İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında



Yüklə 319,36 Kb.
səhifə1/3
tarix17.11.2018
ölçüsü319,36 Kb.
#83626
  1   2   3

İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetaları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərenerji” ASC-nin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan, səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslər, “Azərsu” SC-nin, “Azərbaycan Hava Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərişıq” ASC-nin, “Azərikimya” DŞ-nin və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - iri dövlət vergi ödəyiciləri) maliyyə-təsərrüfat fəaliyyətinə, onların gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasına və icrasına nəzarəti daha da gücləndirmək, habelə bu sahədə şəffaflığın artırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:[1]

1. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrinin ilkin variantmı hər il iyulun 1-dək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hazırlanması məqsədilə yaradılan Komissiyaya təqdim etsinlər.

2. İri dövlət vergi ödəyiciləri növbəti ilin gəlir və xərclər smetalarını və müvafiq investisiya proqramlarını razılaşdırmaq üçün hər il dekabrın 1-dək aidiyyəti sahə nazirliyinə, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etsinlər. [2]

3. İri dövlət vergi ödəyiciləri öz gəlirlər və xərclər smetalarını aidiyyəti sahə nazirliyi, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyatvə Sənaye Nazirliyi ilə razılaşdırmaqla hər il fevralın 25-dək təsdiq etsinlər. Hər il gəlirlər və xərclər smetaları müəyyən olunmuş müddətdə təsdiq edilməyəcəyi təqdirdə, həmin vaxtdan (fevralın 25-dən) təsdiq olunan dövrə qədər iri dövlət vergi ödəyiciləri əməkhaqqı və ona bərabər tutulan ödənişlər, əməkhaqqı fondundan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar, bank kreditləri, vergi və digər icbari ödənişlər istisna olmaqla, digər xərclər əvvəlki ilin müvafiq dövrü ərzində faktiki istifadə olunmuş xərclərin 50 faizindən çox ödənişlərə yol verməsinlər.

4. İri dövlət vergi ödəyiciləri təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatı hər rübdən sonra 45 günədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə və aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə təqdim etsinlər. Təsdiq olunmuş smetaların icrası barədə rüblük hesabatlarda iri dövlət vergi ödəyicisinin daxilolmaları həmin dövr üçün təsdiq edilmiş proqnoz göstəricilərindən 20 faiz (və ya ondan yuxarı) az və ya çox olduqda, bu barədə hesabatla birlikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə əsaslandırılmış məlumatlar təqdim edilir.[3]

4-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi təsdiq olunmuş gəlirlər və xərclər smetalarının rüblük icrası barədə hesabatları təhlil edib nəticəsi barədə ildə 1 dəfə martın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə birgə məlumat təqdim etsinlər.[4]

5. “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının tərtibi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

6. “İri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, növbəti ildə iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının icrası üzrə monitorinqin aparılması qrafikininAzərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Energetika Nazirliyi və Nəqliyyat Nazirliyi ilə razılaşdırılmış layihəsini təsdiq olunmaq üçün hər il dekabrın 1-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

8. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

Bakı şəhəri, 9 iyun 2005-ci il



               № 102

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin

    2005-ci il 9 iyun tarixli 102 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR



Yüklə 319,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə