Гур`анла мүалиҹӘ



Yüklə 1,93 Mb.
səhifə28/30
tarix21.10.2017
ölçüsü1,93 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

Əsr” surəsi

1-Həzrət Sadiq (ə) buyurdu: Hər kəs Əsr surəsini müstəhəbbi namazlarında oxusa, Allah Qiyamətdə onu nurlu çöhrəli gülərüzlü və gözləri nurla dolu qəbirdən qaldırar və elə bu halda Behiştə daxil edər.

2-Übəyy ibn Kə`bdən nəql olunmuş bir hədisdə yazılıb ki, hər kəs Əsr surəsini oxusa, Allah-taala ona səbr əta edər və Qiyamətdə haqq əshabəsi ilə birlikdə olar.

Əgər Əsr surəsini qızdırması olan bir kəsə oxusan, qızdırmadan sağalar. Hər kəs bu surəni halsız bir kəsə oxusa, əhvalı yaxşılaşar. (İnşaallah).


Huməzə” surəsi


(Luməzə)
İmam Sadiq (ə) buyurdu: Bir kəs Huməzə surəsini özünün vacibi namazlarında oxusa, Allah yoxsulluğu ondan uzaq edər, ruzinin ona yaxınlaşdırar, və pis ölümü ondan dəf edər.

2-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Huməzə surəsini oxusa, Allah Həzrət Məhəmməd (s.ə.v.v) və onun dostlarını istehza edənlərin sayı qədər ona on həsənə əta edər.

Hər kim bu surəni ağrıyan gözə oxusa, Allah o ağrıdan ona şifa verər.

Hər kəs Huməzə surəsini müstəhəbbi namazında çox oxusa, ruzisi və malı çoxalar.


Fil” və “Qurəyş” surəsi

İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında Fil surəsini oxusa, Qiyamətdə bütün qumlar dağlar, çəmənliklər onun xeyrinə şəhadət verərlər ki, o namaz qılanlardandır. Haqqın carçısı nida edər ki, mənim bəndəmin barəsində düz dediniz onun haqqında verdiyiniz şəhadət qəbul olundu, onu Behiştə daxil edin, və ondan hesab çəkməyin. Çünki o elə bir kəslərdəndir ki, mən onu və əməlini sevirəm.

2-İmam Sadiq (ə) buyurdu: Allah "Li ilafi Qurəyş" surəsini çox oxuyan şəxs, Qiyamət günündə Behişt atına minmiş halda məşhərə daxil edər ki, Cənnətin nurlu süfrələrinin kənarında əyləşsin.

3-Şeyx Səduq (rəh) buyurub: Hər kəs vacibi namazlarının rük`ətlərində Fil surəsini oxusa, onda gərək İlaf (Qurəyş) surəsini də onunla birlikdə oxusun. Çünki bu iki surə ikisi birlikdə bir surə hesab olunur. Vacibi namazların bir rük`ətində onların ikisindən birini oxumağa icazə verilmir.

4-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə vardır ki, hər kəs Fil surəsini oxusa, Allah onua dünyada yaşadığı müddətdə məsx olmaqdan (heyvan surətinə dönməkdən) iftira və böhtana mübtəla olmaqdan qoruyar. Yenədə Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs İlaf (Qurəyş) surəsini oxusa, Allah ona Kə`bə evini təvaf etmiş, və orada etikaf (məsciddə ibadətlə məşğul olan) etmiş şəxslərin sayı qədər on həsənə əta edər. (Nəbiyyi-Əkrəm (s.ə.v.v)) hər kəs Fil surəsini müharibədə oxusa, möhkəm, ciddiyyətli olar, və hər cür iradəsizlikdən uzaq olar.

Çahar şənbə (üçüncü) günü bu surənin hərflərinin sayı qədər (yə`ni 98 dəfə) Fil surəsini oxuyub düşməninə tərəf üfürsən, əlbəttə o məğlub olar.

Əgər bir kəs soltan və hakimlərin yanına getmək istəyirsə, və onlardan qorxursa, Fil surəsini "Təyrən əbabil"-ə qədər oxusun. "Tərmihim" kələməsini oxumaq istədikdə sol əlinin kiçik barmağından başlayıb sağ əlinin kiçik barmağına qədər "Tərmihim" kələməsini deyib barmaqlarını bir-bir yumsun, və gözü ilə mətləbini görməyincə bir kəslə söhbət etməsin. Mətləbi hasil olandan sonra sağ əlinin kiçik barmağından başlayıb "bihicarətin min siccil" cümləsini (on dəfə ) deməklə sol əlinin kiçik barmağına qədər barmaqlarını bir-bir açsın. Sonra surəni qalanını sonuna qədər oxusun, və o zalıma tərəf üfürsün. Allahın izni ilə ucalar. (çox təcrübə olunub).


Ərəəytə” surəsi


(Maun)

1-İmam Baqir (ə) buyurdu: Bir kəs "Ərəəytəl-ləzi yukəzzibu biddin" (Maun) surəsini vacibi və müsətəhəbbi namazlarında oxusa, Allah onun namaz və orucu qəbul olunmuş kəslərdən hesab edər, və dünyada baş vermiş işlərin (günahları) hesabını ondan çəkməz.

2-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Ərəəytə surəsini oxusa, zəkatını vermiş olsa, Allah onu bağışlayar. (Allahın Rəsulundan (s.ə.v.v)

Çoxlu müvəffiqiyyətlər kəsb etmək niyyəti ilə duşənbə gününün gecəsindən (birinci gün axşam) on beş dəfə bu surəni oxusun. Bu surəni hər dəfə oxuyan, bu ayəni desin:



"Ya əyyuhəlləzinə amənur-kəu vəscudu `budu rəbbəkum vəfəlul xəyrə ləəlləkum tuflihun", və on beş dəfə salavat göndərsin. Oxuyub qurtardıqdan sonra səcdəyə edib öz hacətini Allah-taalanın məhzərində e`lan etsin.

Kəvsər” surəsi

1-İmam Sadiq (ə) buyurdu: Bir kəs vacib və müstəhəbbi namazlarında "İnna ə`təynakəl-Kəvsər" surəsini oxusa, Allah Qiyamətdə onu Kəvsər hovuzundan sirab edər və o Nəbiyyi-Əkrəmlə (s.ə.v.v) tuba ağacının altında bir məclisdə olar.

2-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə belə yazılıb. Bir kəs Kəvsər surəsini oxusa, Allah onu Behişt çaylarından sirab edər və bəndələrin qurban bayramı günü qurbanlıq etdikləri qurbanların, kitab əhlinin və müşriklərin qurban etdiklərin hər qurbanın sayı qədər, ona savab əta edər.

Deyirlər ki, bir kəsi özündən uzaqlaşdırmaq istəyirsənsə, Kəvsər surəsini doqquz dəfə oxu və ona tərəf üfür, öz ixtiyarı ilə yolunu dəyişib gedəcəkdir.

Varlı və qüdrətli olmaqdan ötrü Qadir və mütəal Allaha onu varlı və sərvət sahibi etsin, niyyəti ilə iki rük`ət hacət namazı qılıb, çahar şənbə günü (üçüncü gün) qırx dəfə Kəvusər surəsini oxusun.

Kafirun” surəsi


(Əlcuhd)
1-İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında "Qul ya əyyuhəl kafiriun" "Qul huvəllahu əhəd" surələrini oxusa, Allah onu, ata-anasını və onların övladlarının hamısını bağışlayar. Əgər o bədbəxtlərdən olmuş olsa, onun adını onların dəftərindən pozub, xoşbəxtlərin dəftərinə yazar, bu dünyada ona səadət bəxş edib, onu şəhid kimi öldürər, və şəhid kimi məşhur edər.

2-Übəyy ibn Kə`bdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Kafirun surəsini oxusa, Qur`anın dörddə birini oxumuş şəxs kimi olar, Şeytanın nökərləri ondan uzaq şirkdən pak, böyük divin qorxusundan amanda qalar.

Cümə günü sübh namazından sonra günəş çıxmazdan əvvəl Kafirun surəsini on dəfə oxu və yüz dəfə bu tərzdə salavat göndər "Əllahummə səlli əla Muhəmmədin ummi alihi səlləm", hər hacətin olmuş olsa, hasil olar.



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə