İnformatikanin əsaslari



Yüklə 5,72 Mb.
səhifə34/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

Tətbiqi proqram təminatı

Tətbiqi proqram təminatını 2 qrupa bölürlər: 1) proqramlaşdırma sistemləri 2) proqram əlavələri.

Proqramlaşdırma sistemləri peşəkar proqramçılar üçündür, müxtəlif proqramlaşdırma dillərində proqramlar yazmağa imkan verir. Hal-hazırda vizual proqramlaşdırma sistemləri162 geniş tətbiq edilir.

Proqram əlavələri müəyyən əməliyyat sisteminin idarəsi altında fəaliyyət göstərir. Məsələn, mətn redaktoru Word Windows əməliyyat sisteminin proqram əlavəsidir. Proqram əlavələri mətni, qrafik, ədədi, audio- və video-informasiyanı emal etməyə, həmçinin kompüter şəbəkələri ilə işləməyə imkan verir.



160 məsələn, ADinf

161 diskin yükləyici sektoruna yazma belə situasiyadır.

Hər bir istifadəçi praktiki olaraq ümumi təyinatlı proqram əlavələri ilə işləməyə ehtiyac duyur. Buraya: mətn redaktoru, qrafik redaktor, elektron cədvəl, verilənlər bazasının idarəetmə sistemi (VBİS), həmçinin multimediya - təqdimatlar yaratmaq üçün olan əlavələr aiddir. Hal-hazırda geniş yayılmış ümumi təyinatlı proqram əlavələrindən biri Microsoft Offisse proqramıdır.

Qlobal və lokal şəbəkələrin sürətli inkişafı ilə bağlı olaraq müxtəlif kommunikasiya proqramlarının əhəmiyyəti artır. Kommunikasiya proqramları artıq əməliyyat sistemlərinin tərkib elementinə çevrilmişdir.

Xüsusi təyinatlı proqram əlavələri müxtəlif fəaliyyət sahələrində çalışan peşəkar istifadəçilər üçün nəzərdə tutulmuşdur. Buraya: kompüter qrafikası sistemləri, avtomat- laşdırılmış layihələşdirmə sistemləri (САПР163), mühasibat proqramları, kompüter lüğətləri, avtomatik tərcümə sistemləri və s. aiddir.

İstifadəçilərin bir qismi öyrətmə proqramlarından istifadə etməklə öz təhsillərini artırırlar. Buraya: xarıcı dil proqramları, repetitor-proqramlar, müxtəlif fənnlər üzrə testlər aiddir.

Lazer disklərindəki müxtəlif multimediya proqram əlavələri164 böyük əhəmiyyət kəsb



edir.

İstifadəçilərin əksəriyyəti kompüterlə tanışlığa kompüter oyunları ilə başlayır.



Buraya: məntiqi oyunlar, strateji oyunlar, idman oyunları və s. aiddir.

Antivirus proqramları da ayrıca bir qrup təşkil edir.




    1. Tətbiqi proqram təminatına nümunələr


      1. Mətn redaktorları.

6.7.1.1 Microsoft firmasının Word mətn redaktoru

Mətn redaktoru165 mətn hazırlayıb çap edən proqram kompleksidir. Ən geniş yayılmış mətn redaktoru Microsoft firmasının Word proqramıdır. Bu redaktor mətni klaviaturadan yığmağa, mətnin (və ya bir hissəsinin) üzünü ya özünü bir yerdən başqa yerə köçürməyə, başqa redaktorlarla informasiya mübadiləsinə imkan verir.


Word – Mətn redaktorunun əsas anlayışları.




163 Системы автоматизации проектных рещений

164 ensiklopediyalar, soraq kitabları və s.

Proqram pəncərəsinin əsas hissələri.


Word-ün proqram pəncərəsinin ümumi görünüşü aşağıdakı kimidir (şəkil 1.).


    1. Title Bar (Заголовок- Başlıq Çubuğu166)

    2. Minimize (Свернуть – Minimum Kiçilt) düyməsi

    3. Restore (Свернуть в окно – Bərpa Et) düyməsi

    4. Close (Закрыть Bağla) düyməsi

    5. Control Menu Box (Контроль меню – İdarəedici Menyü Qutusu)

    6. Menu Bar (Строка меню

Menyü Çubuğu)

    1. Standard Toolbar (Стандартная Standart Alətlər Çubuğu)

    2. Formatting Toolbar (Форматирование – Formatlaşdırma Alətlər Çubuğu)

    3. Status Bar (Строка состояния – Vəziyyət Çubuğu)

    4. Horizontal Ruler (Горизонтальная Линейка – Üfqi Xətkeş)

    5. Vertical Ruler (Вертикальная Линейка – Şaquli Xətkeş)

    6. Scroll Bars (Полосы прокурутки

Sürüşdürmə Çubuqları)

    1. Sürüşdürmə düymələri

    2. Mətn sahəsi


Şəkil 1. Proqram pəncərəsinin əsas hissələri

Menyülər, əmrlər, qısayol düymələri və parametrlər.


İxtiyari tətbiqi proqramla müəyyən işi görmək üçün uyğun əmrdən istifadə edilir. Eyni kateqoriyaya aid olan əmrlər müəyyən adla saxlanılır ki, bunların da hər birinə menyü deyilir. Menyü adları əks etdirilən sahəyə menyü sətri və ya menyü çubuğu deyilir. Müxtəlif proqramlarda, o cümlədən Windowsla işləyən bütün proqramlarda menyülərdən və menyü əmrlərindən istifadə qaydası demək olar ki, eynidir.

Word-də əməliyyatı menyüdən əmri seçməklə, alətlər çubuqlarındakı düymədən və ya qısa yol düymələrindən istifadə etməklə yerinə yetirmək olar.




166 Buna sərlövhə sətri də deyilir. Çubuq əvəzinə bəzən panel, xətt və s. işlədilir.

Hər hansı menyünü açmaq üçün Mouse-un göstəricisini menyünün adının üzərinə gətirib sol düyməni sıxmaq lazımdır;

Menyülərin adlarında da hərflərdən birinin altından xətt çəkilir (məsələn, File (Файл – Fayl), Edit (Правка – Redaktə), Table (Таблица – Cədvəl) və s.). Lazım olan menyünü açmaq üçün klaviaturadakı [Alt] düyməsinin sıxılmış vəziyyətdə menyünün adındakı altından xətt çəkilmiş hərfə uyğun düyməni sıxmaq kifayətdir (məsələn, File (Файл – Fayl) menyüsünü açmaq üçün [Alt+F] düymələrini sıxmaq kifayətdir).



Açılmış menyüdə əmrlərin siyahısı görünür. Əmri seçmək üçün Mouse-un göstəricisini əmrin adının üzərinə gətirib sol düyməni sıxmaq lazımdır;

Menyü adlarında olduğu kimi əmrlərin adlarında da hər hansı bir hərfin altından xətt çəkilmiş olur (məsələn, New (Создать – Yeni), Paste (Вставить – Yapışdır), Save As (Сохранить как Yeni Adla Yaddaşa Yaz) s.). Menyüdəki əmri seçmək üçün əmrin adındakı altından xətt çəkilmiş hərfə uyğun düyməni sıxmaq kifayətdir. Məsələn, New (Создать – Yeni) əmrini seçmək üçün [N] düyməsini sıxa bilərsiniz.



Bəzi menyü əmrlərinin adlarının sağ tərəfində klaviatura düymələrinin adları göstərilir (məsələn, New (Создать Yeni) əmrində Ctrl+N, Save (Сохранить – Yaddaşa yaz) əmrində Ctrl+S və s.). Bunlar qısayol düymələri (shortcut) adlandırılır. Menyünü açmaq üçün uyğun qısayol düymələrini sıxmaq kifayətdir;

Bəzi menyü əmrlərinin sol tərəfində kiçik rəsmlər (ikonlar və ya piktoqramlar) göstərilir. Bunlar alət düymələri adlanır. Belə əmri alət çubuqları (Toolbar) üzərindəki uyğun alət düyməsini sıxmaqla da çağırmaq olar;

Menyülərdəki bəzi adlardan sonrakı ox işarəsi göstərilir ki, bunlar da alt menyülərə malikdir. Məsələn, View (Вид – Görünüş) menyüsündəki Toolbars (Панели инструментов – Alətlər Çubuğu) alt menüdür. Alt menyünün adını seçdikdən sonra digər alt menyü ya əmrlərin adlarından ibarət olan daha bir menyü açılır. Belə ierarxik quruluşa malik bir neçə alt menyü açıla bilər;

Bəzən əmrin adlarından sonra "…" işarəsi göstərilir. Belə əmr seçiləndə dialoq pəncərəsi açılır. Dialoq pəncərələrində həmin əmrə uyğun müxtəlif parametrlər göstərilir.



Məsələn, File (Файл Fayl) menyüsündəki Page Setup (Параметры страницы Səhifə Qur) əmri seçiləndə Page Setup (Параметры страницы Səhifə Qur) dialoq pəncərəsi açılır (şəkil 2.).


Şəkil 2. Page Setup (Параметры страницы Səhifə Qur) dialoq pəncərəsi

Dialoq pəncərəsindəki Margins (Поля – Sahələr), Paper Size (Размер бумаги – Kağızın ölçüsü) və Layout (Источник бумаги – Kağızın mənbəyi) adları səhifə başlığı, bu adların yazıldığı düymələr isə səhifə başlığı düymələri adlanır. Bir səhifədən digərinə keçmək üçün səhifə başlığı düyməsinin üzərində Mouse-un sol düyməsini sıxmaq lazımdır;

Səhifələrdə parametrlər qrup şəklində yerləşir hər bir qrupun adı olur. Bu adlara

sahə adları deyilir (məsələn, Preview (Образец – Nümunə), Orientation (Ориентация

– İstiqamət). Sahələrdəki parametrlər müxtəlif formada seçilə və ya qeyd oluna bilər; Mətn daxil etmək üçün nəzərdə tutulan sahələrə mətn qutuları167 deyilir.



- işarəsi bayraqcıq, - işarəsi isə selektor (çevirici, açar) duyməsi adlanır. Selektor düymələrindən ancaq biri (), bayraqcıqların () isə bir neçəsi eyni zamanda aktiv ola bilər.

Dialoq pəncərələrində əmr düymələri olur. Bunlardan daha çox istifadə edilən OK və Cancel (Отмена – Ləğv Et) düymələridir. Parametrlər seçiləndən və ya daxil ediləndən sonra OK düyməsi sıxılanda onlar təsdiqlənir dialoq pəncərəsi bağlanır.


167 içliklər

Cancel (Отмена Ləğv Et) düyməsini sıxdıqda isə seçdiyiniz ya daxil etdiyiniz parametrlər təsdiqlənmədən (yerinə-yetirilmədən) dialoq pəncərəsi bağlanır.


Xətkeşlər.


Səhifələrin ölçüsünü, kağızın kənarlarından mətnə qədər olan məsafələri, sətrlərin uzunluğunu, sətrlərarası məsafələri, eləcə də simvolların, mətndə yerləşdirilmiş müxtəlif obyektlərin, rəsmlərin ölçüsünü gözəyarı təyin etmək üçün xətkeşlərdən istifadə edilir.

Word-də iki tip xətkeşdən istifadə edilir: Horizontal Ruler (Горизонтальная Линейка

Üfqi Xətkeş) Vertical Ruler (Вертикальная Линейка Şaquli Xətkeş). Horizontal Ruler (Горизонтальная Линейка – Üfqi Xətkeş) hər an ekranda görünə bilər. Vertical Ruler (Вертикальная Линейка – Şaquli Xətkeş) isə yalnız səhifə rejimində ekranda görünür. Səhifə rejiminə keçmək üçün View (Вид – Görünüş) menyüsündən Print Layout (Разметка страницы – Səhifə Quruluşu) əmrini seçə bilərsiniz.

Bəzi hallarda xətkeşlər ekranda görünməyə bilər. Bu halda View (Вид Görünüş) menyüsündən Ruler (Линейка – Xətkeş) əmrini seçmək (aktivləşdirmək) lazımdır. Bu əmr təkrar seçiləndə xətkeşlər gizlədilir.

Bəzən səhifə rejimində işləyərkən View (Вид – Görünüş) menyüsündən Ruler (Линейка – Xətkeş) əmrinin seçilməsinə baxmayaraq Vertical Ruler (Вертикальная Линейка Şaquli Xətkeş) ekranda görünməyə bilər. Bu halda Tools (Сервис Alətlər) menyüsündən Options (Параметры – Parametrlər) əmrini seçin. Açılacaq dialoq pəncərəsində View (Вид – Görünüş) səhifəsinin Print and Web Layout options (Параметры режима разметки и веб-документа – Çap və Web parametrlər) sahəsindəki Vertical ruler (Вертикальная Линейка – Şaquli xətkeş) parametrini aktivləşdirin.

Xətkeşlər məsafəni müxtəlif vahidlərlə göstərə bilər. Ölçü vahidini dəyişmək üçün Tools (Сервис – Alətlər) menyüsündən Options (Параметры – Parametrlər) əmrini seçin. Açılan dialoq pəncərəsində General (Общие Ümumi) səhifəsinə keçib Measurement units (Единицы измерения – Ölçü vahidləri) qutusundan lazım olan ölçü vahidini, məsələn, Centimeters (Сантиметры – Santimetrlər) seçin.


Alətlər çubuqları.


Word ilk dəfə açılanda ekranda yalnız Standard (Стандартная – Standart) və Formatting (Форматирование – Formatlaşdırma) alət çubuqları görünür. Standard (Стандартная – Standart) alətlər çubuğunda tez-tez istifadə edilən menyü əmrlərini

asanlıqla və cəld seçmək üçün istifadə edilən düymələr yerləşir. Formatting (Форматирование – Formatlaşdırma) çubuğunda isə mətni formatlaşdırarkən tez-tez istifadə edilən əməliyyatları asanlıqla yerinə-yetirməyə xidmət edən düymələr yerləşir.



Word-də çoxlu sayda alət çubuqlarından istifadə edilir.

Alətlər çubuğunu gizlətmək ya ekrana gətirmək üçün müxtəlif yollardan istifadə edilə bilər.

Şəkil 3. Customize (Настройка – Xüsusiləşdir) dialoq pəncərəsinin Toolbars (Панели

инструментов – Alətlər Çubuqları) səhifəsi

Şəkil 4. Customize (Настройка – Tənzimləmə) dialoq pəncərəsinin Options

(Параметры – Parametrlər) səhifəsi

İstənilən alətlər çubuğu və ya menyü çubuğu üzərində Mouse-un sağ düyməsini sıxanda alətlər çubuqlarının adlarından ibarət dinamik menyü açılacaqdır. Bu adlardan hər hansı birini seçmək olar.

View (Вид – Görünüş) menyüsündən Toolbars (Панели инструментов – Alət Çubuqları) əmri ilə açılan pəncərədəki siyahıdan lazım olan alət çubuğunun adını seçmək olar və i. a.

Status Bar.


Word – ün proqram pəncərəsinin aşağı hissəsində Status Bar (Строка состояния – Vəziyyət Çubuğu) yerləşir. Vəziyyət çubuğu üzərində sahələrdə müəyyən məlumatlar (şəkil 3.) əks etdirilir. Bu sahələrdə əsasən kursorun səhifədəki vəziyyəti haqqında məlumat verilir.

Vəziyyət çubuğunun ekranda görünməsi üçün Tools (Сервис – Alətlər) menyüsündən Options (Параметры – Parametrlər) əmrini seçib açılan dialoq pəncərəsində View (Вид – Görünüş) səhifəsinin Show (Показывать – Göstər) sahəsindəki Status Bar (Строку состояния – Vəziyyət Çubuğu) parametrini aktivləşdirin.




Şəkil 5. Status Bar (Строка состояния – Vəziyyət Çubuğu)

Sənədlər.

Word-də yaradılmış hər bir fayl document (документ- sənəd) adlanır. Sənədin adını proqram pəncərəsinin Title Bar (Заголовок-Başlıq çubuğu)nda görə bilərsiniz Document1 (Документ 1 Sənəd 1) Microsoft Word. Yeni sənədin müvəqqəti adı saxlanana qədər Document1 (Документ 1 – Sənəd 1) olur. Əgər bu adla sənəd artıq açılmışdırsa, bu halda yeni sənədə Document2 (Документ 2 Sənəd 2) adı verilir. Beləcə hər açılan növbəti sənəd fayla yazılana kimi müvəqqəti olaraq Document3 (Документ 3 – Sənəd 3), Document4 (Документ 4 – Sənəd 4) və s. adlandırılacaqdır.

Digər Office proqramlarında olduğu kimi Microsoft Word-də eyni zamanda bir neçə sənədlə işləmək mümkündür.

Açılmış fayl pəncərələrinin adları Window (Окно – Pəncərə) menyüsündə görünür. Bir pəncərədən digərinə keçmək üçün Window (Окно Pəncərə) menyüsünü açıb lazım olan pəncərə başlığını seçmək olar. Window (Окно – Pəncərə) menyüsündən Arrange All (Упорядочить все – Hamısını Sırala) əmrini seçməklə ekranda bütün açıq pəncərələri sıralanmış şəkildə görmək olar.

Word-də hazırlanmış sənədlərin, yəni, Word fayllarının genişləndirməsi adətən

.DOC, və ya .DOT olur.





      1. Yüklə 5,72 Mb.

        Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin