«İQTİsadi HÜquq» kafedrası Bakalavr təhsil pilləsi üzrə «ƏMƏk hüququ» kursunun təDRİs proqram I baki 2012



Yüklə 104,62 Kb.
tarix21.10.2017
ölçüsü104,62 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


«İQTİSADİ HÜQUQ» kafedrası


Bakalavr təhsil pilləsi üzrə


«ƏMƏK HÜQUQU»
KURSUNUN TƏDRİS


P R O Q R A M I

B A K I - 2012

Proqram Azərbaycan Dövlət İqtisad Universitetinin

«İqtisadi hüquq» kafedrasında hazırlanmışdır

Elmi redaktor: dos. O.F. Əfəndiyev

hüquq elmlər doktoru




Tərtib etdi: Azərbaycan Dövlət İqtisad Universitetinin

«İqtisadi hüquq» kafedrasının dosenti L.H. Mirzəzadə


Ə. Ə. Mustafayeva


Rəyçilər: h. e. d., professor A.M. Qasımov

BDU-nun Əmək və ekologiya hüququ

kafedrasının müdiri
Azərbaycan Dövlət İqtisad Universitetinin

«İqtisadi hüquq» kafedrasının dosenti J.V. Bədəlbəyli



GİRİŞ

«Əmək hüququ» fənninin tədrisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bazar iqtisadiyyatı şəraitində ictimai münasibətlərin bütün sahələrinə nüfuz edən bir sıra problemlərin tədqiq edilməsini, vətəndaşların konstitusiya ilə müəyyən edilmiş əmək hüquqlarının müxtəlif formalarda həyata keçirilməsi üsullarını, əmək müqaviləsi əsasında işçilərlə işəgötürənlər, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərinin milli hüququn mühüm sahəsi olan əmək hüququ ilə tənzimlənməsini öyrənir.

«Əmək hüququ» kursunun məqsədi ümumilikdə bu fənnin predmeti, obyekti, metodikası ilə yanaşı, əmək hüquq subyektliliyinin, əmək müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinin, əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif tarazlaşdırılmasının, habelə dövlətin hüquqi, iqtisadi və sosial siyasətinin həyata keçirilməsində məşğulluq və işədüzəltmənin, yoxsulluğun və işsizliyin səviyyəsinin azaldılmasının hüquqi təminatının üsulu kimi öyrənilməsi, eyni zamanda vətəndaşların əmək hüquqlarının həyata keçirilməsini təmin edən əmək hüquq normalarının tədris edilməsidir.

Kursunun mənimsənilməsi əmək hüququ haqqında ümumi təsəvvürə malik olmaqla yanaşı, əmək münasibətləri sahəsində konstitutsion hüquqlar, əmək müqaviləsi, o cümlədən kollektiv müqavilə və kollektiv saziş üzrə tərəflərin hüquq və vəzifələri, məşğulluq və işədüzltmə üzrə əmək hüquq münasibətləri, habelə əmək və icra intizamını təmin edən hüquqi vasitələr barəsində əsaslı məlumatların əldə olunmasını, tərəflərin qarşılıqlı maddi məsuliyyəti üzrə öhdəliklərin yerinə yetirilməsinin hüquqi proseduru, əməyin mühafizəsi, həmçinin əmək bazarı və fəaliyətinin hüquqi əsasları haqqında mülahizə yürütmək imkanı yaradacaqdır.



Ümumilikdə, müasir dövrdə əmək hüququnun, o cümlədən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, müvafiq sahədə qəbul edilmiş qanunların, qanundan aşağı qüvvəli normativ hüquqi aktların, Azərbaycan Respublikasının Prezidentinin əmək hüquq münasibətlərinin tənzilənməsi ilə bağlı verdiyi fərmanların, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarının və s. öyrənilməsi dövlət və özəl təşkilatlar, bələdiyyə orqanları, həmkarlar ittifaqları işçiləri, hüquqşünaslar, sahibkarlar və əmək qanunvericiliyi ilə maraqlanan bütün şəxlər üçün zəruridir.

«ƏMƏK HÜQUQU» fənninin

mövzuları üzrə saatların
B Ö L G Ü S Ü




S/s


Mövzular



Cəmi


Mühazirə


Məşğələ

1.

Əmək hüququnun predmeti, metodu və sistemi

4

2

2

2.

Əmək hüququnun mənbələri, funksiyaları və prinsipləri

4

2

2

3.

Əmək sahəsində hüquq münasibətləri

4

2

2

4.

Əmək hüququnun subyektləri

4

2

2

5.

Kollektiv müqavilə və sazişlər

4

2

2

6.

Məşğulluğun və işədüzəltmənin hüquqi tənzimlənməsi

4

2

2

7.

Əmək müqaviləsi

4

2

2

8.

İş vaxtı və istirahət vaxtı

4

2

2

9.

Əmək haqqı

4

2

2

10.

Əmək və icra intizamı

4

2

2

11.

İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti

4

2

2

12.

Əməyin mühafizəsi

4

2

2

13.

Əmək mübahisələri

4

2

2

14.

Əmək bazarı və fəaliyyətinin hüquqi əsasları

4

2

2

15.

Əmək münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi

4

2

2




CƏMİ

60

30

30


I BÖLMƏ

ÜMUMİ HİSSƏ
Mövzu 1: ƏMƏK HÜQUQNUN PREDMETI, METODU VƏ SITEMI

Əmək hüququnun anlayışı. Əmək hüququnun predmeti. Əmək hüquq münasibətləri.

Əmək hüququnun metodu. Əmək münasibətlərinin mərkəzləşdirilmiş, lokal, dövlət və müqavilə ilə tənzimlənməsi.

Əmək hüququnu milli hüququn digər sahələrindən (mülki, inzibati, sosial təminat və s.) fərqləndirən əsas xüsusiyyətləri.

Əmək hüququnun sistemi: ümumi və xüsusi hissə. Əmək qanunvericiliyinin və əmək hüquq elminin sistemi.

Mövzu 2: ƏMƏK HÜQUQUNUN MƏNBƏLƏRI, FUNKSIYALARI VƏ PRINSIPLƏRI

Əmək hüququnun mənbələrinin anlayışı. Əmək hüququnun mənbələrinin növləri və onların ümumi xarakteristikası.

Azərbaycan Respublikasının Konstitusiyası, Beynəlxalq müqavilələr əmək hüququnun mənbəyi kimi. Əmək hüququ sahəsində qanundan aşağı qüvvəli normativ hüquqi aktlar əmək hüququnun mənbəyi kimi. Əmək hüququnda normativ hüquqi aktların zamana, məkana və subyektlərə görə qüvvəsi.

Əmək hüqunun funksiyalarının anlayışı. Əmək hüququnun funksiyalarının növləri. Tərbiyəvi (ideoloji), iqtisadi (istehsal) və sosial (müdafiə) funksiya.

Əmək hüququnun prinsiplərinin anlayışı. Əmək hüququnun əsas prinsipləri: sahələrarası, sahəvi və sahədaxili prinsiplər.


Mövzu 3: ƏMƏK SAHƏSINDƏ HÜQUQ MÜNASIBƏTLƏRI

Əmək sahəsində hüquq münasibətlərinin anlayışı və sistemi.

Əmək hüquq münasibətlərinin anlayışı və məzmunu və onun əsas xüsusiyyətləri.

Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və xitam edilməsinin əsasları.

Əmək hüquq münasibətlərinin əməklə sıx bağlı olan digər hüquq münasibətlərindən fərqi.
Mövzu 4: ƏMƏK HÜQUQUNUN SUBYEKTLƏRI

Əmək hü­qu­qu­nun sub­yekt­lə­ri­nin an­la­yışı. Əmək hüquq subyektliliyi. Əmək hüquq, fəaliyyət və delikt qabiliyyəti. Qa­nun­ve­ri­ci­lik­lə müəyyən edilmiş əmək hü­quq və və­zi­fə­lər. Əsas əmək hü­quq və və­zi­fə­lə­ri­nin hü­quqi tə­mi­nat­ları. Əmək və­zi­fə­lə­ri­nin po­zul­ma­sına görə qa­nun­ve­ri­ci­lik­də nə­zər­də tu­tul­muş mə­su­liy­yət.

Əmək hü­qu­qu­nun sub­yekt­lə­ri­nin növləri. Və­tən­daş­lar, işə­gö­tü­rən, həm­kar­lar it­ti­faqı or­qan­ları əmək hü­qu­qu­nun sub­yek­ti kimi.
Mövzu 5: KOLLEKTIV MÜQAVILƏ VƏ SAZIŞLƏR

Kollektiv müqavilənin anlayışı, tərəfləri.

Kollektiv müqavilənin məzmunu. Kollektiv müqavilənin qüvvəsi.

Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət və onun pozulmasına görə məsuliyyət.

Kollektiv sazişin anlayışı, tərəfləri və növləri. Baş, sahə (tarif), ərazi (rayon) kollektiv sazişi.

Kollektiv sazişin yerinə yetirilməsinə nəzarət.

Kollektiv müqavilə və sazişin əmək hüquq münasibətlərində əhəmiyyəti və rolu.
II BÖLMƏ

XÜSUSİ HİSSƏ

Mövzu 6: MƏŞĞULLUQ VƏ IŞƏDÜZƏLTMƏNIN HÜQUQI TƏNZIMLƏNMƏSI


Məşğulluğun anlayışı, formaları. Məşğulluğun hüquqi tənzimlənməsi və təşkili.

İşsiz vətəndaşın hüquqi statusu. İşsiz statusunun verilməsi və işsiz sayılmayan vətəndaşlar. İş­siz və­tən­daş­lara peşə yö­nümü xid­mət­lə­ri­nin təq­dim.

İşədüzəltmənin hüquqi statusu. İşədüzəltmənin hüquqi təşkilində əha­li­nin əmək məş­ğul­lu­ğu­nun tə­min edil­mə­sinə yö­nəl­miş dövlət tədbirləri.

Vətəndaşların məşğulluq sahəsində sosial təminatları. Haqqı ödənilən ictimai işlərin təşkili. İşsizlik müavinətinin ödənilməsi qaydaları. İşsizlik müavinətinin ödənilməsinin dayandırılması.


Mövzu 7: ƏMƏK MÜQAVILƏSI

Əmək müqaviləsinin anlayışı və tərəfləri. Əmək müqaviləsinin mülki hüquqi müqavilədən fərqləndirən əsas xüsusiyyətləri.

Əmək müqaviləsinin məzmunu, forması və bağlanması qaydası.

Əmək müqaviləisnin müddəti. Müddətli və müddətsiz əmək müqavilələri.

Sınaq müddəti. Sınaq müddəti müəyyən edilməyən hallar.

Əmək müqaviləsinin növləri. Əvəzçilik üzrə bağlanmış əmək müqaviləsinin hüquqi tənzimlənməsi.

Əmək müqaviləsinin xitam edilməsinin ümumi əsasları. İşçi və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi.

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam edilməsi. Müəssisə ləğv edildikdə, iş­çi­lə­rin sayı və ya ştat­ları ix­ti­sar edil­dik­də, əmək şərai­ti­nin şərt­lə­ri­nin də­yiş­di­ril­məsi ilə əla­qə­dar əmək mü­qa­vi­lə­si­nin xi­tam edil­məsi.

Əmək müqaviləsinin xitamının rəsmiləşdirilməsi və haqq-hesabın aparılması.
Mövzu 8: İŞ VAXTI VƏ ISTIRAHƏT VAXTININ HÜQUQI TƏNZIMLƏNMƏSI
İş vax­tı­nın an­la­yışı və növ­ləri. Tam, qısaldılmış və natamam iş vaxtı.

İş vax­tı­nın re­jimi. İş vaxtının uçotu.

İş vax­tın­dan ar­tıq işlər və buna yol verilən müstəsna hallar.

İs­ti­ra­hət vax­tı­nın an­la­yışı və növ­ləri.

Mə­zu­niy­yət­lə­rin an­la­yışı, növ­ləri və müd­dəti. Ödənişsiz məzuniyyətlərin növləri və verilmə qaydası.

Məzuniyyətlərin verilməsi və istifadəsi qaydası.


Mövzu 9: ƏMƏK HAQQI
Əmək haq­qı iq­ti­sadi və hü­quqi ka­te­qo­riya kimi

Əmək haq­qı­nın hü­quqi tən­zim­lən­mə­si­nin me­tod­ları

Əmək haq­qı sis­tem­ləri. Vaxtamuzd əmək haqqı sisitemi. İşəmuzd əmək haqqı sistemi. İşçilərin mükafatlandırılması.

Əmək nor­ma­ları. Ha­si­lat nor­ma­ları. Vaxt nor­ma­ları. Xid­mət nor­ma­ları. İş­çi­lə­rin say nor­ma­ları.

Ta­rif­lə nə­zər­də tu­tul­muş iş şər­tin­dən kə­nara çıx­dıq­da əmə­yin ödə­nil­məsi

Əmək haq­qı­nın hü­quqi mü­ha­fi­zəsi.


Mövzu 10: ƏMƏK VƏ ICRA INTIZAMI

Əmək və icra in­ti­za­mı­nın an­la­yışı

Müəs­si­sə­da­xili in­ti­zam qay­da­ları. Əmək və icra intizamının intizam nizamnamələri ilə tənzimlənməsi.

Əmək hü­qu­qun­da hə­vəs­lən­dir­mə.

Əmək və icra in­ti­za­mı­nın po­zul­ma­sına görə in­ti­zam mə­su­liy­yəti. İntizam xətası. İntizam məsuliyyəti. İntizam tənbehi: verilməsi qaydası və şərtləri.

Mövzu 11: İŞƏGÖTÜRƏNIN VƏ IŞÇININ QARŞILIQLI MADDI MƏSULIYYƏTI


İşə­gö­tü­rə­nin və iş­çi­nin qar­şı­lıq­lı mad­di mə­su­liy­yə­ti­nin an­la­yışı və şərt­ləri.

İşə­gö­tü­rə­nin iş­çiyə vur­duğu zi­yana görə mad­di mə­su­liy­yəti.

İş­çiyə dəy­miş mad­di zi­ya­nın məb­lə­ği­nin müəy­yən edil­məsi və ödə­nil­məsi

qay­dası.

İş­çi­nin işə­gö­tü­rənə vur­duğu zi­yana görə mad­di mə­su­liy­yəti.

İşə­gö­tü­rənə dəy­miş mad­di zi­ya­nın məb­lə­ği­nin müəy­yən edil­məsi və ödənilməsi qaydası.

Tam maddi məsuliyyət. Kollektiv maddi məsuliyyət.
Mövzu 12: ƏMƏYIN MÜHAFIZƏSI
Əmək hü­ququ üzrə əmə­yin mü­ha­fi­zə­si­nin an­la­yışı.

Əmə­yin mü­ha­fi­zəsi sa­hə­sin­də iş­çi­lə­rin və işə­gö­tü­rən­lə­rin hü­quq və vəzifələri.

İs­teh­sa­lat­da baş ve­rən bəd­bəxt ha­di­sə­lə­rin təh­qiqi və uçotu.

Əməyin mühafizəsi üzrə norma və qaydaların pozulmasına görə məsuliyyət.


Mövzu 13: ƏMƏК MÜBAHISƏLƏRI
Əmək mü­ba­hi­sə­lə­ri­nin an­la­yışı, növ­ləri və sə­bəb­ləri

Fər­di əmək mü­ba­hi­sə­lə­rinin anlayışı, tərəfləri və onların həlli qay­dası. İd­dia və qeyri-id­dia xa­rak­ter­li fərdi əmək mü­ba­hi­sə­ləri.

Kol­lek­tiv əmək mü­ba­hi­sə­lə­ri­nin anlayışı, tərəfləri və onların həl­li qaydası. Kollektiv əmək mübahisələrinə vasitəçilərin iştirakı, razılaşdırıcı komissiyalarda və əmək arbitrajında baxılması.

Kollektiv əmək mübahisələrinin həlli üsullarından biri kimi tətilin elan edilməsi, təş­kili və onun ke­çi­ril­məsi qaydası.

İşəgötürən tərəfindən lokautun elan edilməsi və bu hüququ məhdudlaşdıran hallar.
Mövzu 14: ƏMƏK BAZARI VƏ ONUN FƏALIYYƏTININ HÜQUQI ƏSASLARI
Əmək bazarının mahiyyəti. Əmək bazarının strukturu. Əmək bazarının bazar infrastrukturunun elementi kimi statusu.

Əmək bazarının subyektləri və onların hüquqi vəziyyəti. Əmək bazarındakı münasibətlərin hüquqi forması.

Əmək yarmarkaları.

İqtisadiyyatın müxtəlif sahələri üzrə xarakterik əmək münasibətləri.

Kənddə məşğulluq səviyyəsi. Kənd təsərrüfatında işsizlik və onun tənzimlənməsi istiqamətləri.

Mövzu 15: ƏMƏK MÜNASIBƏTLƏRININ BEYNƏLXALQ HÜQUQI TƏNZIMLƏNMƏSI


Əmək miqrasiyası və onun hüquqi aspektləri.

Əmək münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin zəruriliyi.

Əmək münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsipləri.

Əmək münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin mənbələri.

Əmək münasibətlərinin mühfizəsinin beynəlxalq hüquqi tənzimlənməsi.

Əmək sahəsində insanların əsas hüquqlarının beynəlxalq hüquqi tənzimi.



Beynəlxalq Əmək Təşkilatı və onun fəaliyyətinin ümumi xarakteristikası. BƏT ilə dövlətlər arasında münasibətlərin hüquqi təminatı.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasnın Konstitusiyası. Bakı: Qanun, 2011

  2. Azərbaycan Respublikasnın Əmək Məcəlləsi. 2012

  3. Beynəlxalq Əmək Təşkilatı. Konvensiyalar və Tövsiyələr. Bakı, 1996

  4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Kommentariyası / Prof.A.M.Qasımovun məsul redaktorluğu ilə. Bakı: Adiloglu, 2007

  5. Azərbaycan Respublikasnıın Əmək Qanunvericiliyi. Normativ-hüquqi aktlar toplusu / Tərtib edən prof. A.M.Qasımov. Bakı: Qanun, 2006

  6. Qasımov A.M. Əmək hüququ: Dərslik. Bakı: Adiloglu, 2007.

  7. Ağayev E.C. Əmək münasibətlərinin əməyin tətbiqi ilə bağlı olan mülki və inzibati hüquq münasibətlərindən fərqi. /Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi-məqalələr məcmuəsi. 17-ci buraxılış, Bakı, 2007, s.318-325

  8. Məmmədov R.Y. Əmək hüququnun beynəlxalq hüquqi mənbələri. Azərbaycan hüquq jurnalı, 2006, № 1, s. 38-44

  9. Ə.Ə. Mustafayeva. «Vətəndaşların əmək hüquqlarının hüquqi təminatlarının anlayışı və növləri». Azərbaycan Respublikasında dövlət və hüquq qurculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi, 01/2009

  10. Tofiq Quliyev “Menecmentin (idarəetmənin) əsasları”. BAKI-2006

  11. K. A. Şahbazov, M. H. Məmmədov, H. S. Həsənov “ Menecment”. Bakı- 2005

  12. Ağasəf İmran “Menecment”. Bakı - 2007

  13. Болдырев B.A., Сысоев B.A. Tpyдовoe npaвo Poссии: yчебник. M.: Hopмa, 2006

  14. Гycoв K.H., Toлкуновa B.H. Tpyдoвoe npaвo Poссии: Учебник. M.: Пpocneкт, 2006

  15. Лyшников A.M., Лушникова M.B. Kypc трудового npaвa.. B 2-x томax. T.l. M.: Проспект, 2003; T.2. M.: Проспект, 2004

  16. Мироноов B.H., Tpудовoe npaвo Poссии: Учебник. M., 2005

  17. Молодцов M.B., Головина С.Ю. Tpyдовое право России: Учебник. M.: Hopмa, 2003

  18. Пресняков M.B., Чанов C.E. Tpyовoe npaвo Poссии: Учебник. M.: Юрист, 2003

  19. Tpyдовoe npaвo России: Учебник / Под общей редакцией Ю.П. Opловскoro и A.Ф. Нуртдиновой. M., МЦФЭР, 2004

  20. Tpyдовoe npaвo Poссии: Учебник / noд. ред. M. Kypeннoro. M.: Юрист, 2006

  21. Маврин С.П., Филиппинова M.B., Хохлов E.Б. Tpyовoe npaвo Poссии: Учебник. СПб, 2005

  22. Tpyдовoe npaвo: Учебник / Под. ред. O.B.Смирнова и И.О. Снигиревой. M.: Пpocneкт, 2007

  23. А.Э. Мустафаева. «Категории правового статуса (правового положения) и трудовой правосубъективности в науке трудового права». Пробелы в Российском законодательстве. Москва - №4, 2009

Kataloq: images -> tedrisprogramlari -> iqhuq
iqhuq -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İqtisad universiteti «İQTİsadi HÜquq»
iqhuq -> İNZİbati HÜquq” kursunun TƏDRİs proqrami
tedrisprogramlari -> Kafedrasi
tedrisprogramlari -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləR ÜZRƏ elmi-metodiKİ MƏRKƏz azərbaycan döVLƏT İQTİsad universiteti
tedrisprogramlari -> Tədris proqramı Fənnin kodu: 050407 Tərtib etdi
tedrisprogramlari -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ TƏHSİl problemləR ÜZRƏ elmi-metodiKİ MƏRKƏz azərbaycan döVLƏT İQTİsad universiteti
tedrisprogramlari -> «bakalavr» PİLLƏSİNDƏ TƏHSİl alan təLƏBƏLƏR ÜÇÜN «İdarəetmənin sosiologiyası və psixologiyası»
iqhuq -> Baki 2010 Tяrtib edяn: и е. н., б/м С. З. Исайев Елми редактор

Yüklə 104,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə