İcraçi direktorun variSLİk plani



Yüklə 71,49 Kb.
tarix22.10.2017
ölçüsü71,49 Kb.
#9955

İCRAÇI DİREKTORUN VARİSLİK PLANI

27 Oktyabr 2014-ci il tarixli İllik Ümumi Yığıncaq tərəfindən təsdiqlənmişdir



“Şəffaflıq Azərbaycan” İdarəçilik Siyasətinə 3-cü əlavə

  1. Əsaslandırma

Qeyri-hökumət təşkilatının icraçı direktoru vəzifəsi təşkilatın uğurunun mərkəzi elementidir. Buna görə də, icraçı direktorun funksiyalarının yaxşı anlaşılması və hətta əməkdaşlar və könüllülər arasında paylaşılmasının təmin edilməsi təşkilatın planlaşdırılmamış və gözlənilməz dəyişikliklərə qarşı qorunması üçün vacibdir. Bu sənəd “Şəffaflıq Azərbaycan” təşkilatında İcraçı Direktorun uzunmüddətli yoxluğu zamanı və istefa verdiyi hallarda liderliyə hazırlama və varislik planının təsvirini verir, həmçinin, onun qısamüddətli yoxluğu şəraitində atılacaq addımları göstərir.

  1. Qısa müddətli və uzun müddətli yoxluq anlayışları

30 gün və ya daha az bir müddət üçün işdə olmama halı qısa müddətli yoxluq hesab edilir və aşağıda, 4-cü bənddə göstərilən qaydalarla idarə edilir. 30 gündən daha çox müddətdə işdə olmama və yaxud istefa halı bu sənədin digər bəndləri əsasında tənzimlənir.

  1. İcraçı direktorun funksiyaları

İcraçı Direktorun əsas funksiyaları “Şəffaflıq Azərbaycan” təşkilatının Maliyyə, İnzibati və Kadr Siyasəti Təlimatında, həmçinin İcraçı Direktorun İşinin Təsviri hissəsində göstərilmişdir və aşağıdakıları əhatə edir:

  • Təşkilatı bütün xarici əlaqələrdə (qanuna əsasən, müqavilələrin imzalanması, ictimai qurumlara hesabat verilməsi, bank əməliyyatları və s.) öz imzası ilə təmsil etmək;

  • Kadr siyasətinin nəzərdən keçirilməsi;

  • Təşkilat daxilində dəyişikliklərin asanlaşdırılması;

  • Kadr və inzibati fəaliyyətlərin (məsələn, işə qəbul, təlim, mükafatlandırma və maaş) əlaqələndirilməsi;

  • İşçilərin fəaliyyəti ilə əlaqədar göndərilməsi;

  • Təşkilatın fəaliyyətləri müddətində maddi-texniki və inzibati dəstəyin göstərilməsi;

  • İşçilərin rifahı və əlaqədar fəaliyyətlər;

  • Kadrların sənədlərinin işlənməsi;

  • İanələrin toplanması;

  • Təşkilatın dəyərlərinin (o cümlədən, onun etibar və imicinin) qorunması;

  • Proqramların hazırlanmasının və davamlılığının təmin edilməsi;

  • Proqram fəaliyyəti və maliyyə hesabatları da daxil olmaqla, donorlara təqdim ediləcək yekun hesabatların təsdiq edilməsi;

  • Müxtəlif tədbirlərdə təşkilatın təmsil edilməsi;

  • Təşkilat adından xarici əlaqələrin aparılması;

  • Təsdiq olunmuş pres reliz yaxud vaxtında etibarnamə əsasda işçi heyətinin digər üzvlərinə xarici əlaqələrin qurulması səlahiyyətinin verilməsi.

  1. Qısa müddətli yoxluq

Qısa müddətli yoxluq halı yarandıqda, İcraçı Direktor öz səlahiyyətlərini 2 yaxud 3 yuxarı vəzifəli əməkdaşa dövr etmək haqqında daxili sənədi hazırlayaraq imzalayır:

  • Maliyyə və kadr məsələləri: Maliyyə və baş menecerə;

  • Proqram fəaliyyəti: Layihələr direktoruna;

  • Xarici əlaqələr: Qrant meneceri yaxud İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisə.

  1. Uzun müddətli yoxluq

Planlı uzunmüddətli yoxluq halında, İcraçı Direktor Layihələr direktorunu, bu mümkün olmadığı halda isə idarəedici komanda üzvlərinin yuxarı vəzifəli işçilərindən birini (məs., Maliyyə və inzibati məsələlər üzrə Menecer yaxud Qrant meneceri) müvəqqəti İcraçı Direktor kimi təsdiqlənməsi üçün İdarə heyətinə təqdim edir.
Əgər uzun müddətli yoxluq planlaşdırılmamış halda baş verirsə, Layihələr direktoru yaxud digər idarəetmə komandasının digər yuxarı vəzifəli üzvü İdarə Heyətinin sədrinə fövqəladə vəziyyət barədə məlumat verməlidir. Sədr bununla bağlı daxili qərar imzalayaraq Layihələr direktorunu, əgər bu mümkün deyilsə idarəetmə şurasının digər yuxarı vəzifəli üzvünü maksimum bir ay müddətinə müvəqqəti İcraçı Direktor təyin edilir və bu qərar daha sonra İdarə Heyəti tərəfindən təsdiqlənməlidir.

İdarə Heyəti yuxarıda göstərilən hər iki halda razılıq verməzsə, İdarə Heyətinin cari və ya keçmiş üzvünün müvəqqəti İcraçı Direktor səlahiyyətlərini icra etməsi təklifini irəli sürə bilərlər.




  1. Fövqəladə vakansiya

Təcili vakansiya halında, İdarə heyətinin sədri Layihələr direktorunu yaxud idarəetmə şurasının digər bir yuxarı vəzifəli üzvünü maksimum bir ay olmaqla və bu müddət daha sonra İdarə heyəti tərəfindən təsdiq olunmaq və uzadılmaqla müvəqqəti İcraçı Direktor təyin edir. İdarə Heyəti buna razılıq verməzsə, İdarə Heyətinin cari və ya keçmiş üzvünün müvəqqəti İcraçı Direktor səlahiyyətlərini icra etməsi barədə təklif irəli sürə bilərlər.

Maliyyə və inzibati məsələlər üzrə Menecer mövcud işin təhlili, onun təsviri və xüsusiyyətlərini nəzərdən keçirib baxılması və təsdiq edilməsi üçün idarə heyətinə təqdimat edir. Layihələr direktoru iş haqqında elanın verilməsi, işə ərizələrin qəbul edilməsi və namizədlərin ilkin qısa siyahısının hazırlanması işinə rəhbərlik edir. Minimum üç namizəd müsahibə və yekun seçim üçün İdarə Heyətinə təqdim edilir. İdarə Heyəti sədri yaxud səlahiyyətli şəxsi vasitəsi ilə uğurlu nəticə əldə etmi. namizədə Beynəlxalq Şəffaflıq Təşkilatının Katibliyinin təsdiqi əsasında təyinat məktubu hazırlayır.




  1. Müvəqqəti İcraçı Direktorun səlahiyyətləri və məhdudiyyətlər

İdarə Heyəti tərəfindən təyin edilən müvəqqəti İcraçı Direktor gündəlik qərarların verilməsi və fəaliyyətinin müstəqilliyi baxımından normal İcraçı Direktor kimi tam səlahiyyətlərə malikdir.
İdarə Heyətinin sədri və / və yaxud İdarə Heyəti ilə məsləhətləşmələr tələb edən işlərə isə işə götürmə və xitam vermə, maliyyə məsələləri, yeni layihələrlə bağlı qərarlar və təşkilat adından ictimai-siyasi məsələlərdə mövqe bildirmək daxildir. İcraçı direktorun planlaşdırılmamış yoxluğu dövründə təşkilatın maliyyə məsələlərinə nəzarət İdarə Heyəti tərəfindən həyata keçirilir.
Müvəqqəti İcraçı Direktor İdarə Heyətinin təqdiri əsasında ilin sonunda bonus və ya əlavə mənfəət əldə edə bilər. Müvəqqəti İcraçı Direktor vəzifələrini icra edən cari və ya köhnə İdarə heyəti üzvü  şəraitdən asılı olaraq, xidməti müqavilə bağlaya bilər.
Kommunikasiya haqqında əlavə təlimatlar üçün təşkilatın Maliyyə, Admin və Kadr Siyasətinə dair qüvvədə olan siyasətinə istinad edə bilərsiniz.


  1. Kommunikasiya Planı

Müvəqqəti İcraçı Direktorun təyin olunmasından sonra 48 saat içində İdarə Heyətinin Sədri və müvəqqəti İcraçı Direktor görüşməli və təşkilatın müvəqqəti rəhbərlik strukturunu işçilərə, İdarə Heyətinə və əsas dəstəkçilərə elan edən kommunikasiya planı hazırlamalıdır.


  1. İcra Planı

İdarə Heyəti İdarə Heyətinin sədrinə səlahiyyət verir ki, planlı və ya planlaşdırılmamış uzunmüddətli yoxluq yaxud istefa dövründə Varislik Planının şərtlərini icra etsin. Uzun müddətli yoxluq və ya istefa haqqında xəbərdarlıq aldıqdan sonra İdarə Heyətinin sədri mümkün olan ən qısa zamanda bu Planda göstərilən qaydaları təsdiqləmək və ya dəyişmək üçün İdarə Heyətinin iclasını çağırır.


  1. Təsdiqlənmə və ya qeydə alma

Bu Planının surətləri İdarə Heyətinin bütün üzvləri və ŞA-nın yuxarı vəzifəli heyət üzvləri, konkret olaraq isə İcraçı Direktor, Layihələr Direktoru, Qrantlar üzrə menecer, və Maliyyə və inzibati məsələlər üzrə Menecerlər tərəfindən saxlanılacaq.


Yüklə 71,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin