Иҹтимаи-сијаси мүталиәЛӘрин әсаслары


YEDDİNCİ FӘSİL İSLAM DÜNYASININ MÜASİR BÖHRANLARI



Yüklə 1,11 Mb.
səhifə16/23
tarix25.06.2018
ölçüsü1,11 Mb.
#54797
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

YEDDİNCİ FӘSİL

İSLAM DÜNYASININ MÜASİR BÖHRANLARI


Islam dünyasının müasir (hazırkı) böhranlarına toxunmazdan öncə islam dünyasının ərazisi, xüsusiyyətləri, ölçüləri haqqında-böyük bir mədəni və coğrafi ərazi ünvanı ilə-bilməyimiz zəruridir.

(7-1) İSLAM DÜNYASININ ӘRAZİ VӘ COĞRAFİ XÜSUSİYYӘTLӘRİ


Islam dünyası, Atlantik okeanın sahillərindən başlayaraq, təqribən cənub-qərbi, şimal-şərqi istiqamətində Çinin qərbinədək uzanan əsas əraziyə malikdir. Bu birləşmiş və tam ərazidən savayı, onun ətrafında və dünyanın digər yerlərində, əhalisinin tam əksəriyyəti və ya nisbi çoxluğunu müsəlmanların təşkil etdiyi kiçik hissələr də vardır. Bu hissələr Avropa, Amerika və Asiya qitələrində yerləşir və əsas etibarilə: Benqal körfəzinin şimalında Banqladeş, Asiya və Okeaniya arasındakı Indoneziya adalar qrupu, Filippinin cənubunda müsəlmanlar yaşayan adalar, Malaqa yarımadası, Hind okeanında Maldiv adalar qurpu, Komor adaları, Cənubi Amerikada Tviana, Avropada Albaniya, Bosniya və Hersoqovinadan ibarətdir.

Islam dünyası, coğrafi mövqe baxımından 18º cənub en dairəsi, 58º şimal en dairəsi, 7º qərb uzunluq dairəsi və 135º şərq uzunluq dairəsi arasında yerləşmişdir. Yəni onun coğrafi uzunluğu və eni, 72º coğrafi en və 152º coğrafi uzunluqdan ibarətdir.

Islam dünyasının coğrafi ərazisi, əhalisinin 50%-dən çoxunun müsəlman olması ilə bərabər, 10 kiçik coğrafi məntəqəyə bölünür:

1. Asiyanın cənub-şərqi: Filippinin cənubu, Bruney, Indoneziya, Malaziya, Sinqapur. Bu qrupda ən böyük ölkə, Indoneziya və ondan sonra Malaziyadır.

2. Asiyanın cənubu: Banqladeş, Pakistan, Maldiv və Hindistanın müsəlmanlar yaşayan məntəqələri. Burada, ən böyük ölkə Pakistan və Banqladeşdir.

3. Iran platosu (yaylası): Iran, Әfqanıstan və Kəşmirdən ibarətdir. Әn böyük ölkə, Irandır.

4. Mərkəzi Asiya: Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Çinin qərb məntəqələri (Sin Kyanq). Әn böyük ölkələr, Qazaxıstan və Özbəkistandır.

5. Qafqaz və Türkiyə: Azərbaycan, Türkiyə, Çeçenistan, Dağıstan, Kiprin və Gürcüstanın bir hissəsi. Әn böyük ölkələr Türkiyə, daha sonra Azərbaycandır.

6. Cənub-şərqi Avropa: Albaniya, Bosniya və Hersoqovina. Әn böyük Albaniya dövlətidir.

7. Afrikanın şimalı: Misir, Әlcəzair, Liviya, Tunis, Mərakeş və Saxara. Әn böyük dövlət Misirdir.

8. Afrikanın şərqi: Somoli, Sudan, Efiopiya, Eritreya, Tanzaniya, Komor və s.

9. Afrikanın qərbi: Mavritaniya, Seneqal, Qvineya, Syera-Leone, Qambiya, Kot Divur (fil sümüyü sahili) və Nigeriya. Nigeriya başqalarından daha böyükdür.

10. Mərkəzi Afrika: Mali, Çad, Niger, Burkina Faso (Yuxarı Volta). Әn böyük ölkə, Malidir.

11. Әrəbistan yarımadası: Səudiyyə Әrəbistanı, Iraq, Suriya, Livan, Iordaniya, Fələstin, Yəmən, BӘӘ, Qatar, Bəhreyn, Oman və Küveyt. Bunlardan ən böyükləri, Səudiyyə Әrəbistanı və Iraqdır.

Adını çəkdiyimiz və əhalisinin çoxunu müsəlmanlar təşkil etdiyi bu on bir məntəqədən savayı, dünyanın digər yerlərində də, azlıq kimi tanınan müsəlmanlar yaşayırlar.

51 ölkədən ibarət olan Islam dünyasının ərazisi, 32,422,852 km-dir və bu da təqribən, Yer kürəsinin quru sahəsinin 22%-ni təşkil edir.

Islam dünyası müsəlmanlarının bu və digər yerlərdəki müsəlman azlıqları təqribən 1,200,000,000 nəfərdir və onlar, yer üzünə yayılmışlar1. Bu da, dünya əhalisinin təqribən 21%-i deməkdir. Islam dünyasında əhalinin sıxlığı, hər 1 km-də 40 nəfər təşkil edir. Səth baxımından, Islam dünyası quru çöllərin hündürlüklərindən, səhralardan, bərəkətli çəmənlərdən, yaylalardan, yarımadalardan, adalardan və s.-dən ibarət parçalanmış ərazi kimi nəzərə çarpır. Islam dünyasının məşhur hündürlükləri: Afrikanın şimalındakı hündürlüklər ‒ Atlas və ya Atlantik; Pindus hündürlükləri (Albaniya); Toros və Anti Toros, Pontin (Türkiyə); Qafqaz dağları, Elbrus, Zaqros, Süleyman, Hinxuş və Pamirdən ibarətdir. Islam dünyasının məşhur yaylaları sırasına; Anadolu, Iran, Әrəbistan, Pamir və Somoli yaylaları daxildir.

Islam dünyasının bərəkətli çöllərinə: Mesepotamiya (Iki çayarası), Nil, Xuzistan, Gilan və Mazandaran, Sind və Pəncab, Mavəraünnəhr, Qaiq, Niger, Qvineya körfəzi və vadilərini aid etmək olar.

Islam dünyasının məşhur dəniz və körfəzləri bunlardır: Fars, Benqal, Әdən və Qvineya körfəzi; Qırmızı, Xəzər, Qara, Oman və Aralıq dənizi.

Islam dünyasının tanınmış çöl və səhralarına bunlar daxildir: Afrikanın Böyük Səhrası (dünyanın ən böyük səhrası), Әrəbistan, Lut və Kəvir, Türküstan, Qaraqul və Qobi səhrası (Asiyanın cənubu).

Iqlim baxımından, coğrafi mövqeyinə görə, ərazisinin böyüklüyü və hündürlüklər, dəniz və okeanlar kimi, müxtəlif yerlərin mövcudluğuna görə təbii ki, müxtəlif hava şəraitinə malikdir. Islam dünyasının ən yaxşı iqlim nümunələri bunlardır:

1. Asiyanın cənubu, Afrika ekvatorial və Hind okeanı adalarında ekvatorial qurşaq;

2. Ekvatorun ətrafında subekvatorial (yarım ekvatorial) qurşaq;

3. Türkiyə, Iran, Kəşmir, Әfqanıstan və Qafqazda dağlıq qurşağ;

4. Afrikanın şimalında, Mediteraniyanın şərqində, Türkiyə, Albaniya və s.-də araqlıq qurşağ;

5. Iranın şimalında Xəzər qurşağı;

6. Asiyanın cənubundakı (Banqladeş, Pakistan və s.) mövsümi qurşaq;

7. Afrika, Iran yaylasın, Әrəbistan yayla və yarımadasında, Asiyanın cənubunda (Pakistan və Hindistan) və Mərkəzi Asiyadakı səhra qurşağı (tropik);

8. Səhraların kənarı və səhralarla dağların arasındakı yerlərdə subtropik (yarımsəhra) qurşağı.

Islam dünyası dünyaya coğrafi baxımından, Atlantik, Hind və Sakit okeanlarına, həmçinin Asiya, Afrika, Avropa və Okeaniya kimi qitələrə çıxışa malikdir.

Su mənbəyinə gəldikdə, dünyanın azad su mənbələrinə çıxışdan əlavə, çay və göl su ehtiyatlarına malikdir: Nil, Qanq, Sind və Pəncab, Seyhun, Ceyhun (Amu-Dərya və Sır-Dərya), Sefidrud, Kərxə, Karun, Dəclə, Fərat, Kür, Niger və Seneqal çayları; Xəzər, Viktoriya, Çad, Balxaş, Urmiya, Van, Aral və s. göllər.

Su mənbələri, Islam dünyasının səhra məntəqələrinin problemlərindən biridir ‒ xüsusilə, Orta Şərq və Fars körfəzində ‒ və bu mənbələrin suyun mübadiləsi və ötürülməsi yolu ilə, gələcəkdə bu problemi həll etmək olar.

Iqtisadi baxımdan torpağa (yerə) bağlıdır və onun əsas iqtisadi fəaliyyətləri: yeraltı sərvətlərin, neft və qaz kimi enerji mənbələrinin çıxarılması, vadi, çöl və düzənliklərdə əkinçilik və heyvandarlıq məqsədilə istifadədən ibarətdir. Təəssüflər olsun ki, sənaye istehsalında rol oynayan bir neçə Islam ölkəsindən savayı, digərləri bu imkana malik deyildirlər. Onların sənaye istehsalının əksər hissəsi, daxili ehtiyaclara yönəldilir və dünya bazarına çıxmaq iqtidarında deyildirlər. Yalnız Türkiyə, Qazaxıstan, Malaziya, Indoneziya, Pakistan və Iran istisnadır. Onların da bu imkanları, məhdud səviyyədədir.

Islam dünyasının əkinçilik məhsulları, bunlardır:

Yeyinti məhsulları: buğda, arpa, meyvə, düyü və s. dənli bitkilər;

Sənaye məhsulları: pambıq, şəkər qamışı, kətan, yağ dənələri (soya, günəbaxan və s.), tibbi bitkilər, kauçuk, tütün, tənbəki və s.

Islam dünyasının yeraltı mənbələrini, əsasən Fars körfəzi, Afrikanın şimalı və Asiyanın cənubunda yerləşən neft və qaz təşkil edir. Bu baxımdan Islam dünyası, dünyanın başqa məntəqələrinə nisbətən, xüsusi üstünliyə malikdir. Digər yeratlı mənbələr bunlardır: uran, dəmir, mis, qurğuşun, qalay, manqanz, xrom, boksit, nikkel, qızıl, gümüş, qiymətli daşlar, almaz, arxetektura və tikinti daşları, potasium, xörək duzu, təbaşir və s. Bunlardan əlavə, Islam dünyası əkinçilik, heyvandarlıq, meşə və ağac sənayesi, balıqçılıq, hidroelektrik və günəş enerjisi və s.-ə malikdir. Bunlar da, öz növbəsində mühüm sərvət mənbələrini, müsəlmanların ixtiyarına qoyur.

Islam ölkələri arasında ‒ ərazi baxımından ‒ ən böyüyü Qazaxıstandır (2,717,300 km). Bu növ statistik rəqəmlərdə yalnız bir «vergül»dən istifadə edilir. Bu rəqəm 2717,3 km olmalıdır. Ümumiyyətlə, bütün statistik rəqəmlər dəqiqləşdirilməlidir} və ən kiçiki Maldivdir (298 km). Әhalinin sayına görə ən böyüyü Indoneziya (197,6 milyon nəfər) və kiçiyi Maldivdir (250000 nəfər).

Әrazisinə görə Islam dünyasının ən böyük beş ölkələri bunlardır: Qazaxıstan, Sudan, Әlcəzair, Səudiyyə Әrəbistanı və Indoneziya. Həmçinin, əhalinin sayına görə birinci 5 ölkə ‒ Indoneziya, Pakistan, Banqladeş, Nigeriya və Türkiyədir. Hərbi gücünə görə ilk beş ölkə bunlardır (sıra ilə): Pakistan, Iran, Türkiyə, Misir və Suriya.

Islam dünyası dünya əhalisinin 21%, dünya torpaqlarının 22%, dünya müstəqil ölkələrinin 27% və BMT üzvlərinin 27,5%-ini təşkil edir. Başqa sözlə, BMT Ümumi Yığıncağının 27,5% səsinə malikdir. Islam dünyası hərbi qüvvələrinin ümumi sayı, piyada, hava və dəniz qüvvələrində çalışan 5,5 milyon əsgərdən ibarətdir. Islam dünyasının güc mənbələrini, əhalidən savayı torpaq və ərazi, BMT-də xüsusi yer və diqqətəlayiq hərbi qüvvə və aşağıdakılardan ibarət digər amillər təşkil edir:

- Üç böyük okeana və dünyanın 4 qitəsinə birbaşa çıxış;

- Dünya neftinin 70% və dünya qazının 28%-nə malik Fars körfəzinin ərazisi. Bunlardan əlavə, Islam dünyası Afrikanın şimalında və Asiyanın cənub şərqində böyük ehtiyatlara malikdir;

- Bərəkətli və dünyada tayı-bərabəri olmayan vadilər;

- Çay və göl kimi şirin su mənbələri;

- Səhra və qeyri-səhra məntəqələrində günəş enerjisi istehsalı üçün münasib şərait və imkanlar;

- Metal və qeyri-metallardan ibarət mühüm yeraltı mənbələr;

- Müxtəlif iqlim və hava qurşaqları, müxtəlif əkinçilik, meyvə və heyvandarlıq məhsulları;

- Dünyanın ‒ Malaqa, Babül-Məndab, Hörmüz, Cəbəlüttariq, Bosfor və Dardanel boğazları, Süveyş, Tirana və s. kimi mühüm1 kanallarıdır.

Islam dünyasında müxtəlif hökumətlərin olmasına baxmayaraq, onlardan yalnız bə’ziləri öz adlarında «Islam» sözündən istifadə ediblər. Məsələn, Iran Islam Respublikası, Pakistan Islam Respublikası, Mavritaniya Islam Respublikası, Komor Federativ Islam Respublikası, «Әfqanıstan Islam Dövləti və s. Әlbətdə, onların əksəriyyətinin mahiyyəti fərqlidir və belə görünür ki, yalnız Iran Islam Respublikası mahiyyətləri ilə düz gəlir.

Təəssüflər olsun ki, Mali, Çad, Әfqanıstan, Somali və Tanzaniya kimi ‒ adambaşına düşən illik gəliri 200-250 dollar olan ‒ dünyanın ən kasıb ölkələri Islam dünyasına daxildirlər. Başqa tərəfdən, Islam dünyasının ən varlı ölkələri, Iran körfəzi hövzəsində yerləşmişlər. Həmin ölkələr bunlardır: Küveyt, Səudiyyə Әrəbistanı, BӘӘ və s. Islam dünyasının ən varlı və ən kasıb ölkəsi arasındakı fərq, 1:120 nisbətindədir. Məsələn, Әfqanıstan adam başına düşən 200 dollarla ən kasıb və BӘӘ 24000 dollarla Islam dünyasının ən varlı ölkəsidir.



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin