Humanitar fənlər


Qazan  xanın  islahatları



Yüklə 281,19 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix21.04.2022
ölçüsü281,19 Kb.
#115431
1   2   3   4   5   6   7   8   9
az tarixi m5
Əlavə dərslər
Qazan  xanın  islahatları.    Monqol  uluslarında  iki  siyasi  axın  bir-biri  ilə  qarşılaşırdı.  Bu 

axınlar  hərbçi  monqol  əyanlarının  mənafeyi  ilə  bağlı  idi  və    örüş  siyasətinin    davam 

etdirilməsib  ilə  baglı  idi.    Birinci  siyasi  axının  tərəfdarları  kəndlilərin,  sənətkarların    var-

yoxdan  çıxarılmasına  çalışır,  oturaq  təsərrüfata  qayğı  göstərmir,  onun  dirçəlməsini 

düşünmür,  əksinə    əkinçilik  yerlərini  öz  sürüləri  üçün  örüş  yerlərinə  çevirməyə  çalışırdı. 

Məhz bu qrupun tələbi ilə Çingiz xan köçəri monqolların oturaq həyata keçməsini   xüsusi 

fərmanla qadağan etmişdi.  Bu axını təmsil edənlərin sırasında Çingiz xanın oğlu Cağatay, 

həmçinin, Cəbə, Subutay, Xubilay, Celme kimi sərkərdələr var idi.   

İkinci axın isə güclü mərkəzi idarəçiliyin yaranması tərəfdarı idi. Bunun üçün «örüş» 

siyasətinə qarşı çıxaraaq tabe edilmiş ölkələrin oturaq yerli əsilzadələri və şəhərlərin yüksək 

zümrə və təbəqələri ilə yaxınlaşmaq istəyirdilər. Çingiz xanın böyük oğlu Cuçi xan və o biri 

oğlu Ugedey öz atalarının , tabe edilmiş ölkələrin talan edilməsini siyasətini pisləyirdilər.   

XIII  yüzilin  90-cı  illərində  «örüş  siyasəti»nin  həyata  keçirilməsi  monqol  hakimiyyətinin 

özünü təhlükə qarşısında qoymuşdu. Odur ki, ümumi qanunvericilikdə islahatlar keçirilməsi 

zəruri idi.  

     İslahat  ideyasının  meydana  çıxmasının  başlıca  səbəbi  bütün  Orta  və  Yaxın  Şərqdə 

Hülakü imperatorluğunun özülünün sarsılması idi.  yeni xəttin  memarı Fəzlullah Rəşid-əd-



 

 



 

din olmuşdu. O, keçiriləcək islahatların   rəiyyətə, əslində xərac ödəyəsi olan bütün kənd və 

şəhər əhalisinə qarşı «ədalətli» siyasət yeritmək   ideyasını  müdafiə edirdi. Rəşid-əd-dinin 

fikrincə hər hansı bir dövlətin mədaxil xəzinəsi («Xəzineyi daxl») rəiyyət özüdür, onun halal 

zəhməti və çalışqanlığıdır. Rəiyyət soyulub vardan çıxarılarsa, hökmdarlara v ə xəzinəyə heç 

bir qazanc qalmaz. O, yazırdı: « ...dövləti ordu qazanır,—dövlətin ordudan başqa gəlir ağacı 

yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar,—vergisiz qoşun yoxdur, vergi isə 

rəiyyətdən  alınır.  Rəiyyətdən  başqa  vergi  verən  yoxdur,  rəiyyəti  isə  ədalət  hesabına 

saxlamaq olar. Ədalət yoxdursa rəiyyət də yoxdur». 

  Yeddinci hülakü hökmdarı Qazan xan (1295-1304) öz sahibi-divanı Rəşid-əd-dinlə 

bir mövqedən  çıxış edirdi. Onun fikrincə,    hər hansı bir cəmiyyətin yaşayıb  irəli getməsi 

üçün  başlıca  dayaq  olan  3  sosial  təbəqə  (rəiyyət,  sənətkarlar  və  tacirlər)   idi  və  onların 

əməyinə  qayğı  ilə  yanaşmagı  təəkəb  edirdi.  O  «Örüş  siyasəti»  nə  qarşı  cıxır,    öz  acgöz, 

hərbçi əmirlərinə üz tutaraq o söyləyirdi: «Əgər onların (kəndlilərin, bütün vergi ödəynlərin) 

hamısının  ucdantutma  talan  edilməsi  ağıllı  bir  iş  sayılırsa,  gəlin  edək...  Ancaq  gələcəkdə 

rəiyyətdən  taxıl  (tağar)  və  süfrəniz  üçün  azüqə  (aş)  yığmaq  gümanında  olsanız  və  bunun 

üçün  mənə  müraciət  etsəniz  mən  sizinlə  amansız  davranacağam.    Bir  halda  siz  rəiyyəti 

incidərək onun qoşqu heyvanlarını və toxumunu əlindən alırsınız, çörək zəmisini tapdayıb 

yox edirsiniz, bəs onda gələcəkdə nə ilə dolanacaqsınız».   

  Qazan xanın Rəşid-əd-dinlə birlikdə keçirdiyi başlıca islahatlardan biri  hərbi iqta 

torpaqları  haqda  1303-cü  il  qanunudur.  Bu  qanuna  görə    bütün  monqol  hərbiçilərinə  irsən 

atadan oğula keçən iqta verilirdi. Sosial hüququ baxımdan iqta torpaqlarını alan döyüşçülər 

kiçik  torpaq  sahiblərinə  çevrilirdilər.  İlkin  elxanlar  çağında  iqta  çox  az  adamlar a,  başlıca 

olaraq  yüksək  rütbəli  qoşun  başçılarına  verilirdi.  Sıravi  döyüşçü  kütləsinə  isə  torpaq 

paylanmırdı.  Bu  kütlə  bir  qtsmi  natura  ilə,  bir  qismi  isə  pul  ilə  ödənilən  dolanışıq  xərci 

hesabına yaşayırdı. Belə ödəniş daimi,  sabit deyildi.  Lakin  yürüşlər zamanı yeni-yeni ölkə 

və vilayətlərdə ələ keçirilən qənimət  əldə edilməklə belə vəziyyətə göz yumulurdu. Qazan 

xanın hakimiyyətə gəldiyi XIII əsrin 90-cı illərində saysız qənimət və qazanc verən yürüşlər 

artıq kəsilmişdi. Buna görə döyüşçülər və bütün ordu içərisində böyük narazılıq yaranmağa 

başlamışdı.  Ordunun  narazılığı  Hülakü  dövlətinin  bütün  varlığını  təhlükə  qarşısında 

qoyurdu. Çünki boş xəzinə orduya aylıq vermək gücündə deyildi.  

Torpaq almaqla kiçik feodallara çevrilən döyüşçülər kütləsinə 1303-cü il qanunu ilə 

böyük üstünlük və imtiyazlar verilirdi. Birincisi, yeni iqta sahibinə əvvəllər dövlət xəzinəsi 

xeyrinə  ödənilən  renta  ilə  yanaşı  bütün  vergiləri  kəndlilərdən  toplamaq  hüququ  verilirdi. 

İkincisi,  ikta  nəsli  torpaq  sahəsinə  çevrilirdi  bir  şərtlə  ki,  atanın  yalnız  ordu  xidmətində 

onun  yerini  tutan  hərbici  ogula  çatırdı.  Üçüncüsü,  əkin  yeri  suvarma  qurğuları  və  s.  ilə 




 

10 


 

 

birlikdə həmin torpaqla  bərabər onu əkib becərən rəiyyətlər də torpaq sahibinin ixtiyarına 



keçirdi.  

1303-cü il yarlığında ayrıca göstərilirdi ki, keçmiş incu və divan torpaqlarında kopçur 

və  başqa  vergilər  ödəyən  rəiyyətlər  indi  bu  mükəlləfiyyətləri  öz  yeni  ağalarına 

ödəməlidirlər. Yarlıqda yazılmışdır ki, monqol döyüşçülərinə paylanılan iqta torpaqlarının 

keçmiş rəiyyətləri başqa torpaqlara qaçıb dağılmışsa və bu qaçqınlıqdan 30 ildən çox vaxt 

keçməyibsə indi yeni sahiblərinə qaytarılmalıdırlar.   

  Lakin  döyüşçülərə  səxavətlə  paylanılan  torpaq  öz-özlüyündə  onları  dolandıra 

bilməzdi. Gəlir götürmək üçün torpağı becərmək lazım idi   «Örüş siyasəti» kəndlini torpağı 

atıb qaçmağa məcbur etdiyi üçün «Yeni siyasət» onları  yenidən torpağa qaytarmagı nəzərdə 

tuturdu.    Bununla  da  ordu  daimi  gəlir  mənbəyi  ilə  təmin  edilirdi.    Ölüm  qorxusu  altında 

dövlətin verdiyi iqta torpağını satmaq, bağışlamaq və cehiz vermək ona qadağan olunurdu. 

Əgər iqtadar aldığı torpağın becərilib dirçəlişi üçün qayğı göstərmir, onu yaxşı saxlamırdısa, 

torpağın  geri  alınması  nəzərdə  tutulurdu.  İqta  sahiblərinin  özbaşınalığı  üzərinə  nəzarət 

qoyulur  rəiyyəti  qula  çevirib  onlarla  əsir  kimi  davranmaq  yasaq  edilirdi.  Başlıca 

mükəlləfiyyət öhdəlikləri, yəni biyar ilə bağlı olmayan işlərin onların üzərinə qoyulması da 

yasaq  idi.  Vergilər  müəyyən  olunmuş  bir  vaxtda  yığıla  bilərdi,  natura  ilə,  pul  və  biyarda 

ödəniləcək  mükəlləfiyyətlərin  müddəti  dəqiq  göstərilirdi.  Rəiyyət  üzərində  sonsuz  və 

amansız  soyğunçuluq  vasitəsinə  çevirilmiş  olan  müqatiə  sistemi  (vergi  yığımının  icarəyə 

verilməsi)  ləğv  edilirdi.  Bütün  bu  yeniliklər  rəiyyəti  «Örüş  siyasəti»  üçün  xas  olan 

özbaşınalıqdan,  qanunsuzluqdan  qorumağa,  rəiyyətin  öz  təsərrüfat  işlərini  arxayınçılıqla 

yerinə yetirməsi üçün şərait  yaratməşdı. Vergilərin qədəri, və ödəniş vaxtı dəqiq bildirilirdi. 

Taxıl vergisi əkinçilərdən yalnız ildə iki dəfə:-21 mart-11 aprel və 22 sentyabr-12 oktyabr 

arasında və ya ildə bir dəfə (20 gün içərisində) yığıla bilərdi. Göstərilən zaman xaricində, 

və ya artıq vergi tələb etmək ağır cəzalarla qadağan edilmişdi. Taxıl vergiləri kəndlilərin öz 

yük  heyvanları  ilə  dövlət  ambarlarına  daşınmalı  idi.  Hər  bir  kənddə  metal  və  ya  taxtadan 

tabaq vurulmalı, ödəniləcək verginin miqdarı buraya yazılıb, göstərilməli idi.   




Yüklə 281,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə