Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin terror fəaliyyətində iştirakına və köməyinə görə onlarım məsuliyyətini müəyyənləşdirən Rusiya Federasiyasının qanunvericiliyinin normaları üzrə
YADDAŞ KİTABÇASI
Hörmətli xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər!
Terror fəaliyyəti ilə bağlı aşağıdakı hərəkətlərin həyata keçirilməsinin, maliyyə, beynəlxalq terror təşkilatları sırasına daxil olmaq (və ya cəlb etmək), habelə terror xarakterli cinayətlərin törədilməsi və onlar haqqında polisə, Federal Təhlükəsizlik Xidmətinə, prokurorluğa və digər dövlət orqanlarına məlumat verilməməsi barədə Sizə məlum olan faktların gizlədilməsinin yolverilməzliyi barədə Sizə məlumat verirəm. Göstərilən cinayətlərin törədilməsinə görə ömürlük azadlıqdan məhrum edilməyədək cinayət cəzası nəzərdə tutulur.
"Terrorizmə qarşı mübarizə haqqında" № 35-FZ 06.03.2006 tarixli Federal qanuna uyğun olaraq, terrorizm zorakılığının ideologiyası və dövlət hakimiyyəti orqanları tərəfindən qərarların qəbul edilməsinə təsir etmə, yerli özünüidarəetmə orqanları və ya əhalinin qorxudulması və (və ya) hüquqa zidd zorakı hərəkətlərin (və ya) digər formaları ilə bağlı beynəlxalq təşkilatların qərarının qəbul edilməsinə təsir göstərilməsi praktikası kimi tanınır.
Terrorçuluq fəaliyyəti aşağıdakıları özündə birləşdirir:
1) terror aktının təşkilini, planlaşdırılmasını, hazırlanmasını, maliyyələşdirilməsini və həyata keçirilməsini;
2) terror aktına təhrik etmə;
3) terror aktının həyata keçirilməsi üçün qanunsuz silahlı birləşmənin, cinayətkar birliyin (cinayətkar təşkilatın), mütəşəkkil qrupun təşkil edilməsi, habelə belə bir strukturda iştirak etmə;
4) terroristlərin cəlb edilməsi, silahlandırılması, öyrədilməsi və onların istifadə edilməsi;
5) terror aktının planlaşdırılmasında, hazırlanmasında və ya həyata keçirilməsində informasiya və ya digər yardımların göstərilməsi;
6) terrorizm ideyalarının təbliğ edilməsi, terror fəaliyyətini həyata keçirməyə çağıran, yaxud bu cür fəaliyyətin həyata keçirilməsinin zəruriliyini əsaslandıran və ya ona bəraət qazandıran materialların və ya məlumatların yayılması.
Əhalini qorxuya salan, insan həyatı üçün təhlükə yaradan və ya əmlaka ciddi ziyan vura bilən partlayış, yanğın və ya digər bu kimi cinayətlər törətmək, və yaxud da digər ağır nəticələrə gətirib şıxara biləcək dövlət orqanlarının və ya beynəlxalq təşkilatların fəaliyyətini pozmaq və ya onların qərar qəbul etmələrinə təsir göstərmək məqsədi ilə, həmçinin də həmin məqsədlərlə göstərilən hərəkətlərin törədiləcəyi barədə hədələr terror aktı sayılır.
Terror xarakterli cinayətlərin törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan "İctimai Təhlükəsizlik və ictimai asayiş əleyhinə cinayətlər" maddəsinə Rusiya Federasiyasının Cinayət Məcəlləsində bütöv bir fəsil ayrılmışdır.
.
Dostları ilə paylaş: |