Исламда нүмунәÂИ Ãадынлар


Qədr gecəsinin əhəmiyyəti və Fatimə (s)



Yüklə 1,31 Mb.
səhifə18/33
tarix21.10.2017
ölçüsü1,31 Mb.
#8151
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

Qədr gecəsinin əhəmiyyəti və Fatimə (s)


Qədr gecəsinin əhəmiyyəti hamıya aydındır. İlin gecələri arasında onun tək şərafətlisi yoxdur. Qədr gecəsi bir il üçün talehlərin yazıldığı, ilahi bərəkətin nazil olduğu gecədir. Onun fəziləti min ayın fəzilətindən artıqdır.1

Bu gecədə ilahi mələklər haqqın layiq bəndəsinə nazil olar. Bu gecədə Allahın xüsusi mərhəmət qapıları hamı üçün açıqdır. Layiq insan ibadət və bu gecəni oyaq qalmaqla bəhrələnmək ümidindədir.

Gərək özü «Qədr gecəsi» adlanan Fatimə (s) bu gecəni necə keçirir. Fatimə (s) bu gecəyə o qədər əhəmiyyət verir ki, gecə oyaq qalmaları üçün azyaşlı övladlarını əvvəlcədən hazırlayır. İstəyir ki, körpələr sübhədək ibadət edib, öz gələcək səadətlərinə tə’minat alsınlar. («Bəhar» cild 94).

Fatimənin (s) qaydası bu idi ki, Qədr gecəsi ailədən kimsə yuxuya getməsin. Bir gün əvvəldən ailəni azca yedirməklə, istirahətlə gecəni oyaq qalmağa hazırlayırdı. Buyurardı ki, məhrum Qədr gecəsinin xeyr və fəzilətindən əli çıxan şəxsdir.

Deyilənlər o xanımın övlad tərbiyəsində dini əmrlərə nə qədər əhəmiyyət verdiyini göstərir. Aydın və bariz nümunələrdir – hətta körpələri Qədr gecəsində oyaq qalmasına çalışır. Hansı ki, xalqın əksər hissəsi belə bir gecədə öz cavanlarını yaddan çıxarır.

Demək, övlad tərbiyəsi o zaman düzgün olar ki, dini göstərişlərə əməl edilsin. Ailə məsələləri, tərbiyə üsulu bu şərtlər daxilində əhəmiyyətli olur.

Əslində mövzudan çıxıb, islamda bə’zi ailə və tərbiyə məsələlərinə toxunmağımız yəqin ki, faydalı olacaq.

Ailə və ər-arvad münasibətləri


Daimilik, əbədilik eşqi bütün varlıq aləminin batinində gizlənmişdir. Buna görə də aləmin bütün zərrələri Allahın ifadəsi və dəlilidir (məzhər və həyat).

Şəhadət aləmində bu həqiqət (əbədilik eşqi) evlənmə qanunları ilə həyata keçir. Bu qanun bütün şəhadət nizamında tətbiq edilir və cinsin davamı, həyatın gedişi, hamiləlik, doğum bu yolla mümkündür.

Qur’ani-kərim bu sirrin üstündən pərdəni qaldırıb, insanın diqqətini bu həqiqətə yönəldir ki: «Yerin yetişdirdiklərindən, onların özlərindən bilmədiklərindən cütlər yaradan Allah pak müqəddsdir».1 Yenə buyurulur: «Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb, ibrət alasınız».2 İnsan da bu qanunlardan kənarda qalmayıb. Nəslini davam etdirmək üçün o da bu qanunlarla yaşayır. Bu qanun da digər ilahi qanunlar kimi sabitdir. «Sən Allahın qoyduğu qanunlarda heç bir dəyişiklik görməzsən».3

Şəriət qanunları inkişaf qanunlarına uyğun olduğundan şəriət nizamında da ictimai və fərdi həyat həmin qanunlara riayətlə davam edir. Cəmiyyət o zaman həyatdan faydalanır ki, ilahi qanunlara uyğun hərəkət etsin. Çünki ilahi qanunlar inkişaf qanunları kimi cəmiyyətə həyat verir. «Ey iman gətirənlər, Peyğəmbər sizi dirildəcək haqqa vət edəndə Allahın Onun peyğəmbərinin vətini qəbul edin».4

əgər cəmiyyət ilahi qanunlardan kənarlaşarsa, insani həyatdan məhrum olar. Həzrət Peyğəmbər (s) buyurur: «Dini qanunlardan imtina edib, kənarlaşan şəxs vəhy göndərişindən uzaqlaşmışdır». Bu şəxs heç vaxt dini həyatdan faydalanmayacaq. Dini həyatdan məhrum olan şəxs diri olmayacaq. Çünki yalnız ilahi və dini qanunlar insani cəmiyyətə həyat verir. Bu şəriət qanunları da inkişaf qanunları tək dəyişməzdir.

Evlənmədə məqsəd


İlahi qanunlardan hər birinin müəyyən faydası vardır. Bu faydanı həmin qanunun məqsədi kimi qəbul etmək olar. Evlənmə, nikah qanununun da diqqət ediləsi çox mühüm və müqəddəs məqsədləri var. Hansı ki, bə’ziləri evlənmənin məqsədini cinsi ehtiyacların tə’mini kimi başa düşürlər. Əslində isə nikahda bir çox məqsədlər vardır.

Birnci: Paklıq


İnsanın təbii və fitri istəklərindən biri cinsi ehtiyacdır. Bu istəyin tə’mini üçün başqa hallarda olduğu kimi insanın öz həmnövünə ehtiyacı vardır. Bu istək ya qanuni nikah, evlənmə yolu ilə, ya da günah və azğınlıq yolu ilə ödənə bilər.

Allah-təala insanın fitri ehtiyaclarının ödənməsi üçün düzgün, şər’i yollar müəyyənləşdirib. Vaxtında Müqəddəs evlənmə hökmünü yerinə yetirməklə cəmiyyət müxtəlif pozğunluqlardan qorunur. Cəmiyyətin təmizliyi və paklığı üçün Qur’an bu hökmün yerinə yetirilməsini tə’kid edir: «Aranızda olan subay kişiləri ərsiz qadınları, əməli-saleh kölə cariyələrinizi evləndirin».1

İslam Peyğəmbəri cəmiyyətin əxlaqının qorunmasında evlənmənin rolu barədə buyurur: «Evlənən şəxs dininin yarısını hifz etmiş olur, digər yarısı üçün isə təqva seçilməlidir». Başqa bir rəvayətdə isə buyurulur: «Allaha ibadətin yarısı evlənməklə min edilir».2 Müstədərk»də deyilir: «Allaha pak ruhla ibadət etmək istəyən şəxs evlənməlidir. Evlənməklə paklıq əldə edilər».

Deməli, evlənmənin mühüm məqsədi fərdin və cəmiyyətin saflığını tə’min etməkdir.


İkinci:Layiqli övlad tərbiyəsi


Dini mətnlərdə əsas yer tutan evlənmə məqsədlərindən biri saleh və layiqli övlad tərbiyəsidir. Bu ailənin ən böyük məs’uliyyəti hesab olunur. Bu işdə müvəffəqiyyət qazanmaq üçün isə böyük ilahi ne’mətlərdən faydalanmaq lazımdır.

Dini əsərlərdə evlənməyə rəğbətləndirilir ki, valideyn ilahi tərbiyəyə nail olsun. Evlənmədə məqsəd şəhvət alovunu söndürmək deyil və bu məqsəd heyvanlara məxsusdur. Qur’ani-kərim buyurur: «Qadınlar sizin tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin».3 Peyğəmbər (s) və onun Əhli-beyti də bunu tə’kid etmişlər.

İmam Sadiqdən (ə) rəvayət olunub ki, insanın səadəti layiqli övladdadır. («Vəsail» cild 15). Həzrət (ə) buyurur ki, layiqli övlad Allahın ata-anaya hədiyyə etdiyi güldür. («Vəsail» cild 15). Yenə nəql olunur ki, mö’min bəndənin yadigarı, mirası onun üçün bağışlanma istəyəcək layiqli övladdır. («Vəsail» cild 15). Buna əsasən demək olar ki, evlənmənin digər bir müqəddəs məqsədi layiqli övlad tərbiyəsidir. Bunu tə’kid edən ayə və rəvayətlərdən nümunələr göstərdik.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin