İnsanlar çox qədim zamanlardan öz möhkəmliyini həm havada, həm də suda saxlamaq qabiliyyətinə malik olan yapışdırıcı materialların tapılması üzrə daima axtarışda olmuşlar



Yüklə 18,76 Kb.
tarix26.01.2023
ölçüsü18,76 Kb.
#122587
Kurs işi



Giriş
İnsanlar çox qədim zamanlardan öz möhkəmliyini həm havada, həm də suda saxlamaq qabiliyyətinə malik olan yapışdırıcı materialların tapılması üzrə daima axtarışda olmuşlar. Bu məsələlər öz həllini yalnız portlandsement ixtira olunduqdan sonra tapmışdır. Lakin insanlar tərəfindən istifadə olunan ilk yapışdırıcı maddə təbii yandırılmamış gil olmuşdur. Əvvəlcə gildən ayrı-ayrı doldurucuları birbirinə yapışdırmaq üçün istifadə etmişlər. Sonralar hazırlanan çiy kərpic o vaxtlar Misirdə və Hindistanda əsas inşaat materialı kimi işlədilmişdir. Artıq eramızdan 3000...4000 il əvvəl Misirdə ilk süni yapışdırıcı maddə olan gips meydana gəldi. Gipsdən o dövrdə hörgü və suvaq məhlullarında geniş istifadə olunurdu. Gipsin ardınca əhəng alındı və o, Yunanıstanda geniş tətbiq olunmağa başlandı. Lakin bu yapışdırıcılar yalnız havada bərkidiyindən suyadavamlı yapışdırıcıya daima ehtiyac duyulurdu. Bu məqsədlə Misirdə və yaxın Şərqdə üyüdülmüş kərpicdən və əhəngdən istifadə etməklə alınmış yapışdırıcının istifadə olunması təklifi meydana çıxdı. Avropada isə bu məqsəd üçün romalılar Neapolun yaxınlığındakı Pussoli kəndində çıxarılan qumdan istifadə etdilər. Bu qum soyudulmuş vulkan şüşəsindən ibarət olub, sonradan pussolan adlandırılmışdır. Süxurun tras adı Türkiyəyə də keçdi və sonralar, hətta Türkiyə standartına da bu adla daxil oldu. Pussolan alümosilikat şüşəsindən ibarət olub, əhənglə qarşılıqlı təsirdə olduqda suya davamlı birləşmələr əmələ gətirir. Naxçıvan memarlıq abidələrinin tikintisində gilli-gipsdən istifadə olunmuşdur. 1186-cı ildə Möminə-xatun türbəsinin tikintisində də gilli gipsdən istifadə edilmişdir. Faza tərkibinin analizi göstərdi ki, mavzoleyin tikintisində istifadə olunmuş hörgü məhlulu gipsdən, kalsitdən, kvarsdan, gil minerallarından, çöl şpatından və s. ibarətdir. Bunlardan başqa müəyyən qədər ağac kömürünə və külə də rast gəlinir. Bu onu göstərir ki, gilli gipsin hidravlik xassəyə malik olması üçün o zaman süxur əvvəlcə yandırılmış və sonradan istifadə olunmuşdur. Güclü dəniz dövləti olan İngiltərənin öz hidravlik əlavələri yox idi. Ona görə də C.Smiton Plimut limanı yaxınlığında Edison qayası üzərindəki ağac mayakın daşla əvəz edilməsi tapşırığını alarkən, o yerli xammallardan suya davamlı yapışdırıcı almağa müvəffəq olmuşdur. Müxtəlif süxurlardan alınmış əhəngi tədqiq edərkən, o belə nəticəyə gəlmişdir ki, gilli əhəng daşlarından alınmış əhəng pis və ləng sönür, lakin belə əhəng əsasında hazırlanmış məmulat kifayət qədər suya davamlı olur. Beləliklə, 1757-ci ildə İngiltərədə ilk dəfə hidravlik əhəng əsasında daş mayak ucaldılmışdır. Hidravlik yapışdırıcının alınması 5 üzrə növbəti addım C. Parkerin tədqiqatları olmuşdur, belə ki, o 1796-cı ildə gilli mergellərin yandırılması nəticəsində əldə olunmuş məhsula – romansementə patent aldı. Bu yapışdırıcı, rənginə görə qədim Romada işlədilən əhəng-pussolan yapışdırıcısına oxşar olduğu üçün Romansement adlandırılmışdır. 1924-cü ildə ingilis C.Aspidin portlandsement adlandırdığı “süni daş istehsalının təkmilləşdirilməsi üsulu”nun ixtirası üçün patent aldı və indiyə kimi xaricdə portlandsementin ilk ixtiraçısı sayılır. Aspidinin kəşf etdiyi portlandsement əhəng daşı və gil qarışığının 900...1000ºC tempraturda karbon qazının tam ayrılmasına qədər yandırılmasından sonra üyüdülməklə alınmışdır. Moskvada Kremlin bərpası zamanı E.Q.Çeliyev rus mütəxəssisləri tərəfindən toplanmış təcrübələri cəmləşdirərək 1925-ci ildə hidravlik yapışdırıcının istehsal üsulu haqqında kitab nəşr etdirmişdir. Bu kitabda E.Çeliyev əhəngdaşının yandırılmasından alınan bir hissə əhənglə, bir hissə gildən ibarət süni xammal qarışığından yapışdırıcı maddə istehsalını şərh etmişdir. İlkin materiallar suyun iştirakında bir-biri ilə qarışdırılır, alınmış qarışıq əsasında kərpic hazırlanır və 1100...1200ºC tempraturda sobada yandırılır. Sonra yandırılmış məhsul xırdalanır və ələkdən keçirilərək çəlləklərə qablaşdırılır. Adının portlandsement olmasına baxmayaraq Çeliyev və Aspidinin kəşf etdikləri yapışdırıcı əsil mənada portlandsement olmayıb, ancaq yanma temperaturu kifayət qədər olmadığından indiki romansementin bir növü idi. Əsil portlandsement 1844-cü ildə İsaak Conson tərəfindən alınmışdır. XIX əsrin ikinci yarısından etibarən portlandsement inşaat praktikasına möhkəm daxil oldu. Rusiyada portlandsementin yaranması və təkmilləşməsi üzərində Şulyaçenko A.R. çox işlər gördü, ona görə də onu rus sement istehsalının atası adlandırırdılar. Rus alimlərindən Şulyaçenko A.R., Belolyubski N.A və Malyuqa A.Q. 1881-ci ildə sementə ilk texniki şərtlər hazırladılar və yapışdırıcıların təsnifatını verdilər. Onlar yapışdırıcı maddələrin tərkibi haqqında müasir elmin əsaslarını qoydular. 1885-ci ildə Rusiyada sement sənayesinin birinci qurultayı çağırıldı. 1901-ci ildə “Sement” jurnalının əsası qoyuldu
Azərbaycanda ilk fırlanan soba 1906-cı ildə Bakı sement zavodunda quraşdırılmışdır. 1928-ci ildə Bakı sement zavodunda açıq hava şəraitində ilk fırlanan soba quraşdırılmışdır. 1938-ci ildə bu zavodda yanacaq kimi qazdan istifadə olunmuşdur. 1948-ci ildə Tovuz 6 sement zavodunda əlvan sement istehsal olunmuşdur. Lakin son zamanlar zavod texniki-iqtisadi cəhətdən özünü doğrultmadığına görə bağlanmışdır. 1951-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığında Qaradağ sement zavodu inşa edilmişdir. Tamponaj sementləri üçün ilk texniki şərtlər də Bakıda hazırlanmış və 1952-ci ildə Qaradağ sement zavodunda ilk dəfə olaraq tamponaj sementinin kütləvi istehsalına başlanıldı. Son illərdə Respublikamızda tikintinin geniş vüsət alması və sementə olan tələbatın artması nəticəsində yeni sement istehsalı zavodları – Norm və Qazax sement zavodları tikilib istifadəyə verilmişdir.
Avtomobil yolları və aerodromlarda uçuş zolağının beton örtükləri istismar zamanı əyici yükün təsirinə məruz qalır. Ona görə belə sementlər əyilməyə və zərbə təsirinə qarşı yüksək möhkəmliyə malik olmalıdır. Bu sementlər əsasında olan beton örtüklər yüksək sıxlığa, şaxtayadavamlılığa malik olmalı, həmçinin çökməsi və sürtünmədən yeyilməsi az olmalıdır. 21-20-51-83 №-li TŞ uyğun olaraq yol tikintisi üçün mineral-aktiv əlavəsiz plastikləşdirilmiş və ya hidrofob portlandsement tətbiq olunur. Onların tərkibində C3A-nın miqdarı 8%-dən çox olmamalıdır. Tutma müddətinin başlanğıcı 2 saatdan tez olmamalıdır. Birqat və ikiqat beton örtüklərində belə 112 sementin markası 400 və 500 olmalıdır. Üyüdülmə vaxtı 15%-ə qədər dənəvərləşdirilmiş posanın qatılmasına icazə verilir. Bu vaxt üyüdülmə narınlığı elə olmalıdır ki, 008 №-li ələkdə qalıq 12%-dən az, xüsusi çəkisi isə 280 m2 /kq-dan çox olmasın. Beton qarışığının su tələbini aşağı salmaq, möhkəmliyini və digər xassələrini yaxşılaşdırmaq üçün səthi-aktiv əlavə kimi plastikləşdirici və hidrofob əlavələrdən istifadə olunur. Bərkimə sürətini artırmaq üçün kalsium-xloriddən və digər elektrolit məhlullarından istifadə olunur. Yol portlandsementi əsasən birqat və ikiqat yol beton örtüklərinin hazırlanmasında, həmçinin təkmilləşdirilmiş yol örtüklərinin beton əsaslarının düzəldiməsində tətbiq olunur.
Yüklə 18,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin