İSA HÜSEYNOV (MUĞANNA)
Azərbaycanın görkəmli xalq yazıçısı, Azərbaycan SSR əməkdar incəsənət xadimi, ssenarist və kinoredaktor, "Nəsimi" mükafatının ilk laureatı İsa Mustafa oğlu Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.
Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında[3] baş redaktor (1964-1968)[4], redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.
1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.
Əsərləri
-
Bizim qızlar (pyes), 1953
-
Dan ulduzu (pyes), 1955
-
Hekayələr, 1957
-
Yanar ürək (pyes), 1960.
-
Doğma və yad adamlar (roman), 1962.
-
Teleqram (povest), 1963.
-
Yanar ürək (roman), 1965.
-
Tütək səsi (pyes və hekayələr), 1965.
-
Pyeslər, 1967.
-
Kollu koxa (pyes və hekayələr), 1969.
-
Ömrümdə izlər, 1971.
-
Saz (pyeslər), 1971.
-
Seçilmiş əsərləri (roman və pyeslər), 1972.
-
Yanar ürək, Doğma və yad adamlar, 1979.
-
Məhşər (roman), 1979.
-
İdeal (roman), 1985.
-
Türfə (roman),2009
-
Qəbiristan (roman),2013
-
Cəhənnəm (roman), 2013
-
GurÜn (roman),2013
-
İsahəq-Musahəq (roman),2013
İsa Hüseynov bir sıra filmlərin ssenari müəllifi olmuşdir.
Filmoqrafiyası:
-
Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
-
Dəli Kür (film, 1969)
-
İyirmialtılar (film, 1966)
-
Qərib cinlər diyarında (film, 1977)
-
Liderlik missiyası. 1-ci hissə (film, 2008)
-
Nəsimi (film, 1973)
-
Nizami (film, 1982)
-
Od içində (film, 1978)
-
Tütək səsi (film, 1975)
-
Ulduzlar sönmür (film, 1971)
-
Zəlimxan dastanı (film, 2007)
Yazıçı İsa Hüseynov xroniki ürək çatışmazlığından 2014-cü il 1 aprel tarixində gecəyarısı qəfildən vəfat etmişdir. Fəxri Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: |