Hər bir meyvənin insan orqanizminə müəyyən xeyri var. Bəs onların hər birinin konkret faydası nədən ibarətdir?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix09.01.2022
ölçüsü0,63 Mb.
#113749
  1   2   3   4   5
Hər bir meyvənin insan orqanizminə müəyyən xeyri var



 

Hər bir meyvənin insan orqanizminə müəyyən xeyri var. Bəs onların hər birinin konkret faydası 



nədən ibarətdir? 

 

Portağal 

Payız qış fəslinin ən gözəl meyvələrindən biridir. C vitamini ilə bol olan meyvə qrip xəstəliyinin 

müalicəsində əvəzedilməz rola malikdir. Tərkibi B vitamini, kalsium, maqnezium ilə zəngindir. 

Soyuqdəyməyə  və  qripə  yardım  edir.  Öskürəyi  azaldır.  Ürək  xəstəliklərindən  və  iflicdən 

qoruyur. 

Bədənin  əzik  və  göyərmiş  yerlərinin  daha  tez  sağalmasına  kömək  edir.  Mədə  xərçənginin 

qarşısını alma təsiri var. Təzyiqi normallaşdırır. 

İçindəki  minerallar  cildin  quruyub,  qırışmasının  qarşısını  alır.  Qaraciyərin  davamlı  və  düzgün 

işləməsini tənzimləyir. 

Həzmi  asanlaşdırır.  Damarların  kirəclənməsinin  qarşısını  alır.  Bağırsağı  yumşaldır.  Dərini 

təravətli edir. 

Səhər  saatlarında  qəbul  edilən  bir  stəkan  portağal  suyu  günə  gümrah  başlamaq  və  bir  çox 

xəstəliklərdən qorunmaq üçün əla vasitədir. 

 

 

Heyva 



Əsasən ürək, ağciyər, boğaz, mədə, göz, bağırsaq və ağız boşluğu xəstəliklərində istifadə edilir. 

Bundan əlavə heyva cinsi gücü artırır, cildi gəncləşdirir, dodaq çatlamasına dəmandır. Tərkibi 

protein, şəkər, A, B2 və C vitamini, dəmir kimi minerallarla zəngindir. 

Uşaqların böyüməsi və inkişafını tezləşdirir. Sinir sistemini gücləndirir. 

Həzmə  kömək  edir. Dərini,  dıqnaqları  parlaq  və sağlam  edir. Qrip  və  soyuqdəyməni  sağaldır. 

Ağızdən gələn qoxunu aradan qaldırır. 

Kərə  yağında  bişirilən  heyva  bəlğəmi  təmizləyir,  öskürək,  tənəffüs  sistemi  xəstəlikləri  və 

bronxitə xeyirlidir. 

Heyva  çiçəyinin  qaynadıb  içmək  anaların  südünü  artırır,  ürəyi  gəncləşdirir  və  baş  ağrısına 

müsbət təsir edir. 

Ağızdakı yaralar, boğazdakı şişlik və ağrı üçün heyvanın özünü və yarpaqlarının dəmləməsindən 

qarqara kimi istifadə etmək olar 

Dodaq  çatlamasının  qarşısını  almaq  üçün  toxumlarını  qaynadaraq  dodaqları  bu  suda  yumaq 

olar. 


Heyvanın yarpaqları yuxusuzluqdan əziyyət çəkənlərə kömək edir. 

 

Banan 

Bu  meyvə  qan  dövranını  tənzimləyir,  yüksək  təzyiqə  müsbət  təsir  edir.  Tərkibindəki  şəkər, 

nişasta sayəsində dözümlülük yaradır. Banan idmançıların bir nömrəli enerji mənbəyidir. 

Ürəyə və əzələ sisteminə xeyirlidir. Yorgunluğu aradan qaldırır.  

Yuxunu  rejimə  salır.  Mədə  xorasının  müalicəsinə  kömək  edir.  Böyrəkdəki  iltihablanmada 

müalicəedici özəlliyə sahibdir 

 

 



 


 

Üzüm 

Üzümün  tərkibi  kalsium,  dəmir  və  başqa  maddələr,  həmçinin  A,  B1,  B2,  və  C  vitaminlərilə 

zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki 

meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın 

təmizlənməsinə kömək edir. 

Ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir. 

Qara  üzüm  hüceyrə  yeniləyici  əhəmiyyətə  malikdir.  Həzm  prossesini  asanlaşdırır.  Uşaqların 

inkişafı üçün çox faydalıdır. 

 

Nar 

Narın faydalarını saymaqla bitirmək olmaz. Bu meyvə çox dərdin dərmanıdır. 

Təzyiqi tənzimləyir. Ürəyi qoruyur. Bədənin immunitetini gücləndirir. Enerji verir, yorğunluğu 

aradan qaldırır. 

Xolestrol  və  qan  şəkərinin  artmasına  mane  olur.  Bağırsaq  parazitlərinin  düşmənidir.  Dərini 

gözəlləşdirir. 

 

Alma 

A,  C,  E  və  B  vitaminləri,  fosfor,  maqnezium,  dəmir,  kalsium  kimi  maddələrlə  zəngindir.  Bu 

meyvənin insana xeyri onlarladır. Hətta el arasında “Gündə bir alma ye, həkimə möhtac olma” 

kimi deyimlərdə var. Hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 

50% azalır. 

Qanı  və  böyrəkləri  təmizləyir.  Cildə  parlaqlıq  və  gözəllik  verir.  Soyuqdəyməyə  və  öskürəyə 

xeyirlidir. 

Xolestrolu azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir. 

Yüksək  təzyiqi  salır.  Qandakı  şəkəri  nəzarətdə  saxlayar.  Revmatizmaya  kömək  edir. 

Yuxusuzluğa xeyirlidir. 

 

Armud 

Armud soyuqdəyməni sağaldır, sinirləri rahatladır, mədəni gücləndirir, həzmi asanlaşdırır. 

Tərkibində A, B1, B2, B3, B6 və C vitaminləri var. 

Bu meyvəni yeməkdən əvvəl qəbul etmək məsləhətdir. Böyrəklərin işinə kömək edir. 

Daş və duzların tökülməsinə kömək edir. Təzyiqi düşürür, qanı təmizləyir. 

Revmatizmin müalicəsində də faydalıdır. 

Doyurucu təsiri olduğu üçün pəhrizlərdə acmaq hissini aradan qaldırır. 

 

Şaftalı 

B və C vitaminləri ilə zəngindir. A vitamini, kalsium, maqnezium, dəmir və fosfor var. 

Ağızdan gələn qoxunu aradan qaldırır. Bağırsaqda olan qurdları öldürür, bağırsaqları yumşaldır. 

Qanı təmizləyir. Qəbzliyin qarşısını alır. Həzmi asanlaşdırır. 

Böyrəklərin işinə kömək edir. 

Hərarəti düşürür. Sinirləri sakitləşdirir. Yuxusuzluğun qarşısını alır. 

Xərçəngə qarşı mübarizə vasitəsidir. Dərini nəmləndirir və canlandırır. 

 

 




 

Çiyələk 

Bu meyvədə bol miqdarda dəmir və fosfor var. C, B və K vitamini ilə zəngin olan çiyələk bədəni 

gücləndirir, xolestrolu aşağı salır və qan laxtasının qarşısını alır. 

Qanı təmizləyir. Damağı gücləndirir. 

Ağız qoxusunun qarşısını alır. Sakitləşdirir. 

Dərini nəmləndirir. Revmatizm və qaraciyər xəstəliklərində istifadə edilir. 

 

Gilas 

Güclü ağrıkəsicidir, xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir. 

Qəbzliyi aradan qaldırır. Nikotinin bədəndən sovrulmasına kömək edir. 

Böyrəkləri  daş  və  qum  yığılmasından  qoruyur.  Öd  kisəsi  daşını  tökür.  Üzdə  olan  sızanaqları 

təmizləyir. 

 

Ərik 

Ərik qan bərpaedicidir, qan azlığına xeyirlidir. Saça yaxşı təsiri var. 

Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir. 

Ürək xəstəliklərinə xeyirlidir. Sümük əyilməsinin qarşısını alır. 

Yuxu gətirir. Həzm sistemində problem yaşayanlar üçün faydalıdır. 

Səhərlər acqarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı, cildə də 

yaxşı təsir edir. 

 

Kivi 

Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini 

ehtiyacindan daha çoxu var. 

Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. 

Xərçəngin  yaranmasına  mane  olur.  Qan  təmizləyici  xüsusiyyəti  qan  laxtalanması  risqini 

əhəmiyyətli şəkildə azaldır. 

 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin