I fəSİl yollar haqqinda ümumi MƏlumat



Yüklə 131,1 Kb.
Pdf görüntüsü
tarix13.10.2022
ölçüsü131,1 Kb.
#118286
NYUKm1



I FƏSİL 
 
YOLLAR HAQQINDA ÜMUMİ MƏLUMAT 
 
1.1. NƏQLİYYAT SİSTEMLƏRİNDƏ AVTOMOBİL YOLLARININ ROLU 
 
Nəqliyyat latın sözü «Transporto» olub, mənası «nəql edirəm» deməkdir. Nəqliyyat xalq 
təsərrüfatının mühüm bir sahəsi kimi yük və sərnişin daşınmalarını təmin edir. Nəqliyyatın işi 
yükdövriyyəsi (ton
km) və daşınan sərnişinlərin sayı (sərnkm) ilə qiymətləndirilir. 
Yüklərin və sərnişinlərin daşınma ehtiyajlarını ödəmək üçün bir neçə növ nəqliyyat 
sistemindən istifadə edilir. Bunlar aşağıdakılardır: 
1 – Avtomobil yolu nəqliyyatı; 2 – Dəmir yolu nəqliyyatı; 3 – Dəniz yolu nəqliyyatı; 4 – 
Daxili su (çay, göl, kanal) nəqliyyatı; 5 – Hava nəqliyyatı; 6 – Boru kəmərləri (mayelərin 
və qazların nəqli üçün) nəqliyyatı. 
Xalq təsərrüfatında bütün bu nəqliyyat növləri vahid nəqliyyat sistemini təşkil edir. 
Nəqliyyat hər hansı bir istehsalın ayrılmaz elementidir, sənaye, kənd təsərrüfatı və xalq 
təsərrüfatının digər sahələri ilə əlaqələrini təmin edir; ölkənin iqtisadiyyatında gedən bütün inkişaf 
proseslərinə, işçi qüvvələrinin yerləşdirilməsinə, yeni rayonlarda təbii ehtiyatların öyrənilməsinə 
və istifadə edilməsinə təsir edir; əhalinin həyat səviyyəsinin və mədəniyyətinin yüksəldilməsinə, 
Vətənin müdafiə qüdrətinin artırılmasında böyük rol oynayır. Bütün dünyada avtomobil nəqliyyatı 
digər nəqliyyatlara nisbətən, böyük yük daşıma qabiliyyətinə malik olduğundan, daha surətlə 
inkişaf edir. 
Avtomobil nəqliyyatı üç əsas elementdən ibarətdir: bütün tip avtomobillər, avtomobil yolları 
və avtomobillərin işinin rahatlığını və hərəkətin təhlükəsizliyini təmin edən köməkçi qurğular. 
Ümumi nəqliyyat sistemində avtomobil nəqliyyatı mühüm bir yer tutur və daha perspektivlidir. 
Avtomobil nəqliyyatının digər nəqliyyatlara nisbətən aşağıdakı üstünlükləri vardır: yüksək manevr 
etmə qabiliyyəti; yükün istehsalçıdan – istehlakçıya daşıma qabiliyyəti; digər nəqliyyatlara 
nisbətən daimi istiqamətlərdən az asılı olması; nisbətən yüksək daşınma sürətinə malik olması. 
Yük və sərnişin daşınmasının ümumi həjmində avtomobil nəqliyyatı birinji yeri tutur. 
Avtomobil nəqliyyatının səmərəli istifadəsi, münasib yolların mövjudluğundan çox asılıdır. Belə 
yolların azlığı nətijəsində avtomobil nəqliyyatının inkişafı və onun sərfəli istismarı ləngiyir. 
Yolları tikmək və onları səmərəli istismar etmək küllü miqdarda dövlət vəsaiti tələb edir. 
Hal hazırda Respublikamızda inkişaf etmiş yol şəbəkəsi yaradılıb. Avtomobil yolları 
şəbəkəsi ölkənin ərazisindəki bütün yollardan təşkil olunur. 


Avtomobil yolları dövlət və yerli yollardan ibarət olmaqla, beş dərəjəyə bölünür. Bu yollar, 
əsas etibarı ilə, Nazirlər Kabinetinin struktur təşkilatı olan «Azəravtoyol» Dövlət Şirkəti tərəfindən 
təsnifatlandırılır, layihələndirilir, inşi olunur və istismar edilir. 

Yüklə 131,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin