Humanitar fənlər


Monqolların Azərbaycana ikinci yürüşü və  Azərbaycanda monqol ağalığı



Yüklə 281,19 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix21.04.2022
ölçüsü281,19 Kb.
#115431
1   2   3   4   5   6   7   8   9
az tarixi m5
Əlavə dərslər
2.Monqolların Azərbaycana ikinci yürüşü və  Azərbaycanda monqol ağalığı.  Bu yürüş, 

monqolların  on  il  əvvəlki  birinci  yürüşünə  bənzəmirdi.  Cünki  onların    fikri  əvvəlki  kimi 

ancaq  bac-xərac  almaq  üçün    deyil,  Azərbaycan  şəhərlərini  işğal  edərək  burada 

məskunlaşmaq idi. 1231-ci ilin oktyabr ayında  monqol qoşunları  ikinci dəfə Azərbaycana 

soxulurlar.  Bu  zaman  onlara  Çormağun  noyon  başçılıq  edirdi.  80000-lik  monqol  ordusu 

Marağaya soxulur. Marağada nisbətən az qırğın edərək Təbrizə yollanırlar. Onlar Təbrizə 

yaxınlaşan  zaman  Şəmsəddin  ət-Tuğrayi  qəfildən  ölür.  Şəhərin  müdafiəsini  təşkil  edən 

olmadığı  üçün  Təbriz  şəhəri  müqavimətsiz  monqollara  təslim  olur.  Təbrizin  alınması  bir 

birinin  ardınca  Azərbaycan  şəhərlərinin  işğalına  səbəb  olur.  Həm  də  artıq  o  dövrdə 

Azərbaycanda monqollara qarşı çıxa biləcək heç bir mərkəzləşmiş qüvvə yox idi.  

1232/1233-cü illərdə monqollar Naxçıvana yürüş edib şəhəri dağıdırlar. Monqolların 

hücumundan bir neçə il sonra Naxçıvanda olmuş Vilhelm de Rubruk gözü ilə gördüyü həmin 

mənzərə haqqında yazır: «Monqollar şəhəri demək olar boş səhraya çevirdilər». Məhəmməd 

Naxçıvani yazır ki, Naxçıvan şəhərinin altıda beş hissəsi demək olar ki, tamamilə boşalmış 

və dağıdılmışdır. Monqollar hərəkət edərək 1235-ci ildə Gəncəni mühasirəyə alırlar. Gəncəli 

Kirakos  bu  hücumu  belə  təsəvvür  edir:  «Birdən  birə  tatar  qoşunları  şəhərə  basqın  etdilər. 

Onlar  şəhəri  hər  tərəfdən  mühasirəyə  aldılar,  onlar  çoxlu  daş  atıb  dağıdan  qurğulardan 

istifadə  edirdilər...  Şəhər  divarları  hər  yandan  uçurulsa  da  yağılardan  heç  kəs  şəhərə 

girmədi,  onlar  bir  həftə  ərzində  yaraq  altında  şəhəri  mühasirədə  saxladılar...  Hər  kəs  öz 

evinə qapanıb özləri ilə birlikdə evlərini yandırdılar ki, barı yağıların  əlinə düşməsinlər... 

Bunu görən yağılar daha çox qəzəblənərək  hər kəsi qılıncdan keçirdilər. Onlardan heç kəs 

canını qurtara bilmədi... Dörd il şəhər adamsız və dağıdılmış bir vəziyyətdə qaldı. Gəncəni 

aldıqdan  sonra  monqollar  Şəmkiri  mühasirəyə  alırlar.  Uzun  müddətli  mühasirədən  sonra 

şəhər alınır.  Bunun ardınca Tovuz və Bakı şəhərləri də təslim olur. 1239-cu ildə Dərbənd 

alınmaqla monqollar Azərbaycanı  tamamilə işğal edirlər.   


Yüklə 281,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə