İaşə sistemində istehsalatın və xidmətin təşkili Anbar təsərrüfatının təchizatının təşkili



Yüklə 15,69 Kb.
tarix23.03.2022
ölçüsü15,69 Kb.
#114943
İt-019 İaşə sistemində istehsalatın və xidmətin təşkili mühazirə


İaşə sistemində istehsalatın və xidmətin təşkili

1.Anbar təsərrüfatının təchizatının təşkili.

İqtisadiyyayin inkişafinda mühüm rol oynayan sahələrdən biridə ölkə ərazisində yaradılan anbar təsərrüfatı infrastruktur udur. Anbarların özləri logistik sistemin həlqələrindən biri olan anbar logistikasının əsas tədqiqat obyektidir. Müasir dövrdə anbarlarda müxtəlif təyinatlı məhsulların saxlanması məqsədilə istifadə edilməsinə baxmayaraq anbarlarda istifadə edilməsi spektri xeyli genişlənmişdir. Müəssisələrin fasiləsiz formada istehsal prosesini fasiləsiz olaraq davam etdirməsi bir çox amillərdən asılıdır. Bu amillərdən ən başlıcası və ən mühümü müvafiq növdə və keyfiyyətdə material ehtiyatlarının yaradılmasından ibarətdir. Material ehtiyatlarının həm artıq həmdə az olması istənilən halda fəaliyyət göstərən təsərrüfat subyektinə mənfi təsir göstərəcək. Material ehtiyatlarının artıq olmasının mənfi təsiri ondan ibarətdir ki, artıq olan ehtiyatların istifadəsiz qalıb qiymətlərinin düşməsinə gətirib çıxarır. Material ehtiyatlarının əksik olmasınnın mənfi təsiri ondan ibarətdir ki, bazardakı fəaliyyət zamanı müxtəlif çətinliklər ortaya çıxır. Anbar təsərrüfatının təşkilində aşağıdakı əməliyyatlar yerinə yetirilir :

1.Anbarlarda ehtiyyatların yaradılması – burada qarşıda duran əsas vəzifə anbarlarda məhsulların emal edilməsi imkanlarına müvafiq material ehtiyatlarının yaradılmasıdır.

2. Məhsulların anbara daxili və məhsulun anbardan buraxılması işinə nəzarət prosesinin həyata keçirilməsi – nəzarət prossesinin düzgün aparılması üçün hər bir müəissədə qeydiyyat kitabı açılır və sifarişlərin konkret tarixi və ünvanı göstərilir.

3.Yüklərin boşaldılması və qəbul edilməsi prosesinin həyata keçirilməsi – boşaltma və qəbul etmə sahələrinin istehsal yerlərinə yaxın olması müəissəyə vaxta və maliyyə vəsaitlərinə qənaət etməyə imkan vermir.

Müasir dövrdə anbar təsərrüfatının təşkili zamanı avtomatlaşdırılmış anbarların yaradılmasına üstünlük verilir. Burada məhsullar altlıqlara yığılır (taxtadan və metaldan hazırlanır). Avtomatlaşdırılmış sistem adətən soyuducu anbarlarda quraşdırılır. Ölkəmizdə logistik anbarların müasir avadanlıqlarla zəif təmin olunması anbar təsərrüfatının inkişafının qarşısında duran ən mühüm problemlərdən biridir.

2.Mal qəbulunun sənədlərinin tərtibatının öyrənilməsi

Firma və təşkilatları malların anbarlaşdırılmasına məcbur edən amillər. İstehsalatda və nəqletmədə istehsal güclərindən texnoloji avadanlıqlardan yaxşı istifadə etməklə logistik xərclərin azaldılması.

Bölüşdürmə şəbəkələrində hazır mallar üzrə sığorta və mövsümi anbar ehtiyyatlarının yaradılması hesabına tələb və təklifin koordinasiyası və əlaqələndirilməsi. Anbarlaşdırma istehsal prosesin tərkib hissəsi olduqdan əməli menecmenti, tələblərin ödənilməsi.

Hazır mal satışı üzrə səmərəli marketinq strategiyasının tətbiqi üçün şərait yaradılması istehsal prosesi fasiləsizliyin təmin etmək üçün material resursların anbarlaşdırılması proseslərin az xərclərlə başa gəlməsi.

Anbarlarda materialların kəmiyyət və keyfiyyət üzrə qəbul edilməsi taradan çıxarılması, sortlaşdırılması, qablaşdırılması, istehsal istehlakına hazırlanması, ticarət şəbəkələrinə buraxılışı, göndərilməsi kimi işlərdə aparılır. Material axınlarının yer dəyişməsi istehlaka hazırlanması habelə digər xidmətlərin göstərilməsi ilə əlaqədar işlər anbar əməliyyatları adlanır. Yüklərin boşaldılması və qəbul edilməsi prossesinin həyata keçirilməsi anbarlarda xammal material, yarımfabrikat və malların müəissə və ya firmalar tərəfindən düzgün qəbul edilməsi böyük əhəmiyyətə malikdir.

İstehsalatin və tədarük müəissələrin operativ planlaşdırılması

Ahəngdar və fasiləsiz gedişin təmin etmək vəbu əsasda satış bazarına lazım olan məhsulların istehlakçı tərəfinə uyğun keyfiyyətli hazırlamaq üçün zəruri material resurslarına tələbat və onun ödənilməsi mənbələri müəyyənləşdirilir tədarük planı tərtib edilir. Makro və mikro logistik səviyyədə tərtib edilən, tədarük planlarını bir birindən fərqləndirmək lazimdir. Bu fərq əsasən onların tərtib edilmə səviyyəsində və tədarükün həcmində təzahür edir. Mikro səviyyədə tərtib edilən tədarük planları makro səviyyəli tədarük planlarının tərtibində element kimi çıxış edir. İstehsalçı firma və müəissələrin ayrı ayrı struktur bölmələri və məsul şəxslərin vahid tədarük planlarını tərtib edən zaman aşağıdakı məsələləri birgə həll etməlidirlər.

1.Sifariş paketinə və məsrəf normalarına görə tələbatın müəyyənləşdirilməsi və onun iqtisadi təhlili.

2.Təfsilləşdirmə sənədlərinin tərkibi zəruri materialların texniki xarakteristikasının hər tərəfli müəyyən olunması.

3.Tədarük bazarının seçilməsi və potensial məhsul göndərənlərin siyahısının tərtib edilməsi

4.İstehsal texniki təyinatlı məhsulların qiyməti, keyfiyyəti məhsul göndərənlərin istehlakçılara yaxın ərazidə yerləşməsi və.s parametrlərə görə ən əlverişli məhsul göndərənin seçilməsi.

5.Seçilmiş məhsul göndərənlərlə işgüzar danışıqların və tadarük müqavilələrin bağlanması.

6.Tədarük metodunun müəyyənləşdirilməsi

7.Material resurslarının tədarükü ilə bağlı məhsul göndərənlərlə istehlakçılar arasında qarşılıqlı fəaliyyətin təmin edilməsi

8.Kəmiyyət və keyfiyyət parametrləri qəbul edilmiş məhsulların anbarlarda yerləşdirilməsinin təşkili

Tədarükün planlaşdırılması istehsal kommersiya fəaliyyətini həyata keçirən müəissələrin normal iqtisadi fəaliyyətin əsas strategiyası hesab olunur. Tədarükün planlaşdılırması material resurslarına tələbatın müəyyənləşdirilməsindən başlayır bu tələbatın təyin edilməsi üçün ilkin mərhələ istehsalçı müəissənin son məhsul buraxılışının optimal həcmi hesab olunur. Planlaşdırmanın keyfiyyətli aparılması istehsalat vasitəsiz təmin edilməsi və istehsal ehtiyyatlarının minimumlaşdırılması məsələləri arasında mövcud olan ziddiyət problemin qarşılıqlı kompromislər əsasında həllini əhəmiyyətli təsir göstərir. Tədarük planı tərtib edilərkən qarşıya qoyulan əsas məqsəd sifariş olunan materiallara tələbatı və satış bazarının mövqeyini qiymətləndirməklə istehsal xərclərinin aşağı salınması və istesalçı müəissənin ahəngdar işinin təmin edilməsindən ibarətdir.

Mühazirə : İstehsalat strukturu və onun xarakteristikası

İstehsalat strukturu istehsalın müxtəlif mərhələləri və əlaqələrinin formalarına görə ümumi həcmdə nisbətini təmsil edir. İstehsalın təşkilinin formasını seçərkən bazar şəraitində müəissənin fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaq və işçilərin məşğulluğunun sabitləşdirilməsinə diqqət yetirmək lazimdir. Müəissə səviyyəsində istehsal qruluşlu mənbə materialının keyfiyyətinə dair bütün əsas tələblərə cavab verən hazır məhsula çevrilməsini təmin edən bu istehsal əlaqəsini təşkil edən bölmələr toplusudur. İstehsalat strukturunun seçilməsi aşağıdakı amillərdən asılıdır.

1.Müəissədəki istehsalın ölçüsü və miqyasından.

2.İstehsal olunan məhsulların texnoloji xüsusiyyətlərindən

3.Hər bir məhsul növü üçün çıxış həcmindən

İstehsalın həcmi, istehsal strukturunun fərqlənməsinə aralarındakı istehsal daxili əlaqələrin mürəkkəbliyinə təsir göstərir.

4.Malların namenklaturası və çeşidi.

5.Müəsissə bölmələrinin ixtisaslaşma formaları.

6.Xüsusi məhsul növlərinin istehsalı üçün digər müəssisələrlə əməkdaşlıq formaları.



7.İstehsal bölmələrinin sayı də idarə edilməsi standartları.

Müəssisənin istehsal qruluşlu mağazaların, müəssisələrin, xidmətlərinin tərkibi və onlar arasındakı əlaqələrinin xarakteri kimi başa düşülür. İstehsalat strukturuna həmçinin müəyyən bir adda, standart ölçüdə və dizaynda müəissə və ya onun bölmələri tərəfindən istehsal olunan və ya təmir edilmiş məhsulların sayı kimi başa düşülən istehsalın həcmidə əhəmiyyətli dərəcədə təsir göstərir. Müəissənin istehsal qruluşlu da ixtisaslaşmasına və digər müəissələrlə əməkdaşlığına əhəmiyyətli dərəcədə təsir göstərir. Müəissənin ixtisaslaşma səviyyəsi nə qədr yüksəkdirsə o qədər homogen məhsullar istehsal edir və əksinə müəissə nə qədər universal olarsa strukturu bir o qədər geniş və mürəkkəbdir. Müəissənin başqaları ilə əməkdaşlığı istehsal proseslərinin eqosunun müxtəlifliyini məhdudlaşdırır və müəyyən şöbələrin tərkibinə ehtiyacı aradan qaldırır.
Yüklə 15,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin