İnsan tanima ustad Şəhid Mürtəza Mütəhhəri


QƏDİM KƏLAM ELMİNDƏ MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR HAQQINDA



Yüklə 1,63 Mb.
səhifə6/177
tarix11.01.2022
ölçüsü1,63 Mb.
#110972
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   177

QƏDİM KƏLAM ELMİNDƏ MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR HAQQINDA


Qədim kəlam elmində bir çox məsələlər müzakirə olunurdu. Zaman keçdikcə onlardan bir çoxu öz aktuallığını itirdi və artıq bu elmdə həmin məsələlərdən çox az bir qismi qalmaqdadır. Onlara misal olaraq Quranın hadis1 və ya qədim2 olması məsələsini qeyd etmək olar.

Müasir dövrdə artıq başqa məsələlər daha maraqla araşdırılır. Məsələn, «Səbr3 və ixtiyar4» məsələsi, «Allahın ədalətli olması», «Allahın həkim olması», «Allahın vahid və yeganəliyini sübut edən işlər», «Allahın vahid və yeganəliyini sübut edən sifətlər» və s.

Şəhid Mütəhhəri kəlam elmində müzakirə olunan məsələlər barəsində yazır:

«Təbii olaraq müsəlmanlar arasında bəhs doğuran məsələlərdən ən birincisi «cəbr və ixtiyar» adlı elmi bir mübahisə və ya insanın həyatda məcbur və ya ixtiyar sahibi olması məsələsi olmuşdur. Bu mövzu bir başa insanların müqəddəratı ilə bağlı olduğu üçün, digər məsələlərlə müqayisədə daha çox maraq doğurmuş və normal düşüncəli hər hansı bir şəxsin diqqətini özünə cəlb etmişdir. Mənə elə gəlir ki, dünyada bu məsələni müzakirə etməyən normal bir cəmiyyət göstərmək mümkün deyildir. Qurani-kərimin özü də bir çox ayələr vasitəsi ilə insanları bu mühüm məsələ barəsində düşünməyə vadar edir.

«Səbr və ixtiyar» məsələsindən irəli gələn bəhslərdən biri də «ədalət» məsələsidir. Çünki «cəbr və zülm», eləcə də «ixtiyar və ədalət» məsələləri arasında olan aşkar bağlılıq hamıya məlumdur.

Ədalət barəsindəki bəhslərdən doğan «hikmət» məsələsi sonralar tədrici olaraq «tövhidi-əfali»5 (Allahın vahid və yeganəliyini sübuta yetirən işlər) və daha sonra isə «tövhidi-sifati»6 (Allahın vahid və yeganəliyini sübuta yetirən sifətlər) kimi məsələlərə gətirib çıxardı.

Bu bəhslərin müxtəlif təbəqələr arasında müzakirə olunması bu gün də müşahidə olunur. Amma müasir dövrdə artıq, bəhsin zahiri görünüşü dəyişilmiş, bəhslər genişlənmiş və daha da şiddətlənmişdir. Müsəlman cəmiyyətlərində müasir kəlam elminin yaradılmasına səbəb, məhz bu dəyişikliklər olmuşdur.

Şəhid Mütəhhəri «dini mədrəsələrin əsas və müasir vəzifələri» adlı məqaləsində «yeni kəlam elmi»ndə müzakirə olunan məsələlərin bəzisindən söz açmışdır.




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə