Ислам маарифи илә ХҮласә танышлыг


DUADA ALLAHIN SİFƏTLƏRİNƏ DİQQƏT



Yüklə 3,89 Mb.
səhifə11/25
tarix21.10.2017
ölçüsü3,89 Mb.
#7521
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

DUADA ALLAHIN SİFƏTLƏRİNƏ DİQQƏT


Dua əslində insan tərəfindən Allaha qarşı bir diqqət və bəndəlik əlaqəsinin güclənməsidir. Bu əlaqədə bir tərəfdə böyük Allah, o biri tərəfdə isə günahkar bəndə dayanır. Bəndə öz günahlarını düşündükdə onda xəcalət hissi yaranır. Allahın geniş rəhmətinə diqqət yetirdikdə isə ümidvar olur. Bu ümid və qorxu halı insanda həmişə olmalıdır.

Şərafətli dualarda bu nöqtəyə çox diqqət göstərilmişdir. Dua edən həmişə özünü qorxu və ümid arasında görməlidir. Günahlarını gördükdə dili tutulur, peşimançılıq çəkir, başqa bir tərəfdən isə Allahın geniş rəhmətinə nəzər salıb ümidvar olur, Onun camal sifətlərinə tamaşada qərq olur, sərbəstlik taparaq dili açılır, söhbətə başlayır və Allahın rəhmətini diləyir. Buna görə də, imam Səccad (ə) Allahın dərgahına belə ərz edir:

“Ey mənim Ağam, Səni günahların lal etdiyi bir dillə çağırıram? (Günahlarımı düşündükdə xəcalətin şiddətindən səninlə söhbət edə bilmirəm.) Ey mənim Allahım, Səninlə xəta və günahların həlak etdiyi bir qəlblə münacat edirəm. (Elə bir qəlblə ki, xəta və günahlar onda ümid yeri qoymayıb.)

Elə bu mövzu “Xəmsə Əşərə” münacatında qeyd olunur: Ey Allah xəcalətdən dili tutlmuş zəlil bəndənə rəhm et”. Sonra ərz edir: Ey mənim Ağam, günahlarıma baxdıqda nalə çəkirəm, əfv kərəminə nəzər saldıqda rəhmətin məni tamaha salır (dilim açılır)”.

Bu mövzuya uyğun sözləri imam Hüseyn (ə) “Ərəfə” duasında deyir:

“Ey İlahi, rüsvayçılığım dilimi nə qədər lal etsə də, Sənin kərəm və böyüklüyün nitqimi açır. Pis sifətlərim məni mə`yus etsə də, Sənin sonsuz ehsanın məni tamaha salır!”



“QƏBZ” VƏ “BƏST” HALLARI, İLAHİ CƏMAL VƏ CƏLAL SİFƏTLƏRİNİN TƏCƏLLASI


Deyildiyi kimi, Allah ilə insan arasında təkvini rabitə vardır. Allah insana lütf etdikdə, insanın üzünə qapı açıldıqda o ucala bilər, Allah ilə münacat edib Onunla ünsiyyət yarada bilər. Daha aydın olmaq üçün anasının haqqında xəta etmiş, lakin ondan başqa heç bir sığınacağı olmayan bir uşaq təsəvvür edin. Uşaq nə qədər xətakar olsa da, anadan başqa heç bir sığınacaq axtarmır. Bəndə də Allaha olan ehtiyacını düşündükdə günahkar olmasına baxmayaraq, Onun rəhmətinə sığınmaqdan başqa heç bir çarə görmür. Bu halda bə`zən Allahın cəlal və əzəməti, bə`zən isə əfv, rəhmət və cəmal sifətləri aşkar olur. İlahi övliyalar öz məhbubları qarşısında iki halda olurlar. Bə`zən Allahın cəlal sifətlərinə diqqət yetirir və ilahi əzəmətə qərq olub özlərini alçaqlıq və kiçikliyin son həddində görürlər; ilahi qüdrətdən qorxuya düşürlər. Onun qorxu və əzəməti bütün vücudlarına dolur. Terminalogiyada “qəbz” adlanan bu halda bəndənin dili tutulur, qəlbinin tutulduğunu və ona bir pərdə çəkildiyini hiss edir. Lakin bə`zən Allahın camal sifətlərini düşünərək Onun camal sifətlərinin tamaşasına qərq olur və “bəst” halı tapırlar. Allah ilə söhbət edib Onunla dərdləşmək istəyirlər. Bu halda bəndənin dili açılır və Allah ilə söhbət etməkdən ləzzət alır. Bu hala terminalogiyada “dəlal” deyilir, yə`ni naz, işvə; bu halda bəndənin dili açılır, Allah ilə elə söhbət edir ki, guya öz təsəvvüründə və sözlərində onu təhdid edir. (pənah Allaha) İmam Səccad (ə) həmin Əbu-Həmzə duasında Allaha ərz edir:

İlahi, əgər məni cəhənnəmə aparsan onun sakinlərinə (və düşmənlərinə) deyəcəyəm ki, mən Səni sevirəm!”

Başqa bir yerdə isə deyir:

İlahi, əgər məni behiştə aparsan, Sənin peyğəmbərin xoşhal olacaq. Lakin cəhənnəmə aparsan Sənin düşmənin (şeytan) sevinəcək. Allaha and olsun, mən bilirəm ki, Sənin üçün peyğəmbərinin şadlığı şeytanın şadlığından daha əzizdir”.

Yə`ni, mən arxayınam ki, Sən peyğəmbərinin şadlığını düşməninin sevincindən üstün tutduğun üçün məni cəhənnəmə göndərməyəcəksən.

Bu iki halda dua edənin dili tamamilə fərqli durumdadır. “Bəst” halında dil naz, işvə halında olur. Lakin “qəbz” halında qorxu dua edənin bütün varlığını əhatə edir və danışmağa qüvvəsi qalmır. Bu halda bə`zən kamil mə`rifət sahiblərində qəşş və özündən getmə halı yaranır. Həzrət Əli (ə) və imam Səccad (ə) haqqında bu növ mövzular çox nəql olunmuşdur. Böyüklərdən nəql olunmuş bu dualarda uyğun iki halın tə`sirlərini tamamilə əldə etmək olar. Xüsusi ilə “Əbu-Həmzə”, “Kumeyl”, “Səbah” dualarında, “İmam Hüseynin (ə) Ərəfə duası”, “Münacati Xəmsə əşərə”, “Səhifeyi Səccadiyyə” və başqa kitablardakı bir çox dualarda “qəbz” və “bəst” halının tə`sirlərini müşahidə etmək olar.

İmam Səccad (ə) Əbu-Həmzə duasının bir hissəsində buyurur: Əgər məni belə bir halda qəbrə aparsalar, məndən pis halda kimsə olacaqmı?”

Başqa bir yerdə isə deyir:

“Əgər məni cəhənnəmə aparsan, düşmənlərinə deyəcəyəm ki, Allahın dostu idim!”

Bununla sanki Allaha demək istəyir: “Hamıya deyəcəyəm ki, Allah dostunu cəhənnəmə apardı!” Əlbəttə, bu sözləri demək bizim üçün münasib deyil. Yalnız kamil mə`rifətə çatmış şəxslər naz-qəmzə üzündən belə sözlər deyə bilər.

Bunlar Allahın camal sifətlərinin müşahidəsi nəticəsində ilahi övliyaların əldə etdiyi “dəlal” (naz etmək) halından nümunələrdir.

Bu məzmun yaxınlıqlarından aydın olur ki, heç bir halda Allahın rəhmətindən mə`yus olmaq olmaz. Eyni zamanda, insan özünü Allahın qəzəbindən amanda bilməməlidir. İnsan həmişə qorxu və ümid arasında olmalıdır; Allah ona əzab verərsə, buna layiq olduğunu düşünməli, başqa bir tərəfdən, bütün günahları bağışlanarsa Allahdan heç bir şey azalmayacağını bilməlidir:

“Bağışlayanların ən yaxşısı olduğun üçün mənim günahımı əfv edirsən. Günahlarımı bağışlayıb məni əzaba düçar etsən, yenə də zülm etməmisən”.

Mö`min bəndə bu sözləri təkrarlamaqla özünü düzəldib həmişə qorxu və ümid arasında olmalıdır. Bununla da, nə təkəbbürlü olub Allahın qəzəbindən qəflətdə qalmaz, nə də Onun rəhmətindən mə`yus olmaz; Çünki bunların hər ikisi böyük günahlardandır.

Allahın saleh bəndələri, hətta övliya və mə`sum peyğəmbərlər qorxu halına düşdükdə vəsfolunmaz dərəcədə lərzəyə gəlirdilər. Əmirəl-mö`minin (ə), imam Səccad (ə), həmçinin başqa imamlarda münacat zamanı qəribə qorxu halı yaranırdı; onlar bə`zən bu qorxunun şiddətindən qəşş edirdilər. Digər bir tərəfdən isə Allahın fəzl və rəhmətini düşündükdə çox sərbəst olurdular, öz anasının qucağında naz edən uşaq kimi! Bu iki hal bir-birinə müxalif olmamalıdır. İnsan Allahın rəhmət və fəzilətinə nəzər saldıqda öz kiçikliyini və günahlarını unutmamalıdır. Allah ilə bəndə arasında əlaqənin yaranması üçün bu iki hal şərtdir.

Biz də imamların dua və münacatlarda bizə öyrətdiyi kimi özümüzü tərbiyə etməliyik: Həm öz kiçikliyimiz və xətalarımızı, həm də Allahın lütf, əfv və rəhmətinin genişliyini, düşünməliyik.



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin