İmam məHDİ ƏleyhiSSƏlamin həyati



Yüklə 0,92 Mb.
səhifə1/11
tarix21.10.2017
ölçüsü0,92 Mb.
#7586
  1   2   3   4   5   6   7   8   9   10   11

İMAM MƏHDİ ƏLEYHİSSƏLAMIN HƏYATI

*–İmam Məhdi əleyhissəlamın qeybə çəkilməsinin ictimai-



siyasi səbəbləri

*–İmam Məhdi əleyhissəlamın xüsusi naibləri



(nümayəndələri)

*–İmam Məhdi (əleyhissəlam) şiə mənbələrində

*–İmam Məhdi (əleyhissəlam) sünni mənbələrində

*–Quranda İmam Məhdi əleyhissəlamın quracağı hökumətin



siması

*–İmam Məhdi əleyhissəlamın qeyb dövründəki faydaları




İmam Məhdi əleyhissəlamın həyatı barədə qısa mə’lumat


On ikinci mə’sum İmam Həzrət Məhdi ibn Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz əlli beşinci ili şə’ban ayının on beşində Samirra şəhərində anadan olmuşdur.1

Onun adı İslam Peyğəmbərinin adından, yə’ni, MƏHƏMMƏD, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə’ni, Əbülqasimdir.2 Mə’sum İmamlar onun əsl adının çəkilməsini qadağan etmişlər.3 Onun ləqəblərindən Hüccət, Qaim, Xələfisaleh, Sahib əz-zaman4 və Bəqiyyətullahı5 qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.6 Atası on birinci İmam Həzrət Həsən Əskəri (əleyhissəlam), anası isə çox hörmətli Nərcis7 (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır.8 Nərcis xanımın fəzilət və mə’nəviyyatı o dərəcədə çox olmuşdur ki, özü İmamət ailəsinin fəzilətli qadınlarından biri olan İmam Əliyyən-Nəqi əleyhissəlamın bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.9

Həzrət Məhdi (əleyhissəlam) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli (kiçik qeyb dövrü), digəri isə uzunmüddətli (böyük qeyb dövrü) olmuşdur. Kiçik qeyb dövrü o Həzrətin anadan olduğu gündən10 xüsusi naiblərin naiblik dövrünün sonuna qədər davam etmiş, böyük qeyb dövrü isə birinci mərhələnin (yə’ni, kiçik qeyb dövrünün) qurtarması ilə başlamış və o Həzrət zühur edənə qədər davam edəcəkdir.11

Sünni alimlərinin nəzərində Həzrət Məhdi əleyhissəlamın təvəllüdü


Həzrət Məhdi əleyhissəlama inanmaq təkcə şiə məzhəbinə xas olan bir məsələ deyil. (Bu barədə növbəti səhifələrdə ətraflı söhbət edəcəyik.) Peyğəmbərdən (səlləllahu əleyhi və alih) yetişmiş hədislərə əsaslanaraq sünni məzhəbi də bu məsələyə inanır. Lakin şiələrdən fərqli olaraq onlar deyirlər ki, İslam peyğəmbərinin (səlləllahu əleyhi və alih) həmin şəxsin qeybə çəkildikdən sonra zühur edəcəyi barədə mə’lumat verdiyi Məhdi hələ dünyaya gəlməmiş və yalnız bundan sonra dünyaya gələcəkdir.12 Buna baxmayaraq sünni məzhəbinin bir çox tarixçi və hədisyazarları o Həzrətin təvəllüdünü öz kitablarında qeyd edərək onu bir həqiqət kimi qəbul etmişlər. Tədqiqatçılardan bə’ziləri onların yüzdən çoxunun adını qeyd etmişdir.13

Həzrət Məhdi (əleyhissəlam) ilə görüş


İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən geniş mə’lumat verdiyimiz kimi, zalım Abbasi hökuməti o Həzrətin (İmam Əskəri əleyhissəlamın) oğlunu ələ keçirib öldürmək məqsədilə İmam Əskəri əleyhissəlamın evini ciddi nəzarət altında saxladığından, İmam Məhdi əleyhissəlamın anadan olması İmam Həsən Əskəri əleyhissəlamın qabaqcadan hazırladığı dəqiq və ölçülmüş plan əsasında çox gizli şəkildə və camaatın (hətta şiələrin) gözündən uzaq bir şəraitdə baş vermişdir. Bu barədə ən mö’təbər xəbəri o Həzrətin anadan olmasının yaxından şahidi olmuş İmam Həsən Əskəri əleyhissəlamın bibisi Həkimə xanım vermişdir. Qeyd etmək lazımdır ki, o Həzrətin gizli şəkildə anadan olması bu demək deyil ki, sonralar, yə’ni, İmam Həsən Əskəri əleyhissəlamın sağ olduğu müddətdə Həzrət Məhdi əleyhissəlamı beş-altı yaşına qədər heç kəs görməmişdir. Xeyr, şiələrdən xüsusi adamlar müxtəlif vaxtlarda və müxtəlif münasibətlərlə o Həzrəti görməyə nail olmuş, beləliklə də, onun anadan olmasına yəqinlik taparaq, lazım gəldikdə başqa şiələrə də bu haqda mə’lumat verirdilər. (Necə ki, bu görüşlərdən birini İmam Həsən Əskəri əleyhissəlamın həyatından danışarkən qeyd etmişdik.) Alimlər bu görüşlər barədə geniş şəkildə açıqlamalar vermiş,14 lakin bunların içərisində ən əsası çox güman ki, İmam Həsən Əskəri əleyhissəlamın qırx səhabəsinin o Həzrətlə görüşü olmuşdur. Bu görüş aşağıdakı şəkildə baş vermişdir.

Həsən ibn Əyyub ibn Nuh15 deyir: “İmam Həsən Əskəri əleyhissəlamdan sonrakı İmamın kim olacağı barədə soruşmaq üçün o Həzrətin yanına getdik. Biz qırx nəfər idik. (Sonradan İmam Məhdi əleyhissəlamın xüsusi vəkillərindən biri olmuş) Osman ibn Səid Əmri ayağa qalxıb dedi: “Sizin məndən daha yaxşı bildiyiniz bir məsələ barədə soruşmaq istəyirəm.” İmam Həsən Əskəri (əleyhissəlam) Osmana “Əyləşin” - deyə cavab verdi. Osman narahat halda məclisdən çıxmaq istədi. İmam buyurdu: “Heç kim durub getməsin.” Buna görə də, kimsə qırağa çıxmadı. Bir qədər keçdikdən sonra İmam Əskəri (əleyhissəlam) Osmanı dilləndirdi. O ayağa qalxdı. İmam ona buyurdu: “İstəyirsiniz, bura nə üçün gəldiyinizi deyim?” Hamı “Buyurun!” -deyə cavab verdi. İmam buyurdu: “Bura məndən sonra kimin İmam olacağı barədə soruşmaq üçün gəlmisiniz.” Hamı “Bəli” dedi. Bu vaxt ay kimi işıqlı (nurani), İmam Həsən əleyhissəlama oxşayan bir oğlan (uşağı) içəri daxil oldu. İmam Həsən Əskəri (əleyhissəlam) ona işarə edərək buyurdu: “Bu, məndən sonra sizin İmamınız, mənim sizin aranızdakı canişinimdir. Onun əmrinə tabe olun və məndən sonra ixtilaf yaratmayın. Yoxsa özünüz həlak, dininiz isə məhv olub gedər...”16


Həzrət Məhdi əleyhissəlamın qeybə çəkilməsinin siyasi-ictimai səbəbləri


İmamların camaatı düz yola yönəltməkdə məqsədləri, onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o vaxt həyata keçər ki, camaat bu yönəltmədən istifadə etməyi bacarsın. Əgər camaatda belə bir hazırlıq olmasa, onda Allah tərəfindən tə’yin edlilmiş rəhbərin camaat arasında olmasının heç bir xeyri olmayacaq. Təəssüflər olsun ki, İmamların, xüsusən də, İmam Cavad əleyhissəlamdan sonrakı İmamların dövründəki təzyiqlər və son dərəcə məhdudiyyətlər göstərir ki, cəmiyyətin İmamların rəhbərliyindən istədikləri kimi istifadə etməsi üçün lazımi şərait olmamışdır. (Belə ki, bu təzyiqlər nəticəsində onuncu və on birinci İmamın fəaliyyəti ən aşağı səviyyəyə çatmışdı.) Bu göstərir ki, İmamların cəmiyyətdə rəhbərlik və hidayətindən istifadə etmək üçün əlverişli şarait yox idi. Buna görə də, cəmiyyət lazımi hazırlığı tapana qədər Allah-taala on ikinci İmamın qeybə çəkilməsini məsləhət bilmişdir. (Bu barədə irəlidə söhbət edəcəyik.) Əlbəttə on ikinci İmamın qeybə çəkilməsinin bütün sirləri bizə mə’lum deyil, ancaq dediyimiz amil o Həzrətin qeybə çəkilməsinin əsas səbəbi ola bilər. İslami rəvayətlərdə on ikinci İmamın qeybə çəkilməsinin səbəbləri sahəsində üç məsələ əsas götürülür:

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin