Hamınıza yeni həyatınızda can sağlığı arzulayırıq



Yüklə 101,83 Kb.
tarix07.07.2018
ölçüsü101,83 Kb.
#55942

GİRİŞ

Bu kitabı əlinizə aldıqda bəlkədə qaraciyər transplantasiyası ilə ilk dəfə qarşılaşırsınız. Həkiminizin, əvvəlki qaraciyəriniz ilə yaşaya bilməyəcəyinizi və həyatınızın bundan sonrasını yeni bir qaraciyər ilə davam etmənin lazım olduğunu söylədiyində, bu sözlər bəlkədə sizi bir az həyəcanlandırmışdır. Lakin hal hAzırda qaraciyər çatışmazlığı olan xəstələr üçün dünyada məlum olan ən yaxşı müalicə qaraciyər transplantasiyasıdır. Hər gün dünyada bir çox insan qaraciyər transplantasiyası ilə yaşama şansı ələdə edib, əvvəlki sağlam, aktiv həyatlarına qayıtmaqdadırlar. Son illərdə qaraciyər transplantasiyasının müvəffəqiyyətlə nəticələnməsi çox sürətli şəkildə artmışdır. Yeni çıxan və orqanizmin yeni orqanı qəbul etməməsinin qarşısını alan dərmanlarla və cərrahi texnikanın inkişafı ilə əməliyyatdan sonra xəstələrin yaşama nisbəti və keyfiyyəti artmışdır.

Bu kitab sizə və ailənizə həyat verən qaraciyər transplantasiyası haqqqında məlumat verir . Başqa sözlə ağlınıza gələ biləcək lazımsa əəliyyatdan əvvəl, lazımsa əməliyyatdan sonrakı zamanla əlaqədar bir çox suala cavab verilmişdir. Yeni yaşam tərzinizdə dəyişdirəcəyiniz və diqqət edəcəyiniz bəzi nüanslar təfərrüatları ilə göstərilmişdir.

Biz sizin öz qaraciyəriniz haqqında lazımi bütün məlumatlara malik olanızı istəyirik. Bu yeni həyat tərzinizə uyğunlaşmanı və sağalmanızın sürətlənməsini təmin edəcəkdir.

Hamınıza yeni həyatınızda can sağlığı arzulayırıq.

DR.MİRCƏLAL KAZIMİ

QARACİYƏR

Qaraciyərimiz vücudumuzda olan ən vacib orqandır. Qarnımızın sağ üst tərəfində , alt qabırğaların arxasında və ağciyərlərin altındadır. Qaraciyər insan vücudunun fabriki kimi səciyyələnir və vücudun ümumi nizamı ilə əlaqədar təxminən 500 funksiyaya malikdir.

Qaraciyər , yediyimiz yeməklərin vücudumuz üçün lazımi bünövrə daşlarına və funksional maddələrə çevrilir. Bəzi qidaları, enerji qaynaqlarını, vitakminləri təlabat olduğu zaman istifadə olunan anbarlar, zərərli madddələi orqanizmdən uzaqlaşdırır. Qaraciyərdə hazırlanıb bağırsağa tökülən öd , qida maddələrinin həzmini təşkil edir.

Sintez etdiyi maddələrin içərisində olan qan laxtalandıran amilləri sayəsində , hər hansı bir yerimiz kəsildiyində qanamanın özünün durması mümkündür. Vücudumuzdakı bir çox maddəni daşıyan , suyun damar içərisində dayanmasını təmin edən albumini istehsal edir. Beləcə orqanizimizdə ödem(qarın boşluğu,yuxarı və aşağı ətraf və.s) adlana şişliklərin meydana çıxmasının qarşısını alır. Hüceyrələrimizin ötürücü səthlərinin və bəzi hormonlarımızın təməlində yerləşən xolesterolu da qaraciyər istehsal edir. Bütün bu istehsalat və paylaşdırma hadisələrinin olmasında rol oynayan enzim adlaann maddələr də böyük ölçüdə qaraciyərdə yer tutur və qaraciyər tərəfindən yayılır.

Eritrositlər dediyimiz qan hüceyrələri normal ömürünü tamamlayıb parçalandığızaman üzə şıxan və atılması lazım olan mçaddələri, qaraciyər vücudumuzdan uzaqlaşdırır. Bu maddələrin sson məhsulu olan biluribin , vücudumuzudan atıla bilməzvə yığılarsa , sarılıq ortaya çıxır. Qəbul etdiyimiz dərmanın istifadə edilməsi və istifadəsindən sonra vücudumuzdan çıxarılması üçün qaraciyərdə mürəkkəb proseslərin getməsi lazımdır. Yenədə vücudumuzun normal işləməsi zamanı üzə çıxan və ya həzm kanalı ilə gələn bir çəx zərərli maddənin ortadan qaldırılması qaraciyərimizin hər günki işləri sırasındadır. Bu işləri yerinə yetirə bilməzsə , zərərli maddələr qanda yığılır. Beynimizə, böyrəklərimiz, ürəyimizə və daha bir çox orqanımıza zərər verər. Qarciyərin bir çox funksiyaları ilə yanaşı ən mühümləri bunlardır.

Qidaların həzmi üçün öd istehsal edir

Yediklərimizi vücuumuzun istifdə edə biləcəyi təməl daşlarına çevirir

Qan pıxtalaşma amilləri, enzimləri və başqa proteinləri istehsal edir

Dəmir, vitamin və enerji qaynaqlarını aannbarlaşdırır

Vücudumunuza zərərli olan zəhərli maddələri təmizləyir



QARACİYƏR XƏSTƏLİYİ

Qaraciyərin özünü bir çox xəstəlikdən sonra yeniləyə bilmək qabiliyyəti var. Lakin bəzi halllarda, qaraciyər geriyə dönüşü olmayan bir şəkildə zərərə məruz qala bilər. Bu, irsi anormallıqların , hədsiz spirtli və dərman qəbulu, xərçəng və ya hepatitə səbəb olan keçici virusların və.s nəticəsində olur. Qaraciyərin bərkiyərək kiçilməsi və üzərində irili xırdalı düyünlərin əmələ gəlməsinə sirroz deyilir. Qaraciyər sirozu, qanama, sarılıq, qarında su toplanması( assit)infeksiya və zəhərli tullantıların yığılması ilə koma kimi ölümcül nəticələarə yol aça bilər. Bu nöqtədə həyat qurtarıcı tək yol, xəstə qaraciyəri çıxarıb, yerinə sağlam bir qaraciyər yerləşdirməkdir. Yalniz bu şəkildə bir orqanın köçürülməsi ilə xəstənin həyatını xilas etmək olar.

Qaraciyər xəstəliyinin açıq xüsusiyyətlərindən biri sarılıqdır(gözlərin və dərinin saralması). Sarılığa qanda yüksələn biluribin səbəb olur.

DİQQƏT......

SARILIQ

TÜND RƏNGLİ SİDİK

YUXUYA MEYİLLİLİK, ƏLLƏRDƏ TİTRƏMƏ, YADDAŞ BULANIQLIĞI, KOMA

QAN QUSMA, VÜCUDDA YÜNGÜL SƏPKİLƏRİN ƏMƏLƏ GƏLMƏSİ QANAMAYA MEYİLLİLİK

BOZ, YADA GİL RƏNGLİ NƏCİS

QARINDA SU YIĞILMASI

HƏDSİZ HALSIZLIQ qaraciyər xəstəliyinin əlamətləridir.

Qaraciyər transplantasiyası

Sizə və ya uşağınıza həkimlər tərəfindən qaraciyər köçürülməsi söyləndikdən sonra qarşınıza iki yol çıxır


  1. Beyin ölümü gercəkləşmiş donorun(kadavra) qaraciyərinin köçürülməsi

  2. Canlı vericili donorun qaraciyərinin köçürülməsi beyin ölümü təsdiqlənmiş donorun( kadavra)

Beyin ölümü təsdiqlənmiş donorun( kadavra) qaraciyərinin köçürülməsi

Yol qəzası , hündürlükdən yıxıla, travma, beyin qanaxması, beyin şışı və ya ürək çatışmamazlığı nəticəsində beyin ölümüm ortay açıxan insanların , ailələri tərəfindən onların orqanlarının bağışlanması nəticəsində həyata keçirilir. Aparılan müayinələr orqan verın xəstənin hər hansı bir yoluxucu xəstəlik, QİÇS, virus hepatiti, xərcəng və ya qaraciyər xəstəliyinə tutulmadığını göstərməlidir.

Uyğun şəraitdə çıxarılan vı xüsusi mühafizə edici mayelərdə mühafizə olunan qaraciyər ölən insandaaan götürüldükdən sonra ən geci 24 saat ərzində transplantasiya edilməlidir.

Kadavra orqanı gözləmə siyahısında sınızsa, sizinlə 24 saat əlaqə sxlaya biləcəyimiz telefonun yanından ayırmamalısınız (xüsusilə mobil telefon) . Beləki, əməliyyat üçün lazımii qan verəcək insanların adları da yanınızda olmalıdır.



  1. Canlı vericili donorun qaraciyərinin köçürülməsi. Qaraciyər xəstəliyi olan və orqan köçürülmə ehtiyacı olan insanların qohumlarından götürülən qaraciyər parçası ilə həyata keçirilən əməliyyat növüdür.

Ana, ata, qardaş, həyat yoldaşı və digər yaxın qohumların könüllü olması lazımdır. Bu könüllü insanda aparılan bütün testlər insanın qaraciyərinin parçasını verməsində bir ıngəl olmadığını ortaya çıxarmalıdır. Bu testlər iki istiqamətdədir.

Birinci orqan verən insanın hər hansı bir zərərə məruz qalmaması üçün bütün sistemlər üzrə aparılan araşdırmalar ürək, agciyər, həzm sistemi kimi bütün orqanlar və psixoloji vəziyyət qiymətləndirilir.

Ikincisi qaraciyər istiqamətindəəki müayinlər. Bu müayinələr içərisində qaraciyərin bütün sturktur xüsusiyyətlərinə, arteriya, vena və öd yollarına baxılır.

Əgər bütün müayinlər uyğundursa , köüllü insanın orqan bağışlamasında bir əngəl olmadığına qərar verilir. Kişik uşaq xəstələr üçün ümumiyyətlə könüllü insanın qaraciyərinin sol yan hissəsini , həddi buluğa çatmış və yaxud böyük xəstələr üçün könüllü insanın qaraciyərinin sağ yarım hissəsi götürülür.



Qaraciyər bağışlayanlar üçün məlumatlar.

Istədiyiniz birinə yaxşılıq etmək , ona xəstəlikdən xilas olma şansı vermək,onu həyata qaytarmaq çox gözəl bir hissdir, üstəlik bunu öz orqanınızın bir hissəsini bağışlayaraq edirsinizsə bu xoşbəxtlik heç bir şey ilə ölçülə bilməz.

Bu gözəl hissə baxmayaraq qaraciyərinzin bir hisssəsini vermək düşüncəsi, ilk anda sizi narahat edə bilər. Sonrakı həyatınızda öz sağlamlığınıza necə təsir etməsi barədə təşvişə düşə bilərsiniz.

Unutmayınki, qaraciyəri verən insanın qaraciyəri əməliyyatdan dərhal sonra böyüməyə başlayır və təqribən 3 ay sonra əməliyyatdan əvvəlki köhnə ölçüsünə çatır. Eyni şəkildə qaraciyər alanın aldığı hissə də böyüyərək 3 ay ərzındə xəstənin normal qaraciyər vəziyyətinə çatır.

Qaraciyərinizin bir parçasını bağışlamağa qərar verdiyiiz zaman ilk əvvəl sizin sağlamlığınızızn zərər görməməsi üçün çox dəyişik müayinələlr ediləcəkdir. Bu müayinələr əsnasında sizə zərər verə biləcək ən kiçik bir şüphə ortaya çıxarsa , orqan bağışlaamağınız qəbul edilməyəcək, vəziyyət sizə və yaxınlarınıza bildiriləcəcəkdir. Bundan sonra vacib iş ,yeni könüllü (donor) axtarmaqdır.

Qaraciyər verən şəxsə aparılan müayinələr

Bütün qan və sidik analizləri

Şiş markerləri

Qaraciyər testləri

Viral hepatit testləri

Keçici xəstəliklər

Agciyər qrafisi

Urək qarfisi, lazım olsa exokardioqrafiya

Mədə, ultrasəs müayinəsi

Qaraciyər damarları üçün doppler ultrasəs

Qaraciyər həcmi üçün kompyuterlə tomoqrafiya

Qaraciyər damarları üçün angiografiya

Öd kanalları üçün maqnit rezonans xoloangioqrafiyası

Qaraciyər biopsiyası

Qaraciyər bağışlamanız üçün 18-60 yaşlarınızda olmalısınız. Qaraciyər köçürülməsi üçün lazımi ilk şərt qan qrupunun uyğun gəlməsidir.

Xəstəxanaya gediş

Evdə əvvəlcədən hazırlanməş gündəlik tələbatlarınızı qarşılamaq üçün hazırlanmış bir çanta çəx yaxşı bir fikirdir. Beləcə xəstəxanaya getməmişdən əvvəl vaxt itirməyəcəksiniz.

Donor gözləyərkən bir diş həkiminə gedib, dişlərinizi göstərməkdə fayda var.beləcə xəstə olan dişləriniz müalicə olunarş bu əməliyyatdan sonra meydana çıxan infeksiyaların qarşısını almağa köməklik edər.

Əgər qaraciyər parçasını qohumlarınızdan alırsınızsa, həm alan həmdə verən şəxs bir neçə gün əvvəl xəstəxanaya getməlidir. Hər iki nəfər üçün yuxarıda qeyd edilənlər zəruridir.



Əməliyyata hazırlıq

Xəstəxanaya daxil olduqdan sonra sizə, bəzi testlər ediləcəkdir. Bunlar əməliyyata hazırlanmağın ənənəvi hissəsidir və o zaman aydın olmayan infeksiyaları kəşf etmə istiqamətindədir.

Ümumi bir fiziki müayinədən keçəcək sidik və qan nümunələri verməyiniz tələb olunacaqdır. Döş qəfəsinin rentgen çəkilişi və ürəyinzin elektrokardioqramması ediləcəkdir. Sonda bütün vücudunuzu antiseptik sabunla yuyunmanız istəniləcək və tib bacısı əməliyyat nahiyyəsini təmizləyəcəkdir.

Transplantoloq cərrah və anestezioloq sizə əməliyyat zamanını və əməliyyatzamanı qarşılaşacağınız risklər barəsində məlumat verəcəkdir. Əməliyyata razılıq barədə bir sənəd imzalamağınız istəniləcəkdir.

Xəstəxanaya gəldiyinizdə bir sıra testdən keçəcəksiniz.

Orqan köçürmə qrupu sizi çağırdıqdan sonra

O andan etibarən

Heç birşey yeyib içməyin

Qohumlarınıza xəbəər verin

Siqaret çəkməyin

Dərhal xəstəxanaya gəlin

Sakit olun



Əməliyyat proseduru

Kadavradan qaraciyər transplantasiyası üzrə cərrahi texnikanın əsasları 25-30 il əvvəllərə təsadüf edir. Cərrahi texnika keçən illər ərzində geniş inkişaf etdirilmiş və müvəffəqiyyət nisbəti artmış ,mürəkkəbliklər azalmışdır. Yenədə olduqca çətin bir ımıliyyat olub təxminən 6-12 saat vaxt çəkir.

Xəstə qaraciyər bütöv bir şəkildə çıxarılır,yerinə sağlam qaraciyər qoyulur. Sadə görünsədə çox qanamalıkeçən bu əməliyyat üçün ümumiyyətlə 1 və ya 2 apaarıcı cərrah,3 cərrah-assistent,3 tibb bacısı və2 anestezioloq ilə asissenti, tibb bacısı və kiçik tibbi personall lazımdır. Xəstə qaraciyər 4 ana damardan kəsilməli qaraciyərdən bağırsaqlara öd daşıyan vəpdkanalı kimi bilinən boru ayrılmalıdır. Sonra yeni qaraciyər yerinə yerləşdirilir və əməliyyatın başa çatması üçün qan damarı ilə öd kanalı yenidən bərpa edilir.

Canlı qaraciyər transplanatasiyası isə son illərdə tətbiq edilmiş və son 10 ildə geniş yayılmışdır. Bu əməliyyyatda qaraciyər çıxaran vəqaraciyəritaxan iki komanda birlikdə vəeyni vaxtda işləyir. Canlı vericili qaraciyər transplantasiyası cərrahi metod olaraq kadavra əməliyyatlarından daha çətin bir metoddur. Ən azı iki cərrah ,altı cərrah assistent ,altı tibb bacısı,2 anestezioloq, 4 anesteziya assistenti,4 anesteziya tibb bacısı vəkiçik tibb personalları əməliyyat müddətində birlikdə işləyirlər. Çox kiçik olan arteriya damarının tikilməs iüçün mikro cərrahlar və ımıliyyyat zamanı ultrasəs müayinələr üçün çüa diaqnostika mütəxəssisi dəlazımdır. Canlı donorlu qaraciyər əməliyyatı 10-20 saat davam edir. Verici ımıliyyatı isə -10 saat çəkə bilər.



Son anda belə donororqanınınuyğun gəlməməsi və ya başqa ağırlaşma halları səbəbindən əməliyyat ləğv edilə bilər vəya təxirə salına bilər.

T –borucuğunun yerlışdirilməsi və ödün boşaldılması

Cərrahınız öd kanalınaT-borucuğu adı verilən kiçik bir borucuğu bağlamağı lazımlı hesab edə bilər. T-borucuğu ödün orqanizminizdən xaricəöd torbası adlandırılan kiçik bir borucuğa boşalmasınıtəmin edir. Buşəkildə rəngi tünddən tünd yaşıla dəyişən rənglərdə olan ödün miqadarı ölçülə bilər. Bir T-borucuğu taxıldıqdan sonra birhəftə -on gün ,bəlkədə daha uzun müddət öd kisəsinə bağlı qala bilər. Ümumiyyətlə onuncu gün çəkilən T-borucuğunun şəklində dar vəziyyət vəyaöd axıntısı yoxdursa ,T- borucuğu bağlanır,yaxud örtülür. Yaranın yaxşılaşması vəxüsusi testlərin keçırılməsi üçün həftələtlə ,ümumiyyətlə 3-6 ay,bəzən dədaha uzun bir müddət öz yerində qala bilər.

T- borucuğu dəriyə tikiş vasitəsilə bağlanır və borucuğun ətrafındakı tampon çirklənərsə və ya islanarsa, mütləq dəyişmək lazımdır. Sizə xəstəxanadan çıxmamışdan əvvəl T-borucuğunun ətrafındakı tamponu necə dəyişdirəcəyiniz göstəriləcəkdir yada xəstəxanaya gəldiyiniz zamanlarda bu prosedura icra olunacaqdır.

Əməliyyatdan sonra

Əməliyyatdan sonra intensiv terapiya şöbəsinə götürüləcək respiratora qoşulacaqdır. Əgər hər şey yaxşıdırsa 24-48 saat ərzındə nəfəs cihazı yavaş –yavaş ortadan qaldırıla bilər. T- borucuğu bəzən,əməliyyatdan sonrakı mərhələdə qarnıznızda digər drenaj borucuqlarıda ola bilər bu borucuqlardan qaraciyərinizn ətrafındakı mayeləri boşaltmaq üçün istifadə olunur və ümüumiyyətləsiz evinizə getmədən əvvəl çıxarılır.

Intensiv terapiyada 3-10gün qaldıqdan sonra evə getməyinizə icazə verilməmişdən əvvəl çox ehtimalki, transplantasiya bölməsində 2-4 həftəlik müddətləyaxşılaşma mərhələnizi keçirəcəksiniz. Bu müddət ərzində yüksək hərarət,ağrılar,sarılıq,maye yığıntısı, dərman əks təsirləri,və qaraciyərin azalmıs funksiyaları kimi orqanizmin orqanı qəbul etmədiyinə dair əlamətlər baxımından müşahidə altında olacaqsınız. Bu əməliyyatdan sonra yaxşılaşma mərhələsi,intensiv fiziki və zehni reabilitasiyanı əhatə edir və bu mərhələdə nümayiş etdirəcəyiniz səy ən qısa müddətdə yenidən ayağa qalxmağınıza təsiredəcəkdir.

Qaraciyər biopsiyası

Həkimləriniz əgər ehtiyac görərsə,yaxşılaşmağınızı müşahidə etmək üçün yeni qaraciyərinizdən toxuma nümunələri götürülə bilər. Bu prosesə biopsiya adı verilir və ümumiyyətlə orqanın qəbul olunmasının ,sarılığın,infeksiyanın,digər baş verə biləcək problemlərin yoxlanılması üçün tətbiqolunur. Biopsiyadan əvvəl qarnınızın sağ tərəfindən bir keyləşdirici dərman yeridiləcəkdir. Sonra isə xüsusi bir iynə vasitəsilə qaraciyər toxumasından mikroskopla tədqiq edilmək üçün nümunə götürülür. Bu prosedurdan sonra ən azı bir saat ərzində yan tərəf üstə yatmağınız və təxminən 4 saat əzrzində yataqdan çıxmamağınız tələb olunacaq.



Xəstəxanadan sonra poliklinika müayinələri

Xəstəxanadan çıxdıqdan sonra ilk aylarda poliklinika nəzarəti üçün həftədə bir vəya iki dəfə transplantasiya şöbəsinə gəlməyiniz tələb olunur. Hər gəlişinizdə qaraciyərinizin funksiyası diqqətlə dəyərləndirlicək müayinələrdən keçəcəksiniz. Beləliklə hər hansı bir infeksiya varsa, aşkarlanması mümkün olacaqdır. Qan analizi də verməyiniz tələb olanacaqdır beləliklə qanınızda dolaşan takrolimus yada siklosporin səviyyələrinin ölçülməsi mümkün olacaqdır və buna görə dərmanlarınız dozası müəyyən olunacaq. Normadan artıq dərman qəbul etmə yüksək infeksiya riskinə yol aça bilər. Aşağı dozada qəbul olunması isə köçürülmüş qaraciyərinizi qəbul olunmamasına səbəb olar. Infeksiya və ya orqanın qəbul olunmaması riski azldıqca poliklinika yoxlamalarınızın intensivliyi də azlacaqdır.

Bu müşahidə üçün gəlişlərinizdə məqsəd yaxşılaşmağınızı müşahidə etmək və hər hansı baş verə biləcək kəskinləşməni müayinə etməkdir.

Qan testi verməzdən əvvəl prograf və sandimmun dərmanlarınızı qəbul etməyinn çünki bunlar nəticələrə təsir edəcəkdir.



Xəstəxanadan sonrakı qulluq

Indiyə qədər transplantasiya şöbəsindəki tibbi heyyətin xüsusi qulluğu altinda idiniz,lakin indi xəstəxananı tərk etmə zamanıdır.

Artıq bundan sonrakı qulluğunuzdan böyük ölçüdə siz məsuliyyət daşıyırsınız lakin unutmayın ki, hər hansı bir problemlə qarşılaşdığınızda transplantasiya heyyəti sizəkömək göstərmək üçün hələdə oradadır.

Əməliyyat yarasına qulluq etmə

Bir antiseptik sabundan itifadə edərək əməliyyat yarasını təmiz saxlayın əgər qızarma, şışmə vəya maye yaranması kimi halla qarşılaşsanız dərhal həkiminizi xəbərdar edin.



T-borucuğuna qulluq

Öd kisəsinin boşaldılması üçün yerləşdirilmiş T – borucuğunuz varsa T-borucugunun daxil olduğu nahiyədə dərinin dezinfeksiya olunması mümkündür. Bunları etmılisiniz

Borucuğun ətrafınakı sahəni bir allergiya verməyən sabun ilətəmizləmək

Yaraya zərə verə biləcək vəya T- borucuğunu yerindən çıxra biləcək şiddətli hərəkətdən uzaq durun.



Hərarətinizi yoxlamaq

Özünüzü qizdırma içində hiss edir,titrəməniz olur və ya bir narahatçılıq hiss edirsinizsə vəya bədəninizin hərhansı bir yerində ağrı vəya acı hissetsəniz,hərarətinizi ölçün. Bu infeksiyanın və ya rədd müddətinin ilk əlaməti ola bilər. Hərarətiniz bir gündə uzun müddətdə 38 C-dən çox olarsa, dərhal həkiminizlə əlaqə saxlayın. Həkimin icazəsi olmadan herç bir dərman qəbul etməyin.



Qan təzyiqi və nəbz

Tibb baxıcınız,qan təzyiqini və nəbzinizi necə ölçəcəyinizi sizə öyrədəcəkdir. Normal qan təzyiqinizi və nəbzinizi bilməyiniz vacibdir. Beləliklə normal ölçüdən bir fərq hiss etsəniz,bunu həkiminizə bildirin.



Dişlərə qulluq

Yumuşaq bir diş fircası istifadə etməlisiniz,beləliklə diş ətlərinizə zərər verməyəcəksiniz. Hər yeməkdən sonra dişlərinizi fırcalayın və antiseptikbir ağız yuma məhsulu ilə qarqara edin. İnfeksiyaların və çürüklərin qarşısını almaq məqsədilə nizamlı olaraq hər altı ayda bir ümumi yoxlamadan keçmək üçün diş həkiminizlə əlaqə saxlayın. Dişlərinizlə bağlıciddi problemləriniz yoxdursa,əməliyyatdan sonrakı 6 ayda diş həkiminə getməməlisiniz. Qaraciyər köçürmənin həyata keçirilməsinin üstündən nə qədər keçirsə keçsin , hər hansı bir diş əməliyyatından 24 saat əvvəl başlayıb əməliyyatdan 48 saata qədər antibiotik qəbul etməlisiniz. Bu cür müalicəyə proflaktika deyilir və hansı antibiotiki qəbul etməniz lazım olduğunu həkimiz sizə bildirəcək. Bəzi immunosupressiv dərmanların təsirindən diş ətində şişmə olarsa həkiminizə müarciət edin.

Infeksiyaların və çürüklərin qarşısını almaq məqsədilə nizamlı olaraq diş həkiminə getməlisiniz.

Ümumi bədən təmizliyi

Infeksiya təhlükəsinin olmamasına kömək etmək üçün yaxşı bir şəxsi təmizlik standartını davam etdirmək zəruridir. Aşağıdakı məsalələrə diqqətlə yanaşamaq lazımdır.

Nizamlı olaraq yuyunun

Əlinizi yuyarkən quru sabun əvəzinə maye sabundan istifadə edin

Əl və üz dəsmallarını gündəlik dəyişin

Yeməklərdən əvvəl və tualetdən sonra mütləq əllərinizi yuyun

Bir dırnaq fırçası ilə dırnaqlarınızı yaxşıca təmizləyin

Aybaşı günlərində qadınlar ped və tamponlarını nizamlı dəyişdirməlidirlər

Qadınlar tampon yerinə pedlərə üştünlük verməlidirlər

Heç bir zaman gigiyenik olmayan maddə istifadə etməyin. Bunlar uşaqlıqyolunda normal şəkildə olan mikororqanizmaları yox edərək infeksiya təhlükəsini artırar. Yumuşaq sabun və su ilə nizamlı olaraq yuyunmaq kifayətdir .



Dəri və saçlara qulluq

Kortizon sinənizdə ,çiyinlərinizdə və belinizdə sızanaqlara səbəb ola bilər. Əgər sızanaq yaranarsa, bu hissəni gündə 3 dəfə yumuşaq bir antibakterial sabunla yuyun və dərinizi sabundan tammaliə duruladığınıza əmin olun.

Təsirə məruz qalan hissəni ovmaqdan çəkinin və sizanaqları örtmək üçün kosmetik vasitələrdən istifadə etməyin.

Ağır və infeksiyalaşmış sızanağın bir dermatoloq tərəfindən müalicəsi mütləqdir.

Əgər dəriniz çox qurudursa , bu hissələri bir müddət yumayın,ki dəri öz təbii nəminəqayıtsın. Yumuşaq bir sabun və hamamdan sonra bədən kremi dən istifadə edin. Kortizon mütləq saçınıza təsir edəcəkdir. Qalıcı saç boyaları, yüngül rənglər, gellər saç tellərinizin incəlməsinə və qırılmasına səbəb olacaq bunları diqqətlə istifadə edin.

Arzu olunmayan tüklər

Immunsupressiv dərmanların bəzilərinin əks təsirlərindən biridə üzdə və bədəndə tüklərin artması və sıxlaşmasıdır. Qadınlar və uşaqlarda bu hal narahatliq yaradır,lakin heç bir zaman immunsupressiv dərmanınızı öz başına qəbul etməyi dayandırmayın. Əgər tüklərin böyüməsi həddən artıq çox olarsa məsləhət üçün həkiminizləəlaqə saxlayın



Günəşə çıxma

Çox günəş altında qalmaq hərkəsə zərərlidir. Günəş işığındakı ultrabənövşəyi şüalar dərinin tez qocalmasına, günəş yanığına və dəri xərçənginə səbəb ola bilər. Transplantasiya xəstələrinin dəri xərçənginə tutulma riski daha yüksək olur. Aşağıdakı sadə qaydalara əməl etməklə dərinizi qoruya bilərsiniz

Günəş şüalarının ən qüvvətl olduğu günortasında günəşdən uzaq durun. Mümükün olduqca kölgədə olun.

Bayırda olduğunuz müddətdə və günəş kremi çəkmədiyiniz vaxtlarda bir papaq, uzun qollu paltar və yüngül bir şalvar geyinin.

Yaz vəyay aylarında qoruma faktoru ən az 20 olan yüksək keyfiyyətli bir günəş kremindən istifadə edin. Günəşə məruz qalan bütün hissələrə xüsusilə üz,boyun və əllərə krem çəkin. Günəş kremləri suyla təmizlənir. Əgər tərləsəniz və xüsusilə üzmədən sonra kremi nizamlı olaraq yenidən çəkin.

Unutmayınki, günəş şüaları buludlu günlərdə belə zərərli ola bilər. Ultrabənövşəyi şüaların dəniz, qum,beton və qardan əks olunmasıda günəş yanığına səbəb ola bilər

Solaryuma əsla getməyin. Xallara diqqət edin . Əgər bir xalın rənginin dəyişdiyini vəya sərhədlərinin nizamsız şəkil aldığnı hiss etsəniz həmən həkiminizlə əlaqə saxlayın. Dərinizi daima günəşdən qorumalısınız.

Transplantasiyadan sonrakı həyat tərzi

Orqan köçürülmüş xəstələr özlərini yenidən doğulmuş hesab edirlər və yeni bir həyata başladıqlarını düşünürlər. Bir çoxu əməliyyat gününün doğum günü kimi qeyd edirlər. Transplantasiyanın uğuru ilə birlikdə sizi əvvəlkindən daha yaxşı bir həyat gözləyir.



Evə qayıdış

Transplantasıyadan sonra evə qayıdış xoşbəxt və əlamətdar bir hadisədir. Sağalmanın həftələr çəkən bir müddət olduğunu başa düşmək böyük əhəmiyyət daşıyıyr. Həm siz,həmdə ailəniz üçün yeni bir həyat tərzinə öyrəşmək bir az vaxt tələb edir. Bir orqan köçürmə ilə yaşamaq vaxt tələb edən bir vərdiş etmə üsuludur. Bir çox insan aktiv olduğdu təqdirdə,xüsusilədə uzun müddət reabilitasiya müddətini başa vurmaq üçün qərarlı bir cəhd göstərdikdə bu vəziyyətin öhdəsindən asanlıqla gələ bilər.

Təxminən üçü ay çəkən ilk həssas müddətin başa çatması ilə azqala bütün qaraciyər transplantasiyalı xəstələr köhnə və xəstəlikdən əvvəlki həyatlarına qayıdırlar.

Köçürülmüş bir orqanla yaşayanları təsirləndirəcək yarana bilən problemlərə baxmayaraq, transplantasiya olan xəstələrin əksəri normal bir həyat tərzinə sahib olurlar. İşləyirlər,ailəsahibi olurlar, uşaq yetişdirirlər və cəmiyyətdə faydalı bir rol oynayırlar. Sağalma müddəti həftlərlə vaxt tələb edə bilər. Bunu qısaltmaq sizin əlinizdədir.



Duz (natrium)

Kortizonların başaqa bir əks təsiridə vücudunuzun duzlaşmasına səbəb olmasıdır. Bu,vücudun su ilə dolmasına vəyüksək qan təzyiqinə səbəb olabilər. Duzlaşmanın qarşısını almaq üçün

Yeməkdə bişirərkən duzdan az istifadə edin

Bişmiş yeməyə duz qatmayın

Kartoflu çips kimi duzlu qidalardan uzaq durun

Konservləşdirilımiş qidalardan yayının



Məşq

Fiziki hərəkətlər ,vücudunuzla yanaşı ruhuda canlandırır. Ardıcıl məşqlərə davam edən xəstələr bunun ümüumi yaxşılaşma hissini möhkəmləndirdiyini və işləmək,əylənmək ,şəxsi münasibətlər üçün daha çox enenrjiyə malik olduqlarını söyləyirlər. Məşqlər artıq çəkini əridir,beləlikləçəkinizi nəzarətdə saxlamağa kömək edir.

Uzun bir xəstəlik mərhələsində gücdən düşən əzələlərinizi gücləndirmək üçün hər gün idman etmək mühüm şərtlərdəndir. Məşgələ programınızı pillə pillə artırmalısınız. Ən xeyirli iidman gəzməkdir. Xüsusiə gözəl və təmiz havalarda gəzmək sizin daha yaxşı yatmanıza və bağırsaqlarınızın yaxşı işləməsinə kömək edəcəkdir. Yorulacaq dərəcədə gəzməyin. Velosipedə minmək,üzmə,və gəzmək gücünüzü artırmaq üçün çox faydalıdır. Həmçinin məşq edərkən dərmanın əks təsiri olan sümük əriməsindəndə yayına bilərsiniz.

Xəbərdarlıq

Aşağıdakı əlamətlərin hər hansı birini görsəniz həkiminizin məsləhətinə qədər idmanla məşğul olmağı dayandırın.

Sinənizdə,boynunuzda və ya çənənizdə ağrı və ya təzyiq

Yuxusuzluqla əlaqədəar olmayan həddindən artıq yorğunluq

Sizi narahat edən tənginəfəslik

Idmanla məşğul olduğunuz zaman və ya sonra baş gicəllənməsi ,halsizlıq

Transplantasiyadan sonra yaranan,idmanla məşğul olduğunuz vaxtda vəya davamlı olaraq tez vəya nizamsız nəbz.

Avtomobil idarəetmək

Transplantasiya olunduğunuz ilk dörd həfrtə ərzində maşın sürməyiniz qadağandır.



Spirtli içki

Spirtli içki qaraciyər tərəfindən parçalanaraq qaraciyərin zədələnməsinə səbəb olacağı üçün hər cür spirtli içkidən uzaq durmalısınız.



Siqaret çəkmək

Siqareti mütləq atın. Siqaret yalnız sizin üçün deyil bütün insanlar üçün zərərlidir. Əgər köməyə ehtiyacınız olsa ,həkiminizə müaraciət edin. Siqaret yeni köçürülən orqanın damarının tıxanmasına da şərait yaratdığı üçün orqanın məhv olmasına səbəb ola bilər.



Cinsi fəaliyyət

Uğurlu transpllantasiyadan bir neçə ay sonra özünüzü kifayət qədər yaxşı hiss etdiyiniz zaman cinsi falaiyyətinizə yenidən başlaya bilərsiniz. Kişilərin əksəriyyəti cinsi güclərini təkrar qazanırlar vəqadınların əksəriyəti əməliyyatdan bir neçəay sonra menisturasiya tsikillərinin bərpa olunduğunun şahidi olurlar. Bununla belə bəzi dərmanlar ,cinsi funksiyanı zəiflədə bilər. Bu kimi problemlərlə qarşılaşdıqda həkiminizlə əlaqə saxlayın.

Soyuqdəymə və herpes kimi bir infeksiya düşmədiyi təqdirdə birini öpmək problem olmaz. Hər iki tərəfində cinsi əlaqədən əvvəl və sonra özlərini su vəsabunla yaxşıca yumaları tövsiyyə olunur.

Immunsupressiv dərmanların bəziləri oral kontraseptiv dərman preparatlarının təsirini azaltdığı üçün bu həbləri istifadə etməyiniz məsləhət görülmür. Spiral kimi uşaqlıq içi vasitələrdə çoxalan infeksiya təhlükəsinə görə məsləhət görülmür. Prezervativlər həm infeksiyanı,həmdə istənilməyən hamiləliklərin qarşısını almaq üçün ən yaxşı vasitədir.



Nəsil artırma

Bir çox kişi ,transplantasiyadan sonra uşaq sahibi olmuş və çox sayda qadın da sağlam uşaqlar dünyaya gətirmişdir.

Hamilə qalmağınız üçün əməliyyatdan ən azı bir və iki il keçməlidir.

Qadınlar uşaq sahibi olmaq istədiklərində müalicə həkimləriylə məsləhətləşməlidirlər.



Istirahət

Ölkənin vəya dünyanın müxtəlif yerlərinə səyahət etmənizə mane olacaq heç bir səbəb yoxdur,lakin ehtiyatınızı əldən verməyin ,pis qida,bulanıq su,sağlamlıq şərtlərinin kifayət qədər yaxşı olmadığı yerlərdən uzaq durun. Səyahətdən əvvəl planlarınızı həkiminizəbölüşün. Bütün səyahət boyunca sizə kifayət edəcək qədər dərman götürün və sizinlə əlaqə yaradacaq bir ünvan qoyun.



Peyvəndlər

Canlı olmayan və ya zəiflədilmiş(polimielit,məxmərək,tetanus) ölü və ya inaktiv virus peyvəndləri alabilərsiniz. Lakin hər hansı peyvənd olmadan əvvəl mütləq həkim vəya transplantasiya heyətinizi bundan xəbərdar edin...



Ev heyvanları və bitkiləri

Çoxalan infeksiya təhlükəsinə görə ev heyvanları saxlamaq məsləhət görülmür. Lakin bir çox insan üçün bir ev heyvanını əzizləmək və ona baxa bilmə sağalma müddətini sürətləndirən əhəmiyyətli bir amildir.

Balıqlar, sürünənlər və kiçik gəmiricilərən aşağı infeksiyaya tutulma təhlükəsinə malikdirlər. İtlər də digər bir alternativdir və qısa tüklü bir cinsi təmiz saxlamaq daha asandır. Toksoplazmoz infeksiyasına görə pişiklərdən uzaq durulmalı və quşlar stafolokok bakteriyası daşıdıqları üçün onlarla təmasda olmaq məsləhət görülmür.

Əgər bir ev heyvanınız varsa, onun ifrazatı ilə təmasda olmaqdan uzaq durun və qəfəsləri təmizlərkən rezin əlcəkdən istifadə edin. Ən yaxşısı bu işi görməyi başqasından xahiş edin. Heyvanın əlinizi və ya üzünüzü yalamasına icazəverməyin; lakin bu qəza ilə olarsa, bu hissəni dərhal su və sabunla yumalısınız. Heyvanınızın süni sümük, oyuncaq, , yyemək qabı kimi vasitələrini təmiz vəsizin əşyalarınızdan uzaqda saxlayın.

Dibçəkli ev bitkiləri torpaq mibroblarından qaynaqlanan infeksiya təhlükəsi olduğu üçün onlarla təmasda olmaq məsləhət görülmür. Yüksək infeksiya təhlükəsinə görə transplantasiyanın ilk ili ərzində baxça,tarla,bostan və torpaq işləri ilə məşğul olmayın. Daha sonralarda bu kimi işlərdə həmişə əlcək geyinin.

Ev təmizliyi

Hamam və mətbəx xüsusilədə soyuducunu nizamlı təmizləməlisiniz. Xüsusi dezinfeksiya ya ehtiyac yoxdur. Normal yuyucu tozlar və maye sabunlar kifayətdir. Digər otaqlarda həmişəki kimi təmizlənməli və yataq dəstləri həftədə bir dəfə dəyişdirilməlidir.



Immunsupressiv dərmanlar

Bədəniniz qaraciyər hüceyrəsinin yad olduğunu hiss edir və immun sisteminiz bu işğalçıya qarşı hücuma keçir.

Immunsupressiv dərmanlar immun sisteminizi zəiflədir köçürülən qaraciyərə əks təsir göstərməsinə mane olur. Bununla bərabər,eyni zmanda sizi infeksiyaya yoluxmağa meyilli edir.

Bütün immunsupressiv dərmanlar bəzi əks təsirlərər malikdir. Buna baxmayaraq müalicəniz immunsupressiv dərman preparatlarının köməyi iləolur və əməliyyatdan sonra ömür boyu istifadəsi mütləqdir.

Xəstələr bu dərmanlara müxtəlif cür reaksiyalar verdiyinə görə hər bir immun zəiflədici rejim xəstənin şəxsi ehtiyacına görə hazırlanır. Əgər başqa xəstələr sizdən fərqli yada az dərman qəbul edirsə narahat olmayın.

Uzun müddətliistifadəolunan immunsupressivlər.

Azatioprine(İmuran)

Mycrophenolate Mophetil(Cell cept)

Prednisolone(Codelton)

Tacrolimus(Prograf)

Siklosporin(Sandimmun, Neoral)

Sirolimus(Rapamune, Certican)

Mycophenolic acid(Myfortic)

Kortikosteroidlər(prednisolone Və metilprednisolone)



Kortikosteroidlər

Kortikosteroidlər orqan rəddinin qarşısını almaq üçün ömür boyu istifadəolunur. Qısa müddətli vəyüksək dozalarda isə kıskin rədd müalicəsində i stifadəolunur. Kortikosteroidlər böyrəküstü vəzidən təbiiyollarla istehsalolunur vəəksər hüceyrənin normal funksiyası üçün lazımdır.Kortikosteroidlər ümumiyyətlə siklosporin və takrolimus iləistiiifadə olunur.

Kortikosteroid miqdarınız çəkinizə,sağlamlığınıza və transplantasiyadan sonra keçən zamana görə hesablanacaqdır. Dərmanları yemək vaxtı və səhərləri qəlyanaltıda qəbul etməlisiniz.

Kortikosteroidlərin qısa müddətli əks təsirləri aşağıdakılardır.

Infeksiyaya qarçı artan həssaslıq,yaranın sağalmasında gecikmə

Tempratur və infeksiyanın artması

Qan şəkərinin artması

Bəzihallarda depressiya

Uzun müddətdə kortikosteroidlərin əks təsirləri ehtiyac olan ümumi müalicə miqdarı ilə əlaqədar olaraq özünü göstərir. Miqdara uyğun olaraq aşağıdakılara səbəb ola bilər.

Bədən yağının paylanmasında yerdəyişmə

Sümüklərdə incəlmə,əzələ gücsüzlüyü

Yüksək təzyiqəmeyillilik

Dəridə incəlmə və rahatlıqla zədələnmə

Şəkər


Gözdə katarakta

Bədəndə vəya üzdə tüklərin artması

Iştah artımı və kökəlmə

Gastrointestial əks təsirlər, mədə yarası

Bu əks təsirlərin siyahisı olduqca qorxulu görünsədə orqan rəddinin qarşısını almaq üçün istifadə olunan aşağı miqdarda Kortikosteroidlərlə bu əks təsirlər daha az nəzərəçarpır. Digər immunsupressivlərlə müqayisədə bəzi üstünlüklərə malikdirlər. Sümük iliyinə təsir göstərmirlər, digər dərmanlarla kombinasiyası köçürülən orqan üzərində birbaşa toksik təsirlərə malik deyil.

Əgər hamiləlik vəya əmizdirmə mərhələsindəsinizsə bu dərmanı qəbul etmənin faydaları,sizə dölünüzə və körpənizə verəcəyi potensial zərərlərlə müqayisə olunmalıdır. Hamilə olduğunuzu düşünürsünüzsə dərhal həkiminizə məlumat verin.



İmuran (Azatioprin)

Azatioprin ,hüceyrələrin bölünmə qabiliyyətinin qarşısını alaraq təsir göstərir. Həmişə digər immunsupressivlərlə, məsələn siklosporin vəya takrolimusl ilə birlikdə verilir.

Azatioprinlər başqa bir dərmanın əks təsirləri ilə immunsupressiv dərmanlardan ibarət yeni bir kombinasiya lazım gəldiyi təqdirdə faydalı alternativdir. Bütün trasplantasiya xəstələri Azatioprin qəbul etmir,bu səbəblə əgər dərmanlarınızın arasında yoxdursa narahat olmayın.

Dərmanınızın miqdarı kilonuza, tibbi vəziyyətinizə görə hesablanacadır.

Dərmanlarınızı günün istənilən vaxtında qəbul edə bilərsiniz. Lakin dərmanlarınızı hər gün eyni vaxtda qəbul edərək özünüzə cədvəl yaradın.

Sümük iliyi hüceyrələri azatioprinə qarşı çox həssasdır. Azatioprin qəbul edən xəstələrdə qanazlığı, trombosit saylarında düşmə və qanama halları,ən çoxda ağ qan hüceyrələrində azalma və infeksiyalara meyillilik nəzərə çarpır. Əgər qandakı hüceyrə sayı azdırsa , bir müddət üçün dərmanı qəbul etməməlisiniz.

Bunlardan əlavə azatioprin aşağıdakılara səbəb ola bilər

Saç tökülməsi

Ürək bulanması kimi həzm sistemi problemləri

Qarın ağrısı

Qızdırma

Qusma


Oynaq ağrıları

Ishal


Qaraciyərin funksiyalarında pozulma

Artan şiş təhlükəsi(lenfoma)

Bu siyahı narahatlıq yaratsada, bu əks təsirlərin sıxlığının asağı olmasıni qeyd etmək lazımdır əgər dərman kəsilirsə aztioprinin sümük iliyindəki əks təsirləri geri qayıdandır.

Azatioprin orqan rəddinin qarşısının alınmasında 35 ildirki istifadə olunur. Butün transplantasiyalı xaəstələr azatioprin istifadə etmir. Bu gun çox vaxt mycophenolate mophetil (cell cept) istifadə oplunur.

Əgər hamiləlik vəya əmizdirmə mərhələsindəsinizsə bu dərmanı qəbul etmənin faydaları,sizə dölünüzə və körpənizə verəcəyi potensial zərərlərlə müqayisə olunmalıdır. Hamilə olduğunuzu düşünürsünüzsə dərhal həkiminizə məlumat verin.

Prograf (takrolimus)

Siklosporin kimi takrolimusda T – hüceyrələrinin funksiyasını zəiflədir və bunların qaraciyərinizə hücüm edərək zərər verməsinin qarşısısnı alır.Takrolimus ,əsasən kortikosteroidlər və bəzən də azatioprinlə və ya cellcept ilə kombinasiya vəziyyətində ağızdan olaraq qəbul edilir. Vücudunuzda dövr edən takrolimus konsantrasiyası bir qan testi ilə yoxlanılır və nəticələrə görə təyin olunur. Dərmanınızı miqdarı getdikcə azaldılacaqdır.

Takrolimusu qəbul etdiyiniz ilk bir neçə ay müddətində tez-tez qan testi olacaqsınız beləliklə dərmanın təsiri qədər əks təsirləri də müşahidə ediləcəkdir.

Dozanız çəkinizə, qan səviyyənizə,tibbi vəziyyətinizə,laboratoriya test nəticələri və hər hansı bir əks təsirin olmasına görə müəyyən olunacaqdır. Gündəlik ümumi miqdarı bölməli və 12 saatlıq fasilə ilə qəbul edilməlidir.

Kapsulanı qutusundan çıxarıb bol su ilə dərhal için.

Kapsulalar yemək vaxtından bir saat əvvəl və ya iki üç saaaat sonra qəbul edilməlidir. Kontrol günündə qan nümunəsi verənə qədər takrolimus qəbul etməyin. Özünüzlə dərman gətirməyi unutmayınki ,qan testi verən kimi qəbul edin.



Əks təsirləri

Takrolimusun əks təsirləri aşağıdakılardır.

Böyrək funksiyalarının pozulması

Yüksək təzyiq

Yuxu nizamsızlığı

Bir miqdar qan şəkərinin yüksəlməsi

Əllərdə və ayaqlarda uyuşma və qicolma

Əl titrəməsi

Baş ağrıları

Bu əks təsirlərin çoxu takrolimusun miqdarı azaldılaraq aradan götürülür və ya azalır. Mütləq əks təsirlərin hamısının birdən və ya ən azından çoxunun yaşamayacağınızı və zamanla qəbul etdiyiniz miqdar aşağı düşəcəyi üçün daha az problemlə qarşılaşacağınızı unutmayın.



Siklosporin(sandimmune, neoral)

Siklospronin T-hüceyrələrininin qarşısını alaraq tədir göstərirlər. Siklosporin ümumiyyətlə kortikosteroidlərlə və ya azatioprin ilə kombinasiya halında təyin olunur. Vücudunuzda dövr edən siklosporin səviyyəsini qan testi ilə yoxlanılır.

Dərman dozanız çəkinizə, qan səviyyənizə,tibbi vəziyyətinizə,laboratoriya test nəticələri və hər hansı bir əks təsirin olmasına görə müəyyən olunacaqdır. Əgər siklosporini gündə iki dəfə qəbul etsəniz, 12 saatlıq fasilə ilə qəbul edilməlidir. Kontrola gəldikdə qan vermədən öncə siklosporini içməyin. Özünüzlə dərman gətirməyi unutmayınki ,qan testi verən kimi qəbul edin.

Siklosporinin iki formulu var maye və kapsula. Ayrıca siklosporinin sandiummundan basqa yeni bir formulu var. Neoral, sorulmasında ödə birləşməsi köhnə forumulu olan sandiimmuna görə daha azdır. Bundan başqa daha az dəyişkən qan səviyyələri təşkil edir.



Əks təsirləri

Böyrək funksiyalarının pozulması

Yüksək təzyiq

Əl titrəməsi

Ürək bulanması ,ishal qusma kimi həzm sistemi problemləri

Qaraciyərin funksiyalarında pozulma

Baş ağrıları

Bu əks təsirlərin çoxu takrolimus miqdarı azaldılaraqq aradan götürülür və ya azalır. Mütləq əks təsirlərin hamısının birdən və ya ən azından çoxunun yaşamayacağınızı və zamanla qəbul etdiyiniz miqdar aşağı düşəcəyi üçün daha az problemlə qarşılaşacağınızı unutmayın.

Əgər hamiləlik vəya əmizdirmə mərhələsindəsinizsə bu dərmanı qəbul etmənin faydaları,sizə dölünüzə və körpənizə verəcəyi potensial zərərlərlə müqayisə olunmalıdır. Hamilə olduğunuzu düşünürsünüzsə dərhal həkiminizə məlumat verin.

Diqqət

Aşağıdakı qaydalar bütün dərmanlara aiddir.

Dərmanlarınızı hər gün eyni vaxtda için

Əgər özününzü yaxşı hiss etsəniz belə miqdarını heç bir zaman özbaşınıza dəyişməyin və ya kəsməyin.

Əgər qəza ilə məsləhət görüləndən çox miqdarda qəbul etsəniz , həkiminizlə dərhal əlaqə saxlayın

Dərmanınızın yalnız sizin üçün olduğunu unutmayın

Üstündə göstərilən son istifadə tarixindən sonra heç bir dərmanı qəbul etməyin

Dərmanınızı qəbul edərkən yaranın yeni və ya əvvəl olmayan hər hansı bir əks təsirdən həkiminizi xəbərdar edin

Həkiminizin icazəsi olmadan reseptsiz satılan hec bir dərmanı qəbul etməyin

Dərmanlarınızı sərin və quru yerdə işıq süalarından və uşaqların görməyəcəyi yerdə saxlayın

Həftə sonları və uzun müddətli tətilə getmədən əvvəl yanınızda kifayət qədər dərman götürün.

Əməliyyatdan sonrakı period

Böyük bir əməliyyat olan bütün xəstələr əməliyyatdan sonra problemlər yaşaya bilərlər. Transplantasiya xəstələrinin əksəri əməliyyatdan sonrakı ilk bir həftə ərzində bəzi problemlər yaşaya bilər, bu səbəblə siz də bir qrup problemlə qarşılaşsanız narahat olmayın. Transplantasiya heyətiniz problemləri azaltamaq üçün bacardıqları qədər kömək edəcəklər.



Rədd(rejeksiya)

Transplantasiya əməliyyatından sonrakı ilk həftələr ərzində bir çox xəstə ən azı bir, bəzən bir neçə dəfə orqan rəddi prosesi yaşayır. Ilk vaxtlard heç bir fiziki rədd əlaməti olmaya bilər , lakin ,izahı olmayan yüngül hərarət və ya ümumi bir halsızlıq kimi, kiçik dəyişiklik hiss edə bilırsiniz. Tez tez qaraciyər funksiyalarındakı pozulmalar bununla izah oluna bilər.

Infeksiyanın əlaməti.

Bəzən infeksiyanın qarşısı alına bilməz

Əgər aşağıdakı əlamətləri hiss edtsəniz dərhal həkimizlə məsləhətləşin.

Bir gündən çox çəkən 38 C dən çox olan hərarət

Ishal ,ürək bulantısı və ya səbəbsiz baş ağrısı

Yorğunluq iştahsızlıq

Nəfəs darlığı,sidik ifrazı zamanı yanama ,qarında ağrı

Dəri və göz rəngində dəyişiklik,dəridə töküntü ,udqunarkən ağrı və çətinlik



Anormal böyrək funksiyaları

Bəzi xəstələrdə siklosporin və takrolimus müalicələri anormal böyrək funksiyalarına səbəb ola bilər.Böyrək funksiyalarından biri pisləşərsə sidik cövhəri və kreatinin səviyyələri rahatləqla yoxlanıla bilər. Bu iki tullantı məhsulu, siklosporin və ya takrolimus toksikliyinə görə böyrək çatışmamazlığıında anormal səviyyələrə yüksəlir. Bu əks təsirlər çox vaxt miqdarla bağlıdır və miqdarı azlatdıqda nəzarət altına alınır. Anormal böyrək funksiyalarının səbəi çətin izah olunur,lakin gecələri sidiyə çox çıxdığınız zaman və ya davamlı yorğunluq hissi,kifayət qədər maye qəbul etsənizdə idrar miqdarında azalma olursa həkiminizlə əlaqə saxlayın.

Bu əks təsirlərin çoxu dərman dozasıyla bağlıdır.

Şəkər(diabet)

Diabet qanınızdakı şəkər miqdarındakı artışdır. Uzun müddət diabet,böyrək çatışmamazlığı, korluq,gəzmədə pozulma,və qol və ayaqlarda hiss etmə qabiliyyətinin itməsinə səbə olur. Qəbul etdiyiniz immunsupressiv dərmanlar diabetə səbəb olur.

Çoxalan yuxusuzluq halları

Sidiyı çıxmada artma

Bulanıq görmə

Yaddaaş pozğunluğu kimi hallar mütləq həkiminizə bildirilməlidir.

Arıqlayaraq, diqqətli bir pəhrizlə və nizamlı idman programı qan şəkərinizi stabil saxlamağa kömək edəcəkdir. İnsulin iynəsi zəruri ola bilər. Əgər diabet yaranarsa bu problemin qarşısını almaq üçün müalicə olunmalısınız.

Yüksək qan təzyiqi(hipertoniya)

Yüksək qan təzyiqi və ürək xəstəlikləri insanlar arasında yaşa dolduqca daha çox nəzərə çarpır. Qan təzyiqiniz qəbul etmək məcburiyyətində olduğunuz bəzi dərmanların əks təsirlərinin nəticəsi olaraq arta bilər. Əgər yüksək qan təzyiqi müalicə olunmadan qalarsa, ürəyi zəiflədər və qan damarlarının qocalmasına səbəb olar.

Qan təzyiqini nəzarətdə saxlamaq üçün əlavə dərmanlar qəbul etməlisiniz. Həyat tərzinizi nizamlamaq da qan təzyiqini aşağı salamağa kömək edir. Stresdən uzaq,az duzlu pəhriz saxlayın, siqaret çəkməyin və nizamlı olaraq idmala məşğul olun.

Xərçəng

Bütün immunsupressivlər ,xərçəng olma təhlükəsini bir az artıra bilər. Xüsusilə B hüceyrəli lenfoma immunsupressiv qəbul edən xəstələrin 3% rastlanır. Transplantasiya xəstələrində dəri xərçənginin yaranma təhlükəsi daha çoxdur. Bu səbəblə özünüzü günəşdən qoruyun.



Nevroloji fəsadlar.

Siklosporin və takrolimus yuxusuzluq,qorxu, qarışıq yuxular kimi yuxu nizamsızlığına səbəb olur. Özünüzü əsəbi hiss də bilər və ani ruh dəyişiklikləıəri yaşaya bilərsiniz. Bəzi xəstələrdə diqqət dağınıqlığı olur. Əllərinizin titrədiyini və ya qıcolma kimi hallarla qarşılaşa bilərsiniz. Bu əks təsirlər dərman dozanız azaldıqca aradan qalxacaq.



Psixi problemlər.

Transplantasiya xəstələrinin ilk həyəcanının bitməsi ilə narahatçılığı və deprssiyada olması rast gəlinən hallardandır. Görünüşdəki dəyişikliklər bəzi xəstələri, xüsusilə qadınları narahat edir. Bu əməliyyatdan sonra əvvəlki kimi olmamaq, qüsurlu və ya şəkli dəyişmiş olmaqdan qorxa bilərsiniz. Bu ailə içərisində problemlərə və ya narahatçılığa səbəb ola bilər. Evdəki həyatınızı təyin etməkdə sizə və ailənizə kömək olmaq və nəticədə sizi işə və cəmiyyətə qayıtmağa hazırlamaq üçün tibbi xidmətlər var. Əgər ehtiyac olarsa yardım almaqdan çəkinməyin.



Həyat səviyyəsi

Başqa bir qaraciyəri birinə köçürmək maşının motorunu dəyişməyə oxşamır. Həyatınızda bəzi dəyişikliklər etmək məcburiyyətindəsiniz,hər gün dərmanlarınızı qəbul etmək,xəstəxana və poliklinikaya səfər etmək kimi. Yenədə transplantasiya xəstələrinin əksəriyyətinin həyat tərzi əməliyyatdan əvvəlki vəziyyətlərindən daha yaxşıdır. Bir çox insan üçün köçürülmüş orqan onlara ikinci və qiymətli bir yaşam imkanı verir və yeni bir başlanğıc göstərir.



Transplantasiya heyətinizlə ünsiyyət

Siz və transplantasiya heyətinizin həkimləri arasındakı ünsiyyət həmişə yaxşı olmalıdır. Tibbi parametrlərin səhvsiz və dinamik qeydiyyatını edin, qan təzyiqi,nəbz, dərmanlarda və ya miqdarındakı dəyişikllik,kiçik infeksiyalar və müalicələri hər cür yeni əlamət və ya əks təsir mütləq qeyd edilməlidir.



Bədəninizi yaxşı taniyin və dəyişiklikləri qeydə alın.
Yüklə 101,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin