HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ


§ 6. TƏRCÜMƏ­NİN FRA­ZEO­LO­Gİ­YA­SI



Yüklə 3,06 Mb.
səhifə16/19
tarix21.10.2017
ölçüsü3,06 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   19
§ 6. TƏRCÜMƏ­NİN FRA­ZEO­LO­Gİ­YA­SI
Orta əsr­lər Azər­bay­can ya­zı­lı abi­də­lə­ri­nin fra­zeo­lo­gi­ya­sı­nın öy­rə­nil­mə­si dil ta­ri­xi­nin hər­tə­rəf­li araş­dı­rıl­ma­sı işi­nə xid­mət edir və bu ba­xım­dan xü­su­si əhə­miy­yət da­şı­yır. Fra­zeo­lo­gi­ya­nın ta­ri­xi as­pekt­də öy­rə­nil­mə­si­ni yük­sək dəyərlən­di­rən prof. T.Ha­cı­yev ya­zır: "Fra­zeo­lo­gi­ya in­san şüu­ru­nun ha­zır­la­­ğı ilk ­dii məh­sul­dur... ­bii ki, di­lin in­ki­şaf ­viy­­si abs­trak­si­ya qa­bi­liy­­ti ilə öl­çü­lür­, de­­li, fra­zeo­lo­ji zən­gin­lik bu in­ki­şa­fın ­hüm gös­­ri­ci­­rin­dən­dir" (27, 4).

Ay­rı-ay­rı ya­zı­lı abi­də­lə­ri­miz­də iş­lənil­miş fra­zeo­lo­ji va­hid­lə­rin öy­rə­nil­mə­si sa­hə­sin­də müəy­yən iş­lər gö­rül­sə də (9, 27-34; 18, 34-35; 92, 84-90 ; 31, 325-333 ), bü­töv­lük­də gö­tür­dük­də, di­li­mi­zin ta­ri­xi fra­zeo­lo­gi­ya­sı ədəbi dil ta­ri­xi­nin baş­qa sa­hə­lə­ri­nə nis­bə­tən az öy­rə­nil­miş­dir. Bu­nun üçün, ilk növ­bə­də, or­ta əsr­lər ya­zı­lı abi­də­lə­rin­də­ki fra­zeo­lo­ji va­hi­dlə­ri ay­rı-ay­rı­lıq­da öy­rən­mək, on­la­rın ədə­bi dil­də iş­lən­mə ta­ri­xi­ni iz­lə­mək, ümu­mi­ləş­dir­mə­lər apar­maq və ən baş­lı­ca­sı, di­li­mi­zin ta­ri­xi fra­zeo­lo­ji lü­ğə­ti­ni ha­zır­la­maq gə­rək­dir. Bu ­ba­xım­dan Hə­zi­ni­nin "Hə­di­si-ər­bəin" tər­cü­mə­si­ni zən­gin və də­yər­li qay­naq­lar­dan bi­ri he­sab et­mək olar. Be­lə ki, abi­də­də təm­sil olun­muş fra­zeo­lo­ji va­hid­lə­rin sa­yı ay­rı-ay­rı ya­zı­lı abi­də­lər­lə mü­qa­yi­sə­də qat-qat çox­dur. Mə­sə­lən, Yu­sif Məd­da­hın "Vər­qa və Gül­şah" məs­nə­vi­sin­də cə­mi 20 sa­bit söz bir­ləş­mə­si qey­də alın­dı­ğı hal­da (18, 34-35), bi­zim abi­də­də bu rə­qəm 150-yə ya­xın­dır. Hal­bu­ki, bu əsər­də də Hə­zi­ni­nin tər­cü­mə­sin­də ol­du­ğu ki­mi, ümum­xalq da­nı­şıq di­li­nin xü­su­siy­yət­lə­ri qa­ba­rıq şə­kil­də özü­nü gös­tə­rir (18, 52). Baş­qa söz­lə de­sək, xalq di­lin­dən gə­lən sa­bit söz bir­ləş­mə­lə­ri üçün ge­niş im­kan­lar var. Xa­tır­la­daq ki, Yu­sif Məd­da­hın məs­nə­vi­si həcm­cə "Hə­di­si-ər­bəin" tər­cü­mə­si­nin Ba­kı nüs­xə­sin­dən xeyli ki­çik­dir - əsər 1700 beyt­dən iba­rət­dir (18, 3).

Ay­dın­dır ki, nəsr əsər­lə­rin­də fra­zeo­lo­ji va­hid­lə­rin iş­lən­mə im­ka­nı nəzm­lə qə­lə­mə alın­mış əsər­lə­rə ni­s­bətən da­ha çox­dur. Mə­sə­lən, "Ki­ta­bi-Də­də Qor­qud"eposunun Drez­den nüs­xə­sin­də fra­zeo­lo­ji va­hid­lə­rin sa­yı 300-dən çox­dur (9, 28). La­kin unut­maq ol­maz ki, "Ki­ta­bi-Də­də Qor­qud" ya­zı­lı das­tan abi­də­si­dir və tə­bii ki, folk­lor nüs­xə­sin­də fra­zeo­lo­ji va­hid­lə­rin çə­ki­si baş­qa əsər­lər­lə nis­bət­də nəzərə çarpacaq dərəcədə çox ol­ma­lı­dır. Bun­dan əla­və, Hə­zi­ni tər­cü­mə­si­nin həc­mi "Ki­ta­bi-Də­də Qor­qud" das­tan­la­rı ilə müqa­yi­sə­də nə­zə­rə çar­pa­caq də­rə­cə­də ki­çik­dir. Bu­nu da nə­zə­rə al­dıq­da hər iki əsər­də­ki fra­zeo­lo­ji va­hid­lə­rin sa­yı ara­sın­da­kı fərqi çox da bö­yük he­sab et­mə­mə­li­yik. Mü­qa­yi­sə üçün bu­nu da qeyd edək ki, həcm­cə "Hə­di­si-ər­bəin" tər­cü­mə­si ilə təxminən üst-üstə düşən "İx­ti­ya­ra­ti-qə­vai­di-kül­liy­yə"də (90 və­rəq­dir) fra­zeo­lo­ji va­hid­lə­rin sa­yı 50-yə ya­xın­dır (69, 88). Düz­dür, bu­ra­da hə­min əsə­rin el­mi möv­zu­da ya­zıl­ma­sı ami­li də nə­zə­rə alın­ma­lı­dır. "'lum ol­du­ğu ki­mi, el­mi əsər­lər­ söz­lər no­mi­na­tiv an­lam­lar­da ­­di­lir" (69, 87-88). La­kin unut­maq ol­maz ki, əsər can­lı da­nı­şıq di­lin­də ya­zıl­mış­dır (69, 88), bu isə öz-öz­lü­yün­də sa­də xalq di­lin­dən gə­lən ifa­də­lə­rin el­mi mətn­də də özü­nə ge­niş yer tut­ma­sı de­mək­dir.

Həzininin tərcüməsində qey­də al­dı­ğı­mız fra­zeo­lo­ji va­hid­lə­rin bö­yük bir qis­mi heç bir də­yi­şik­siz müasir ədəbi di­li­miz­də də iş­lə­nir, müəy­yən bir his­sə­si lek­sik də­yi­şik­li­yə uğ­ra­mış, bəzi­lə­ri isə ədə­bi di­li­miz­də və­tən­daş­lıq hü­qu­qu qa­za­na bil­mə­miş­dir. So­nun­cu­lar içə­ri­sin­də fars di­lin­dən "kal­ka" yo­lu ilə dü­zəl­miş sa­bit söz bir­ləş­mə­lə­ri üs­tün­lük təş­kil edir.



Tərcümənin sa­bit söz bir­ləş­mə­lə­ri əsa­sən feli fra­zeo­lo­ji ifa­­lər­dən iba­rət­dir. Qeyd edək ki, baş­qa ya­zı­lı abi­də­lər­də də və­ziy­yət ey­ni­lə be­lə­dir (bax:11, 28-34; 88-90; 41, 34-35). Baş söz­lə­ri isim­lər­dən iba­rət olan bu sa­bit söz bir­ləş­mə­lə­ri­nin otuz­dan ço­xun­da fel kom­po­nen­ti­ni "çək­mək" "dut­maq", "düş­mək","gəl­mək","çək­mək" "urmaq" fellə­ri təş­kil edir. İlk ön­cə hə­min sa­bit söz bir­ləş­mə­lə­ri­ni nə­zər­dən ke­çi­rək.

"Çək­mək" feli­nin ­ti­ra­ ilə ­zəl­miş sa­bit söz bir­ləş­­­rin­dən bir ne­çə­si fra­zeo­lo­ji va­riant­dır: "əmək çək­mək"- "zəh­mət çək­mək", "qəm çək­mək" - "möh­nət çək­mək" - "əzab çək­mək". Məsələn : "­ ­nün­ va­rub qüsl ey­­mək, ­mi­yi-xəl­ çək­mək­­rür əmək"; "Mun­ca zəh­mət­lər çə­küb gəl­dim sa­na, Sər­­zəş­tim ­bu­dur, ya Mus­təfa"; "Ver­di min dir­həm ­xi xa­tu­ həm, Mu­ni xərc ey­ ­xi, sən çək­ qəm"; " ­xil­lər mən­zi­lin­, ey oğul, Ya­nuban möh­nət çə­kər nar ­ ol"; " ­hən­nəm­ çə­kər dür­ əzab, Təş­­lik­dən xud anın ha­ ­rab". Müasir ədəbi di­li­miz­də də ey­ni­lə iş­lə­nən bu fra­zeo­lo­ji va­hid­lər­dən yal­nız bi­ri­nin ("əmək çək­mək") baş sö­zü türk mən­şə­li­dir, qa­lan­la­rı­nı isə ərəb mən­şə­li söz­lər təş­kil edir.

Hə­zi­ni "çək­mək" feli­ni si­no­nim və ya­xın məna­lı söz­lər­lə bir­gə də iş­lət­miş­dir. Mə­sə­lən: "ən­di­şə bir­ dərt çək­mək", "ən­du­ bim çək­mək", "cöv­ ­fa çək­mək": "Der, Əmi­rəl-'mi­nin ol dört ­dir, Çək­di­gin ən­di­şə, bir­ dərt ­dir"; "Bu zəif üm­mət­­rin ən­dər ­him, əzab ­ çə­kər ən­du­ bim"; "Ta­­ti­miz qal­ma­, ya Mus­təfa, Od için­ çək­­ cöv­ ­fa". Bu sa­bit söz bir­ləş­mə­lə­rin­dən "dərd çək­mək", "cövr çək­mək""­fa çək­mək" müasir ədə­bi di­li­miz­də iş­lə­nir, digərlərinə isə yal­nız klas­sik ədə­biy­yat­da rast gə­li­rik. Hə­zi­ni­nin bu sa­bit söz bir­ləş­mə­lə­ri­ni iki isim­lə bir­gə iş­lət­mə­si, ay­dın­dır ki, şeirlə bağ­lı­dır və ədə­bi dil üçün adi hal sa­yıl­mır.

Abi­də­də "çək­mək" feli "ün" (səs) is­mi ilə də sa­bit söz bir­ləş­mə­si tər­ki­bin­də iş­lən­miş­dir: "Növ­ edib, ün çə­kib, za­ri ­lıb, ­la­şa­lım ba­ ya­nıb-ya­­lıb". "Ba­ğır­maq", "fər­yad et­mək" məna­la­rı­nı da­şı­yan "ün çək­mək" sa­bit söz bir­ləş­mə­si müasir dil­imiz­də iş­lən­mə­sə də, "Əs­rar­na­mə" tərcüməsində (bax :38,122), Xə­tai­nin di­lin­də (38, 122), elə­cə də Röv­şə­ni və Gül­şə­ni Bər­dəi­nin əsər­lə­rin­də qey­də alın­mış­dır (108, VI, 4074).

Tərcümənin dilində "çəkmək" feli fars mənşəli "ləşkər" (ordu, qoşun) ismi ilə də birləşmə təkibində işlənmışdir. "Rumə çün ləşkər çəkübən getdilər, Qeysəri – Rumi bilə cəng etdilər ". Bu birləşmə müasir ədəbi dilimizdə "qoşun çəkmək" şəklində işlənir – burada birinci söz onun türkmənşəli sinonimi ilə əvəzlənmişdir.



"Dut­maq" feli ilə ­zəl­miş fra­zeo­lo­ji va­hid­­rin sa­yı abi­də­də on­dan çoxdur ki, on­lar­dan dör­ fra­zeo­lo­ji va­riant­lar­dır: "əmr dut­maq" - "buy­ruq dut­maq" (əm­rə ta­be ol­maq, əm­ri ye­ri­nə ye­tir­mək), "xa­ti­ri xoş dut­maq" - "kön­li şad dut­maq" (ürə­yi­ni buz ki­mi sax­la­maq, xa­tir­cəm ol­maq). Məsələn : "Əm­ri-taət mana olub ru­ şəb, Dut­sam əm­rin no­la ha­lım əcəb"; "Pəs, Xu­da­nın buy­ru­ğu­ dut­­lar, Yer ­zin­ ' bün­yad et­di­lər"; "Xa­ti­ri­ni xoş dut­gil, ya ­sul, Şol ­ba­rək kön­­ni qıl­ma ­lul"; "Pəs, ana ol dəm ye­ de­di ­sul, Şad dut­gil kön­li­ni, qıl­ma ­lul".

Birinci fra­zeo­lo­ji va­riant­lar­da yal­nız baş si­no­nim isim­lər- ərəb mən­şə­li "əmr" və türk mən­şə­li "buy­ruq" - əvəz­lən­di­yi hal­da, ikinci fra­zeo­lo­ji va­riant­lar­da ərəb mən­şə­li "xa­tir" və türk mən­şə­li "­nül" si­no­nim isim­lə­rin­dən baş­qa, hər iki­si fars mən­şə­li olan "xoş" və "şad" si­fət­lə­ri də əvəz­lən­miş­dir. Bu fra­zeo­lo­ji va­riant­lar­dan heç bi­ri müasir ədəbi di­li­miz­də iş­lən­mə­sə də, "ürə­yi­ni gen (buz ki­mi) sax­la­maq" fra­zeo­lo­ji va­riant­ı ilə so­nun­cu­lar ara­sın­da müəy­yən ya­xın­lıq mü­şa­hi­də olu­nur: ­nül-ürək, tut­maq-sax­la­maq. "Kön­ xoş tut­maq" ifa­də­si "Kə­va­mi­lüt-tə'bir"də də iş­lən­miş­dir (122, 2a).

Hə­zi­ni ­tərcüməsindəki "dust ­dut­maq" (sev­mək, özü­nə dost say­maq) far­zeo­lo­ji va­hi­di də müasir ədə­bi di­li­miz­də iş­lən­mir: "Çox olur dün­ya­da elm əh­li­ yar, Kim anı gör­, özi­ dost du­tar". Bu fra­zeo­lo­ji ifa­də Cəlil.Məm­məd­qu­lu­za­də və Məmməd.Səid.Or­du­ba­di­nin di­lində iş­lən­sə də (8, II, 140), fik­ri­miz­cə, o, fars di­lindəki دوست داشتن (sev­mək) sa­bit söz bir­ləş­mə­si­nin "kal­ka" yo­lu ilə tər­cü­mə­si­dir. Ma­raq­lı­dır ki, bu ifa­də bu gün də əsasən ru­ha­nilərin di­lin­də iş­lə­nir.

Tərcümədə işlənmiş "hör­­tin tut­maq" , "məlal dutmaqu" və "şəkk tut­maq" fra­zeo­lo­ji va­hid­lə­ri də bu qə­bil­dən­dir. Bu fra­zeo­lo­ji va­hidlər də, fik­ri­miz­cə, fars di­lin­də iş­lə­nən حرمت داشتن (hör­mət et­mək), ملال داشتن (qəmlənmək, kədərlənmək), və شک داستن (şəkk etmək) sa­bit söz bir­ləş­mə­lə­rin­dən "kal­ka" yo­lu ilə tər­cü­mə olun­muş­dur. Xa­tır­la­daq ki, داشتن feli­nin bir­ba­şa məna­sı "ma­lik ol­maq"dır. "Hör­mət tut­maq" fra­zeo­lo­ji va­hi­di Seyid Əzim Şir­va­ni­nin di­lin­də də qey­də alın­mış­dır (8, IV, 402). Bu sa­bit söz bir­ləş­mə­si müasir ədəbi di­li­miz­də "hör­­tin göz­­mək (sax­la­maq)" şək­lin­də iş­lə­nir, "şəkk dut­maq" isə ümu­miy­yət­lə iş­lən­mir.

Hə­zi­ni tər­cü­mə­sin­də "qulaq dutmaq" və "yol dut­maq" fra­zeo­lo­ji va­hi­dləri də işlənmişdir : Dedi kim nari- səqər olur əyan, Dut qulağın, ya Bilal məndin yana .

Bu ifadələrdən birincisi müasir ədəbi dilimizdə "qulaq asmaq" (bəzən də "qulaq vermək") şəklində işlənir. İkinci ifa­də­nin isə müasir ədəbi dilimizdəki va­rian­tı "yo­la düş­mək" sa­bit söz bir­ləş­mə­si­dir.

Tərcümə­də iş­lən­miş "yüz dut­maq", "­bər dut­maq" fra­zeo­lo­ji va­hid­lə­ri isə müasir ədə­bi di­li­miz­də aza­cıq fo­ne­tik də­yi­şik­li­yə uğ­ra­mış­lar: "üz tut­maq", "­bər tut­maq".Tərcümədə "məlal dutmaq" frazeoloji birləşməsi də "qəmlənmək", "kədərlənmək" mənasında işlənmişdir.

"Düş­mək" feli­nin ­ti­ra­ ilə ­zəl­miş sa­bit söz bir­ləş­­­rin­dən ço­xu ey­ni­lə müasir ədəbi di­li­miz­də də iş­lə­nir: "aya­ğı­na düş­mək", "ələ düş­mək", "işi düş­mək", "oda düş­mək", "xəs­ düş­mək". Məsələn : "Ayağına düşdi, həm öpdi əlin, Dedi əfv et cürmimi, ey pakdin" ; "Verəsən anı ələ düşgəc dedi,Vardı ol ərəbi üstə istədi" ; "Kufədə dedi nəgahin bir gecə, Bir işim düşdi, eşitgil, ey xacə".

İkinci nümunədəki "ələ düşmək" frazeloji birləşməsi göründüyü kimi feli bağlama formasındadır : "ələ düşgəc". Bursa nüsxəsinin katibi bu numünədəki daha əski – gəc feli bağlama şəkilçisini – cək şəkilçisi ilə əvəzlənmişdir : "ələ düşcək"(41a).

Qeyd edək ki, "xəstə düşmək" fra­zeo­lo­ji va­hi­dinə or­ta əsr­lər ya­zı­lı abi­də­lə­rin­də da­ha çox "say­ru düş­mək" şək­lin­də rast gə­li­rik (35, 79; Şüh.121, 175b), XVIII-XIX əsr­lər Azər­bay­can ədə­biy­ya­tın­da isə müasir ədəbi di­li­miz­də ol­du­ğu ki­mi, fars mən­şə­li "xəs­" sö­zü türk mən­şə­li "say­ru" sö­zü­nü sı­xış­dı­rıb ara­dan çı­xar­mış və "say­ru düş­mək" fra­zeo­lo­ji va­hi­di "xəs­ düş­mək" ki­mi işlən­miş­dir (8, IV, 319).

Tər­cü­mə­də­ki "­ düş­mək" ("De­di, sən ­xi söy­­gil, ya Fa­ti­, Düş­­şəm bu içün qa­ ­") fra­zeo­lo­ji va­hi­di is­ə müasir ədəbi di­li­miz­də "­ bat­maq" şək­lin­də iş­lə­nir. Bu fra­zeo­lo­ji va­hi­din va­rian­tı - "möh­­ düş­mək" ("Cən­nət əh­li va­sil ol­muş, cən­­, Həm ­hən­nəm əh­li düş­müş möh­­) isə müasir ədəbi di­li­miz­də iş­lən­mir.

"Düş­mək" feli ilə dü­zəl­miş da­ha bir fra­zeo­lo­ji va­hid müasir ədə­bi di­li­miz üçün ar­xaik sa­yı­lır. Bu, fars mən­şə­li "­van" (ge­dən) sö­zü ilə dü­zəl­miş "­va­ düş­mək" fra­zeo­lo­ji va­hid­dir: "Düş­di bir yer­ ­va­ ol əziz, Süf­ ­­lar ögün­ tez-tez". Bu sa­bit söz bir­ləş­mə­si­nin müasir ədəbi di­li­miz­də­ki qar­şı­lı­ğı "yo­lu düş­mək" fra­zeo­lo­ji va­hi­di­dir.

Yeri gəlmişkən qeyd edək ki, tərcümədə bu birləşmənin sinonim : olan "yolu irişmək" frazeologizmi də işlənmişdir : "Həccə gedərdim dedi mən bir zəman, Kufəyə irişdi yolum nagəhan". Göründüyü kimi, frazeoloji birləşmənin bu variantında "düşmək" sözünün əvəzinə "irişmək" işlənmişdir.

Tərcümədə "düşmək" feli ilə düzəlmiş "bazarı düşmək" frazeoloji birləşməsi də işlənmişdir : "Söylədi Allah səninlə neylədi, Necə düşdi anda bazarın dedi" (2b).

Müasir əbədi dilimiz üçün arxaik səciyyə daşıyan bu frazeoloji birləşmə burada "işi düzgəlmək"anlamında işlənmişdir.




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə