İnformatikanin əsaslari


Rəhbərlik tərəfindən nəzarətin gücləndirilməsi üzrə potensial imkanlar



Yüklə 5,72 Mb.
səhifə50/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

Rəhbərlik tərəfindən nəzarətin gücləndirilməsi üzrə potensial imkanlar.


Kompüter sistemi firma rəhbərliyinin ixtiyarına külli miqdarda aalitik vasitələr verir ki, bunların köməyi ilə fəaliyyəti qiymətləndirmək nəzarətə götürmək mümkün olur. Bu, fəaliyyətin qeyri-səmərəli olması riskini xeyli azaldır.

Müəyyən əməliyyatların icrasına kompüter tərəfindən təşəbbüs göstərilməsi.


Kompüter sistemi bəzi əməliyyatları əlavə icazəyə ehtiyac duymadan avtomatik

olaraq icra edə bilir. Çünki bu əməliyyatların avtomatik icrası əvvəlcədən rəhbərliklə razılaşdırılmış olur.

Beləliklə, təsərrüfat fəaliyyətinin təhlili və mühasibat uçotunun kompüterləşdirilməsi müəssisədə həm dərin struktur dəyişikliyi törədir, həm də yeni texnologiya yeni metodlarla birgə tətbiq edilir. Bu isə bir-sıra beynəlxalq standartların qəbul edilməsi zərurətini meydana çıxarır ki, bu da müəyyən qanunvericilik aktlarının dəyişdirilməsini tələb edir.

    1. Kompüter texnologiyalarının təkamülü


20-ci əsrin ortalarınadək kompüter yalnız mürəkkəb elmi və mühəndis hesablamaları üçün istifadə edilirdi. 1950-ci illərdə kompüter ilk dəfə müxtəlif kommersiya məsələləri- nin həllinə cəlb edildi. 1960-cı illərdə kompüter idarəetmə işinə tətbiq edildi. 1968-1972-ci illərdə verilənlər bazası, terminallar, şəbəkələr və maqnit diskləri meydana çıxdı ki, bu da prinsipcə yeni kompüter texnologiyasının əsasını yəşkil etdi.

80-ci illərdə informasiya texnologiyaları keyfiyyətcə dərin dəyişikliyə uğradı. Belə ki, əvvəllər əsas fikir informasiyanın cəld işlənməsinə yönəldilirsə, sonra peşəkar olmayan istifadəçi marağı ön plana çəkildi.

1990-cı illərin əvvəlində telekommunikasiya sistemlərinin biznesdə istifadəsi aktuallaşdı. Fərdi kompüterlər müəssisədə idarə (ofis) maşınlarına çevrildi.

    1. İnformasiya sistemlərinin baza texnologiyaları


Müasir informasiya sistemlərində informasiya texnologiyaları mühüm rol oynayır. Təəssüf ki, bu iki termin yanlış olaraq tez-tez eyniləşdirilir. Halbuki bunlar fərqli anlayış- lardır.

İnformasiya texnologiyaları dedikdə, verilənlərin yığılması, saxlanması, emalı, ötü- rülməsi istehlakçılara təqdim edilməsi metodları nəzərdə tutulur. İnformasiya sistem- ləri isə informasiya texnologiyalarından istifadə edilməklə yaradılıb işlədilən kompüter sistemləridir.

İnformasiya sistemlərində istifadə edilən informasiya texnologiyaları olduqca müx- təlifdir. Lakin bunların hamısı son yekunda informasiya resursları ilə işləyir. Bu baxım- dan, həm informasiya sistemlərində, həm informasiya texnologiyalarında mərkəzi yeri verilənlərin idarə edilməsi texnologiyası tutur. Bu texnologiyanın xarakteri emal edilən verilənin təbiətindən asılıdır.

Müasir iqtisadi informasiya sistemlərində, həmçinin, digər təyinatlı informasiya


bunlara da baza texnologiyaları deyilir: 1) verilənlər bazası texnologiyaları, 2) veb- texnologiyaları177 və 3) mətni axtarış texnologiyaları.

Verilənlər bazası texnologiyaları verilənlər bazası adlanan strukturlaşdırılmış veri- lənlərin yaradılmasını, saxlanmasını, aktuallaşdırılmasını, tamlığını, səmərəli kollek- tiv istifadə edilməsini təmin edir.

Veb-texnologiyaları şəbəkə mühitində və ayrıca fərdi kompüterdə hipermediya informasiya resurslarının idarə edilməsi üçündür. Ümumdünya hörümçək toru adlanan WWW, mahiyyətcə, qlobal paylanmış hipermediya informasiya sistemidir.

Mətni axtarış texnologiyaları təbii dildə mətn axtarışı ilə işləyir səmərəli axtarış təmin etmək üçündür.



Praktiki fəaliyyət göstərən informasiya sistemlərində baza texnologiyalarının inteqrasiya edilməsi səmərəli sayılır.

    1. Verilənlər bazası texnologiyaları


      1. Verilənlər bazası (VB) texnologiyalarının əsasları

        1. VB texnologiyalarının mənşəyi

―Verilənlər bazası‖ termini ilk dəfə ötən əsrin 60-illərinin əvvəlində işlədilmişdir. Həmin illərdə maqnit lentlərində təşkil edilmiş faylların idarə edilməsi sistemi yaradıl- mışdı. Bu, ardıcıl müraciətli sistem idi. Yəni, fayllar lentdə işlənmə ardıcıllığı üzrə yer- ləşdirilirdi. Lakin bu ardıcıllıq tezliklə pozulduğundan, maqnit lentinin mexaniki yığılıb- açılmasına çox vaxt sərf edilirdi. Buna baxmayaraq, hələ 60-cı illərin astanasında kifayət qədər irihəcmli iqtisadı məsələlərin (anbarda ehtiyatların uçotu, sifarişlərin qəbulu işlənməsi, mal-nəqliyyat qaimələrinin işlənməsi s.) həlli faylların təşkili üsulu ilə mümkün olmuşdu. Bu məsələlərin həllində verilənlərin fayllara yazılması, fayldakı verilənlərin təzələnməsi, yazıların silinməsi, eyni strukturlu faylların qovuşdurulması, yazıların çeşidlənməsi qruplaşdırılması, nəticələrin cədvəllər şəklində, aralıq son yekunlarla çap edilməsi əməliyyatları yerinə yetirilirdi. Bu istiqamətin fəallaşdırılmasın- da 1961-ci ildə meydana çıxan Kobol dili mühüm rol oynadı. Belə ki, bu dil sözügedən məsələlərin proqramlaşdırılmasının avtomatlaşdırılmasının təməlini təşkil etdi. Lakin

177 İnternet mühitində fəaliyyət göstərən ümumdünya hörümçək toru (WWW - World Wide Web) adlı qlobal hipermediya paylanmış informasiya sistemi bir çox nəşrlərdə sadəcə, Veb kimi işlədilir.

maqnit lentinin mahiyyətindən irəli gələn nöqsan bu sahənin sonrakı inkişafına mane olurdu. 1960-cı illərin əvvəlində birbaşa müraciətə imkan verən maqnit disklərinin meydana çıxması ilə prinsipcə yeni imkanlar yarandı. Yalnız bundan sonra verilənlər bazası yaratmaq mümkün oldu.




        1. Yüklə 5,72 Mb.

          Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin