Helmintozların müayinə üsulları



Yüklə 51,48 Kb.
səhifə1/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
  1   2   3   4   5   6   7   8   9   ...   34
Parazitologiya


Helmintozların müayinə üsulları

Heyvanlar diri ikən diaqnozun qoyulması müxtəlif üsullarla yerinə yetirilir(laboratoriya, seroloji, allergik müayinə).

Parazitlərin və ya onların ayrı-ayrı hissələrinin (buğumlarının) tapılmasına yönəldilən tədqiqat üsulları helmintoskopiya adlanır. Bu üsul kal kütləsində helmintin və ya onun bir hissəsinin tapılmasına əsaslanır. İlk növbədə adi gözlə müayinə aparılır. Bu zaman askaridlər, monieziyanın buğumları aşkar edilir. Kalın səthi adi gözlə müayinə edildikdən sonra o şüşə çubuqla hissələrə bölünməli və yenə də adi gözlə (lupa) müəyyən edilməlidir. Kalda helmint və ya onun izlərini tapmaq üçün nəcisi mayedə qarışdırıb, sonra isə durultmaq lazımdır. Bir qədər keçdikdən sonra üst qat götürülür və çöküntünün üzərinə yenidən su əlavə edilir. Əməliyyat bir neçə dəfə təkrarlanır və çöküntüdə yalnız fekalinin bərk həll olmayan hissələri və parazitlər qalır. Alınmış yaxıntı makro və mikroskopik üsullarla yoxlanılır.

Kalda qurdun yumurtasını görməklə xəstəliyin müəyyən edilməsi – helmintoovoskopiya.

Helmintokoproloji müayinə üçün heyvanın düz bağırsağından və ya yenicə ifraz olunmuş kal kütləsindən 10-15 q nümunə götürülməlidir. Götürülmüş nümunələr 1-2 gün ərzində yoxlanılmalıdır.


Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin