Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 3,89 Mb.
səhifə18/25
tarix21.10.2017
ölçüsü3,89 Mb.
#7521
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

DÖRDÜNCÜ HİSSƏ

“MƏKARİMUL-ƏXLAQ” DUASINDAN SEÇMƏLƏRİN ŞƏRHİ


(1)

Əllahummə səlli əla Muhəmmədin və alih”.



SALEHLƏR DUASI


Pak imamlar tərəfindən nəql olunmuş bütün dualar Allah-təalaya yaxınlaşmaq üçün qiymətli vasitələrdir. Lakin bə`zi duaların əlavə məziyyətləri də vardır.

Bu dualarda Əhli-beyt maarifindən xəzinələr mövcuddur. Bu dualara diqqətlə nəzər saldıqda öz tutumumuz, düşüncəmiz, mə`rifətimiz və diqqətimiz qədərində onların qiymətli maarifindən bəhrələnə bilərik. “Məkarimul-əxlaq” duası1 bu növ dualardan sayılır. Bu böyük duanın hər cümləsi insan üçün mühüm dərslər və xəbərlərlə zəngindir. Adından mə`lum olduğu kimi, duanın əsas mövzusu əxlaqi məsələlərdir. Duanın məzmununa diqqət yetirdikdə dəyərli əxlaqi nöqtələr nəzəri cəlb edir.

Duanın adı bizə Allaha dua zamanı yalnız dünyəvi və maddi işləri düşünməməyi öyrədir. Əksər dua edənlər çox zaman maddi, dünyəvi ehtiyaclarının aradan qaldırılmasını istəyirlər. Əxlaqi fəzilətlərin əldə olunması üçün Allaha dua etməyin zəruri olduğunu çox az düşünürlər. Əxlaqi fəzilətlər maddi işlərdən üstün olduğundan onların əldə olunması üçün daha çox dua etmək lazımdır.

Biz, adətən ehtiyaclarımızın ödənməsi üçün maddi vasitələr olmadıqda dua edib Allahdan kömək istəyirik.

“Gəmiyə mindikləri zaman (dəryada batacaqların-dan qorxub, dində ixlas sahibi olan mö`minlər kimi) yalnız Allaha dua edərlər.”1

Dəryanın ortasında şiddətli dalğalar qalxdıqda insan boğulmaq təhlükəsi hiss edir. O bu zaman dua etməyə başlayır. İnsan çətin bir problemlə qarşılaşarkən onun aradan götürülməsi üçün gücü çatmayacağını gördükdə Allahdan kömək istəyir. Lakin hər bir ehtiyacımızı və olanlarımızın davamlılığını Allahdan istəməliyik. Çünki varlıq aləmi Onun qüdrəti altındadır. Bütün vasitə və səbəblərin qaynağı Odur. Həmçinin Allahın bizə əta etdiyi şeylərin davamlı olması Onun əlindədir. Bu baxımdan, qarşıya çıxan ehtiyaclarla mə`nəvi və əsas ehtiyaclar arasında bir fərq yoxdur.

Halal ruzi əldə etmək üçün işlə məşğul olan fəhlə evdən çıxdıqda əl, ayaq, göz, ağıl, həyat və ixtiyarında olan digər saysız ne`mətlərin Allah tərəfindən olduğunu düşünməlidir. Bu vasitələrin istənilən birində nöqsan yarandıqda o istəklərinə çatmayacaqdır. Demək, çalışmaqla yanaşı öz ehtiyaclarını Allahdan istəməlidir.

Elm öyrənən şagird təhsil almaq üçün çalışmalı, lakin müəllim, kitab, eşidən qulaq, düşüncə, sağlamlıq kimi vasitələrin Allah tərəfindən olduğuna inanmalıdır. Əgər bu vasitələr davamlı olmazsa, o elm öyrənməyə müvəffəq olmayacaqdır. Demək, insan Allahdan elm öyrənmək vasitələri əta etməsini istəməlidir.

İnsanın əsas ehtiyaclarından biri gözəl əxlaq və insani səciyyələrdir. Çalışıb kobud əxlaqdan uzaqlaşmaq, onun yerinə əxlaqi fəzilətləri canişin etmək lazımdır. Lakin bütün vasitələr və səbəblər Allahın ixtiyarında olduğu üçün bu işdə də Allahdan tövfiq istəməliyik. Yaranış nizamındakı bütün vasitə və səbəblər ilahi feyzin axarıdır.

DUANIN QƏBULU ÜÇÜN SALAVAT ZİKRİ


Məhəmməd və Ali-Məhəmmədə salavat zikr etmək peyğəmbər qarşısında ədəb göstəricisi və duanın qəbul olma səbəbidir. Bə`zi rəvayətlərdə bildirilir ki, duanın qəbulu üçün onu Məhəmməd və Ali-Məhəmmədə salavat göndərməklə başlayın. Çünki Məhəmməd və Ali-Məhəmmədə salavat həmişə qəbul olur. Allah isə birinci duanı qəbul edib, ikinci duanı qəbul etməməkdən daha kəramətlidir. Başqa bir rəvayətdə göstərilir ki, duanızı salavatla başlayıb, onunla qurtarın. Bununla da sizin duanız iki qəbul olunmuş duanın arasında qəbul edilsin. Çünki Allah duanın əvvəlini və axırını qəbul edib, ortasını qəbul etməməkdən daha kəramətlidir.

Bu böyük duanın da əvvəlində və hər hissəsindən sonra Məhəmməd və Ali-Məhəmmədə salavat zikr olunmuşdur.



İMAN VƏ YƏQİNİN ƏN ÜSTÜN VƏ KAMİL MƏRHƏLƏSİNƏ ÇATMA YOLU


İmam (ə) salavat zikr etdikdən sonra buyurur: İmanın ən kamil mərtəbəsini mənə mərhəmət buyur mənim yəqinimi ən üstün yəqin et”.

İnsan Allahdan mə`nəvi ne`mətlər tələb etdikdə onların ən üstün mərtəbəsini istəməlidir. Adətən, biz maddi və dünyəvi ehtiyaclarımızı tələb etdikdə onların ən üstününü istəyirik. Lakin insani səciyyələri əldə etdikdə onların aşağı mərtəbəsi ilə kifayətlənirik. Yüksək təlaş göstərdikdə vacib göstərişlərə əməl edib haramlardan çəkinirik ki, cəhənnəm oduna düçar olmayaq. Amma imam (ə) bu duada bizə öyrədir ki, himmətli olaq və öz dualarımızda peyğəmbərlərin imanı kimi iman və sadiqlərin yəqini kimi yəqin istəyək. Əgər bu məqamı kəsb etməyə layiq olmasaq, Allah öz tutumumuz qədər bizə əta edəcəkdir.

Həmişə böyük maddi ne`mətlərlə yanaşı bəla olur. Maddi ne`mətlər nə qədər çox olarsa, onun başağrısı və qüssəsi də çox olar. Lakin mə`nəvi ne`mətlər bu cür deyil. Mə`nəvi ne`mətlər nə qədər üstün olarsa, onların ləzzəti, səadəti və kamilliyi də bir o qədər çox olar. Beləliklə, iman və yəqinin ən üstün mərtəbəsini əldə etmək üçün himmət göstərməli və Allahdan kömək istəməliyik.

İmanın dərəcələri var. Bu dərəcələr artıb-azala bilər. Qur`ani-Kərim buyurur: “Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. . .”1

İmam bu duada Allahdan imanın heç bir əskikliyi olmayan, ən üstün dərəcəsini istəyir. İmam yəqin barəsində “ən yaxşı” tə`birini işlədir. Bu bəlkə də yəqinin yüz faiz qəti e`tiqad olmasından irəli gəlir. Beləliklə, yəqinin üstün və ya aşağı mərtəbələri olduğunu demək olmaz. Lakin onun üçün növlər tə`yin etmək olar. Yəqinlərin keyfiyyəti fərqlidir. Onun növlərindən biri dəlil yolu ilə hasil olur. Bu “elmül-yəqin”dir. Başqa bir növ isə kəşf və müşahidə ilə əldə olunur. Bu isə “eynül-yəqin” adlanır. Üçüncü növ isə həqiqəti tapmaq və ona qovuşmaq ilə əldə olunur. Buna isə “həqqul-yəqin” deyilir.

Mövzunun yaxşı anlaşılması üçün stəkanda dadlı bir şərbət təsəvvür edək: Bir şəxs onu görməyib, lakin sadiq bir xəbər vasitəsi ilə onun mövcudluğuna inanıb; ikinci şəxs şərbəti stəkanda görür; üçüncü şəxs isə bu şərbəti içir. Burada hər üç nəfərin şərbətin olmasına “yəqin”liyi var. Lakin onların yəqinləri fərqlidir. Bəlkə də, duada “əfzəl” sözündə məqsəd yəqinin ən üstün və ən kamil növüdür. Bunu isə adətən əxlaq alimləri “həqqül-yəqin” kimi tə`bir edirlər.




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin