"İQTİsadi NƏZƏRİYYƏ VƏ marketiNQ" kafedrası "Mikroiqtisadiyyat" fənnindən yoxlama testləri



Yüklə 0,79 Mb.
səhifə7/7
tarix09.07.2018
ölçüsü0,79 Mb.
#56150
1   2   3   4   5   6   7

340. Cəmiyyətin iqtisadi seçim etməsi nə deməkdir?

A) Alternativi olan qərarlar qəbul edir.

B) Ümumiyyətlə qərar qəbul edir.

C) Sonsuz təlabatların ödəniləməinə üstünlük verir.

D) Məhdud ehtiyyatlardan istifadə edir.

E) Bazar prinsiplərinə üstünlük verir.

.


341. Əgər cəmiyyət A məhsulundan 15 vahid istehsal edərsə.onda B məhsulundan istehsal edə bilməz.Əgər B məhsulundan 30 vahid istehsal edərsə ,onda A məhsulundan istehsal edə bilməz.Aşağıdakılardan hansı cəmiyyətin istehsal imkanları əyrisini əks etidir.

A) (2;26),(4;22) (11;7).

B) (3;24) (10;10), (15;1).

C) (1;28), (11;8) (11,9).

D) (5; 20),(20, 10),( 12;6).

E) (2;26), (4;22), (10,10).

342. Əgər cəmiyyət A məhsulundan 15 vahid istehsal edərsə.onda B məhsulundan istehsal edə bilməz.Əgər B məhsulundan 30 vahid istehsal edərsə ,onda A məhsulundan istehsal edə bilməz.Aşağıdakılardan hansı cəmiyyətin istehsal imkanlarından xaricdədir.

A) (5; 20),(20, 10),( 12;6).

B) (3;24) (10;9), (15;0).

C) (1;28), (11;8) (11,6).

D) (2;26), (9;12), (10,10).

E) (2;26),(4;22) (11;7).

343. Əgər cəmiyyət A məhsulundan 15 vahid istehsal edərsə.onda B məhsulundan istehsal edə bilməz.Əgər B məhsulundan 30 vahid istehsal edərsə ,onda A məhsulundan istehsal edə bilməz.Aşağıdakılardan hansı cəmiyyətin istehsal imkanlarından səmərəli istifadə olunmadığını göstərir.

A) (1;28), (11;8) (11,6).

B) (3;24) (10;10), (15;1).

C) (2;26), (9;12), (10,10).

D) (5; 20),(20, 10),( 12;6).

E) (2;26),(4;22) (11;8).

344. Bu cəmiyyətdə nemətlər və xidmətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı barədə bütün qərarlar dövlət tərəfindən qəbul olıınur.Bu cəmiyyət hansı sistemdədir:

A) Qarışıq iqtisadi sistemdə.

B) Bazar iqtisadi sistemində.

C) İbtidai icma ictimai sistemində

D) İnzibati amirlik.

E) Ənənəvi iqtisadi sistemdə.

345. Bu cəmiyyətdə dövlət heç bir rol oynamır, bütün qərarlar bazar subyektləri tərəfindən, bütün məsuliyyəti özləri daşımaqla, müstəqil qəbul edilir. Bu cəmiyyət hansı sistemdədir

A) Bazar iqtisadi sistemində..

B) Keçid dövrü iqtisadi sistemində

C) İnzibati amirlik.

D) Qarışıq iqtisadi sistemdə.

E) Ənənəvi iqtisadi sistemdə.

346. Bu cəmiyyətdə bütün resursların və maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakında dövlət bölməsi də, özəl bölmə də mühüm rol oynayırlar. Bu cəmiyyət hansı sistemdədir?

A) Qarışıq iqtisadi sistemdə.

B) Bazar iqtisadi sistemində.

C) İnzibati amirlik.

D) Keçid dövrü iqtisadi sistemində.

E) Ənənəvi iqtisadi sistemdə.

347. Bu təsərrüfatda maddi nemətlər və xidmətlər öz istehlakı üçün, ayrıca təsərrüfat vahidi daxilində istehlak edilməsi üçün istehsal olunurlar. Bu təsərrüfat hansı təsərrüfatdır?

A) Tənəzüllü iqtisadiyyat

B) Kapitalist əmtəə təsərrüfatı.

C) Sadə əmtəə təsərrüfatı

D) Natural təsərrüfatı.

E) Bazar təsərrüfatı.

348. Bu təsərrüfatda istehsalçı və istehlakçı arasında qarşılıqlı əlaqə bazar vasitəsilə təmin edilir və istehsalçının öz şəxsi əməyinə əsaslanır . Bu təsərrüfat hansı təsərrüfatdır?

A) Sadə əmtəə təsərrüfatı.

B) Kapitalist əmtəə təsərrüfatı.

C) Natural təsərrüfatı.

D) Tənəzüllü iqtisadiyyat

E) Bazar təsərrüfatı.

349. Aşağıdakılardan hansı əmtəə təsərüfatının yaranmasının ilkin şərtlərindən biridir?

A) Təbii əmək bölgüsü.

B) Əməyə görə bölü

C) Əmək bölgüsü.

D) İstehsalın təmərküzləşməsi.

E) İstehsalın mərkəzləşməsi.

350. Aşağıdakılardan hansı əmtəə təsərüfatının yaranmasının ilkin şərtlərindən biridir?

A) Mülkiyyət ayrı seçkiliyi.

B) Əməyə görə bölü.

C) Təbii əmək bölgüsü.

D) Pulun dövriyyəyə buraxılması.

E) Kağız pulların buraxılması.

351. Bazarın, istehsal sahəsini (istehsalçıları), istehlak sahəsi ilə (istehlakçıları), həmçinin vasitəçi ticarətçiləri birləşdirməkdən, onları əmək məhsullarının və xidmətlərin fəal mübadiləsi prosesinə qoşmaqdan ibarət olan funksiyası hansıdır?

A) Qiymətyaratma.

B) Tənzimləyici.

C) Nəzarətedici.

D) Həvəsləndirici.

E) Birləşdirici.

352. Bazrın milli iqtisadiyyatm sahələri, regionları arasında istehsal və mübadilə nisbətlərini təmin edən, tələb və təklifin qiymətə, həcmə və quruluşa görə tarazlığını təmin edən funksiya hansıdır?.

A) Tənzimləyici.

B) Birləşdirici.

C) Nəzarətedici.

D) Həvəsləndirici.

E) Qiymətyaratma

353. Bazarın istehsalçıları yeni məhsul yaratmağa, zəruri əmtəələri az xərclə istehsal etməyə və kifayət qədər gəlir götürməyə, elmi-texniki tərəqqini və bu zəmində istehsalm intensivləşdirməyə sövq edən fuksiya hansıdır?

A) Qiymətyaratma

B) Birləşdirici.

C) Nəzarətedici.

D) Tənzimləyici

E) Həvəsləndirici.

354. Aşağıdakılardan hansı azad bazarın üstünlüyü hesab olunmur:

A) Heç kimin mənfəət əldə etmədiyi məhsul və xidmətlərlə təmin etmək iqtidarında deyil.

B) Qiymətlər vasitəsilə istehsala kapital qoyuluşunu istiqamətləndirir.

C) Cəmiyyətdə resursların səmərəli bölüşdürülməsi.

D) ETT-nin nailiyyətlərindən maksimum istifadə.

E) Özütənzimləmə mexanizmi əsasıda fəaliyyət göstərir

355. Aşağıdakılardan hansı azad bazarın üstünlüyü hesab olunmur:

A) Elm və texnikada fiındamental tədqiqatlar aparmaq üçün vəsait ayırmır

B) Qiymətlər vasitəsilə istehsala kapital qoyuluşunu istiqamətləndirir.

C) Cəmiyyətdə resursların səmərəli bölüşdürülməsi.

D) Özütənzimləmə mexanizmi əsasıda fəaliyyət göstərir.

E) Bazar subyektlərinin seçim və fəaliyyət azadlığı

356. Aşağıdakılardan hansı azad bazarın üstünlüyü hesab olunur:

A) Elm və texnikada fiındamental tədqiqatlar aparmaq üçün vəsait ayırmır.

B) Bərpaolunmaz resurslarm qorunmasma rəvac vermir

C) Bazar əhalinin həyat səviyyəsinin təbəqələşməsinə gətirir

D) Cəmiyyətdə resursların səmərəli bölüşdürülməsi.

E) Heç kimin mənfəət əldə etmədiyi məhsul və xidmətlərlə təmin etmək iqtidarmda deyil.

357. Aşağıdakılardan hansını bazarın deformasiyasının əsas əlamətlərinə aid etmək olmaz:

A) Rəqabətin günü-gündən kəsginləşməsi

B) Kommersiya fəaliyyətində müstəqilliyin olmaması.

C) Əmtəə-pul mübadiləsi əvəzinə barter mübadilələrinin artması.

D) İstehlakçıda əmtəə seçmək hüquqımun olmaması.

E) Fəaliyyətini müxtəlif mülkiyyət formaları əsaında quran çoxsaylı bazar subyektlərinin olmaması.

358. Aşağıdakılardan hansı bazarın subyektlərinə görə növlərinə aid deyildir?

A) İnvestisiya bazarı.;

B) Satıcı bazarı;

C) Dövlət təşkilatları bazarı;

D) Vasitəçilər bazarı.

E) Alıcı bazarı

359. Obyektlər üzrə bazar quruluşuna aid edyildir.

A) Dünya bazarı;

B) İş qüvvəsi bazarı;

C) İstehsal vasitələri bazarı;

D) Qqiymətli kağızlar, valyuta bazarı;

E) Əmtəə və xidmətlər bazarı

360. Bazarm infrastrukturunun əsas elementləri aid deyildir.

A) Emissiya sistemi və emissiya bankları;

B) Vergi sistemi və vergi müfəttişliyi ;

C) Kredit sistemi və kommersiya bankları;

D) Muzdla işləyənlərin həmkarlar ittifaqları ;

E) Əhalinin intellektual inkişafının təmin edilməsinə yönümlənmiş xidmət sahəsi.

361. Bazar infrastrukturunun funksiyalarına aiddir

A) Bazar subyektlərinin operativliyini və səmərəliliyini yüksəltmək.

B) İş fəallığının həvəsləndirilməsi təyinatlı ictimai və dövlət fondların yaratmaq.

C) İnformasiya mərkəzləri və kütləvi informasiya vasitələri agentliklərini təsis etmək;

D) Qeyri-birja vasitəçiliyi formalarına üstünlük vermək.

E) Xüsusi azad sahibkarlıq zonalarıni yaratmaq

362. Transaksion xərcləri təçkil edir:

A) Təsərrüfat müqavilələrinin bağlanması və onların həyata keçirilməsi ilə əlaqədar məsrəflərdir

B) Məhsulun istehsal edilib istehlakçıya çatdırlmasına qədər olan xərcləri özündə birləşdirir.

C) İstehsal xərcləri və orta mənfəətin cəmindən ibarətdir.

D) Alternativ xərclərin bir növüdür.

E) Sabit və dəyişən xərclərin cəmidir.

363. Mülkiyyət obyektinin subyekt tərəfindən iqtisadi, zorakılıq və hüquqi yollarla digər subyektlərdən özgələşdirilməsi aşağıdakılardan hansına aiddir?

A) Istifadə etmə

B) Sərəncam vermə.

C) Sahiblik.

D) Mənimsəmə..

E) İdarəetmə

364. Təyinatından asılı olaraq əşyanın faktiki tətbiq edilməsi aşağıdakılardan hansına aiddir?

A) Istifadə etmə.

B) Sərəncam vermə.

C) Sahiblik.

D) Mənimsəmə.

E) İdarəetmə

365. Səxsin mülkiyyət obyektinin fəaliyyət göstərməsi barədə qərar qəbul etməsi aşağıdakılardan hansına aiddir?

A) Sərəncam vermə.

B) Istifadə etmə.

C) Sahiblik.

D) Mənimsəmə.

E) İdarəetmə

366. Dövlət mülkiyyətinin dəyişdirilməsi üzrə tədbirlər məcmusu, dövlətin iqtisadiyyatda hədsiz rolunu aradan qaldırmağa yönəldilən tədbir :

A) Səhmdarlaşma.

B) Dövlətlənmə.

C) Özəlləşdirmə

D) Dövlətsizləşdirmə.

E) İdarəetmə .

367. Mülkiyyətin ayrı-ayrı vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə verilməsi:

A) Özəlləşdirmə

B) Dövlətlənmə.

C) Dövlətsizləşdirmə.

D) Səhmdarlaşma.

E) Mənimsəmə.

368. Kollektiv mülkiyyət formasına aid deyildir:

A) Şəxsi yardımçı təsərrüfat.

B) İstehlak kooperasiysaı.

C) Səhmdar mülkiyyəti.

D) Assosasiyalar.

E) Kooperativ mülkiyyəti.

369. Fərdi təsərrüfat formasına aiddir.

A) Qarışıq müəssisələr.

B) Səhmdar mülkiyyəti.

C) Bələdiyyə mülkiyyəti.

D) Əmək təsərrüfatı

E) Vətəndaşlar.

370. Xüsusi mülkiyyət hüquqi formasına aiddir:

A) Əmək təsərrüfatı..

B) Vətəndaşlar.

C) Bələdiyyə mülkiyyəti.

D) Qarışıq müəssisələr.

E) Səhmdar mülkiyyəti

371. Mülkiyyətin obyektlərinə aiddir:

A) Qiymətli kağızlar

B) Səhmdar mülkiyyəti.

C) Bələdiyyə mülkiyyəti.

D) Qarışıq müəssisələr.

E) Vətəndaşlar.

372. Bazar iqtisadiyyatının subyektilərinə aid deyildir:

A) Qiymətli kağızların dövriyyəsi.

B) Öz əməyini satan işçilər;

C) Sonuncu istehlakçılar;

D) Borc kapitalının sahibləri;

E) Sahibkarlar;

373. Ailənin funksiyalarına aid deyildir:

A) İnsan kapitalının yaradılmasının idarə edilməsi

B) İnsan kapitalının formalaşdırıcısı

C) Sosiallaşma funksiyası

D) Doğum funksiyası.

E) İstirahət funksiyası.

374. Valideynlərin uşaqlara tələbini nə müəyyənləşdirir:

A) Babanın vəsiyyəti.

B) Ailənin maddi imkanları

C) Ailənin ənənəsi.

D) Uşaqların faydası və valideynlərin ümumi razı qalmalarının səviyyəsi.

E) Uşaqların arzusu

375. Uşağa olan tələbin artmasına hansı amil təsir göstərir.

A) Uşağa son həd xərclərin səviyyəsini düşməsi.

B) Ailə gəlirinin sabit qalması.

C) Uşağların son hədd faydalılığının azalması.

D) Ailənin təhsil səviyyəsinin artması.

E) Təsadüfi doğuşların sayı.

376. Aşağıdakılardan hansı maliyyə nəzarəti əsasında hüquqi müstəqil şirkətlərin bir vahiddə birləşməsi nəticəsində əmələ gələn biznes təşkili formasıdır?

A) Konsern;

B) Firma.

C) Konqlomerat.

D) Səhmdar cəmiyyəti

E) Sindikat.

377. Aşağıdakılardan hansı istehsal amillərinin planlı kombinasiyası vasitəsi ilə əmtəə və xidmətlərin hazırlanması və reallaşdırılması yolu ilə şəxsi maraqlarmı həyata keçirən təsərrüfat vahididir.

A) Sindikat.

B) Konsern

C) Konqlomerat.

D) Səhmdar cəmiyyəti

E) Firma.

378. Aşağıdakılardan hansı səhmlərin satışı yolu ilə pul vəsaitlərinin mərkəzləşdirilməsi əsasında istehsalın təşkıli formasıdır

A) Səhmdar cəmiyyəti.

B) Konsern;

C) Konqlomerat.

D) Konsern

E) Sindikat.

379. Aşağıdakılardan hansı bir şəxsə məxsus,lakin müstəqil fəaliyyət göstərən şirkətləri özündə birləşdirən şirkətlər qrupudur.?

A) Konqlomerat.

B) Səhmdar cəmiyyəti.

C) Konsern;

D) Konsern

E) Sindikat.

380. Aşağıdakılardan hansı müəyyən məqsədlər üçün özlərinin maliyyə imkanlarını birləşdirən və əsasən başında müəyyən varlı ailələrin dayandığı şirkətlər qrupudur

A) Konqlomerat.

B) Konsern;

C) Maliyyə qrupu.

D) Konsern

E) Sindikat.

381. Aşağıdakılardan hansı müştərilərin olan tələblərinin alınması yolu ilə məhsulun realizə edilməsi üzrə ticarət sazişlərini sürətləndirən kommersiya fəaliyyəti formasıdır.

A) Faktorinq..

B) Lizinq

C) Francayzinq.

D) Marketinq.

E) Menecment.

382. Hansı cəmiyyətdə səhmdarlar öhdəliklərinə görə yalnız ödədikləri kapital müqabilində məsuliyyəti daşıyırlar?

A) Məhdud məsuliyyətli cəmiyyətdə

B) Qapalı cəmiyyətdə.

C) Açıq cəmiyyətdə.

D) Əlavə məsuliyyətli cəmiyyətdə

E) Qeyri-komersiya təşkilatlarında.

383. Hansı cəmiyyətdə səhmdarlar öhdəliklərinə görə nizamnamə kapilaından göstəriləndən artıq məsuliyyəti daşıyırlar?

A) Məhdud məsuliyyətli cəmiyyətdə

B) Qapalı cəmiyyətdə.

C) Əlavə məsuliyyətli cəmiyyətdə

D) Açıq cəmiyyətdə.

E) Qeyri-komersiya təşkilatlarında.

384. Hansı cəmiyyətdə səhmdarlar ancaq təsisçilərdən ibarət olmalıdır?

A) Qapalı cəmiyyətdə.

B) Açıq cəmiyyətdə.

C) Məhdud məsuliyyətli cəmiyyətdə

D) Əlavə məsuliyyətli cəmiyyətdə

E) Qeyri-komersiya təşkilatlarında.

385. Hansı cəmiyyətdə səhmdarlar təsisçilərdən başqa kənar şəxslər də ola bilər?

A) Açıq cəmiyyətdə.

B) Qapalı cəmiyyətdə.

C) Məhdud məsuliyyətli cəmiyyətdə

D) Əlavə məsuliyyətli cəmiyyətdə

E) Qeyri-komersiya təşkilatlarında.

386. Aşağıdakılardan hansı səhmdar cəmiyyətinin üstünlüklərinə aiddir?

A) İnhisarlaşmaya meyllilik

B) Cəmiyyətin fəaliyyəti üzərində ciddi nəzarət.

C) Şəriklərin məsuliyətinin qeyri müəyənliyi.

D) İdarəetmə aparatının böyüklüyü.

E) Əlavə kapitalı cəlb etməkdə geniş imkanlar.

387. Aşağıdakılardan hansını bazarın deformasiyasının aradan qaldırılması amilinə aid etmək olmaz:

A) Bazarın vəziyyəti haqqındakı tam və sərbəst informasiyanın olmaması

B) Kommersiya fəaliyyətində müstəqilliyin artırılması.

C) Azad qiymətyaratma mexanizminin olması .

D) Fəaliyyətini müxtəlif mülkiyyət formaları əsaında quran çoxsaylı bazar subyektlərinin olması

E) Rəqabətin günü-gündən kəsginləşməsi.

388. İllik faiz dərəcəsinin 8% olduğunu və bunım yeganə xərc olduğunu fərz edərək gizli xərcləri hesadlayın.

Gizli xərclərin hesadlanması üçün verilənlər

A) (I)20,(II)32,(III) 224

B) (I)18,(II)42,(III) 280,

C) (I) 2,(II)38,(III)80

D) (I)12,(II)18,(III)24,

E) (I) 36,(II)72,(III) 180.

389. Tələbə Həsənovun həftə ərzində diskotekaya getməklə əldə etdiyi faydalılığı və son hədd faydalılığını göstərən cədvəli doldurun.

Cədvəl 1 Gedişlərin miqdarı ilə faydalılığın əlaqəsi.



A) 20.18.3.2.1.0.-1.

B) 5.6.7.9.0.3.4.

C) 1. 2.3.4.5.6.7

D) 8.4. 3. 2. 1. 0, .-2

E) 0.1.3.2.4.6.7.-3.

390. Cədvəl 4-ün verilənləri əsasmda əməyin fiziki məhsulımım son hədd məhsulunu həcmini hesablayın.

Cədvəl 4 Əməyin orta və son hədd məhsulunun həcmi

A) 15, 7, 5, 3, 0, -2

B) 0, 15, 11, 9, 7.5, 6

C) 0, 15, 22, 27, 30, 30

D) 0, 5, 6, 7, 9, 10.

E) 15, 7, 5, 3, 0

391. İllik faiz dərəcəsinin 8% olduğunu və bunun yeganə xərc olduğunu fərz edərək mühasibat mənfəəti hesadlayın və cədvəl 8-i doldurun.

Cədvəl 8 mühasibat mənfəətin hesadlanması üçün verilənlər

A) (ı)25; (ıı)100; (ıı)200,

B) (ı) 22.5, (ıı)50; (ııı) 20

C) (ı)22.5,(ıı)100,(ııı) 200

D) (ı)22.5, (ıı) 100,(ııı)280

E) 25(ı), 50,(ıı), 200,(ııı)

392. İllik faiz dərəcəsinin 4% olduğunu və bunun yeganə xərc olduğunu fərz edərək aşağıdakı cədvəldə mühasibat mənfətin hesablayın

A) 4.2,90,1250;

B) 90,32,400,

C) 300,500,3000;

D) 50,50,500.

E) 60,90,200.






Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə