Гур`анла мүалиҹӘ



Yüklə 1,93 Mb.
səhifə21/30
tarix21.10.2017
ölçüsü1,93 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

Mumtəhənə” surəsi


(əl-imtihan, əlməddə)
Əli ibnil Hüseyn (ə) buyurdu: Bir kəs gündəlik vacibi və müstəbbi namazlarınızda Mumtəhənə surəsini oxusa, Allah onun qəlbini imanla imtahana çəkər və gözlərini nurlu edər. Fəqirlik, dəlilik ona və övladlarına yol tapmaz.

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Qiyamət günündə Mumətəhənə surəsini oxuyan kəs üçün, mö`min kişi və mö`minə qadınlar şəfaətçi olacaqlar.

Hər cür xəstəlik üçün, üç gün dalba-dal bunu (Mumtəhənə surəsini) yazsın və hər gün birini yusun, sonra onu içmək üçün dərdi olana versin, ki inşaallah o dərddən sağalar.

Asmanı (təngənəfəsi) müalicə etmək üçün bu ayələri oxusun və xəstəyə yedizdirsin: " in fatəkum şəy`un min əzvacikum iləl kuffari. fəaqibtum, fəatul-ləzinə zəhəbət əzvacuhum mislə maənfəqqu vəttəqullahəl-ləzi əntum bihi `minun." (Mumtəhən-11) "Vəli-kulli vichətun huvə muvəlliha fəstəbiqul xəyrat." (Bəqərə-147).



Səf” surəsi


(İsanın (ə) həvariyyunu)
İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs gündəlik vacibi və müstəhəbbi namazlarında Səff surəsini daim oxusa, Allah onu mələklərin və Mürsəl Peyğəmbərin sırasında yazar, inşallah.

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs İsanın (ə) (Səff) surəsini oxusa, nə qədər ki Həzrət İsa (ə) dünyadadır ona salavat və salam göndərib onun üçün bağışlanmaq tələb edər. Bundan əlavə o Qiyamətdə də Həzrət İsanın (ə) dostu olar. (Musəlmanların əqidəsinə görə İsa (ə) ölməmişdir).



Cümə” surəsi

İmam Sadiq (ə) buyurdu: Bizim davamçılarımızdan sayılan mö‎min şəxsin vacibatlarından biri də budur ki, cümə surəsini, ikinci rükətində isə səbbihismə rəbbikəl əəla surəsini oxusun. Cümə gününün zöhr namazının birinci rük`ətində cümə surəsini, ikinci rük`ətində isə münafiqun surəsini oxusun. Beləliklə əgər belə edərsə, elə bil ki, Allahın Rəsulunun (s.ə.v.v) əməlini yerinə yetirmiş və Allah dərgahında onun savabı, dəyəri Behiştdir.

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Cümə surəsini oxuyan şəxsə, müsəlman şəhərlərində iştirak edən və yaxud iştirak etməyən kəslərin sayı qədər on həsənə yazılar.

Hər kəs sübh və şam Cümə surəsini oxusa, lə`nətlənmiş Şeytan rəcimin vəsvəsəsindən aman qalar.


Munafiqun” surəsi

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Munafiqun surəsini oxuyan şəxs nifaq və iki üzlülükdən uzaq olar. (qabaqkı hədislərə müraciə olunsun.)


Təğabun” surəsi

İmam Məhəmməd Baqir (ə) buyurdu: Bir kəs özünün gündəlik vacibi namazlarında Təğabun surəsini oxusa, Qiyamət günü bu surə özü şəhadəti keçən bir şəxsin yanında ədalətli bir daxil edənə qədər ondan ayrılmaz.

İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs müsəbbəhatın (Hədid surəsi haqqında yazılanlara müraciə edilsin) hamısını oxusa, oxumamışdan qabaq Həzrət Qaimi (ə) (imam Zamanı) dərk etməmiş ölməz. Əgər ölsə belə Allahın Rəsulunun (s.ə.v.v) pənahında və qonşuluğunda olacaqdır.

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Tağabun surəsini oxusa, qəflətən ölməkdən xilas olar.

Hər kəs bu surələri (Munafiqun və Təğabun) oxuyub, (zalım) hakimin yanına getsə, onun şərrindən amanda qalar.

Təlaq” və “Təhrim” surəsi

İmam Sadiq (ə) buyurdu: Hər kəs özünün gündlik vacibi namazlarında Təlaq və Təhrim surəsini oxusa, əgər o Qiyamət günündə qorxan və qəmli olan kəslərdən olsa, Allah onu öz pənahında saxlayar, onu Cəhənnəm odundan əfv olunar və, onun zərər vericilərindən amanda qalar. Allah bu iki surəni oxuduğuna və onları qoruduğuna görə onu Behiştə aparar, çünki bu iki surə Peyğəmbərə (s.ə.v.v) məxsusdur.

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Təlaq surəsini oxusa, Allahın Rəsulunun (s.ə.v.v) milləti kimi dünyadan köçmüşdür.

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: "Ya əyyuhən Nəbiyyi limə tuhərrimu ma əhəlləllahu ləkə." Allah Təhrim surəsini oxuyan şəxsə nəsihətli tövbə əta edər.

Məhəbbətli olmaq və borcları ödəmək üçün bu ayəni iyirmi bir dəfə oxu.

" mən yəttəqillahə yəc`əl ləhu məxrəcən. yərzuqhu min həysu layəhtəsibu mən yətəvəkkəl ələllahi fəhuvə həsbuhu. İnnəllahə baliğu əmrihi. Qəd cəələllahu likulli şə`yin qədrən." (Təlaq-3)

Yuxarıdakı ayəni (yaxud surəni) (Təlaq-3) rizq və ruzinin bol olmasına xatir üç dəfə oxuyun.

Pəncşənbə günü qüsul edib, dəstəmaz alıb, xəlvət yerdə iki rük‎`ət hacət namazı qılsın yüz dəfə salvat göndərdikdən sonra Təlaq surəsinin 3-cü ayəsini " mən yəttəqillahə yəcəl ləhu məxrəcən. Likulli şəy`in qədrən" yüz əlli doqquz dəfə üzünü qibləyə tutub oxusun. Bu namazı qırx gün dalbadal qılsın, və hər namazdan sonra yüz dəfə salavat göndərməklə, Allaha yalvarmaqla Allahdan öz hacətini tələb etsin, inşaallah qəbul olunar. Sonuncu namazında yə`ni qırxıncı gün bu ayəni yüz yetmiş doqquz dəfə desin. Bu ayə qırx gün ərzində 380-dəfə oxumalıdır.

Giriftarçılığı aradan qaldırmaq üçün bir həftə, hər gecə işa namazından sonra aşağıdakı deyilən keyfiy-yətdə oxusun iki rük`ət namaz qılsın, Hər bir rük`ətdə bir dəfə həmdi, " mən yəttillahə….. likulli şəy`in qədrən." (Təlaq) ayəsini isə iyirmi beş dəfə oxusun.

Yuxarıda deyilən ayəni (Təlaq-3) belə xətm etsəniz, yaşayışın yaxşılaşması üçün faydalıdır. Ayın əvvəlində pəncənşənbə günündən 359 dəfə oxusun, bir kəslə danışmayıb xətmi oxuyub qurtardıqdan sonra desin "Ya fəttah. Ya rəzzaq. Ya vasi."

Hər gün bu ayəni (Təlaq-3) "Vəmən yəttəqillahə likulli şəyin qədrən" üç dəfə oxusa, əvvəlində və sonunda salavağ göndərsə, ruzisinin artmasına bağlı kilidlərin açılmasına səbəb olar. (təcrübə olunub).

Hər kəs bu surəni ilan sancmışa yaxud əsəb xəstəliyinə düçar olmuşa oxusa, şifa tapar.

Yuxulamayan bir kəs bu surəni hər gün bir dəfə oxusun. Hər kəs məhəbbət niyyəti ilə yaxud borcu ödəmək üçün bu surəni iyirmi bir dəfə oxusa, çox tə‎`sir olar, ruzinin bol olmasına xatir onu üç dəfə oxusun.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə