Гур`анла мүалиҹӘ



Yüklə 1,93 Mb.
səhifə11/30
tarix21.10.2017
ölçüsü1,93 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

Taha” surəsi

1-İshaq ibn Əmmardan rəvayət olunub ki, oxumağı tərk etməyin, çünki Allah bir surəni, və onu oxuyanı sevir. Hər kəs bu surəni oxumağı davam etdirsə, Allah Qiyamət günündə onun əməllərini sağ əlinə verər. onun İslam dinindəki buyurulan əməllərindən çətin hesab çəkməz, və ona o qədər savab əta edər ki, axırda sevinər.

2-Übəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s) nəql edib ki, hər kəs bu surəni oxusa, Qiyamət günündə mühacir və Ənsarın savabı ona verilər.

Əbu hurəyrə deyir. Allahın Peyğəmbəri deyir. Allahın Peyğəmbəri buyurdu: Allah-taala Taha və Yasin surəsini Adəmin xilqətindən iki min ilə qabaq oxudu, Mələklər Qur`anın avazını eşidib dedilər: Qur`an onlara nazil olan ümmət, Qur`anı həml edən sinələr, Qur`anla danışan dillər xoşbəxtdirlər. Həsən deyir: Allahın Peyğəmbəri buyurdu: Beheşt əhli Yasin və Taha surəsindən başqa Qur`anın surələrini tilavət etməzlər (oxumazlar).

Günəş çıxanda bu surəni oxumaqla ona təzə ruzi kəramət olunar. Bir kəs bu surəni yazıb özündə saxlasa, hər hacəti ardınca getsə, qəbul olunar, və hər kimdən elçilik etsə müsbət cavab verərlər.

Hər kim iki nəfərin arasında sülh etmək istəsə, bu surəni oxusun, sözünü hər iki tərəf qəbul edər.

Ağızda hər cür ağrıya görə bu ayələri yazıb özündə saxlasın.

"Bismillahir-rəhmanir-rəhim Ta-ha ma ənzəlna ələykəl Qur`anə litəşqa. illa təzkirətən limən yəxşa. Tənzilən mimmən xələqəl ərzə vəssəmavatil ula. Ərrəhmanu ələl ərşistəva" (Taha-1-5)

Sinə ağrısı üçün ayəni üç dəfə qabdakı suya oxuyub içsin və bir qədər də sinəsinə sürtsün.



"Rəbbişrəhli sədri yəssir li əmri vəhlul uqdətən min lisani yəfqəhu qəvli." (Taha-25-28)

Bu ayəni torpağa oxusun, yaranın üzərinə töksün, və sonra yaraya oxuyub piləsin, inşaallah sağalar.



"Minha xələqnakum fiha nuidukum minha nuxricukum tarrətən uxra" (Taha-55)

Zigili və keçəlliyi dəf edib onu müalicə etmək barəsində Əli ibn Nomandan belə nəql olunub. Bir gün imam Rzanın (ə) xidmətinə gedib dedim ki, bədənimdə çoxlu zigil var və elə buna gör qəmginəm.

Həzrət buyurdu: Hər bir zigil üçün yeddi buğda götür və buğdanın hər birinə Vaqiə surəsinin başlanğından yeddi dəfə oxu "İza vəqəətil vaqiəti. Ləysə livəətiha Kazibətun Xafizətun rafiətun. İza ruccətil ərzu rəccən. bussətil cibalu bəssən. Fəkanət həbəən munbəsən (Vaqiə-1-6) Sonra onun ardınca aşağıdakı ayəni yeddi dəfə " yəs`əlunəkə ənil cibali fəqul yənsifuha rəbbi nəfsən fəyəzəruha qaən səfsəfən latəra fiha ivəcən vəla əmtən." (Taha 105-107)

İflicin müalicəsi üçün aşağıdakı ayəni yazıb özünüzdə saxlayın və ayəni bir dəfə iflic olan üzvə oxuyun.

"Bismillahir-rəhmanir-rəhim. Yəmhullahə ma yəşau və yubitu və indəhu ummul kitab (Rə`d-39)

"Əlhəmdu lillahi fatiri s-səmavati vəl`ərzi cailil məlaikəti rusulən ulii əcnihətən məsna sulasə, rubaə." (Fatir-1) bağladım (filan ibn filan) xəstənin adı və anasının adı.

Ənbiya” surəsi

1-Fəzl ibn Rəssandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Ənbiya surəsini həvəslə oxusa, əbədi Behiştdə Peyğəmbərlərlə birlikdə olacaq. yaşadığı müddətdə xalqın nəzərində hörmətli və əzəmətli olar.

2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Allah Ənbiya surəsini oxuyan kəsdən asanlıqla hesab çəkər, onu bağışlayıb və Qur`anda adı olan Peyğəmbərlər ona salam deyərlər.

Hər cür xəstəlik və yaxud fikrin pərişanlıq yaxud da yuxusuzluq üçün bu ay əni yazıb özündə saxlayın: "Vəzənnuni iz zəhəbə mucazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ən la ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin." (Ənbiya-87).

Qızdırmanı müalicə etmək üçün bu ayələri yazıb özündə saxlasın.

"Ya naru kuni bərdən səlamən əla İbrahimə əradu bihi kəydən fəcəəlnahumul əxsərin." (Ənbiya-69-70)

Taha və Ənbiya: Xora (cozan) xəstəliyinin müalicəsi üçün bu ayələri yazıb özündə saxlayın.



"İnnəhu mən `ti rəbbuhu mucrimən fəinnə ləhu cəhənnəmə layəmutu fiha la yəhya. mən `tihi mu`minən qəd əmiləs-salihati fəulaikə ləhumud-dərəcatul-ulya". (Taha-74-75) "Kullu nəfsin zaiqətul məvti nəblukum bişşərri vəlxəyri fitnətən iləyna turcəun". (Ənbiya-35)



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə