İnformatikanin əsaslari


Obyektyönümlü proqramlaşdırma



Yüklə 5,72 Mb.
səhifə22/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   63

Obyektyönümlü proqramlaşdırma


      1. Obyektyönümlü vizual proqramlaşdırmanın əsasları

Visual Basic Visual Basic for Applications adlı obyekt-istinad proqramlaşdırma dillərində yazılmış proqram əlavələri obyektlərdən qurulur. Hazır obyektlər bir proqram kitabxanası təşkil edir ki, həmin kitabxana sözügedən proqramlaşdırma sistemlərinin tərkibinə daxildir.

Obyekt-istinad proqramlaşdırma sistemləri hazırlanacaq proqram əlavəsinin qrafik interfeysini yaratmağa, yəni prosesi vizuallaşdırmağa, gözlə görünən etməyə imkan verir.

Çünki bu sistemlər özlərinin dialoq pəncərəsinin köməyi ilə obyekt yaratmağa ona müəyyən xassələr verməyə imkan yaradır.

Proqram obyektlərinin qarşılıqlı fəaliyyəti və dəyişməsi proqram kodu ilə təsvir edilir. Proqram kodları xətti, budaqlanan və dövr quruluşlarından istifadə edilməklə hazırlanır. Beləliklə, obyektlər həmin alqoritmik strukturların icraçısına çevrilirlər.



      1. Obyekt sinifləri, sinif nüsxələri və obyekt ailələri


Obyekt-istinad proqramlaşdırmasının əsas vahidi proqram obyektidir ki, bu da obyektə aid verilənləri (xassələri) və həmin verilənlərin işlənməsi vasitələrini (metodları) özündə birləşdirir. Obtekt isim, xassə - sifət, metod feil kimidir. Proqram obyektləri xassələrə malikdir, metodlardan istifadə edə bilir və hadisələrə reaksiya verir.

Obyekt sinifləri. Obyekt sinifləri xassələr, metodlar hadisələr yığımını müəyyən edən şablonlardır. Obyektlər həmin şablonlar üzrə yaradılır. Visual Basic dilində proqram əlavəsinin qrafik interfeysini reallaşdıran obyekt sinifləri əsasdır. VBA dilində yüzdən artıq müxtəlif obyekt siniflərindən istifadə edilir ki, bunlar da Windows&Office mühitində mövcuddur. Hər iki dildə əlavə proqram obyektləri kitabxanalarını proqramçının özü tərəfindən yaradılmış obyekt siniflərini daxil etmək imkanı vardır. Hər bir obyektlər sinfi özünəməxsus xassələr, metodlar və hadisələr yığımına malikdir. Məsələn, Word –də

nədobyektlər sinfi mövcuddur ki, bu da aşağıda yığımları özün birləşdirir: xassər: ad (Name), tam ad (Full Name) və s;

metodlar: sənədi: aç (Open), çap et (PrintOut), saxla (Save) və s;

hadisələr: sənədin açılması (Document_New()), sənədin bağlanması (Docu- ment_Close()) və s.

Sinif sləri. Obyekt sinifləri şablonu üzrə yaradılmış obyekt sinif nüsxəsi adlanır və verilm sinfə aid bütün xassə, metod hadi yığınlarına varis olur. Hər bir nüsxə verilm sinif üz unikal (təkrar olunmayan) ada malik olur. Mələn, Document (Azər.doc‖).

Bütün sinif nüsxələri eyni xassələrə malik olsalar da xassələrinin qiymətləri fərqli olur. Məsələn, Word-də Document sinfinə aid olan müxtəlif disklərdə, müxtəlif kataloqlarda, müxtəlif adlı bir neçə sənəd açılmış ola bilər:









FullName (tam adı)

Path (yol)

Azər.doc

C:\Kurs\Azər.doc

C:\Kurs\

Azər.txt

D:\ Azər.txt

D:\

Göründüyü kimi, Azər.doc C: diskində, Kurs kataloqunda, Azər.txt obyekti isə D: diskində kök kataloqda yerləşir.



Obyekt ailələri. Bir sinfə aid olan açılmış obyektlər bir ailə yaradır. Ailə Documents () kimi işarə edilir. Ailədəki obyektə müraciət ad ya indeks vasitəsilə həyata keçirilir. Adla müraciət: Documents (―Azər.doc‖)

Sənədin ayrılmış fraqmentinə daxil olan bütün simvollar (Selection obyekti) Characters () ailəsinə daxildir. Simvola müraciət onun indeksi vasitəsi ilə həyata keçirilir: Characters (7).




      1. Kataloq: uploads
        uploads -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
        uploads -> Mühaziry riyazi mYntiqin elementlYri
        uploads -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
        uploads -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
        uploads -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
        uploads -> Mövzu Fənnin məqsədi və vəzifələri
        uploads -> Marketinq fənni üzrə İŞÇİ TƏDRİs proqrami
        uploads -> Asm-nin iqtisadiyyatı və idarə edilməsi
        uploads -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)

        Yüklə 5,72 Mb.

        Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə