Hədəf kursları Hədəf kursları Hədəf kursları



Yüklə 320,68 Kb.
tarix01.01.2022
ölçüsü320,68 Kb.
#103130


Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları




AZƏRBAYCAN RESPUBLİKASI

HƏDƏF KURSLARI”



Məhdud Məsuliyyətli Cəmiyyət





Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tel.: (055) 401-43-83

Talıblı küçəsi, 27 A E-mail: imtahanmerkezi@gmail.com

_____ № 3 « 26 » oktyabr 2018-ci il


2018-2019-cu tədris ili üçün Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı üzrə

İnformatika fənn proqramı


İmtahanlar

Mövzu

MQT 1

İnformatika və onun əsas anlayışları: İnformatika fundamental elm kimi, onun predmeti və əsas tərkib hissələri. İnformasiya anlayışı və informasiyanın əsas xassələri. İnformasiyanın formaları və təqdimolunma üsulları. İnformasiyanın növləri. Əsas informasiya prosesləri: informasiyanın toplanılması, saxlanılması, emalı və ötürülməsi. İnformasiya miqdarının ölçü vahidləri. İnformasiyanın kodlaşdırılması. Simvolların kodlaşdırılması standartları (ASCII və UNICODE cədvəli). Say sistemləri. Tam ədədlərin onluq say sistemindən 2-lik, 8-lik, 16-lıq say sistemlərinə və əksinə keçirilməsi üsulları

Alqoritmləşdirmənin əsasları. Məsələlərin kompüterdə həllinin mərhələləri. Alqoritm anlayışı. Alqoritmin əsas xassələri. Alqoritmlərin təsvir üsulları. Alqoritmin tipik strukturları: xətti, budaqlanan və dövri

Proqram təminatı (Software) və onun təsnifatı. Sistem proqram təminatı (System software). Tətbiqi proqram təminatı (Application software). İnstrumental proqram təminatı – proqramlaşdırma vasitələri (Software tools).

MQT 2

Əməliyyat sistemləri. Əməliyyat sistemlərinin (ƏS-nin) (MS DOS, UNIX, Linux, Mac OS, Windows) təsnifatı. ƏS-nin əsas funksiyaları. Fayllar. Faylların əsas xarakteristikaları. Fayl sistemləri

Microsoft Windows 7 Əməliyyat sistemi. Windows 7 ƏS-nin təyinatı, əsas xarakteristikaları və anlayışları. Windows 7 ƏS-nin əsas obyektləri: fayl (file), qovluq (folder), qısayol (shortcut). Windows 7 ƏS-nin əsas komponentləri: İş masası (Desktop), Başlat menyusu (Start), Tapşırıq paneli (Taskbar) və onlarla iş. Windows 7 ƏS-də AERO interfeysinin funksiyaları.

Windows 7 ƏS-də pəncərələrin növləri və onlarla iş prinsipləri. Pəncərə komponentləri (Window Components) və onların idarəetmə elementləri.



Windows 7 ƏS-nin fayl sistemi. Windows bələdçisi (Windows Explorer). Qovluqlar və fayllar üzərində əməliyyatlar. Proqram və faylların axtarışı. Maskalardan istifadə (*, ?). Mübadilə buferi (Clipboard). Windows 7 ƏS-də idarəetmə paneli (Control Panel) və onunla iş prinsipləri. Windows 7 ƏS-də standart proqramlar (Windows Accessories). Microsoft Word 2010 mətn prosessoru Microsoft Word mətn prosessorunun təyinatı və əsas xüsusiyyətləri.

Word 2010 proqram pəncərəsi və onun əsas komponentləri. Lent (Ribbon) istifadəçi interfeysi. Cəld müraciət paneli (Quick Access Toolbar) və vəziyyət sətri. Mətnin daxil edilməsi və redaktəsi. Mətn sahəsində hərəkət.



Mətn fraqmentinin seçilməsi və onun surətinin köçürülməsi. Mətn fraqmentinin yerinin dəyişdirilməsi. Drag and Drop texnologiyası. Mübadilə buferi ilə iş. Fayl əməliyyatları (Backstage View). Mətnin formatlaşdırılması. Üslublar. Mövzular. Səhifə parametrləri. Sənədə müxtəlif obyektlərin əlavə edilməsi. Cədvəllərlə iş. Sənədin görünüş rejimləri. Sənədin tərtibatı. Mündəricatın hazırlanması. Sənədin icmalı. Tezaurus

MQT 3

Microsoft Excel 2010 cədvəl prosessoru. Microsoft Excel cədvəl prosessorunun təyinatı və əsas xüsusiyyətləri. Excel 2010 proqram pəncərəsi və onun əsas komponentləri. Lent (Ribbon) istifadəçi interfeysi. Cəld müraciət paneli (Quick Access Toolbar), düstur sətri və vəziyyət sətri.

Excel 2010 elektron cədvəlinin komponentləri. Verilənlərin daxil edilməsi və redaktəsi. Formatlaşdırma əməliyyatları. Düsturların daxil edilməsi və redaktəsi. Funksiyalar. Funksiya kateqoriyaları. Excel 2010 elektron cədvəlinin əsas funksiyaları (Statistical: AVERAGE, COUNT, COUNTA, COUNTIF, MAX, MIN. Logical: AND, OR, NOT, IF, TRUE, FALSE. Math & Trig: ABS, FACT, POWER, PRODUCT, SUM. Text: LEFT, RIGHT, LEN) və onlardan istifadə qaydaları.Fayl əməliyyatları (Backstage View). İş vərəqlərinin idarə edilməsi. İş vərəqinin görünüş rejimləri, miqyası və formatlaşdırılması. İş kitablarının pəncərələri ilə iş. Mövzular. Səhifə parametrləri. Səhifə fonu. Verilənlər siyahısı ilə iş. İş vərəqinə müxtəlif obyektlərin əlavə edilməsi. Diaqramlar və onlarla iş

Microsoft PowerPoint 2010 elektron təqdimat proqramı. Microsoft PowerPoint elektron təqdimat proqramının təyinatı və əsas xüsusiyyətləri. PowerPoint 2010 proqram pəncərəsi və onun əsas komponentləri. Lent (Ribbon) istifadəçi interfeysi. Cəld müraciət paneli (Quick Access Toolbar) və vəziyyət sətri. Elektron təqdimat və slaydlar. Fayl əməliyyatları (Backstage View). Təqdimatların hazırlanması. Slayda mətnlərin daxil edilməsi, redaktəsi və formatlaşdırılması. Slayda müxtəlif obyektlərin əlavə edilməsi. Slaydlar arasında keçidlərin əlavə edilməsi. Obyektlərin animasiya effektləri. Təqdimatın görünüş rejimləri. Slaydların nümayişi.

MQT 4

Verilənlər bazası. Microsoft Access 2010 verilənlər bazasının idarəetmə sistemi. Verilənlər Bazası (VB) anlayışı. VBnin struktur elementləri. Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS), onların funksiyaları və növləri. VBİS-in komponentləri. Verilənlər bazasının modelləri (iyerarxik, şəbəkə, relyasiya və obyektyönlü). VBİS-in təsnifatı.

Microsoft Access proqramının təyinatı və əsas xüsusiyyətləri. Access 2010 proqram pəncərəsi və əsas komponentləri. Lent (Ribbon) istifadəçi interfeysi. Cəld müraciət paneli (Quick Access Toolbar) və vəziyyət sətri. Fayl əməliyyatları (Backstage View). Verilənlərin tipləri. Verilənlərin daxil edilməsi, redaktəsi və silinməsi. Access 2010-un obyektləri: cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, modullar.

Kompüter qrafikasının əsasları. Kompüter qrafikasının əsas anlayışları. Kompüter qrafikasının növləri (rastr, vektor, üçölçülü). Rastr və vektor qrafikası ilə işin əsasları. Qrafik redaktorlar haqqında ümumi məlumat. Qrafik faylların formatları

MQT 5

Kompüter şəbəkələri. Kompüter şəbəkələrinin əsas anlayışları, təyinatı və təsnifatı. Kompüter şəbəkələrinin aparat və proqram təminatı. Şəbəkə texnologiyaları. Kliyent-server texnologiyası.

Lokal şəbəkələrin topologiyaları. Açıq sistemlərin qarşılıqlı əlaqəsi modeli – Open System Interconnection (OSI). OSI modelinin səviyyələri.



İnternet qlobal şəbəkəsi. İnternet şəbəkəsinin inkişaf tarixi. İnternet şəbəkəsinin təyinatı və əsas anlayışları. İnternet şəbəkəsinin əsas komponentləri. İnternet şəbəkəsinin baza protokolları (TCP/IP). İnternet şəbəkəsində resursların ünvanlaşdırılması. Domen adları sistemi (DNS – Domain Name System). İnternet texnologiyaları və Web texnologiyalar. Brauzerlər. İnternet xidmətləri və protokolları. İnternetdə axtarış sistemləri. Sosial şəbəkələr.

Microsoft Publisher proqramı.Microsoft Publisher proqramı ilə tanışlıq. Microsoft Publisher proqramında veb-saytların yaradılması.

PASCAL PROQRAMLAŞDIRMA DİLİ. Proqram təminatının təsnifatı, Proqramlaşdırma dilləri. Proqramların hazırlanması. Turbo Pascal redaktoru

Operatorlar. Dövrlər. While, for və repeat operatorları. Massivlər



MQT 6

ALPLogo proqramlaşdırma mühiti. ALPLogo proqramlaşdırma mühitinin komandaları

Python proqramlaşdırma dili. Python dilində ilk proqram. Proqramda kəmiyyətlər. Şərt operatoru

Google SketchUp proqramı. Google SketchUp proqramında 3D tərvirlərin yaradılması

ÜQT 1

MQT 1 və MQT 2 mövzularının təkrarı

ÜQT 2

MQT 3 və MQT 4 mövzularının təkrarı

ÜQT 3

MQT 5 mövzularının təkrarı

ÜQT 4

MQT 6 mövzularının təkrarı





Elm və Tədris işləri üzrə direktor: Elxan Nəcəfov




Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları

Hədəf kursları



Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin