İnformatikanin əsaslari



Yüklə 5,72 Mb.
səhifə39/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

Sahə ünvanı.


Sahə ünvanı iki və daha artıq hücrə ünvanını ifadə edən və bir ünvan formasıdır. Məsələn, ümumi ya alınacaq maaşın cəmini tapmaq istədikdə alt-alta yerləşmiş bu hücrələrin genişlik ünvanından istifadə edəcəksiniz. Bu əməliyyatı aparmaq üçün sahə ünvanından istifadə etmək məcburiyyətində deyilsiniz, ümumi və ya alınacaq maaşların ən aşağısındakı boş hücrələrə aşağıdakı ifadəni daxil edə bilərsiniz:

=D3+D4+D5+D6

=E3+E4+E5+E6

Bir neçə şəxs üçün bu formada yazmaq mümkündür. Ancaq siyahıda yüzlərlə şəxs olarsa, bu ifadəni yazmaq çətin olur. Bu halda sahə ünvanından və standart funksiyalardan istifadə etmək məqsədəuyğundur:

=SUM(D3:D6)

=SUM(E3:E6)

Buradakı D3:D6 və E3:E6 ifadələri bir sahə ünvanıdır. D3:D6 ifadəsi D3 ilə D6 arasındakı bütün hücrələri göstərir, yəni, D3, D4, D5, D6. Sahə ünvanı bu şəkildə də verilə bilər: D3:E6. Bu ifadə isə növbəti hücrələri göstərir: D3, D4, D5, D6, E3, E4, E5, E6.

Mütləq və nisbi ünvan.


Yuxarıda qeyd etdiyimiz kimi, maaş cədvəlində hər bir şəxs üçün alınacaq maaş formulunu bir-bir yazmağa ehtiyac yoxdur. Siz ilk formulu daxil etdikdən sonra altdakı hücrələrə bu formulu bir əməliyyatla köçürə bilərsiniz.

=D3*0.66 formulunu aşağıya köçürdükcə digər alınacaq maaşların da avtomatik hesablanması necə baş verir? Əgər bu ifadəni digər hücrələrə də köçürərsinizsə, onda bütün şəxslərin maaşı birinci şəxsin alınacaq maaşı ilə eyni olacaqdır.

Bu arada nisbi ünvan anlayışı ilə tanış olaq. İçərisində hər hansı bir ünvan olan formulu, məsələn, bir altdakı hücrəyə köçürərsinizsə, formuldakı bütün ünvanlar bir sətir artacaqdır. Yuxarıda verilən misala uyğun E3 hücrəsindəki formulu E4 hücrəsinə köçürərsinizsə, E4 hücrəsinə aşağıdakı formul daxil edilmiş olacaqdır:

=D4*0.66


Əgər daha sonrakı hücrəyə köçürərsinizsə,

=D5*0.66


olacaqdır.

Formulun yerləşdiyi yer ilə köçürüldüyü yer arasındakı məsafə əsas rol oynayır. Əgər formulu bir altdakı hücrəyə köçürərsinizsə, bütün ünvanlar bir sətir artar, bir üstdəki hücrəyə köçürərsinizsə, bir sətir azalar. Eyni məntiq sütunlar üçün də uyğundur. Əgər E3 hücrəsindəki formulu onun sağındakı hücrəyə köçürərsinizsə,

=E3*0.66

olacaqdır. Bu da hesabda yanlış nəticə verəcəkdir. Uyğun olaraq formulu bir sağdakı hücrəyə köçürərsinizsə, bütün ünvanlar bir sütun artacaq, bir soldakı hücrəyə köçürər- sinizsə, bir sütun azalacaqdır. Məsələn, E3 hücrəsindəki formulu G6 hücrəsinə köçürərsinizsə,

=F6*0.66

olacaqdır.

Formullarda istifadə etdiyiniz hücrə ünvanları, əksi göstərilmədiyi halda nisbi ünvanlardır, yəni, formulun olduğu ya köçürüləcəyi hücrənin yerindən asılıdır. Əgər formulu başqa bir yerə köçürərsinizsə, bu ünvanlar da köçürüldüyü yerə uyğun şəkildə avtomatik olaraq dəyişəcəkdir.

İstisna olan nisbi ünvanlar da vardır. Tutaq ki, içərisində A1 ünvanı olan bir formulu bir hücrə sağa və ya bir hücrə sola köçürdünüz. Bu ünvan IV65536 da ola bilərdi. Bu halda nisbi ünvan aşağıdakı kimi dəyişəcəkdir:

A1 əgər bir hücrə sola köçürərsinizsə, IV1;

A1 əgər bir hücrə üstə köçürərsinizsə, A65536; IV65536 əgər bir hücrə sağa köçürərsinizsə, A1;

IV65536 əgər bir hücrə alta köçürərsinizsə, IV1 olacaqdır.

Yəni, buradan aydın olur ki, Excel XP-də 65536 nömrəli sətirdən sonra 1 nömrəli sətir,

1 nömrəli sətirdən öncə isə 65536 nömrəli sətir, IV sütunundan sonra A sütunu, A sütunundan öncə isə IV sütunu gəlir.

Nisbi ünvanlar yuxarıda göstərdiyimiz misaldakı kimi çox əlverişli ola bilər, ancaq bəzi hallarda bunlardan istifadə etmək məqsədəuyğun deyildir.

Misalımızı bir az dəyişdirək. Ümumi maaş ilə alınacaq maaş arasında olan əlaqədə iştirak edən 0.66 əmsalını başqa bir hücrəyə daxil edək və dəyişən halına gətirək. Yəni, bu əmsalı dəyişdirməklə zaman, onun yerləşdiyi hücrə ünvanının istifadə edildiyi bütün formulların yenidən hesablanmasını və alınacaq maaşlar üçün formulların avtomatik nizamlanmasını təmin etməyə çalışaq. Əgər bu əmsalı ayrı bir hücrəyə yazmasaq, bütün formullardakı 0.66 əmsalını bir-bir dəyişməli olacağıq.

Şəkildə göstərildiyi kimi (şəkil 11.), alınacaq maaşın hesablanmasında istifadə ediləcək əmsalı A2 hücrəsinə daxil edib E3 hücrəsindəki formulu aşağıdakı kimi yazın:

=D3*$A$2 Əgər formulu

=D3*A2

kimi yazarsınızsa, bu halda altdakı hücrələrə köçürdükdə,



=D4*A3

=D5*A4


=D6*A5

ifadələri yaradılacaq və alınacaq maaşlar sıfır olacaqdır. Çünki, A3, A4, A5 hücrələrində hər hansı bir qiymət yoxdur və ona görə də uyğun ümumi maaşlar sıfra vurulur.



Şəkil 11. Əmsalın dəyişkən kimi göstərilməsi
Bu cür bir misalda, əmsalın yerləşdiyi ünva nisbi ünvan kimi göstərmək uyğun deyildir. Ünvanın nisbilik xüsusiyyətini mütləqləşdirmə yolu ilə qaldırmaq lazımdır. Bir ünva tam mütləqləşdirmək üçün o ünvanın həm tun adının, həm tir msinin soluna $ işarəsini qoymaq lazımdır. İçərisin belə yazılmış ünvan olan formulda, köçürüldüyü yerdən ası olmayaraq bu ünvan həmişə sabit qalacaqdır.

Misalımızda köçürmə əməliyyatını yalnız aşağıya doğru yeri yetiririk. Əslində yalnız sətirlərin msi yəkdir. Bu bəbdən formulda istifadə ediləcək ünvanda yalnız sətir nömsinin qarşısında $ işarəsi qoymaq kifayətdir. Bu baxımdan uyğun formulu aşağıda şəkildə də yaza bilərik:

=D3+A$2

Yəni, ünvanın yalnız sətir nömrəsi hissəsini mütləqləşdiririk. Sütun adı hissəsi isə nisbi olaraq qalır. Əgər bu formulu sağa və ya sola doğru köçürəriksə, sütun nömrəsi dəyişəcəkdir. Bu cür bir ünvan ifadəsinə qismi mütləq ünvan adı verilir.



Bunun əksi olaraq ünvanın yalnız sütun adı hissəsini mütləqləşdirə bilərsiniz ($A2). Əslində bu xüsusiyyətdən istifadə etdikcə daha yaxşı qavrayacaq və ünvanın hansı hissəsinin mütləqləşdiriləcəyini özünüz təyin edəcəksiniz. Bu halda buna diqqət etməyiniz

lazımdır: hansı istiqamətdə dəyişiklik olmasını istəmirsinizsə, ünvanın o istiqamətlə əlaqədar hissəsini mütləqləşdirin, əgər hər iki istiqamətdə də dəyişməməsini istəyirsinizsə, o zaman tam mütləqləşdirin. Aşağıdakı yazılışa diqqət edin:

=$D3*$A$2

Bu formulu sağ alt hücrəyə köçürsək, formul aşağıdakı kimi olar:



=$D4+$A$2

Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin