H. B. Allahverdiyev з. Т. Мяммядов investiSİya prosesləRİNİn təNZİMLƏN­MƏSİ (dərslik)



Yüklə 113,65 Kb.
səhifə1/15
tarix05.01.2022
ölçüsü113,65 Kb.
#111710
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   15

H.B.ALLAHVERDİYEV


З.Т.МЯММЯДОВ

İNVESTİSİYA PROSESLƏRİNİN

TƏNZİMLƏN­MƏSİ

(dərslik)

B A K I – 2003





Rəyçilər:

Azərbaycan Respublikasının Əməkdar Elm xadimi, i.e.d., prof. T.Ə.Quliyev, i.e.d., prof. A.B.Abbasov

Elmi redaktor:

i.e.d., prof. M.Meybullayev


Həsən Bəkir oğlu Allahverdiyev


Защид Тумасгулу оьлу Мяммядов


«İnvestisiya proseslərinin tənzimlənməsi»

Dərslikdə investisiya proseslərinin tənzimlənməsinin nəzəri-me­todoloji məsələləri, ölkənin milli iqtisadiyyatının inkişafında xa­rici in­vestisiyaların rolu, investisiya və əsas fondların təkrar istehsalı, investi­siya qoyuluşlarına tələbatın və onların strukturunun müəyyən edil­mə­si, investi­siya proseslərinin tənzimlənməsinin iqtisadi mexa­nizmi, investi­siya layihələrinin idarə edilməsinin əsasları, investisiya layihələrinin səmərəliliyinin müəyyən edilməsi və s. məsələlər öz əksini geniş tap­mışdır. Dərslikdən bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr, aspirantlar, müəllimlər və həmçinin, bu pro­blemlə maraqlanan elmi iş­çilər də istifadə edə bilərlər.


G İ R İ Ş
Cəmiyyət üzvlərinin artmaqda olan sosial-iqtisadi tələ­batı­nın ödənilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur. Bu ba­xımdan, cəmiyyətin həyatında investisiya qoyuluşlarının rolu və əhə­miyyəti son dərəcə yüksəlmiş olur. Ölkədə makroiqtisadi gö­s­təricilərin yüksəldil­məsi, ümumimilli məhsulun strukturunda apa­rıcı sahələrin, xüsu­silə, strateji sahələrin rolunun və əhə­miyyəti­nin getdikcə artı­rılmasını tələb edir.

Bu cəhətdən respublikaya xarici investisiya qoyuluşları­nın artırılması və onun dövlət tərəfindən tənzimlənməsi, iqti­sadiyya­tın sahələrinin inkişafında lazımi proporsiyaların təmin edilməsi böyük elmi və praktiki əhəmiyyət kəsb edir.

Burada bir tərəfdən xarici investisiyaların cəlb edilməsi əsa­sında ölkənin ixracat potensialını artırmaq, digər tərəfdən xarici-iqtisadi əlaqələrin getdikcə daha da genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, hələ 1994-cü ilin 20 sentyab­rında imza­lanmış «Əsrin müqaviləsi»nin sosial-iqtisadi əhə­miyyəti əvəzsiz­dir. Belə ki, 1999-cu ilin avqustunda «Əsrin müqaviləsi»nin be­şinci ildönümünün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı xüsusi sərəncam tarixi əhəmiyyətə ma­likdir. Həmin sərəncamda göstərilir ki, Beynəlxalq aləmdə «Əs­rin müqaviləsi» adını almış bu sazişin bağlanması müstəqil Azər­baycan Respublikasının həy­atında tarixi hadisə kimi qiymətləndi­rilir. «Əsrin müqaviləsi»nin imzalanması, Azər­baycanın müstəqil dövlət olaraq öz milli sərvə­tinə tam sahib olduğunu dünyaya bir daha göstərdi. Azərbaycan iqtisadiyya­tının dünya iqtisadiyyatına inteqrasiyası üçün tam əsas ya­ratdı.

Beləliklə, beynəlxaq konsorsium yaradılaraq, indiyədək res­publikada 19 neft müqaviləsi bağlanmış və bu mühüm pro­sesdə 14 xarici öl­kə­­dən 33 iri məşhur şirkətin iştirakı təmin edilmişdir. He­sab­lamalara görə bu mühüm saziş res­publikada kar­bohidrogen ehtiyatlarından istifadə sahəsində ölkənin Xəzər regi­onunda apa­rıcı mövqeyə malik olacaqdır. Təhlil göstərir ki, indi-

y­ə­­dək «Əsrin müqaviləsi»nin həyata keçirilməsi ilə bağlı 2,4 milyard ABŞ dolları məbləğində in­vestisiya qoyulmuşdur. Ümu­miyyətlə, neft-qaz hasilatı üzrə bağlanmış müqavilələr 30 il və daha çox müddətə nəzərdə tutulmuşdur ki, bunun da nəticəsində respublikamıza təqribən 60 milyarda ABŞ dolları məbləğində in­ve­stisiya qoyuluş­ları nəzərdə tutulur. Təhlil göstərir ki, Azər­bayca­nın müqa­vilələrdə iştirak payı 7,5 faizdən 50 faizə qədər təşkil edir.

Respublikada geniş miqyas almış xarici ölkələrin inve­stisiya fəaliyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi «İnvestisiya fəaliyyəti haqqında» Qanuna əsa­sən tənzimlənir. Həmin qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı ol­mayaraq bütün investorların hüquqlarının bərabər müdafiəçisi dövlətdir.

Bununla belə, mövcud qanunvericilik aktları ilə müəy­yən­ləş­dirilmiş investi­siya fəaliyyəti subyektlərinin müqavilə mü­na­si­bətlərinə dövlət orqanlarının və vəzifəli şəxslərin həd­dən artıq müdaxilə etməsinə yol verilmir.

Odur ki, investorlar öz məqsəd və fəaliyyətlərində tam sər­bəstdirlər. Deməli, buna görə də onlar respublikada ən səmərəli və per­spektivli sahələrdən biri olan neft-qaz hasilatına investisiya qoymağa üstünlük verirlər. Məhz bununla bağlı, ən başlıca məq­səd bu isti­qamətlərdə işlərin mümkün qədər daha da in­tensivləş­dirilməsidir.

Qeyd etmək lazımdır ki, respublikada yaranan əlverişli siya­si, iqtisadi və hüquqi şərait iqtisadiyyatın sağlamlaşdırıl­masının mühüm göstəricisi olan investisiya qoyuluşlarının həcminin xeyli artmasına şərait yaranmışdır. Araşdırmalar gö­stərir ki, xarici in-

ve­tisiya qoyuluşlarında dinamik, sürətli ar­tım tempi mövcuddur. Belə ki, 1995-ci ilə nisbətən 1998-ci ildə investisiya qoyuluşla­rının həcmi 3,7 dəfə artmışdır. İnve­stisiya qoyuluşlarının 60-65 faizdən çoxu neft sənayesinin payına düşür. Müsbət hal olaraq qeyd etmək lazımdır ki, res­publikada birgə müəssisələr və xarici firmalar tərəfindən in­vestisiya qoyuluşları da yüksək temp ilə artmaqdadır. Bununla yanaşı xarici firmalar tərəfindən sərf edilən investi­siyaların da miqyasını genişləndirməklə xarici investiyala­rın məbləği də artmışdır. Xarici firmalar arasında Türkiyə, ABŞ, Böyük Bri­taniya və İranın firmaları investisiya qoyuluşlarında əsas rol oy­nayırlar. Buna 1995-ci ildə qəbul edilmiş «Xarici in­vestisiyaların qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu da geniş imkanlar açmışdır. Xarici investisiya fəaliyyətini stimullaşdırmaq məqsədilə nor­mativ hüquqi aktları beynəlxalq dünya standartlarına uyğun olaraq təkmilləşdirmək lazımdır.

Məhz buna görə də ölkədə xarici investisiya fəaliyyəti­nin bərqərar olduğu şəraitdə dövlətin tənzimləyici rolu və funksiyası daha da artmış olur.

Beləliklə, dərslikdə investisiya qoyuluşlarının dövlət tə­rə­fin­dən tənzimlənməsinin elmi-metodoloji istiqamətləri kur­sun pro­qramına uyğun olaraq işlənmişdir. Həmin problemə dair res­publi­kamızda ilk dəfə hazırlanmış dərslik ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Lakin ondan müəllim­lər, aspirantlar və bu problemlə məşğul olan digər şəxslər də istifadə edə bilər­lər.

Bununla belə, dərslikdə nöqsanlar da istisna edilmir. Dərs­liklə bağlı irad və təkliflərini söyləyəcək oxuculara müəlliflər əvvəlcədən minnətdarlıqlarını birdirir­lər.


Yüklə 113,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin