«икт вя инновасийа игтисадиййаты» шюбяси



Yüklə 54,31 Kb.
tarix21.10.2017
ölçüsü54,31 Kb.
#7667

Azərbaycanda E-hökumət xidmətlərinin monitorinq sisteminin yaradılmasının mümkün istiqamətləri.

Müəllif: A. Hüseynov

Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı, Azərbaycan aydinhuseyn1945@gmail.com
Epiqraf

Mark Mur: “Özəl menecerlərin əsas məqsədi özəl dəyər (iqtisadi) yaratmaqdır, lakin dövlət orqanlarının əsas məqsədi ictimai (sosial) dəyər yartmaqdır”.
Elektron hökumət - dövlət idarəetməsində keyfiyyətin və səmərəliliyin artırılması və gücləndirilməsi məqsədilə informasiya və kommunikasiya texnologiyalarının tətbiqidir.

Bu kommunikasiya texnologiyalarının tətbiqi vətəndaşlar və iş adamları ilə əlaqələrin qurulmasını asanlaşdırmış, xərcləri azaltmış və eyni zamanda daxili proseslərin sürətini artırmışdır.

Elektron hökumət xidmətləri və ya sadəcə olaraq elektron xidmətlər internet vasitəsilə vətəndaşlar və iş adamlarına göstərilən xüsusi növ xidmətlərdir və

məqsədi istifadəçilərə tələb olunan fəaliyyətlərin əvvəldən sona qədər elektron halda həyata keçirilməsidir.


1. E-Hökümətin təsirinin qiymətləndirməsi

Getdikcə daha çox dərk olunur ki, e-Hökumət qiymətləndirməsi təkcə kəmiyyət təsiri ilə məhdudlaşdırıla bilməz və aşağıdakı halların hər ikisini əhatə etməlidir:

a) birbaşa nağd pul şəklində və ya mümkün dəyərlər kimi ifadə oluna bilən təsir;

b) duyulmayan (gözlə görünməyən) və pul ilə ifadə olunmayan təsir.

Birinci halda qiymətləndirmə ciddi kəmiyyət maliyyə texnikaları (NPV- Xalis cari dəyər, ROI- İnvestisiyaların geri qaytarılması, IRR- daxili gəlir məzənnəsi və s.) istifadəsi yolu ilə aparıla bilər, ikinci halda isə keyfiyyət formatı əsasında qiymətləndirilməlidir.

Bu yolla hər iki növ qiymətləndirmələrin nəticələri tam miqyasda toplanır və sonra e-Hökumət xidmətlərinin/layihələrinin tam dəyərini hesablamaq üçün istifadə olunur.

Digər tərəfdən, müşahidə etmək olar ki, təsir aşağıda qeyd edilən müxtəlif növ ictimai dəyərin yaradılmasında istifadə edilir:


  1. Maliyyə və təşkilati dəyər;

  2. Siyasi dəyər;

  3. Korporativ müştərilər dəyəri.

Bu məqələdə əsasən birinci dəyərə nəzər yetirilir, və bu dəyər sistemin səmərəliliyi ilə bağlıdır. Yüksək səmərəlilik lazımi təşkilati dəyişiklikdən qaynaqlanan xidmətlərin onlayn şəkildə təklifindən yaranır.


nəqd maliyyə

qazancları


Maliyyə və təşkilati dəyər

daha geniş səlahiyyət verilmiş işçi heyəti

Səmərəlilik



daha yaxşı təşkilati və İT arxitekturalar

Səmərəlilik kriterisində 3 meyar hesablanmalıdır:

Reallaşdırıla bilən (nəqd) maliyyə qazancları;

Daha geniş səlahiyyət verilmiş işçi heyəti;

Daha yaxşı təşkilatı və İT arxitekturalar.

eGEP-ə əsasən səmərəlilik kriterisinə aid toplam 40 indikator təklif olunur [1] və onlardan monitorinq məqsədilə 10-15 indikatorun seçilməsi nəzərdə tutulmuşdur. İndikatorların seçilməsi e-hökumət dövlət proqramında iştirak edən təşkilatların mütəxəssisləri tərəfindən aparılmalıdır.

Bunların arasında bir neçə əsas indikatorlara nəzər yetirək:

Reallaşdırıla bilən maliyyə qazancları

1. Tam zaman ekvivalentı qazancı (min manat)

2. e-Tədarük sənədlərinin elektronlaşdırılması nəticəsində qənaət etmə (min

manat)


3. Xidmətlərin əhatə dairəsinin genişlənməsindən əldə edilən gəlirlər (min

manat)


Daha geniş səlahiyyət verilmiş işçi heyəti

4. Yenidən təlim keçmiş işçilərin sayı

5. e-Hökumət və İKT sahəsində təcrübəli dövlət qulluqçularının sayı

6. Ofisdən kənar iş görən işçilərin sayı



Daha yaxşı təşkilatı və İT arxitekturalar

7. Onlayn həyata keçirilən əməliyyatların sayı

8. İT tərəfindən yaradılan birbaşa əlaqələrin sayı

9. Yenidən tərtib edilən biznes proseslərinin sayı

10. Əsas Hökumət Portalında mövcud olan birləşdirilmiş xidmətlərin sayı

Dəyərləndirmə indikatorlarıyla bağlı məlumat toplama sistemi müəyyənləşdirilir. Burada 2 imkan movcuddur: avtomatlaşdırılmış (internet və ya xüsusi xidmətçi proqramların vasitəsilə) və yarı avtomatik (sorğu ilə).


2. İnternet xidmətlərin qiymətləndirilməsi və monitorinqi

Elektron Hökumət fəaliyyətinin qiymətləndirilməsi istiqamətində həmişə bir sual ortaya çıxır: görəsən Elektron Hökumət xidmətlərinin səmərəliliyinin və effektivliyinin qiymətləndirilməsi, monitorinqi və maksimumlaşdırılması məqsədilə ən yaxşı təcrübə, müvafiq modellər, vasitələr və texnikalar hansılardır?

Elektron Hökumət layihələrinin fəaliyyətlərin davamlı dairəvi zənciri olan həyat dövri çəriçivəsində [2] monitorinq dörd mühüm mərhələlərdən biridir.

Monitorinq, layihənin həyat dövrünün ümumi bir hissəsi olmaqla, xüsusi layihələr və xidmətlərlə əlaqədar dövri şəkildə (rüblük və ya yarım illik) təkrarlanır.



Monitorinqın məqsədi: E-Hökumət xidmətlərinin təşkilati və iqtisadi təsirinin dəyərləndirilməsi, vətəndaşların iştirakının artırılması və innovasiyalaşma [3].

Monitorinqın əsas vəzifəsi proqram və xidmətin fəaliyyət vəziyyəti haqqında göstəricilərin hazırlanması üçün informasiyanın sistemli şəkildə toplanmasıdır.


ANAO - Avstraliyanın Audit Ofisi- tərəfindən aparılan test tədqiqatlarında, veb-xidmətlərin dəyərləndirməsində fərqli meyarlar istifadə olunmuşdur [4] və əsas diqqət veb səhifələrin performansına yönəlmişdir . Avropa ölkələrində, Kanadada və ABŞ-da e-Hökumət xidmətlərinin dəyərləndirmə sistemlərinin təhlili, internet saytların qiymətləndirilməsinin 4 əsas və 1 əlavə meyar üzərində qurulmasına əsas verir:

Meyar 1. Əlçatanlıq (əldə etmə imkanları, saytın istifadə imkanları və keyfiyyəti)

Əlçatanlığın monitorinqi və qiymətləndirməsi potensial maneələri aradan qaldıra və hamının (vətəndaşlar və iş adamları) internetdən istifadə imkanlarını genişləndirə bilər.

World Wide Web Konsorsiumu (W3C) [5] veb əlçatanlığa belə bir tərif vermişdir: "Əlçatanlıq o deməkdir ki, əlil insanlar veb sahifələri dərk etmək, anlamaq, idarə etmək və qarşılıqlı əlaqədə olmaq imkanındadırlar”.

W3C tərəfindən əlçatan veb məzmununun layihələşdirilməsi ilə bağlı bir sıra beynəlxalq standartları hazırlandı – Veb məzmunu Əlçatanlıq Təlimatları (WCAG 1.0). Bu Təlimatlar mühüm istinad kitabçası kimi veb icması tərəfindən qəbul olundu və veb-səhifələrinin yoxlanılması ilə əlaqəli proqram təminatının inkişafında geniş istifadə olundu.

Misal üçün, Birləşmiş İnternet Qiymətləndirmə Metodologiyasına əsasən (UWEM 1.2) saytın istifadə imkanları və keyfiyyətinin dəyərləndirilməsində bir neçə avtomatik qiymətləndirmə vasitələrindən istifadə olunur:

e-Əlçatanlıq Yoxlayıcı proqramı (eAccessibility Checker), Veb saytın optimallaşdırılması (Websiteoptimization), Aksandra (Axandra) və digərləri. Bu test proqramları veb-saytların sürətini, səhifə ölçüsünü və nasaz bağlantıları yoxlayan hissələrdən ibarətdir.


Meyar 2. Səmərəlilik (e-Hökumət xidmətlərinin səmərəliliyi)

Onlayn informasiya texnologiyaları hökumət xidmətlərinin səmərəliliyini əhəmiyyətli dərəcədə gücləndirə bilir.

Səmərəliliyin mənası “az səy və az xərclə daha çox məhsuldarlıq əldə etməkdir”. E-Hökumət xidmətləri baxımından səmərəlilik ümumi səmərəlilikdən fərqlidir. Belə ki, e-xidmətlər istehsal prosesi kimi son nəticədə maddi məhsullun yaradılmasına gətirmir. Daha doğrusu, e-xidmət prosesinin avtomatlaşdırılması nəticəsində dövlət qurumlarında dəyişiklik əmələ gəlir.

E-Hökumət xidmətləri, uyğun şəkildə həyata keçirildikdə, informasiya sistemlərdə istifadə etməklə xidmət göstərmə prosesinə sərf olunan vaxtı azaldar ki, bu isə idarəetmə orqanları üçün açıq-aydın səmərəlidir (buna daxili səmərəlilik deyilir). İnzibati iş yükünü daha çox azaltmaq üçün “özünəxidmət” həlləri və inteqrasiya sistemləri qurmaq məqsədə uyğundur.

Habelə e-Hökumət xidmətləri vətəndaşların dövlət orqanları ilə əməliyyat keçirməyə sərf etdikləri vaxtın azalmasına səbəb olur ki, bu isə hər iki tərəf üçün səmərəlidir (xarici səmərəlilik) [6].

Onlayn məlumat əldə etmək imkanı və ya interaktiv formanı doldurmaq, hər bir istifadəçinin vaxtına qənaət edə bilər, lakin bu heç də mütləq deyil. Əgər məlumat əldə etmək üçün yaxşı informasiya strukturu və ya axtarış motorları mövcud deyilsə, istifadəçi e-xidməti bir vaxt itkisi kimi qəbul edə bilər.

Joan C. Steyaert “Elektron hökumət xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi” adlı əsərində altı agentlik, iki federal və dövlət orqanlarını təhlil etmişdir. O, aşağıdakı indikatorlardan istifadə etmişdir: Məlumatlılıq (awareness) Kütləvilik (popularity), Əlaqə (contact), Məmnunluq (conversion) və Sadiqlik (retention). Bu beş indikatorlar internet saytın orta səmərəlilik indeksini hesablamaq üçün istifadə olunur.





Meyar 3. Effektivlik

Aichholzer [7] e-Hökumətin Avstriyada təsirini təhlil etmişdir. O, öz təhlilini ayrı-ayrı halların tədqiqatları üzərində qurmuş və nəticədə aşağıdakı təsirləri müəyyən etmişdir:

• Proses vaxtının azaldılması;

• Xidmətin təkmilləşdirilməsi;

• Administrativ maneənin azaldılması;

• Səmərəliliyin artırılması;

• Uyğunlaşma problemləri və yenidən təşkilatlanma;

• Xərclərin azaldılması və gəlir sahələrinin genişləndirilməsi.

Daha ətraflı təhlil [4]-də verilir.

Agentliklər onların web saytlarının səmərəliliyini ölçmək üçün geniş çeşidli məlumat toplama üsulları istifadə edə bilər. Bunlar, veb trafik nümunələrin toplanması və

təhlili, sayt ziyarətçinin davranışı və sayt fəaliyyətilə bağlı məlumatlar; heyətin və

müştərinin məmnuniyyətini dəyərləndirmək üçün sorğular, faydalılıq və adekvatlıq

məlumatları.
Meyar 4. Təsir

E-Hökumət investisiyasından müsbət təsir gözləntisi vardır. Baxmayaraq ki, adətən real faydaların miqdarını müəyyən etmək çətinlik yaradır və e-Hökumət təsiri haqqında qəbul edilmiş ümumi məfhum yoxdur.

E-hökumətin maddi təsiri, ümumiyyətlə, iki qrupa bölünür: dövlət qurumlarında toplanan xərclər və faydalar, istifadəçilərin qarşılaşdığı xərclər və faydalar.

Digər tərəfdən isə, e-Hökümət xidmətlərin ümumi təsirini anlamaq üçün təsirin hər iki perspektivi (təklif tərəfi və tələb tərəfi) birləşməlidir.

Təklif edən tərəf: Dövlət tərəfindən hansı elektron xidmətlər göstərilməlidir? Həmin xidmətlərin sayı nə qədərdir və nə qədər qənaətbəxşdirlər?

Tələb edən tərəf: Xidmətin qavrama səviyyəsi necədir? İstifadəçilər qane olurlarmı?

Heeks [8] təsir qiymətləndirməsini tədqiq etmişdir. O, qiymətləndirmənin aşağıdakı nümunə indikatorlarını müəyyənləşdirmişdir: vaxta qənaət, rəsmilər tərəfindən maliyyə qənaətləri, idarəetmə proseslərində dəyişikliklər və sorğuların işlənmə vaxtında dəyişikliklər.
Məsələ 5. Şəffaflıq

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), şəffaflığı, yaxşı idarəçilik əsaslarından biri kimi müəyyənləşdirir: "Şəffaflıq, hökumətin fəaliyyəti haqqında etibarlı, müvafiq və vaxtlı-vaxtında məlumatın ictimaiyyətə çatdırılması deməkdir." Şəffaflığa müxtəlif nöqteyi-nəzərdən baxila bilər:

- Siyasi baxımdan şəffaflıq, demokratik proseslərdə iştirak etmək üçün zəruri ilkin şərtdir.

- Media üçün şəffaflıq, məlumat azadlığının təzahürüdür.

- Biznes perspektivindən, şəffaflıq, bərabər şərtlərdə rəqabəti təmin etmək üçün vacib amildir.

Norveçin GovMon monitorinq layihəsində [9] şəffaflıq istifadəçi perspektivə yönəlmişdir, burada istifadəçilərə vətəndaşlar və biznes daxildir. Elektron-xidmətləri göstərən hökümət təşkilatlarının Veb səhifələrinin şəffaflıq dərəcəsi, test proqramı vasitəsilə yoxlanılır. Bu test, aşağıdakı indikatorların yoxlanmasına əsaslanır:

1. Səhifədə əlaqə məlumatının mövcudluğu və keyfiyyəti. Əsas əlaqə məlumatına adətən telefon nömrəsi, e-mail, poçt indeksi, ünvan və ofis saatları daxildir.

2. Gündəlik məlumat. Bu göstərici, vətəndaşlar üçün müvafiq olan davam edən və qarşıdan gələn hadisələr haqqında məlumatların mövcudluğunu yoxlayır.

3. Siyasi müşavirələr. Bu göstərici siyasi görüşlərlə bağlı yazılı protokolların və digər qeydlərin (canlı yayım və video / audio yazıları) mövcudluğunu yoxlayır.

4. Veb sahifənin tapılması qabiliyyəti. Bu göstərici səhifədə axtarış funksiyası olduğunu və onun keyfiyyət / faydalılıq xassələrini, naviqasiya menyusu və bir neçə nümunələr əsasında sayt xəritəsini yoxlayır.
Bizim ölkəmizdə e-Hökumət portalı, elektron xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsində əsas monitorinq mexanizmidir.

Hər bir meyarın dəyərləndirilməsində 3-4 əsas indikatorlar istifadə olunur. Pilot monitorinqi, seçilmiş 10 əsas xidmətlər/layihələr üzərində aparılır. Nəticədə ən uğurlu xidmət və gələcəkdə ən keyfiyyətli veb-səhifəsi müəyyən edilə bilər.


3. E-hökumət xərclərinin monitorinqi

Daxili menecment sisteminin, bir nəzarət vasitəsi olmaqla yanaşı, e-hökumət üçün istifadə edilən resursların monitorinqi, dövlət tərəfindən sərf olunan maliyyə resurslarının hesabatlılıq və şəffaflıq baxımından təmin edilməsində əhəmiyyətli bir vasitədir.

E-hökumətin uğurlu strategiyası böyük qənaət əldə edən və eyni zamanda böyük fayda təmin edə biləcək xidmətlərin tətbiqi üzərində qurulmalıdır.

E-Hökumət xərclərinin monitorinqi Avstraliya, Kanada, Avropa Komissiyası və ABŞ-da bir neçə ətraflı dəyər monitorinq metodologiyaları əsasında qurula bilər.

Daha geniş təhlil üçün, xərclərin monitorinqı Planlaşdırma və həyata keçirilmə mərhələləridə əhatə etməlidir.

E-hökumət qiymətləndirmə metodologiyası aşağıdakılardır: Əməliyyat xərcləri, Xalis cari dəyər, Xərc-gəlir təhlili, Xərc-fayda təhlili, Portfel analizi, Dəyər qiymətləndirilməsi.

Ümumiyyətlə, xərclərin kateqoriyaları bunlardır:

�� Proqram təminatının alınması xərcləri

�� Texniki avadanlığın alınması xərcləri

�� Texniki xidmət xərcləri

�� Təhsil xərcləri

�� Dəstək xərcləri.


İKT-nin geniş siyasi məqsədləri və təşkilati dəyişikliyə inteqrasiyasını nəzərə alaraq İKT sahəsində investisiya nəticəsində yaranan mənfəəti müəyyən etmək çətin ola bilər. Xüsusilə, e-hökumət təşəbbüslərinin hökumətə və istifadəçilərə yönəldilmiş mənfəətlərin qiymətləndirilməsi.

Praktiki olaraq, mənfəətlərin qiymətləndirilməsi dövlət qurumlarının səmərəliliyinin artırılmasına və istifadəçilərin razı qalmağına yönəldilmişdir.


Monitorinqın tətbiqindən gözlənilən nəticələr:

1. Təcrübi baxımdan sınaqdan keçirilmiş e-hökumət xidmətlərinin monitorinq sisteminin qurulması;

2. Azərbaycanda e-hökumət xidmətlərinin mövcud durumunun qiymətləndirilməsi və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

3. Təkrar istifadəsi və geniş yayılması məqsədilə uğurlu layihələrin müəyyən edilməsi;

4. e-Hökumət sisteminə inteqrasiya imkanları müəyyənləşdirilərək, seçilmiş indikatorlar əsasında e-Hökumət xərclərinin monitorinqinin pilot şəklində həyata keçirilməsi.

Ədəbiyyat:

1. eGovernment Economics Project (eGEP). Measurement Framework Final

Version. European Commission, 15 May 2006.

2. A Web-based Performance Monitoring System for e-Government Services.

Simon Fong, Ho Si Meng.

Department of Computer and Information Science. University of Macau, 2009.

3. Framework for a set of egovernment core indicators. The Partnership on Measuring ICT for Development, December 2011.

4. Audit Report No.26 2004–2005. Measuring the Efficiency and Effectiveness of E-Government. Austra lian National Audit Office, 2004.

5. Assessing the Usability and Accessibility of Malaysia E-Government Website

Wan Abdul Rahim Wan Mohd Isa and others,

American Journal of Economics and Business Administration 3 (1): 40-46, 2011.

6. eGovernment Monitoring. State-of-the-art review: Measuring efficiency and impact. Lasse Berntzen, 2013.

7. Aichholzer, G. : Service Take-Up and Impacts of E-Government in Austria. , 2005

8. Heeks, R: Understanding and measuring eGovernment: International benchmarking studies, United Nations (2006).

9. eGovernment Monitoring. State-of-the-art review: transparency indicators.

Deliverable number D2.1.2, 2009.




Yüklə 54,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin