İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


ŞƏHİD MÜTƏHHƏRİNİN YAŞADIĞI DÖVRDƏ MÜSƏLMANLARIN VƏZİYYƏTİ



Yüklə 1,63 Mb.
səhifə4/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   177

ŞƏHİD MÜTƏHHƏRİNİN YAŞADIĞI DÖVRDƏ MÜSƏLMANLARIN VƏZİYYƏTİ


Mərhum şəhid Mütəhhəri «dini mədrəsələrin müasir vəzifələri» adlı məqaləsində yazır:

«Əgər biz müasir dövrü səksən il bundan qabaqkı dövrlə müqayisə etsək, o dövrdə yaşayan cəmiyyətin bir növ qapalı cəmiyyət olduğunun şahidi olarıq. Həmin cəmiyyətdə ideoloji məsələlərin və ictimai anlayışların hamısı kənar yerlərdən deyil, dini mədrəsələr və ruhanilər tərəfindən verilirdi. O dövrdə demək olar ki, əcnəbi fikirlərin xalq arasında yayılması mümkün deyildi. Qeyd edək ki, həmin dövrdə də yüksək səviyyəli məsələlər deyil, «Səlaul-üyun», «Hilyətul müttəqin» və «Meracu əs-səadə» səthində olan kitablar və onlara uyğun olan mətləblər söylənilirdi.

Artıq müasir dövrdə həmin tarazlıq pozulmuşdur və biz müntəzəm olaraq ibtidai-orta məktəblərdə, ali təhsil ocaqlarında, kütləvi informasiya vasitələrində, iclas və konfranslarda minlərlə yeni fikirlərin yayılmasının şahidi oluruq.»

Mərhum ustad bu barədə «Savan nəslə rəhbərlik» adlı məqaləsində yazır:

«Keçmiş zamanda bütün vasitələr insanların üzünə bağlı idi, xaricdə baş verən cərəyan və fikirlərdən heç kəsin xəbəri yox idi. Bu gün artıq, rabitələr təsəvvürolunmaz dərəcədə genişlənmiş və dünyada baş verən proseslər hamıya bəlli olmuşdur. Artıq hamı ümumbəşəri elmi inkişafdan, iqtisadi-siyasi qüdrətlərdən, eləcə də demokratiya, insan hüquqları, vicdan azadlığı və s. şüarlardan xəbərdardır.

Belə bir elmi-fikri atmosferin olması dünyada özünəməxsus bir ictimai təbəqənin meydana gəlməsinə səbəb olmuşdur».

Mərhum Mütəhhəri bu ictimai təbəqəni «gənc nəsil» və ya «gənclərin təfəkkürü» adlandırırdı. O, bu barədə yazır:

«Gənc nəsil dedikdə, məqsəd ancaq cavanlar deyil, təhsil almaq və yeni mədəniyyətlərlə tanışlıq nəticəsində özünəməxsus təfəkkür tərzinə sahib olan müxtəlif yaşlı şəxslərdir. Başqa sözlə desək, burada hər hansı bir təfəkkür tərzi nəticəsində müəyyən şəkildə formalaşmış bir ictimai təbəqə nəzərdə tutulur».

Yeni ictimai təbəqənin ən böyük xüsusiyyətlərindən biri, onların öz dini etiqadlarına şübhə ilə yanaşmaları olmuşdur. Mərhum Mütəhhəri «gənc nəslin» bu halına acıyaraq belə yazır:

«Müasir dövr cəmiyyətimiz üçün din və məslək baxımından, xüsusilə ictimaiyyətin gənc təbəqəsi üçün sıxıntılı bir dövrdür. Hal-hazırda müasir dövrün tələblərindən doğan bir sıra şübhə və suallar qarşıya çıxmış, qədim suallar isə yenidən müzakirəyə qoyulmuşdur».

Ustad «şübhənin» «yəqin» üçün müqəddimə olduğunu və onun həqiqətə çatdırmaq dəyərini bəyan etdikdən sonra, bu məsələnin mənfi cəhətinə də toxunaraq yazır: «Təəssüf doğuran hallardan biri də, bəzi şəxslərin hansısa bir məsələdə qarşılaşdığı şübhəni araşdırmaması, cəmiyyət arasında olan şübhələrin yaranma amilləri haqda düşünməməsidir.»

Amma məlum olduğu kimi, cəmiyyət arasında cərəyan edən şübhələr hücumu öz təsirini bağışlamaya bilməzdi. Məhz bu amillərin təhriki ilə bəzi şəxslər öz istedad və bacarıqlarını ideoloji problemlərin həll edilməsinə sərf edir və xalqın kütləvi şəkildə fikri azğınlığa düçar olmasının qarşısını alırlar. Ustad şəhid Mürtəza Mütəhhəri də yaşadığı dövrdə islam dünyasının bu ağrılı nöqtəsini nəzərə almaqla həmin problemlərin həllinə çalışmış və şükürlər olsun ki, bu çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdir.

Yuxarıda qeyd olunduğu kimi, şəhid Mütəhhərini «müasir kəlam elminin» bünövrəsini qoymağa sövq etdirən amil onun iki xarakterik xüsusiyyəti olmuşdur.

1. Onun öz dövrünün elmi-ictimai vəziyyətindən tam mənada agah olması;

2. İslam dini qarşısında öhdəsinə düşən vəzifəni dərk edərək məsuliyyət hiss etməsi.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə