, lakin bu qələbə zamanı bir nəfər həlledici addımı atdı.O, Leyla idi və Leyla həmin ərazini partlatmasa idi, bu qələbə də

12

yəqin ki, olmazdı.Hamı xoşbəxt idi.



Geri qaytarılan ərazilər minadan təmizləndikdən sonra bütün xalq bu ərazilərdə bayram keçirirdi və hər kəs Leylanı alqışlayırdı, o, xalqın qəhrəmanı idi.Səidin qəbri isə onun ölümündən əvvəlki arzusuna görə Qarabağın lap mərkəzinə köçürülmüşdü.

Leyla isə bu zaman evə qayıtdı, artıq nə zamandan bəri heç kəsin görmədiyi, əsgər papağı altında yığılıb qalmış saçlarını açdı, öz əliylə tikdiyi gəlinlik donunu geydi, örtüyü saldı. Bu gün o, heç bir zaman olmadığı qədər gözəl idi, o, öz gözəlliyində qələbəni də birləşdirmişdi.Sonra o, Səidlə birgə gülləri əkdiyi yerə gəldi.Burada o hər şeyi, o ulduzlu gecəni, o əfsanəni xatırladı, neçə vaxtdan bəri ilk dəfə olaraq gözləri yaşardı.

Qoymayın, yarımı aparıb gedir,

Nə olar, saxlayın gedən qatarı!...

Sonra isə o, birbaş Qarabağ torpaqlarına gəldi, Səidin qəbri üstünə.Gülləri qəbirdən bir azca kənarda basdırdı.Bu an bir möcüzə oldu.Səidin soluxmuş qızılgülü qəfildən yaşıllaşdı, çiçək açdı.Leylanın gözləri yaşarmışdı.Bəli, Səid yaşayırdı.

*** 13
Batmaqda olan günəşin zəif qırmızımtıl şüaları ətrafa qəribə bir görünüş vermişdi. Qəbiristanlığın üzərindən zəif meh əsirdi. Əsən meh nəm otları, yaşıl yarpaqları titrədirdi.Bu mənzərə o qədər romantik idi ki, insan bütün qəlbi ilə sevib-sevilmək, küləyin sevgi dolu səsinə səs vermək istəyirdi.Külək çoxdan baş vermiş nakam bir sevgi hekayəsini pıçıldayır, xırçın qumlar isə onu dinləyirdilər.Bu hekayətin sonu da ölümlə bitirdi, sevgilisinin medalyonunu öz zərif dodaqları ilə öpüb, ağ gəlinlik donunda onun məzarını qucaqlamış və əbədi yuxuya getmiş bir qızın hekayəti...

...Əhvalatdan illər keçdi.Qarabağ ərazisi artıq inkişaf edərək ölkənin özünü də zirvələrə qaldırmışdı.Artıq bütün sevənlər öz toylarını burada keçirirdilər, öz övladlarına isə Səid və Leyla adlarını qoymağı çox sevirdilər.Hər il insanlar buranın mərkəzindəki bir cüt ağ qəbri ziyarət edirdilər.

…Qəbirlərin kənarında isə iki qızılgül kolu vardı.Onlar bir-birinə öz tikanlı gövdələri ilə elə sarılmışdılar ki, yer üzərində heç bir



14

qüvvə cəsarət edib onları ayıra bilməmişdi.Səid və Leyla günü-gündən böyüyür, böyüdükcə də bir-birlərinə daha da sarılır, günəşə doğru ucalırdılar...



Yazı «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir.

15
Yüklə 41,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin