Humanitar fənlər


Monqolların  idarəçilik  sistemi



Yüklə 281,19 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix21.04.2022
ölçüsü281,19 Kb.
#115431
1   2   3   4   5   6   7   8   9
az tarixi m5
Əlavə dərslər
Monqolların  idarəçilik  sistemi    Monqol,  türk  tayfalarının  Azərbaycanda  məskunlaşması 

və Hülakülər dövlətinin təsisi ölkənin ictimai-iqtisadi və siyasi həyatı ilə yanaşı, onun idarə 

sisteminə  və  dövlət  quruluşuna  da  təsir  göstərmişdi.      Monqolların  təsərrüfatın  idarəsi 

«Divan sistemi» üzrə təşkil edilmişdi. Mərkəzi dövlət divanına vəzir və onun naibi başçılıq 

edirdi.  Buraya  iyirmidən  artıq  sahə  üzrə  divanlar  tabe  idi.  Maliyyə  sisteminə  mustovfi 

baxırdı. Mühasibat işləri yeddi dəftər əsasında aparılırdı. Bu dəftərlərdə maliyyə sahəsində 

baş vermiş gündəlik hadisələr, təsərrüfatın müxtəlif sahələri üzrə hesabatlar, mərkəzi divana 

aid  xərclər,  vilayət  və  şəhərlər  üzrə  qeydlər,  ölkənin  qanun  toplusu  və  s.  cəmləşmişdi. 

Təbrizə aid dəftər başqa şəhərlər üçün ölçü, qiyas rolunu oynayırdı.   

  Hülakülər dövlətində hərbi idarə sisteminə, təsərrüfata nisbətən üstünlük verilirdi. 

Dövlətin hərbi qüvvələri baş əmirin ixtiyarında idi. Baş əmir dövlətin dörd yüks ək rütbəli 

əmiri  arasında  seçilir  və  elxan  tərəfindən  təsdiq  edilirdi.  Qalan  3  əmir  «qol  əmirləri» 

adlanırdı. Dövlət fərmanlarında hökmdardan sonra bu dörd əmirin adı, sonra isə vəzirin adı 

yazılırdı.      baş  əmirlər  Hülakülər  dövlətinin  idarəsində  həlledici  rol  oynamış  və  bəzən  də 

dövlətin faktiki hakimi kimi fəaliyyət göstərmişlər. 

Hülakülərin  ədliyyə  sistemi  iki  böyük  hissəyə  ayrılırdı.  Şahzadələrə,  köçəri 

feodallara,  hərbi  hissələrə  aid  mübahisələr  Çingiz  xanın  “Yasa”sına  əsaslanan  “yarğu” 

məhkəmələrində,  yerli  əhaliyə  aid  mübahisələr  isə  qəza  məhkəmələrində,  şəriət  qanunları 

əsasında aparılırdı. Yarğunun şəriət məhkəmələrinin işinə müdaxilə etməsi qanunla qadağan 

edilirdi. 

Dövlətin bütün bölgələri, əyalət və qəzaları daxil olmaqla hər çeşit ərazi və mülkl ərin 

yerini,  ölçüsünü,  hüdud  və  dəyərini  qeydə  alan  kadastr  cədvəlləri  (dəfatiri-qanun) 

tutulurdu. Xüsusi katiblər bütün mülk, xasse əmlakı və xeyrət vəqflərini kadastr dəftərlərinə 

alırdılar.  Əmlak  sənədinin  tərtibi  üçün  yarım  dinardan  artıq  rüsum  alana  ö lüm  cəzası 

qoyulmuşdu.  İstifadəsiz  torpaqların  becərilməsi,  tikintinin,  ticarətin,  sənətkarlığın, 

rabitənin və s. sahələrin idarəsi ilə məşğul olan xüsusi orqanlar—«Divan»lar Azərbaycanda 

fəaliyyət  göstərirdi.  Hülakülər  dövlətinin  ərazisi  vilayətlərə,  onlar  isə  tümənlərə 



 

15 


 

 

bölünmüşdü.  «Tümən»  hərbi  və  inzibati  bölgü  baxımından  eyni  ərazini  əhatə  edirdi. 



Azərbaycan  müstəqil  vilayət  kimi  doqquz  tümənə  bölünmüşdü  və  onların  hər  biri 

Azərbaycanın iri şəhərlərindən birinin adı  ilə (məsələn: Təbriz tüməni, Ərdəbil  tüməni və 

s.) adlanırdı. Vilayətlər iki nəfər tərəfindən idarə olunurdu.    

Hülakülər  dövlətinin  başında  səlahiyyəti  məhdudlaşdırılmayan  hərbi  feodal 

mütləqiyyəti  üsul-idarəsindən  ibarət  «Elxan»  və  ya  «Sultan»  dururdu.  Səltənətə  Hülakü 

xanın nəslindən olan şahzadələr yiyələnə bilərdilər. İlk vaxtlarda şahzadələr Çingiz xanın 

“Yasa”sına əsasən qurultayda seçilir və Ali monqol xaqanlığı tərəfindən təsdiq olunurdular. 

Lakin bu proses XIII əsrin son rübündə formal xarakter alır və tədricən aradan çıxır.    

 Ölkənin baş qazısı dini işlərin idarəsinə cavabdeh idi. Onun sərəncamında «Qazılar 

dördlüyü»,  vilayət  və  şəhər  qazıları  işləyirdilər.  Baş  qazı  şəriət  qanunları  əsasında 

mühakimələr  aparır,  dini  baxışların  genişlənməsi,  gəlirlərin  artırılması,  xəzinənin  və  vəqf  

əmlakının  mühafizəsi  ilə  məşğul  olurdu.  İctimai-iqtisadi  və  mədəni  həyatın  bir  çox 

sahələri—zəkat  və  cizyə  toplanması  əhali  arasında  nizam  intizamın  qorunması,  ticarətdə, 

pul  dövriyyəsində  əyintilərə  yol  verilməməsi,  karvan  yollarında  əmin-amanlığın  təmini, 

məscid, mədrəsə və tibb sahələrinin idarəsi dini idarələrin öhdəsinə düşürdü.   

«Əmarət»  (əmirlik)  adlı  təşkilatda  dövlətin  hərbi  və  inzibati  idarələri  cəmləşirdi. 

Qoşun tümənlərə (on minliklərə), minliklərə, yüzlüklərə və onluqlara bölünürdü. Və bunlar 

müvafiq  əmirlər  tərəfindən  idarə  olunurdu.  Orduda  inaq,  bukaul,  yasaul,  yurdçu, 




Yüklə 281,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə