İmam riza əleyhiSSƏlamin həyati



Yüklə 1,47 Mb.
səhifə15/18
tarix21.10.2017
ölçüsü1,47 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   18

Əqidə çaşqınlığı


Kiçik yaşında ikən İmamət məqamına nail olmağın mümkünlüyü haqqında kifayət qədər danışılsa da, İmam Cavad əleyhissəlamın yaşının az olması məsələsinin söz-söhbəti səngimək bilmirdi. Bu söz-söhbətdə nə təkcə bir çox adi şiələrin eləcə də, bəzi şiə alimlərinin payı var idi. Buna görə də, İmam Riza əleyhissəlamın şəhadətindən sonra İmamətin İmam Cavad əleyhissəlamın öhdəsinə düşdüyü bir dövrdə şiələr (xüsusilə, adi şiələr) çox təhlükəli o vaxta qədər misli görünməmiş bir əqidə çaşqınlığı ilə üzləşir və İmam Cavad əleyhissəlamın yaşının az olması böyük bir müşkülə çevrilmişdi. Hicri tarixi ilə dördüncü əsr alimi ibn Rüstəm Təbəri yazır: “O (İmam Cavad (əleyhissəlam)) altı yaş bir neçə aylıq olarkən, Məmun onun atasını şəhid edir və nəticədə şiələr çaş-baş qaldığı üçün camaat arasında fikir müxtəlifliyi yaranmağa başlayır.”3 Bu məsələni həll etmək məqsədilə şiələr yığıncaqlar təşkil edib İmam Cavad (əleyhissəlam) ilə görüşlər keçirərək o Həzrətin İmamət üçün lazım olan elmə malik olub-olmaması baxımından arxayın olmaq üçün ona suallar verir və o Həzrətdən qəti və qaneedici cavablar aldıqda arxayınlaşırdılar. Tarixçilər bu barədə yazırlar: “Hicrətin iki yüz ikinci ili İmam Riza (əleyhissəlam) vəfat edərkən, İmam Cavad əleyhissəlamın təxminən yeddi yaşı var idi. Buna görə də, Bağdad və digər şəhərlərdə camaat arasında müxtəlif fikirlər yaranmağa başlayır. Rəyyan ibn Silət Səfvan ibn Yəhya Məhəmməd ibn Həkim Əbdürrəhman ibn Həccac və Yunis ibn Əbdürrəhman bəzi şiə başçıları ilə birlikdə Bağdadın “Zəlzəl gölməçəsi” adlı məhəlləsində Əbdürrəhman ibn Həccacın evində toplaşaraq İmam Riza əleyhissəlama əzadarlıq etdilər. Yunis məclisdəkilərə dedi: “Əzadarlıq etməyimiz yetər gəlin, görək indi İmamət kimin öhdəsinə düşür? Bu uşaq (İmam Cavad (əleyhissəlam)) böyüyənə qədər qarşımıza çıxan məsələlərdə kimə müraciət edək?” Bu vaxt Rəyyan ibn Silət ayağa qalxıb onun boğazından tutaraq möhkəm sıxır və onun baş-gözünə vuraraq qəzəblə deyir: “Sən bizim yanımızda özünü imanlı göstərir həqiqətdə isə kafir olduğunu gizlədirsən? Əgər onun (İmam Cavad əleyhissəlamın) İmaməti Allah tərəfindəndirsə onda, bir günlük uşaq olsa belə, yüz yaşlı kişi sayılar yox əgər İmaməti Allah tərəfindən deyilsə yüz yaşlı olsa da, adi adam kimi hesab olunar. Bu haqda yaxşı fikirləşin!” Rəyyan ibn Silətin çıxışından sonra məclisdəkilər Yunisi möhkəmcə danladılar.”

O vaxt qarşıdan həcc mövsümü gəlirdi. Bağdad fəqih və alimlərindən səksən nəfəri həcc ziyarətinə çıxıb İmam Cavad (əleyhissəlam) ilə görüşmək məqsədilə Mədinə şəhərinə yola düşürlər. Mədinəyə çatdıqda, İmam Sadiq əleyhissəlamın evinə gedirlər. Bu vaxt İmam Cavad əleyhissəlamın əmisi Abdullah ibn Musa içəri girib yuxarı başda oturur. Bir nəfər ayağa qalxıb deyir: “Bu Peyğəmbər (səlləllahu əleyhi və alih) övladıdır kimin sualı varsa soruşsun.” Bir neçə nəfər ona suallar verir o isə onlara düzgün cavab verə bilmədiyi üçün şiələr narahat olur və fəqihlər nigaran halda ayağa qalxaraq deyirlər: “Əgər Əbu Cəfər bizim suallarımıza düzgün cavab verə bilsəydi Abdullah ibn Musa bura gəlib bizə səhv cavablar verməzdi.” Bu vaxt məclisin yuxarı başındakı qapı açılır və Müvəffəq adlı bir xadim içəri girib deyir: “Əbu Cəfər (İmam Cavad (əleyhissəlam)) gəlir.” Hamı ayağa qalxıb onu qarşılayaraq salam verirlər. İmam daxil olub əyləşdi. Camaat hamısı sakit oturmuşdu. Sonra isə bir-bir hərə öz sualını o Həzrətə verir. İmam Cavad (əleyhissəlam) onlara qəti və qaneedici cavablar verdikdə, onlar sevinib o Həzrətə dua edərək dedilər: “Sizin əminiz Abdullah bizə filan-filan cavabları verdi.” İmam Cavad (əleyhissəlam) (üzünü əmisinə tutub) buyurdu: “Əmi sabah Allahın hüzurunda dayanıb O sənə “Ümmətin arasında səndən savadlısı ola-ola, nə üçün bilmədiyin şeylər haqqında camaata hökm verirdin?” – deyə buyurduqda, nə cavab verəcəksən?”1

Həmin il bu dəstənin arasında olmuş İshaq ibn İsmayıl deyir: “Mən də o Həzrətdən sual soruşmaq üçün on məsələ hazırlamışdım. Həmin vaxt həyat yoldaşım hamilə idi. Öz-özlüyümdə dedim: Əgər suallarıma cavab verə bilsə onda, ondan xahiş edərəm ki Allah-taaladan həyat yoldaşımın bətnindəki uşağın oğlan olmasını istəsin. Camaat öz suallarını verib qurtardıqdan sonra mən də suallarımı demək üçün ayağa qalxdım. O Həzrət məni görcək buyurdu: “İshaq onun adını Əhməd qoyarsan!” Bu hadisədən sonra həyat yoldaşım bir oğlan uşağı doğdu. Mən də onun adını Əhməd qoydum.”1

Beləliklə, İmam Cavad (əleyhissəlam) ilə olmuş bu cür görüş bəhs və müzakirələr şiələrə o Həzrətin İmam olduğuna dair arxayınlıq gətirərək onların fikrindəki şəkk-şübhələri aradan qaldırır.


İmam Cavad əleyhissəlamın elmi müzakirələri


Qeyd etdiyimiz kimi İmam Cavad (əleyhissəlam) uşaq ikən İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrət bir sıra elmi müzakirələr təşkil etmiş və bəzi vaxtlar da həmin müzakirələr çox təntənəli şəkildə keçirilmişdir. Bu müzakirələrin təşkil edilməsinin əsas səbəbi o idi ki bir tərəfdən o Həzrətin yaşının az olmasına görə onun İmam olması bir çox şiələr üçün hələ tam sübuta yetməmiş (baxmayaraq ki şiələrin əsas alim və başbilənlərinin şiə əqidələrinə dair bu barədə heç bir şəkk-şübhəsi olmamışdır) buna görə də, arxayınlıq əldə etmək məqsədilə o Həzrətə çoxlu sayda suallar verirdilər. Digər tərəfdən də, İmam Cavad əleyhissəlamın yaşadığı dövr Mötəzilə məzhəbinin qol-budaq atıb genişlənərək nüfuz tapdığı bir dövr olmuş yerli hökumət də, onları himayə edir və bu məzhəbin əqidələrini möhkəmlətmək digər məzhəbləri isə nüfuzdan salmaq üçün əlində olan bütün maddi və mənəvi imkanlardan istifadə edirdi. Mötəzilə məzhəbinin əqidələri bəşərin naqis və səhv edən ağlına arxalanır. Mötəzilə məzhəbində olanlar dini hökmləri ilk növbədə öz ağılları ilə ölçərək ağılları qəbul edənə əməl edir və ağıllarının qəbul etmədiklərini isə inkar edirdilər. Bir uşağın kiçik yaşlarından ümmətə rəhbər və İmam seçilməsi onların ağlına sığmadığı üçün öz fikirlərində İmam Cavad əleyhissəlamı elmi mübarizə meydanında məğlub edəcəklərini düşünüb, o Həzrətə çətin və dolaşıq suallar verirdilər. Ancaq bu müzakirələrin hər birində İmam Cavad (əleyhissəlam) (İmamət elmi sayəsində) öz qəti və aydın cavabları ilə özünün İmam olması məsələsi üzərindən bütün şəkk-şübhəni qaldıraraq İmam olduğunu və ümumiyyətlə, İmamət məsələsini isbat edirdi. Buna görə də, daha İmam Hadi əleyhissəlamın İmaməti dövründə (o Həzrət də kiçik yaşlarında ikən İmamət məqamına yetişmişdi) bu məsələ heç bir müşkül doğurmurdu. Çünki artıq hamıya məlum olmuşdu ki yaşın az olması Allah tərəfindən verilmiş bu məqama heç bir təsir göstərə bilməz.

Kataloq: dosya -> uygulama

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə