İnformatikanin əsaslari


İnformasiynın kəmiyyət xarakteristikaları



Yüklə 5,72 Mb.
səhifə4/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   63

İnformasiynın kəmiyyət xarakteristikaları


  1. İnformasiyanın texnikada ölçülməsi. Texnikada29 informasiyanın kəmiyyəti dedikdə, kodlaşdırılan, ötürülən ya saxlanılan simvolların sayı nəzərdə tutulur. Yəni burada həcm ön plana çəkilir və məzmun nəzərə alınmır.

Hesablayıcı texnikada 2 standart ölçüdən – bit baytdan istifadə edilir. Bit minimal informasiya vahididir ki, bu da iki haldan birinin seçilməsinin nəticəsini ifadə edir. Bayt 8 bitlik standart vahiddir. Adətən mətnin bir simvolunu təqdim etmək üçün istifadə edilir.

      1. Xəbərin informasion həcmi (tutumu). Xəbərin informasion həcmi (tutumu) dedikdə, xəbərdəki informasiyanın bitlə, baytla və törəmə vahidlərlə30 ölçülən kəmiyyəti nəzərdə tutulur.
      2. İnformasiyanın miqdarı – bilikdəki qeyri-müəyyənliyin azalması ölçüsü kimi


        1. İnformasiya bilik. Ətraf mühitdən əldə edilən informasiya dərk edilir və yadda saxlanır. Bu informasiyanın yaddaşda toplanması nəticəsində bilik yaranır. Dərketmə prosesi biliyin artmasına səbəb olur. Dərketmə prosesi çevrədirsə, dairə bilik,




  1. Xəbərlərin kodlaşdırılması və ötürülməsi nəzəriyyəsində 30 Kbayt, Mbayt və s

çevrədən kənar biliksizlikdir. Biliksizlik tərəddüd yaradır. Tərəddüd qeyri-müəyyənlik əlamətidir. Odur ki, biliyin artması qeyri-müəyyənliyin azalmasına səbəb olaraq tərəddüdü yox edir və qərarlılıq yaradır.

        1. Bilikdəki qeyri-müəyyənliyin azalması. İnformasiyaya qeyri-müəyyənliyin antipodu kimi baxılması onu kəmiyyətcə ölçməyə imkan vermişdir ki, bu da həm kibernetika, həm də informatika üçün olduqca vacibdir.

Hadisədən əvvəl mümkün halların ehtimalları tərəddüd mənbəyi kimi çıxış edir. Hadisə baş verdikdən sonra tərəddüd yox olur. Məsələn, göyə atılan metal pulun hansı üzünə düşəcəyini söyləmək qədər çətindirsə, pul yerə düşdükdən sonra bir o qədər asandır. Bu halda əldə edilən informasiya qeyri-müəyyənlik yaradan 2 halı azaldıb 1 hala çevirir. Oyun zərində bu, 6 halın 1 hala çevrilməsidir. Yəni, 2 üzlü pula nəzərən, 6 üzlü zər 3 dəfə artıq informasiya verir.

      1. İnformasiya miqdarının ölçü vahidləri. İstənilən kəmiyyəti miqdar cəhətdən ifadə etmək üçün ölçü vahidini təyin etmək lazımdır. İnformasiyanın miqdarı ləğv edilən qeyri-müəyyənliklə ölçülür. İnformasiyanın həcmi kimi, miqdarı üçün də ölçü vahidi olaraq 2 mümkün halın yaratdığı qeyri-müəyyənlk götürülür.

Kompüter 2-lik say sistemində işləyir. Burada yalnız 0 1 simvollarından istifadə edilir. 1 bayt 2-lik rəqəmlərin (0 və 1-lərin) 8 mərtəbəsidir. Odur ki, burada ölçü baytların dərəcələri kimi hesablanır. Məsələn, 1 Kbayt 1024 bayt, 1 Mbayt 1024 Kbayt və s.

      1. Mümkün halların sayı və informasiyanın miqdarı. Mümkün halların sayı (N)

ilə informasiyanın miqdarını (İ) bir-birinə bağlayan düstur

N 2 I

şəklində ifadə edilir.



Əgər informasiyanın miqdarı məlumdursa, mümkün halların sayını təyin etmək çətin deyil. Məsələn, əgər hadisənin nəticəsi 4 bit informasiya veribsə, bu o deməkdir ki,

mümkün halların sayı 16-imiş: N

24 16 . Əksinə, mümkün halların sayı məlumdursa,

onda informasiyanın miqdarı 16

  1. 24

2 I yazılışından İ=4 alınır.


    1. İnformasiyanın miqdarının təyini üçün əlifba yanaşması


Bilikdə qeyri-müəyyənliyin azalması kimi təyin edilən informasiyanın miqdarı məzmun etibarı ilə anlaşıqlı yeni olmalıdır. Bu baxımda göyə atılan pulun hansı üzü üstə düşdüyü barədə verilən xəbərin uzunluğundan asılı olmayaraq həmin xəbər 1 bit informasiya daşıyır.

Lakin texniki qurğuların köməyi ilə saxlanması və ötürülməsi zamanı informasiyanın məzmunu arxa plana keçir. Odur ki, bu zaman informasiyaya işarələr (hərflər, rəqəmlər, şəkil nöqtələrinin kodları və s.) sırası kimi baxmaq məqsədə uyğun olur.

İşarələr sisteminin (əlifbanın) simvolları yığımına müxtəlif mümkün vəziyyətlər (hadisələr) kimi baxmaq olar. Bu halda nəzərə alsaq ki, xəbərdəki simvollar eyni ehtimallı-



dır, onda 32 hərfli əlifbanın hər bir işarəsi 5 bit ( 32

  1. ) informasiya daşıyacaqdır. Yəni 1

hərfin informasiya tutumu 5 bitdir. Beləliklə, mətndəki işarələri sayıb 5-ə vurmaqla ondakı informasiyanın miqdarını hesablamaq olar.


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin