Interestig explorations



Yüklə 183,06 Kb.
tarix05.01.2022
ölçüsü183,06 Kb.
#111967






Azərbaycan Arxeologiyası 2006

108 Azerbaijan Archeolc

Vol.: 8 Num.:



MARAQLI ТАРINTILAR INTERESTIG EXPLORATIONS ИНТЕРЕСНЫЕ НАХОДКИ

GÖYÇAY l^YOMJNUN ILK ORTA ƏSR ABİDƏLƏRİ Qafar Cəbiyev



(Azəpbaycan MEA Arxeologiya və Etnoqrafıya Institutu)
Göyçay rayonu ərazisində tikinti və abadlıq işləri zamanı üzrə çıxan neçə ilk orta əsr abidəsi Girdman tarixinin öyrənilməsi baxımmdan mühi elmi əhəmiyyət kəsb edir. Həmin abidələrə misal olaraq Aşağı Qaraməryə Ərəbcəbirli və Yekəxana kəndləri ərazisində məlum olan yaşayış yeri nekropollan göstərmək olar.

Aşağı Qaraməryəm. 60-cı illərin əvvəllərində Qaraməryəm-Müsüslü у lu çəkilərkən Aşağı Qaraməryəm kəndi yaxınlığında, Yuxarı Şirvan kana nm sol sahilində qədim əmək və məişət əşyaları üzə çıxıb. Həmin tapıntıl nn bir qismi Inçə kənd məktəbinin müəllimləri tərəfındən toplanıb və bu t rədə Akademiyanın Tarix Institutuna məlumat verilib. Həmin məlumat əs sında 1962-ci ildə arxeoloq S.M.Qazıyev və R.B.Göyüşov oraya gəlmiş, al də ilə tanış olaraq müəyyən qədər material toplamışlar (4, 85-92). Bir sonra Göyçay rayonunda elmi ezamiyyətdə olan F.L.Osmanov da Qaranic yəm və Inçə kəndlərinə gələrək həmin abidə barəsində yerli sakinlərdi məlumat toplamışdır (1, 3-13). O, Inçə kənd məktəbinin müəllimləri Mikaj Hacıyevin və Əhməd Vahidovun bələdçiliyi ilə abidə olan əraziyə baxış к çirmiş, onun xarakterini müəyyən etməyə cəhd göstərmişdir. Bu zaman yı lun kənarları boyunca və Qaraməryəm çayının yuyub əmələ gətirdiyi ya ğanlarda küp və torpaq qəbirləri, habelə, 07-1 m qalınlığında olan mədə təbəqə qalıqları qeydə almışdır. F.L.Osmanovun yazdığına görə orada həy kəsildikdən sonra təqribən 50-55 sm qalınlığında lal təbəqə formalaşıb. Bə sahələrdə mədəni təbəqənin təqribən 50-70 sm qahnlığında bir hissəsi uzı müddət istehsal ocağı altında olması səbəbindən tam yanaraq qızarmışdı Yamq torpaq qatında gildən hazırlanmış xırda məişət qablarının olduğu di< qəti cəlb edib. Yanıq torpaq qatı altında isə iri təsərrüfat küpləri və onları parçaları olduğu qeydə alınmışdır. Digər abidələrdən bəlli olduğu kimi, ts sərrüfat küpləri, adətən, otaq, anbar və ya emalatxana tipli tikililərdə döş? mənin səthindən dərinə basdırılırdı. Orada, həmçinin, çoxlu miqdar insan v



Azərbaycan Arxeologiyası 2006

Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4


heyvan sümükləri, yanmış qoz qabığı, divarlarınm qalınlığı 2,5 sm olan saxsi küpə və bardaq tipli qabların fraqmentləri tapılıb. Müşahidələr zamanı abidə-nin təqribən 1 hektara yaxm ərazini əhatə etdiyi aydınlaşdırılıb. Orada ayrı-ayrı yerlərdə çoxsaylı siçan yuvaları olduğu da diqqətdən yaymmamışdır. Maraqlıdır ki, siçanlann yuvadan qazıb çıxardığı torpaq içərisində gil qab-ların qırıqlanmn da olduğu müəyyənləşdirilib. F.L.Osmanov bütün bu tapın-lıların xronoloji cəhətdən eramızın I minilliyinin birinci yarısına aid oldu-ğımu güman edir.

1976-cı ildə Aşağı Qaraməryəm kəndi yaxınlığında su anban üçün yer qazılarkən də oradan analoji tapıntılar üzə çıxıb. Anbar tikintisi ilə məşğul olan inşaatçılar tərəfmdən bu barədə Tarix Institunun rəhbərliyinə məlumat verilib. Institutun əməkdaşlarıı Ə.Əliyev və A. Ələkbərov həmin məlumatın izi ilə Göyçay rayonuna ezam edilib. Su anbarı tikilən ərazidə mədəni təbəqə həddən artıq qarışdırıldığından küp qəbirlərinin qalıqlarını tam aydmlığı ilə izləyə bilməsə də, oradan xeyli maddi mədəniyyət nümunələri toplayıb (1, 85-93). Həmin tapmtılar başlıca olaraq orta əsrlərə aid olan şirsiz və şirli saxsı məmulatı nümunələridir. Tapıntılar içərisində bir neçə ədəd salamat vəziyyətdə olan küpə tipli qab xüsusilə diqqəti cəlb edir. Onların ağzı novçalı olmaqla bir qədər kənarlara meyillidir. Küpələrdən birinin üzərində cızmaüsulu ilə son dərəcə orijinal olan sxematik bir təsvir işlənib. Tədqiqat-çıların fıkrincə, bu insan təsviridir (1, 85). Doğrusu, bu fikirlə razılaşmaq çətındir. Əslində, bu təsvirin dulus dəzgahına daha çox oxşarlığı var. Lakin, bu fikirin də ciddi surətdə əsaslandırılmasına ehtiyac var. Bəhs edilən küpə-nin boğaz hissosində dairəvi formada olan batıq-oyma naxışlar işlənib. Həci-mcə bir qədər kiçik olan digər küpənin qulpunun üstündən eninə xətt keçir. Küpələrin hündürlüyü 7-22, ağızlarının diametri isə 5-8 sm-dir. Buna bənzər niimunələr Mingəçevir, (7, 40), Şamaxı (2, 35), Gəncəçay və Xanlar ətrafın-dakı nekropollardan (9, tablo 3), Göylər kəndi ərazisindəki şəhərgahdan (3, (şəkil 3) və s. yerlərdən məlumdur.

Su anbarı tikilən ərazidən tapılan iri təsərrüfat küplərinin fraqmentləri qalın divarlı olmaqla ağımtıl rəngdədir. Onların ağzının kənara qatlanan his-səsi zəncirvari çərtmələr formasında naxışlanıb. Gilinin tərkibində qum qatı-şığı var. Deyilənlərə görə, müxtəlif vaxtlarda Qaraməryəm çayınm sol sahi-lindəki yarğanlardan da bunlara bənzər tapıntılar əldə edilib.

Ə.Əliyev və A. Ələkbərov tərəfındən Aşağı Qaraməryəm ərazisindən toplanan gil qab nümunələrini xronoloji cəhətdən ilk orta əsrlərə aid edilib. Mütəxəsislər Aşağı Qaraməryəmdən tapılan məişət əşyaları içərisində Orənqala qazıntılarından bəlli olan nümunələrə bənzəyən şirli qablar da olduğunu əsas götürərək XI əsrədək orada həyat olduğunu bildirib (1, 86).

Rəvayətə görə, Qaraməryəm kəndinin əsası uzaq keçmişdə Məryəm adlı bir qadın tərəfındən qoyulub. Həmin qadın həddən artıq qara olduğun-




Azərbaycan Arxeologiyası 2006

Azerbaijan Archeolo Vol.: 8 Num.: И


dan ona Qara Məryəm deyərlərmiş. Görünür, о milliyyətcə ərəb olub. QanH məryəm tapıntılarının xronoloji cəhətdən Azərbaycanın xilafət orduları təıfl fındən zəbt olunduğu dövrə aid olması da məhz bu cür düşünməyə əsfl verir.

Ərəbcəbirli. 10 aprel 1973-cü ildə Faiz Yusifovun imzası ilə Göyçaj rayon qəzetində «Nadir tapıntı» adlı bir məqalə dərc olunub (8). MəqaləM rayonun Ərəbcəbirli kəndində quşçuluq ferması üçün bünövrə yeri qafl larkən üzə çıxan maddi mədəniyyət nümunələrindən bəhs olunurdu. Iləmfl tapıntüarla əlaqədar arxeoloq A.B.Nuriyev 1973-cü ildə Göyçay гауошгаЯ ezamiyyətdə olub. O, abidə ilə və oradan toplanaraq Göyçay şəhərindəı l№-li məktəbə təhvil verilmiş tapmtılarla tanış olub. Müəyyən edilib ki həmin tapıntıların aşkar edildiyi ərazidə vaxtilə nekropol olub. Və əga nekropol varsa, deməli, orada həmin dövrə aid yaşayış yeri də mövcud olub]

Ərəbcəbirli nekropolundan əldə edilən tapmtılar əsasən aşağıdakılardas ibarətdir: 1. Metal əşyalar. Bunlara misdən, tuncdan, gümüşdən və qızıldan hazırlanmış sinə bəzəkləri, bilərziklər, üzüklər, sırğalar aiddir. 2. Şüşo mə-mulatı. Bunlara əsasən muncuqlar və müxtəlif formalı şüşə qablar aiddir. Maraqlıdır ki, Ərəbcəbirlidən tapılan bilərzik, üzük və sırğaların əksəriyy bolluq rəmzi olan ilan simvollu forma və naxışlara malik olması ilə diqq cəlb edir (13, 43-44).

A.B.Nuriyevin yazdığına görə, tapıntılar içərisində müxtəlif xarakte yarımfabrikatlara və istehsal tullantılarına da təsadüf olunub. Istehsal və bişirmə prosesində çıxdaş vəziyyətə düşmüş saxsı qab nümunələri buna sal ola bilər.

Mütəxəsislərin fıkrincə, Ərəbcəbirli nekropolunda aşkar edilmiş küp q birləri xronoloji cəhətdən IV-VIII əsrlərə aiddir (13, 44). Görünür, Albaniy ərazilərinin ərəblər tərəfindən istilası ilə nekropolun mənsub olduğu yaşay məntəqəsində həyat dayanıb.

Yekəxana. 1965-70-ci illərdə Ismayıllı rayonu ərazisində arxeoloji ax' rışlar aparan F.L.Osmanov Bakı-Qaraməryəm şosse yolunun şimal tərəfm yerləşən Yekəxana kəndi ərazisində də antik və ilk orta əsrlərə aid müxtəl növ maddi mədəniyyət qalıqları aşkar edib. Həmin tapıntılar içərisində k: mürləşmiş vəziyyətdə olan taxıl qalıqları xüsusilə marağa səbəb olub ( 105-106). F.L.Osmanov tərəfmdən tapılan bu nümunələr görkəmli seleksi yaçı alim, akademik I.D.Mustafayev tərəfındən təyin olunub. Onun rəyin əsasən həmin taxıl qalıqları əsasən mədəni arpa və az miqdarda yumuşa buğda növündən ibarət olub (12, 19-20).

80-ci illərin əvvəllərində Yekəxana və ona qonşu olan Şahsoltanlı kənd ləri ərazilərində təsərrüfat işləri görülərkən xeyli maddi mədəniyyət nümu nələri üzə çıxıb. Məlumat üçün bildirək ki, Yekəxana və Şahsoltanlı kənd-ləri Acınohur-Ceyrançöl öndağlığmın şərqə doğru davamı olan Bozdağ sill




Azərbaycan Arxeologiyası 2006

Azerbaijan Archeology Vol.: 8 Num.: 1-4


ləsi ilə Qaraməryəm tirəsi arasındakı çökəklikdə yerləşir. Münbit torpaqları, bol su ehtiyatları olan bu ərazi həm də qədim karvan yollannın üstündə yer-ləşir. Görünür, elə bu səbəbdən də həmin ərazilərdə antik dövrdən baş-layaraq intensiv həyat olub.

Müxtəlif vaxtlarda həm Yekəxana, həm də Şahsoltanlı ərazisində torpaq işləri görülərkən, arx və ya bünövrə yeri qazılarkən üzə çıxan qədim əmək vəsaitləri, məişət əşyaları və bəzək nümunələri buna sübutdur. Belə abidə-lərdən birisi də 80-ci illərin əvvəllərində Şahsoltanlı kənd 8 illik məktəbinin qərb tərəfındə qarğıdalı əkmək üçün sahə şumlanarkən aşkara çıxıb. Abidə-nin yerləşdiyi ərazi təqribən 4 m hündürlüyü olan təpədən ibarətdir. Həmin təpənin üstündən və onun ətrafmdan çoxlu gil qab nümunələri tapılıb. Yerli sakinlərin verdiyi məlumata görə bu cür tapıntılar ayrı-ayrı həyətlərdən də məlumdur. Xatırladaq ki, Şahsoltanlıda aşkar edilən bu yaşayış yeri qonşuluqdakı Yekəxana kəndi ərazisində hələ 60-cı illərdən məlum olan ilk orta osr abidəsinin lap yaxmlığındadır.

80-ci illərdə arxeoloqlar Ə.Əliyev və A. Ələkbərov tərəfmdən Yekə-xana abidəsinə baxış keçirilmiş və о zaman oradan xeyli maddi mədəniyyət nümunələri toplanmışdır (1, 88). Bunlar əsasən iri təsərrüfat küpləri, çölmək və cam tipli dayaz qablarm, təkayaq vazların fraqmentlərindən ibarətdir. Tapmtdar içərisində diametri 8 sm olan bir ədəd gildən hazırlanmış araba təkorinə bənzər əşya, qulplann üzərində çərtmə naxışı olan kiçik həcmli su qablarınm parçaları və nəhayət, iki ədəd qadın fıquru da diqqəti cəlb edir. Fiqurların hər ikisinin başı, qolları və qurşaqdan aşağı hissəsi sınmışdır. Onlardan birinin döş və bel hissəsində yapma bəzəyi var (1, 88-91). Bu cür heykəlciklər Mingəçevir (11, 13), Ismayıllı (5, 65) və Qəbələ (10, 217) rayonlarının ərazilərindən də məlumdur.

Tapıntüarın təsvirlərindən göründüyü kimi, Şahsoltanlı materialları içə-risində həm antik dövr, həm də ilk orta əsrlərə aid əşyalar var. Bu, о demək-dir ki, həmin ərazilərdə eramızın əvvəllərindən başlayaraq IV-V əsrlərədək yaşayış olub. Daha sonra isə orada həyat kəsildiyindən sakinlər qonşuluqdakı Yekəxana ərazisinə köçüblər (1,91).

Yuxarıda barəsində bəhs edilən abidələrdən heç birisində indiyədək əsaslı arxeoloji tədqiqat işi aparılmayıb. Odur ki, Göyçay rayonu ərazisinin arxeoloji cəhətdən öyrənilməsi zərurəti hələ də gündəmdə qalmaqdadır. Bu, Girdman tarixinin, bütövlükdə isə Albaniya tarixinin dərindən və hərtərəfli öyrənilməsi baxımmdan çox vacibdir.


ƏDƏBIYYAT



1. Əliyev Ə., Ələkbərov A. Göyçay rayonu ərazisində arxeoloji tapıntüar. Azərb. SSR EA «Xəbərləri» (tarix, fəlsəfə və hüquq seriyası), 1986, №1



  1. Xəlilov C.Ə. Xınıslı qədim yaşayış yeri. Azərb. SSR EA «Xəbərləıe (İct.el.ser.), 1961, №3.

  2. Нуриев А.Б., Юсифов Ф.А. Археологические находки в Геокчайско» районе. Арх. и этн. изыскания в Азербайджане (1973 г.). Баку, 1974

  3. Osmanov F.L. 1963-cü ildə Göyçay və Ismayılh rayonlarına arxeolol ekspedisiyasının gündəliyi

  4. Osmanov F.L. Ismayılh rayonu ərazisindən tapılmış antik dövr antropomoıf fıqurlar haqqında // Azərb. SSR EA Xəbərləri, TFH ser. 1971, №1

  5. Osmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı, 1982

  6. Vahidov R.M.. Mingəçevir III-VIII əsrlərdə. Bakı, 1961

  7. Yusifov Fariz. Nadir tapıntı. «Yeni həyat» qəzeti, 10 aprel, 1973-cü il.

  8. Алиев К.Г. О неопубликованных сырцовых гробницах, раскопанных Я.Н.Гуммелем. МКА, t.VII, Баку, 1973

  9. Исмизаде О.Ш. Глиняная статуэтка из Шамлы Куткашенского района. МКА, t.VII, Баку, 1973

  10. Казиев СМ. Альбом кувшинных погребений Мингечаура. Баку, 1960

  11. Мустафаев И.Д. Материалы по изучению пшеницы, ржи, ячменя I эгилопсов Азербайджана. Баку, 1961

  12. Nuriyev А.В. Şərgah küp qəbirləri haqqında. AMM, VII cild, Bakı, 1973

Yüklə 183,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin