İnsan Hüquqları İnstitutunun Bakı şəhərinin mərkəz hissəsi olan Sovetski məhəlləsi ərazisində söküntü işlərini monitorinqi davam etməkdədir



Yüklə 21,09 Kb.
tarix18.06.2018
ölçüsü21,09 Kb.
#54127

12207446_763524953777165_939082155_o.jpg

İnsan Hüquqları İnstitutunun Bakı şəhərinin mərkəz hissəsi olan Sovetski məhəlləsi ərazisində söküntü işlərini monitorinqi davam etməkdədir. Hal hazırda söküntüsü davam edən ərazidə təşkilat tərəfindən aparılan araşdırmalara görə 50-ə yaxın ailə qalmaqdadır. Ərazidə yerləşən yaşayış və qeyri yaşayış obyektlərinin söküntüsü sürətlə davam etdirilir. Belə ki, ərazidə yerləşən "Grand hotel" mejmanxanasının bir hissəsi dövlət ehtiyyacı üçün alınaraq sökülüb, mehmanxananın qalan hissəsinin istinad duvarları və özülünün möhkəmləndirilməsi üçün müvafiq işlər görülərək yekunlaşdırılmışdır. Bundan başqa, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, onun müavini Səməd İslamov, Söküntü Komissiyasının üzvü və Dövlət Maliyyə Müfəttişi Cavanşir Yusifov və digər məsul şəxslər ərazidə vətəndaşlarla görüşlərini davam etdirməkdədirlər. İcra başçısı İbrahim Mehdiyev əhali ilə söhbəti zamanı daha yuxarı instansiyalardan ona iki ay vaxt verildiyni, bu iki ay ərzində söküntünün hal hazırda davam edən ( söküntü işlərinə 2014-cü ildən start verilib və növbədə daha 2 söküntü mərhələsi var ) birinci söküntü mərhələsinin yekunlaşdırılaraq, sözügedən ilk mərhələ çərçivəsində 3500 ailənin tamamilə ərazidən köçürməli oldugunu qeyd edib. Yasamal Rayon İcra Hakimiyyəti və yerli sakinlərlə daha öncə yaşanmış konfliktlərdən sonra daha mülayim və konstruktiv mövqe qoyan icra hakimiyyətinin yüksək vəzifəli şəxsləri, ərazidəki sakinlərlə görüşdə onları dinləməyə hazır olduqlarını, hər bir ailəyə ümumi kompensasiyadan əlavə 1000-3000 manat arası əlavə məbləğin ayrıbiləcəyini qeyd etmişdir. Lakin yerli sakinlər sözügedən artımların faydasız olduğunu, bu məbləğə mənzil alabilməyəcəklərini qeyd etmişlər.



İnsan Hüquqları İnstitutu ərazidə apardığı monitorinq zamanı Bakı şəhərinin tarixi mədəni abidələrindən olan bir sıra tikililərin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən dağıdıldığını, digər bir hissəsinin də məhv edilmək üzrə olduğunu müəyyən etmişdir. Belə ki, Mirzağa Əliyev küçəsində yerləşən Abbas Mirzə Şərifzadənin evi ( 13-17 may tarixlərində ), ən son olaraq Yuğ teatrının binası kimi fəaliyyət göstərmiş, daha öncələr ayrı ayrı zamanlarda məscid, mədrəsə və hamam kimi işləmiş tarixi bina ( 16-17 may tarixlərində ), Mirzağa Əliyev 102 ünvanında yerləşən tarixi və mədəni əhəmiyyətli bina ( 18 may tarixində ), Süleyman Rəhimov küçəsində yerləşən tarixi bina ( 20 may tarixində ), Mirzağa Əliyev və Murtuza Muxtarov küçələrinin kəsişməsində yerləşən 3 mərtəbəli arxitektur bina ( həmçinin görkəmli alim Əhməd Rəcəblinin və Mirəli Qaşqayın evi olub, 20 may tarixində ), Zərgərpalan küçəsində yerləşən Azərbaycanın ilk qadınlar təşkilatının – 1920-ci ildə təsis edilmiş Əli Bayramov adına qadın klubunun yerləşdiyi iki mərtəbəli arxitektur bina ( iyun ayında ) dağıdılmışdır. Hazırda isə Nabat Aşurbəyova küçəsi ( keçmiş Mustafa Sübhi küçəsi ) və Çingiz Mustafayev küçəsinin ( ayrı ayrı zamanlarda Suraxanski, 1 may, Dilarə Əliyeva olaraq adlandırılmış tarixi küçələrdən biridir ) kəsişməsində yerləşən 2 mərtəbəli arxitektur binanın, Nabat Aşurbəyova küçəsində yerləşən iki arxitektur binanın, ərazidə yerləşən Hacı Əbdülrəhimbəy Qulubəyov məscidinin ( Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli tarixi və mədəni abidə kimi qorunur, inventar nömrəsi 3607, hazırda söküntüsü dayandırıəlsa da texniki baxımdan bu mümkün deyil, gələcəkdə söküləcək ), Mirzə Fətəli küçəsində yerləşən iki tarixi və mədəni əhəmiyyətli binanın, da sökülmək üzrədir. İnstitutumuzun apardığı araşdırma isə bir sıra maraqlı məqamları ortaya qoymaqdadır. Belə ki, yuxarıda adı çəkilən artıq sökülmüş tarixi binaların, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsinə icazə verən qərar söküntülərin başa çatmasından sonra - yəni 18 may tarixində qəbul olunmuşdur ( həmin qərarın nüsxəsi ilə aşağıda tanış ola bilərsiniz ). Qeyd edək ki, bu zamana kimi, Sovetski məhəlləsinin birinci söküntü mərhələsi zamanı Çingiz Mustafayev küçəsində iki mərtəbəli arxitektur bina qismən, Mirzə Fətəli döngəsi ( keçmiş Şah döngəsi, tarixi küçələrdən biridir ) ərazisində yerləşən iki mərtəbəli arxitektur bina ( xeyriyyəçi Nabat Aşurbəyovanın* evi olub ) sökülmüşdür.

c:\documents and settings\admin\мои документы\downloads\13285746_704781719660283_1525046207_n.jpg

Nabat Aşurbəyova və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən tarixi arxitektur bina, sökülmüşdür

c:\documents and settings\admin\мои документы\downloads\13318503_704778299660625_918798330_n.jpg

Mirzəağa Əliyev küçəsi 102 ünvanında yerləşən tarixi arxitektur bina, sökülmüşdür

c:\documents and settings\admin\мои документы\downloads\13329637_704779612993827_1580488293_n.jpg

Mirzəağa Əliyev( keçmiş Çadrovaya ) və Murtuza Muxtarov ( keçmiş Nijniy Tezepirskiy və Sovet hakimiyyəti illərindəki Poluxin ) yerləşən Əhməd Rəcəbli və digər tanınmış görkəmli şəxslərin yaşamış olduğu bina, sökülmüşdür

c:\documents and settings\admin\мои документы\downloads\12768320_993480874053688_6777504181992907008_o.jpg

Zərgərpalan küçəsində yerləşən, ölkə əhəmiyyətli tarixi bina – 1920-ci ildəö yaradılmış Azərbaycanın ilk qadın təşkilatı – Əli Bayramov adına Qadın Klubunun inzibati binası, sökülmüşdür


c:\documents and settings\admin\мои документы\downloads\13244200_700853896719732_5610560013577241782_o.jpg

19-cu əsrə aid. Məscid, hamam və ən son olaraq Yuğ teatrının binasının söküntrü anında çəkilmiş şəkli ( Murtuza Muxtarov, keçmiş Poluxin və ya Nijniy Tezepirskiy küçəsi )

c:\documents and settings\admin\мои документы\downloads\12622333_975934079141701_5950543191436960900_o.jpg

c:\documents and settings\admin\мои документы\downloads\13295134_704785002993288_1807030493_n.jpg

c:\documents and settings\admin\мои документы\downloads\13330249_704785016326620_327797260_n.jpg

Son üç şəkil isə indiki Mirzə Fətəli döngəsi ( qeyd edək yenidən qurma işləri başa çatdıqdan sonar belə döngə/yol/küçə mövcud olmayacaqdır ), keçmiş Şah döngəsndə ( Şaxskiy pereulok )tanınmış Aşurbəyovlar ailəsinin yaşamış olduğu bina yer almışdır, 2015-ci ilin dekabr və 2016-cı ilin yanvar-fevral aylarında tamamilə sökülmüşdür. Söküntü işlərindən sonar isə, bir qədər aralıda yerləşən Mustafa Sübhi küçəsinin adı dəyişdirilərək, xeyriyyəçi Nabat Aşurbəyovanın adına adlandırılmışdır

Habelə, Zərgərpalan küçəsi 69/7 ünvanında gedən söküntü işlərini qeydə alan jurnalist Yanina Mədətova öz peşə borcunu yerinə yetirdiyinə görə Yasamal Rayon 27-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış, 2 saat orada qeyri qanuni saxlanıldıqdan sonra buraxılmışdır.


Mövzunu diqqətdə saxlayacağıq.

* Nabat Aşurbəyova haqqında bu linkdə tanış ola bilərsiniz : https://az.wikipedia.org/wiki/Nabat_A%C5%9Furb%C9%99yova



Bakı,

10 Iyun 2016

____________________________________________________________________________________12207446_763524953777165_939082155_o.jpg


Institute of Human Rights,

Mirza Fatali side street 14; Baku, Azerbaijan, AZ1009

ihr.azerbaijan@gmail.com



+994519090925
Yüklə 21,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin