Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə1/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
  1   2   3   4   5   6   7   8   9   ...   154

HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ”


FƏNNİ ÜZRƏ MÜHAZİRƏ

I. ƏMƏK MÜHAFİZƏSİ
1. “HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ” KURSUNUN

ƏSAS ANLAYIŞLARI

Həyat fəaliyyətinin təhlükəsizliyi (HFT) təbii və antropogen təhlükəni öyrənən və onlardan qorunmanı müəyyən etməyə imkan verən elmi biliklər sistemidir. Burada “təhlükəsizlik” fəninin məqsədi, “həyat fəaliyyəti” isə “vasitə” kimi çıxış edir.

Kiminsə və ya nəyinsə təhlükəsizliyi dedikdə onların etibarlı mühafizə altında olduğu başa düşülür.

Əmək termini – insanın təbiətə təsiri və nəticədə onu öz tələbatı üçün dəyişməsi və predmetlər düzəltməsinə yönəlmiş məqsədyönlü fəaliyyətidir.

İnsanın mövcud olma şəraitinin təmin olunması üçün mövcud dövlət quruluşlarından asılı olmayaraq insan işləməli, dövlət isə onun əməyinin qorunmasını təmin etməlidir.

İnsanın əmək fəaliyyəti müəyyən istehsalat mühitində yerinə yetirilir, bu mühitin parametrləri və təhlükəli və zərərli istehsalat amilləri buraxıla bilən qiymətlərdən çox olarsa istehsalat mühiti insanın iş qabiliyyətinə və sağlamlığına mənfi təsir göstərə bilər.

Sağlamlıq dedikdə əhalinin və ayrı-ayrı şəxslərin sağlamlığı başa düşülür. Bu məsələnin elmi öyrənilməsi “sağlamlıq” terminini xeyli genişləndirməyə və bu anlayışa əmək qabiliyyətiaktiv əmək qabiliyyəti tərkib hissələrinin əlavə edilməsinə səbəb oldu.

Buna görə də sağlam cəmiyyətin yaradılması məqsədi ilə insanların gigiyenik davranışı mənəvi kateqoriya, sağlamlığın mühafizəsi isə – əhalinin şəxsi həyatına yönəlmiş stabil sərvət olmalıdır.

“Həyat fəaliyyətinin təhlükəsizliyi” kursunda sağlamlıq anlayışının analizinə təsadüfən diqqət yetirilmir, çünki ölkənin vətəndaşının sağlamlığı qorunmursa insanının və cəmiyyətin ümumilikdə həyat fəaliyyətinin təhülkəsizliyi təmin oluna bilməz.

Əhalinin sağlamlığının qorunmasında həyat fəaliyyətinin təmin olunması böyük əhəmiyyətə malikdir.

Yaşayış mühiti – insanı əhatə edən mühitdir. Yaşayış mühiti insanın fəaliyyətinə, onun sağlamlığına və gələcək nəslinə təsir göstərə bilən amillərin toplusu ilə şərtlənir. İnsan həyat fəaliyyəti prosesində ətraf mühitlə qarşılıqlı əlaqədə olur, ona təsir edir və mühitin əks təsirini hiss edir, bu təsir onun üçün həm faydalı, həm də zərərli ola bilər. İnsana mənfi təsir edən amillər və hadisələr bunlardır:


  • təbii amillər;

  • atmosferdə, litosferdə, hidrosferdə təbii fövqəladə hallar;

  • texnogen qəzalar və bədbəxt hadisələr;

  • insanın təbiətə təsiri nəticəsində həyat fəaliyyəti amillərinin pisləşməsi;

  • sosial, millətlərarası, hərbi, dini münaqişələr;

  • insanın daxili mühiti;

  • xüsusi psixiki vəziyyət.

Təhlükə − HFT-də əsas anlayışdır, təhlükə dedikdə müəyyən şəraitdə arzuolunmaz nəticələr yarada bilən, yəni insanın sağlamlığına zərər vura və həyatına təhlükə yarada bilən hadisə, proses, obyektlər başa düşülür.

Bütün elmlər kimi HFT elminin də məqsədi, məsələləri, tədris predmeti, dərk etmə vasitələri, prinsipləri var.




Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin