"İkt ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda analitik məqalə



Yüklə 26,8 Kb.
tarix21.10.2017
ölçüsü26,8 Kb.
#8085
növüYazı

Elektron hökumətin bugünü, sabahı və gələcəyi



"İKT ili" çərçivəsində "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda analitik məqalə

  Mən yazıya başlamazdan əvvəl elektron hökumət anlayışına fikir aydınlığı gətirmək istəyirəm. Elektron hökumət ilk dəfə XX əsrin 90-cı illərində Qərbdə yaranmışdır. Elektron hökumət - hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir.  Elektron hökumət Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin fəaliyyət göstərilməsinə şərait yaradır. Elektron hökumətin fəaliyyəti ölkədə hakimiyyət orqanlarının işini yaxşılaşdırılmasına xidmət göstərir. İnkişaf etmiş ölkələrin çoxunda, o cümlədən Azərbaycanda da  "elektron hökumət" fəaliyyət göstərir. Azərbaycanda "Elektron hökumət" layihəsi Elektron Azərbaycan adlı dövlət proqramı çərçivəsində həyata keçirilir. Ölkəmizdə "elektron hökumət"in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. "Dövlət  orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli Prezidentin Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır. Əldə etdiyim məlumata əsasən, Azərbaycan MDB məkanında "elektron hökumət" layihəsi üzərində işlərin aparıldığı 4-cü ölkədir. Həyata keçirilən proqram elektron hökumətin qurulmasının hazırlıq işlərinin 2008-ci ildə bitdiyini göstərir. Cəmiyyətimizdə  olan "informasiya"dan istifadə mədəniyyəti bir daha elektron hökumətinin daha da inkişaf etməsinin vacib olduğunu göstərir. "İnformasiya mədəniyyəti" haqqında danışdıqda əsas nəzərdə tutulur:

1.     informasiya resurslarından və informasiya kommunikasiya vasitələrindən səmərəli şəkildə  istifadə etmək;

2.  texniki vasitə və metodlardan, kompyuter texnologiyalarından istifadə etməklə informasiyanın əldə edilməsi və ötürülməsi bacarığı;

 Qeyd etmək istəyirəm ki, Azərbaycanda dövlət elektron hökumət portalına büdcədən pul ayırır ki, qonşu ölkələrdə də  bu yoxdur.

  Elektron hökumətin son illərdə gördüyü işlər vətəndaşlar və dövlət qulluqçuları arasında əlaqələri möhkəmləndirmişdir. Bu əlaqələrin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla apardığı daxili siyasətə böyük töhfədir. Elektron hökumətinin rəsmi saytı  e-gov.az portalıdır. Bu saytda yerləşdirilən xidmətlər haqqında məlumat bölməsində görürük ki, dövlət saytlarında olan xidmətlərin sayı 407-dir. İstisna deyil ki, dövlət saytlarında olan xidmətlər gələcəkdə daha da artacaqdır.

  Vətəndaşlar üçün həm ona görə rahatdır ki, artıq hökumət binasına getmədən elektron hökumətin rəsmi saytında e-gov.az-da  e-xidmətlərdən istifadə edə və yeni informasiyalar əldə edə bilərsiniz. Bu vətəndaşın həm işini rahatlaşdırır, həm də vaxtdan səmərəli şəkildə istifadəsinə şərait yaradır. Bundan başqa vətəndaşlar arayış almaq üçün hökumətə müraciət etdikdə arayışı elektron vasitəsilə əldə edə bilər. BuradaForma-1 və Forma-9 sənədləri internet üzərindən verilir.

 Elektron hökumətin mövcud vəziyyətini qənaətbəxş hesab etmək olar. Portalda təsdiq olunmuş xidmətlərin sayı 417, portalda olan xidmətlərin sayı 236-dır. Xidmətlərə misal olaraq Səhiyyə NazirliyininDövlət Sosial Müdafiə Fondunun xidmətlərini misal göstərmək olar.

  Elektron imza nədir? Elektron imzanın rəsmi saytı e-imza.az portalıdır. Bu portalda elektron imza haqqında  müəyyən  məlumatlar əldə etdim. Elektron imza ümumi xarakter daşıyır. Elektron imza kartı Elektron hökumət portalından istifadə üçündür. Elektron imza elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycanda Elektron imza haqqında qanun 2004-cü ildə qəbul olunmasına baxmayaraq, elektron imza vətəndaşlara 7 ildən sonra yəni 2013-cü ildə verilməyə başlanılıb.

  Elektron hökumətin problemlərinin olmasını da qeyd etmək lazımdır. Əvvəla bildirmək istəyirəm ki, elektron xidmətlər haqqında maarifləndirmənin, yəni vətəndaşların məlumatlandırılmasında bəzi çatışmazlıqlar vardır. Bəzən elə olur ki, vətəndaşlar müəyyən xidmətlərin istifadə olunmasında çətinliklər çəkir. Nəticədə isə vətəndaş e-xidmətdən istifadə etmək istəmir. Bu problemin gələcəkdə aradan qaldırılmasına və əhalinin daha yaxşı maarifləndirilməsinə nail olunmalıdır.

  Elektron hökumətdə bəzi icra hakimiyyətlərinin "Elektron hökumət" layihəsinə qoşulmasında problemləri var. Buna görə də bu problem həll olunmalıdır ki, bütün icra hakimiyyəti strukturları bu layihəyə qoşulsunlar.

  Elektron hökumətin e-xidmətlərindən Bakı şəhərində, o cümlədən rayonlarımızda internet vasitəsilə istifadə olunur. Lakin hələ də kənd yerlərində internetin demək olar ki, yox dərəcəsində olması əhalini bu e-xidmətlərdən istifadəsini çətinləşdirir. Buna görə də vətəndaş ya Bakı şəhərinə, ya da rayon mərkəzinə gəlməyə məcbur olur. Gələcəkdə bu problemin həlli üçün ciddi addımlar atılmalıdır.

  Bakı şəhərində və bəzi bölgələrimizdə vətəndaşlar elektron ərizə forması ilə nazirliyə müraciət edə bilər. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda ümumən 4500 kənd olmasına baxmayaraq kəndlərdə yaşayan vətəndaşlar elektron ərizədən istifadə edə bilmir.

  Elektron hökumətdən istifadə etməkdə əsas məqamlarından biri də vətəndaşlara online xidmətlərinin istifadə vərdişlərinin aşılamasıdır. Hələ də bizdə bu problemin həllində irəliləyişlər hiss edilmir.

  İnformasiya inkişafı, informativləşmə bərabər səviyyədə deyil. Çünki bölgələrdə tətbiq olunan yanaşmalar və standartlar bir-birindən kəskin surətdə fərqlənir. Elə rayonlar var ki, orada heç informativləşmədən danışmaq olmaz.

  İnformasiyanın məxfiliyi problemi də vardır: indi bir çox dövlət  xidmətlərini (məsələn, Dövlət Avtomobil müffətişliyi, pasport stolları və s.) "oğurlanmış" məlumatları açıq şəkildə yayılır. Bu cür yayılma vətəndaşların şəxsi həyatı barədə məlumatların toxunulmazlığının pozulmasına gətirib çıxara bilər. Ölkədə məlumatların sızmasını qarşısını almaq üçün tədbirlər planı hazırlanmalıdır.  Nəzərə almaq lazımdır ki, bu, vergilər haqqında məlumatlar yaxud kartların nömrələri ola bilər.

  İdarələr tərəfindən istifadə olunan məlumat sistemləri ilə internetdə vətəndaşların ixtiyarında olan elektron xidmətlər sahəsi ilə qarşılıqlı əlaqəsi məsələsini həll etmək lazımdır. Nəzərə almaq lazımdır ki, elektron hökumətə birbaşa olaraq o şəxslər müraciət edə bilərlər ki, onların İnternetə çıxışı vardır. Azərbaycanda əhalinin təxminən 65%-nin İnternetə çıxışı vardır.Bunu da nəzərə almaq lazımdır ki, yaşlı adamlar köhnə fikirli olur və onların əksəriyyətinin İnternetlə işləmək təcrübəsi yoxdur. Beləliklə, onlar hakimiyyətlə elektron ünsiyyətə hazır deyillər.

  Daha bir problem ondan ibarətdir ki, elektron xidmətlər adi xidmətlərdən daha bahadır. Ən azı istifadəçi internetə qoşulmuş kompyuterə malik olmalıdır. Hüquqi şəxsə elektron imza, proqram təminatı və ona xidmət göstərilməsi üçün xeyli sayda vəsait lazımdır.

  Elektron hökumətin işləməsi üçün yuxarıda sadalan problemlərdən əlavə məmurların psixoloji xüsusiyyətləri də mane olur. Belə ki, onlardan öz işlərini kökündən yenidən qurmaq tələb olunur. Bu zaman onların statusu dəyişir, onlar qüdrətli dövlət məmurundan xidmət sahəsinin işçisinə çevrilirlər.

  "Elektron kökumət" layihəsi gələcək inkişaf üçün perspektiv hesab olunan layihələrdən biridir (Ə.Abbasov). Bu layihənin gələcəkdə daha da inkişaf etməsinə və artıq bütün dövlət xidmətlərinin elektronlaşdırılmasına nail olunmalıdır. Bundan başqa vətəndaşların e-xidmətlərə çıxışını daha da artırmaq vacib amillərdən biridir.

   Azərbaycanda elektron hökumətin inkişaf perspektivlərini belə müəyyənləşdirmək olar:

  1. Elektron sənəd dövriyyəsinin, icra hakimiyyəti orqanları daxilində məlumat mübadiləsinin, xüsusilə mərkəz-regionlar-yerli özünüidarəetmə orqanları-vətəndaş cəmiyyəti xətti ilə yaxşılaşdırılması vacib şərtlərdəndir.

  2. Gələcəkdə informasiyadan istifadə mədəniyyətinin daha da inkişaf etdirilməsi vacib amillərdən biridir. Ekspertlərin dediklərinə görə informasiydan istifadə hələ də istənilən səviyyədə deyil.Ona görə də bu sahə üzrə müəyyən ciddi addımlar atılmalıdır.

 3. Elektron hökumətin sadəliliyinin milli standartlarının formalaşması.

 4. Elektron hökumətin perspektivlərdən biri də əhatə dairəsinin genişləndirilməsidir.Bu iş üzərində müəyyən nəticələrin əldə edilməsi vətəndaşların e-xidmətə qarşı diqqəti də artırar.

 5. Hər bir dövlət qurumunda elektron xidmətlərlə bağlı məsul şəxslər, qurumlar ayrılmalıdır. Bütün prosesin konkret İKT şöbəsinə tapşırılması düzgün yanaşma deyil. Ona görə də gələcəkdə bu yanaşmanı dəyişmək yaxşı nəticələr verər.

  Nəzərinizə çatdırmaq istəyirəm ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov öz açıqlamasında belə demişdir: "İKT-nin tətbiqinin genişləndirilməsi və e-hökumətin qurulması demokratikləşmə proseslərini sürətləndirir, korrupsiya və bürokratik əngəlləri aradan qaldırır və cəmiyyətdə şəffaflaşma proseslərinə xidmət edir. Demokratik cəmiyyətin inkişafı üçün əsas amillərdən biridir. Korrupsiya aktlarının, vətəndaşların işlərinin ləngidilməsinin qarşısının alınması cəmiyyətimiz üçün faydalıdır.E-xidmətlərin sayının artırılması  gələcək nəsil üçün daha faydalı və səmərəlidir.

  Ölkəmizdə elektron hökumətin fəaliyyəti Azərbaycanın inkişaf etmiş ölkələr arasında layiqli yer tutmasına təkan verəcəkdir. Biz buna inanırıq!!!



Fərid Muradov

Avropa Azərbaycan Məktəbinin 10-cu sinif şagirdi

 
Yüklə 26,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin