İcarə haqqında müqavilə



Yüklə 34,65 Kb.
tarix21.10.2017
ölçüsü34,65 Kb.
#8946

1-ci şirkət» MMC


«2-ci şirkət» MMC


arasında

Azərbaycan Respublikası, Bakı ş. _________________________________________ünvanında yerləşən obyektinə görə



İcarə haqqında müqavilə

(------------)


İcarə haqqında bu müqavilə (bundan sonra «İcarə» adlanacaq) “___” _____________ 20___il tarixində aşağıdakı tərəflər arasında imzalanır:

Hüquqi ünvan ___________________________________________ Bakı şəhəri olan (bundan sonra «İcarəyə verən» adlanacaq) «1-ci şirkət» MMC-nin direktoru Varliyev Mülkədar və (bundan sonra «İcarəçi» adlanacaq) «2-ci şirkət» MMC-nin direktoru Tacir İnkişafov “___” ____________ 20___ci il tarixində aşağıdakılar haqqında razılaşaraq bu məzmunda müqavilə bağladılar.

İcarəyə verən və İcarəçi bundan sonra fərdi olaraq «Tərəf» və cəm şəkildə «Tərəflər» kimi istinad olunacaqdır.

1. Ofis Məkanı
1.1 İcarəyə verən Azərbaycan Respublikası, Bakı şəhəri _________________________________________ünvanında yerləşən binanın (bundan sonra «Bina» adlanacaq), ___-ci mərtəbəsində -- kvadrat metr sahədən ibarət ofisi (bundan sonra «Ofis» adlanacaq) İcarəçiyə icarəyə verir.

1.2 İcarəyə verən ofis məkanın İcarəçiyə icarə haqqında müqavilədə qeyd edilmiş məhdudiyyətlərlə icarəyə verir.

1.3 Ofis İcarəçinin daimi oturduğu yer kimi istifadə olunacaqdır. Ofis İcarəçinin Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün zəruri olan məqsədlər üçün istifadə olunacaqdır.

1.4 İcarəyə verən yalnız İcarəçi ilə əvvəlcədən müəyyən edilmiş vaxtda (xəbərdarlıq tələb olunmayacağı fövqəladə hal istisna olmaqla) təmir-bərpa məqsədi ilə ofisin vəziyyətini yoxlaya və nəzərdən keçirmək üçün ofisə daxil ola bilər.



2. İcarə müddəti və şərtləri
2.1 Bu icarə müqaviləsi İcarə verən və İcarəçi tərəfindən imzalandıqdan sonra Tərəflər üçün məcburi olacaqdır. İcarə müddəti -----ci il tarixindən başlanacaq. İcarəyə verən bildirir ki, müddət bu icarənin şərtlərinə əsasən daha tez dayandırılmazsa və yaxud qeyd edilmiş vaxtdan əvvəl İcarəçi tərəfindən uzadılmazsa, ------ci ildə başlanıb, -------ci il saat 00:00 –da başa çatacaqdır.

2.2 Əgər İcarəçi aşağıda göstərilmiş maddəyə uyğun seçim edərsə, İcarəçi müddəti 1 (bir) il artırmaq (seçim) hüququna malikdir. Sözügedən müddətin uzadılması “qeyri-məcburi müddət” kimi adlandırılacaq və qeyri-məcburi müddət üçün icarə “qeyri-məcburi icarə” kimi istinad olunacaqdır.

2.3 İcarəçi müddətin tamamlanmasına ən azı 3 (üç) ay qalmış İcarə verənə yazılı surətdə xəbərdarlıq (Seçim barədə bildiriş) verməklə bu hüquqdan istənilən zaman istifadə səlahiyyətinə malik olacaqdır.

2.4 İcarəyə götürülmüş «Ofis» başlanğıc müddətə qədər «İcarəyə verən və İcarəçi» tərəfindən qarşılıqlı razılaşmaya əsasən təstiq olunmuş bölgülərə uyğun «İcarəyə verənin» standartlarına görə «İcarəyə verən» tərəfindən həyata keçirilir.

2.5 Əgər materialların qiyməti standart təkliflərdən yüksək olarsa, qiymət fərqi «İcarəçi» tərəfindən ödəniləcəkdir.

3. İcarə ilə bağlı ödənişlər
3.1 İcarəçi ofis yerinin icarəsi və icarə çərçivəsində verilən digər hüquqları nəzərə almaqla İcarə verənə icarə haqqını ödəyəcəkdir. İcarəçi ofis məkanında icarəyə verilən sahə üçün İcarə verənə ----- AZN + məbləğində aylıq icarə haqqı ödəyəcək və bu məbləğə xidmət haqqı, kommunal (elektrik) və ofisin gündəlik təmizləmə xərci, (avtomobil dayanacağından istifadə xərci, telefon nömrələrinin alınması, aylıq abunə haqqının, beynəlxalq haqqın, internetdən istifadə haqqının ödənməsi, ofis daxilində internet şəbəkəsinin çəkilməsi istisna olmaqla) daxil olacaqdır.

3.2 Ödəniş 3 aylıq olaraq İcarəçi tərəfindən 10 (on ) gün müddətində ödəniləcəkdir.



4. «İcarəyə verən»-in hüquq və vəzifələri
4.1 «İcarəyə verən» «İcarəçi»-yə 15 gün əvvəlcədən bildiriş verməklə və onun dəqiq razılığını almaqla, fövqəladə hal istisna olmaqla, ofisdə zəruri təmir işlərini aparmaq yaxud onun hissəsini təşkil edən boruların və qurğuların qoşulması və istifadə edilməsi, birləşən otaqların yaxud ümumi sahələrin quraşdırılması, yoxlanması, yenilənməsi, yenidən tikintisi və saxlanması, eləcə də İcarəyə verənin özü tərəfindən səlahiyyət verilmiş hər hansı şəxsin ofisin toxunulmazlığına və İcarəçinin güzəşt və üstünlüklərinə hörmət edəcək, zədələrin və narahatlıqların minimum olmasını təmin edəcək və belə daxil olma zamanı ofisə dəyən hər hansı zərəri öz hesabina düzəldəcəkdir.

4.2 Bu icarə davam etdiyi müddət ərzində İcarəyə verən, onun heyəti və ya vasitəçiləri tərəfindən maneəsiz olaraq İcarəçinin ofis məkanından sakit istifadəsini təmin edəcəkdir.

4.3 İcarə müddətinin son 3 (üç) ayı ərzində İcarəyə verən İcarəçinin əvvəlcədən razılığı ilə İcarəçinin işinə, ofisdən istifadə rejiminə minimum müdaxilə edərək, narahatlıqlara səbəb olmadan ofisi və yaxud onun bir hissəsini gələcək İcarəçilərə göstərə bilər.

4.4 Təhlükəsizlik məqsədi ilə hər hansı bir şəxs, binada icazə ilə məskunlaşmış biri İcarəçinin izni olmadan hər hansı bir vasitənin və ya əşyanın binadan çixarılmasına cəhd göstərirsə, İcarəyə verən belə bir hərəkətin baş verməsinin qarşısını alacaqdır.

4.5 Bütün vaxt ərzində müvafiq olaraq ofis məkanının toxunulmazlığını təmin edəcəkdir.

4.6 Ümumi sahələri saz, təmiz və lazımi qaydada təmir olunmuş vəziyyətdə, lift, yanğından mühafizə və təhlükəsizlik xidməti avadanlığı kimi qurğuları işlək vəziyyətdə saxlayacaqdır.

4.7 Ofisin 24 saat təhlükəsizliyini təmin edəcəkdir.

4.8 Ofisdə elektrik enerjisi, hava-kondisioner və ya istilık xidmətlərini fasiləsiz təchizatını təmin edəcəkdir.

4.9 «İcarəçi»-dən ümumi istifadə yerlərini təmiz saxlamasını və digər İcarəçilərin yüksək səslə narahat etməməsini tələb edəcəkdir.

4.10 «İcarəçi»-dən yanğın, elektrik və təhlükəsizlik texnikası qaydalarına əməl etməsini tələb edəcəkdir.

4.11 Sazişdə nəzərdə tutulmuş icarə haqqı ödənilmədiyi təqdirdə İcarəçinin ofisdən istifadə etməsini məhdudlaşdırması hüququna malikdir.

4.12 «İcarəyə verən» icarəyə verilmiş sahə daxilində baş vermiş neqativ hallara görə (oğurluq, zədələnmə, istifadə əşyalarının əsaslı korlanması) cavabdehlik daşımır.

4.13 İcarəyə verilən əmlak (mülk), İcarəçinin normal işinə maneə yarada biləcək heç bir əngəl olmadan, müqavilədə razılaşdırılmış qaydada İcarəçinin istifadəsinə verilir.

4.14 İcarəyə verən ofis məkanında və onun ətrafındakı zərərin, çirklənmənin, yanğının və digər hadisələrin qarşısını almaq məqsədi ilə tədbirlər görəcəkdir.

4.15 «İcarəyə verən» icarədə olan sahəni boşaltmaq zərurəti yarandıqda İcarəçini bu haqda 3 (üç) ay qabaqcadan xəbərdar etməlidir.

4.16 İcarəyə verən aşağıdakılar baş verdiyi təqdirdə xidmətləri göstərməyə məcbur olmayacaqdır.

• Fors major nəticəsində xidmətlərin göstərilməsinin qarşısı alınarsa;

• Hər hansı icarə haqqının ödənməsi 30 gündən çox müddətə gecikdirilərsə;


5. «İcarəçi»-nin hüquq və vəzifələri
5.1 İcarəyə verəni ən az 45 gün öncədən xəbərdarlıq etməklə icarəyə götürülmüş sahədən imtina etmək hüququ var.

5.2 İcarəçi, İcarəyə verənin əvvəlcədən yazılı şəkildə razılığı olmadan və ofis məkanını sökmədən və ya dağıtmadan çixarılması mümkün olmayan hər hansı bir daimi dəyişikliyi, əlavəni və ya abadlıq işini icarəyə verilmiş ofisməkanında həyata keçirməyəcəkdir. Belə razılıq verildiyi halda, edilmiş hər hansı daimi dəyişiklik, əlavə və ya abadlıq icarə tamamlandıqdan sonra İcarəyə verənin əmlakı olacaq və İcarəçi bunun müqabilində çəkilən xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmayacaqdır. Buna baxmayaraq, İcarəçi mebel, avadanlıq və dekorativ əşyalardan və yaxud daşınmaz inventar və digər daşınabilən vasitələrdən istifadə etmək və icarə tamamlandıqdan sonra sözügedən əşyaları çixartmaq hüqüna malik olacaqdır.

5.3 İcarəyə verəni 3 (üç) ay öncə xəbərdarlıq etməklə tutduğu sahəni genişləndırmək və ya daha kiçik sahəyə keçmək hüququ var.

5.4 Təhlükəsizlik departamentindən onun ofisinə gələn adamların sayını məhdudlaşdırılmasını tələb etmək hüqüquna malikdir.

5.5 İcarəçi ofisi təmiz, səliqəli saxlayacaqdır. Həmçinin etik normalara riayət olunmalı, dəhlizdə və ofisdə səs salmaq, siqaret çəkmək (xüsusi ayrılmış yerdən başqa), ofisdə sanitar-gigiyenik qaydalara, həmçinin iş mərkəzinin Təhlükəsizlik Departamenti tərəfindən bu məqsədlər üçün xüsusi hazırlanmış buraxılış, daxili rejim, yanğından mühafizə və fövqəladə hallar üçün təstiq edilmiş təlimatların tələblərinə ciddi əməl etməlidir.

5.6 İcarəçi, İcarəyə verənə və onun səlahiyyətli nümayəndələrinə və onlar tərəfindən səlahiyyət verilən bütün şəxslərə ofisə daxil olmağa icazə verəcəkdir.

5.7 İcarəçi mahiyyət etibarı ilə təhlükəli, ziyanverici, alışan, oddan təhlükəli, radioaktiv, zərərli, çirkləndirici, zəhərli olan yaxud ola bilən hər hansı birmaddəni ofisə, yaxud binaya və ya ofisdə yerləşən anbara gıtirməyəcək, ofisdə hər hansı təhlükəli fəaliyyəti və işi edə bilməz.

5.8 İcarəçi ofislə əlaqədar hər hansı qanun, yaxud qaydalar vasitəsi ilə vaxtaşırı yaranan bütün öhdəlikləri yerinə yetirəcəkdir.

5.9 İcarəçi, İcarəyə verənin yazılı razılığı olmadan subicarə, yaxud girov təyin etməyəcək, ofisi və yaxud icarənin tam və ya hər hansı hissəsini zəmanət olaraq ipoteka qoymayacaq, kreditləri təmin etməyəcək, hər hansı digər tərzdə istifadə etməyəcək, hər hansı digər fiziki və yaxud hüquqi şəxsə ofisi idarəetmə məqsədi ilə etibarnamə verməyəcəkdir.

5.10 İcarəçi ofisdə yaxud binada İcarəyə verənin maraqlarına mənfi təsir etmə ehtimalı ola bilən hər hansı bir hal baş verdikdə, hər hansı bildiriş, əmr, yazılı etibarnamə, göstəriş və yaxud digər bir şey qəbul etdikdə dərhal İcarəyə verəni məlumatlandıracaqdır.

5.11 İcarəçi, istifadə etdiyi kommunal xidmətlərdə və digər odəmələrdə müvafiq qiymət artımı olarsa, icarə haqqında dəyişiklik edilməsinə etiraz etməməlidir.

5.12 İcarəçi bu icarə çərçivəsində ödəniləbilən bütün icarə haqqlarını və digər məbləğləri dərhal ödəyəcəkdir. İcarə haqqının ödənilməsini gecikdirdiyi hər gün üçün aylıq icarə haqqının 0,5 % dəyərində peniya ödəyir.

5.13 İşin sonunda bütün elektrik cihazları söndürülməli, qapı və pəncərələr bağlanılmalıdır.

5.14 İcarəçi Azərbaycan qanunlarına istinadən qadağan olunmuş və bu qanunlara zidd olan heç bir fəaliyyət növü ilə məşğul olmayacaq.

5.15 Müddətin sonunda yaxud bu icarə vasitəsi ilə təmin edilən əvvəlcədən xitam etmə zamanı İcarəçi ofisi və onun hissələrini İcarəçinin bu icarə çərçivəsində öhdəliklərinə uyğun olaraq təmir və dekorasiya, normal amortizasiya vəziyyətində İcarə verənə qaytaracaqdır.

6. Müqavilənin pozulması
6.1 İcarəyə verən tərəfindən 3 (üç) ay əvvəl və ya İcarəçi tərəfindən 45 gün əvvəl yazılı bildiriş təqdim etməklə müqaviləyə xitam verilə bilər. Müqaviləyə xitam verildikdən sonra istər İcarəyə verən, istərsə də İcarəçi icarəyə verilmiş əmlakın sonrakı istifadəsində qarşılıqlı öhdəliklərdən azad olunurlar.

6.2 İcarəçi bu müqavilənin 3-cü bəndindəki şərtləri pozarsa İcarəyə verən birtərəfli qaydada müqaviləni pozmağa səlahiyyətlidir.



7. Fors Major
7.1 Bu müqvilənin məqsədləri üçün istifadə olunan «Fors Major» termini elə bir halı nəzərdə tutur ki, həmin hal tərəflərin ağılabatan nəzarətindən kənarda qalaraq, öhdəliklərin icrasını qeyri-mümkün edir. Bunlara təbii fəlakət, yanğın halları və müharibə vəziyyəti daxildir.

7.2 Bakı şəhəri elektrik şəbəkəsi tərəfindən elektrikin kəsilməsi hallarında İcarəyə verən, İcarəçinin elektrik avadanlıqlarının, o cümlədən kompyuter, telefon, faks və internet xətlərinin işləməsi üçün öz elektrik mənbələrindən (generatorlardan) elektrik verilməsini öhdəsinə götürür. Ancaq elektrik gərginliyinin kəskin artması və azalması hallarında ola biləcək xəsarətlərə görə cavabdehlik daşımır.



8. İşlədilmiş (Tətbiq edilmiş) qanunvericilik
8.1 Bu müqavilədən irəli gələn öhdəliklərin icrası tərəflər üçün məcburidir.

8.2 Tərəflər arasında yarnmış mübahisələr danışıqlar əsasında aradan qaldırılır və bu mümkün olmadıqda Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik əsasında aidiyyatı üzrə müvafiq məhkəmə tərəfindən həll edilir.


9. Digər şərtlər
9.1 İcarə müddəti bitdikdə və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə İcarəçi mülki ilkin texniki akta uyğun və ya daha yaxşı vəziyyətdə (təbii köhnəlmə nəzərə alınmaqla) İcarəyə verənə qaytarılmalıdır.

9.2 Bu müqavilə 2 nüsxədən ibarət Azərbaycan dilində tərtib edilib və hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir.

10. Xitam vermə
10.1 Bu icarənin hər hansı digər müddəalarına baxmayaraq İcarəçi bu icarəyə xitam verərsə, bu halda İcarəçi aşağıdakıları ödəməlidir:

• Xitam verilmə müddətin qalan hissəsi üçün bütün icarə haqqlarını;

• Bu icarəyə xitam verən zaman Icarəyə verən tərəfindən həyata keçirilən hüquqi xərcləri;

• Ofisin sonrakı İcarəçilərə icarəyə verilməsi üçün hazırlanması ilə əlaqədar təmizləmə, təmir və yenilənmə xərcləri;



    1. Əgər İcarəyə verən bu maddəyə uyğun olaraq bu icarəyə xitam verərsə, İcarəçi tərəfindən göndərilən bildiriş aldıqdan son 7 (yeddi) gün ərzində qazanılmayan icarə haqları hesablanmaqla ödənişi həyata keçirir.




İCƏRƏYƏ VERƏN İCARƏÇİ

_______________İmza _______________İmza



“___” _____________ 201-ci il “___” _____________ 201-ci il
Yüklə 34,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin