Günəşin və küləyin övladları adlanan



Yüklə 0,56 Mb.
səhifə1/7
tarix10.01.2022
ölçüsü0,56 Mb.
#108372
  1   2   3   4   5   6   7




SAMİLƏR

Norveç-əhalisi ərazisinə görə az,qeyri-bərabər paylanmış,lakin eyni zamanda çox fərqli,onun irsi xəzinəsinin bir hissəsini təşkil edən ölkə.Norveçin əhalisi 4,7 mln.,90%-i norveçlilərdən,digəri isə az sayda immiqrantlardan(isveçlər,almanlar,ingilislər və digər),kvenlərdən,digər milli azlıqlardan və həm Norveçin milli azlığı sayılan,həm dəki yerli əhalisi sayılan Saamilər.

Günəşin və küləyin övladları adlanan Samilər faktiki olaraq 4 ölkənin aborigen əhalisidir.:Norveç,İsveç,Finlandiya,Rusiya.

Sonuncu Buz dövrü ərzində Skandinaviya yarımadasının ərazisi buzla örtülü idi.Təx.10 min il əvvəl sahil ərazilərinin buzları əriməyə başladı.Quşlar,heyvanlar və xüsusən marallar buzlaqlar ətrafında qida tapmağa müvəffəq oldular.Və heyvanların ardınca bu yerlərə insanlar gəldilər.Şimal ərazilərinə gələn insanlar müxtəlif yerlərdən bura köç etmişdilər.Bəziləri Norveç sahillərindən,bəziləri müasir İsveç ərazisində yerləşən Bottenvikendən,digərləri Finlandiya və Rusiya ərazisindən gəlmişdi.Onlar demək olar ki,tamamilə müxtəlif insanlardan ibarət bu gün isə Sami adlanan xalqı əmələ gətirdilər.

Norveçdə yaşayan Samilərin sayı 30-50000 idi,daha çox hissəsi Finnmark ərazisinin payına düşürdü.

Sapmi sözü özü də Samilərin burda tarixdən çox əvvəlki zamanlarda yaşadıqlarına işarə edir.Norveç dilindən Sapmi sözü –SAMİ Vətəni,samilərin yaşadığı torpaq kimi tərcümə olunur.

Norveç Saamiləri adətən 3 qrupa ayrılır.ŞİMAL samiləri,hansı ki,Finnmarkda,Tromsda və Nurlandiyanın Şimalında yaşayırlar.

CƏNUB samiləri-Nurlandiyanın cənublarında,Trøndelagın şimalında və cənubunda,Hedmarkın şimalında.

LULİ SAMİLƏRİ-Norlandiyanın TYSFJORD regionunda.Bugün Samilər ölkənin bir çox ərazilərində,o cümlədən Osloda da məskunlaşıb.



Samilərin simbolları

Sami bayrağı- Samilərin hansı ölkədə yaşamasından asılı olmayaraq onları birləşdirən vasitədir. Sami bayrağı Sami rəssamı Astrid Bohl tərəfindən hazırlanır və 1986-ci ildə Samilərin Konfransında təsdiqlənir.

Bayraq 4 rəngdən:yaşıl,sarı,mavi və qırmızı rəngdən ibarətdir.Bayrağın ortasındaki dairə həm şaman drumnun əksidir,həmçinin də günəşin və ayın rəmzidir.Çünki Samilər günəşin və küləyin övladları adlandırırlar.Bu fikir məşhur Sami şairi Anders Fjellner "Paiven parneh" ("Sons of the Sun") poemasını yazandan və “bütün Samilər günəşin oğulları və qızlarıdır” fikrini səsləndirdikdən sonra yaranıb.

Dil

Sami dili Fin-Uqor dil ailəsinə aiddir.Bu dil ailəsinin digər üzvləri Fin,Eston,Karel,Macar dilləridir.Sami dillərinin bir neçə formaları vardır.Onlardan bəziləri bir-birini anlamayacaq qədər uzaqdır.Region üzrə bölsək:CƏNUB SAMİ;MƏRKƏZİ SAMİ(ŞİMAL SAMİ VƏ LULİ SAMİ) VƏ ŞƏRQİ SAMİ.Ən çox istifadə olunan şimal dialektidir.(daha çox şimalda məskunlaşdıqları üçün).Daha düzgün sayılır ki,Sami dili birdir,dialektləri ayrıdır.

Sami xalqı digər xalqlara qarşı çox qonaqpərvar və səxavətli yanaşır,yetər ki,həmin insanlar Sami adət-ənənəsinə və xüsusən dilinə hörmətlə yanaşsınlar.Samilər dillərinə qarşı münasibətdə çox həssasdırlar.Hətta qədim Samilər öz dillərinə bilən lakin təsərrüfatda çox da çalışqan olmayan insanları sevə-sevə tayfalarına qəbul edirdilər.Bu da onların dillərinə verdikləri dəyərdir.
Yaşayış evləri

Sami mədəniyyətində,insanlar onlara təbiətin bir hissəsi olamağa imkan verən qaydalara şərtsiz əməl edirlər.Onlar bir yaşayış yerindən digərinə köçəndə əvvəlkində təbiətə heç bir daimi iz qoymadıqlarına əmin olurlar.Samilərin istifadə etdiyi 2 sığınacaq növü var:daimi-(turf-hut adlanan daxma) və daşına bilən çadır.Onların hər ikisi təbii materiallardan tikilir.Hər ikisi dairəvidir və mərkəzində od yerləşən bir otaqdan ibarətdir.


DAİRƏVİ EVLƏR

Hər bir şeyin və hər bir kəsin bu evdə qanuni yeri vardır.Qapıdan bir qədər aralı ərzaq və ehtiyat yeridir.Qalanmış od mərkəzdə,ərzaq qabları odun yanında olur.Çadırın arxasında açılan parça olur.Bu qədim zamanlardan müqəddəs yer sayılıb,xüsusən ayılar üçün.Daha doğrusu,kişilər ayı ovundan qayıdanda ovu məhz bu girişdən gətirirdilər.Ailədə hər kəsin öz yeri və öz yataq yeri var.Həmçinin,xidmətçilər və qonaqlar üçün də xüsusi yerlər var.




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə