İstedadlı qələm sahibi,qüdrətli şair /metodiki vəsait



Yüklə 37,59 Kb.
səhifə1/3
tarix10.01.2022
ölçüsü37,59 Kb.
#108499
  1   2   3


ŞİRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİlMİŞ KİTABXANA SİSTEMİ


Tofiq Bayramın anadan olmasının- 85

Illiyi münasibətilə

İstedadlı qələm sahibi,qüdrətli şair

/metodiki vəsait/

ŞİRVAN-2019

Tofiq Bayram – 85.
Həyat və yaradıcılığı
Tofiq Qulam oğlu Bayramov ( Tofiq Bayram ) 1934 – cü il dekabr ayının 16 – da Bakının Əmircan kəndində anadan olmuşdur. 1954 – 1959- cu illərdə APİ-nin (indiki ADPU) tarixi fakultəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1959-cu ildə “Azərbaycan müəllimi “ qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır.

1960- 1951- ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitə- sində ədəbi işçi , 1961- 1964- cü illərdə M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, 1964- 1968-ci illərdə “Ulduz” jurnalı, 1968-1978-ci illərdə”Ədəbiyyat və incəsənət” qazeti redaksiyasında şöbə müdiri, 1978- ci illərdə”Yazı-çı”nəşriyyatında baş redaktor müavini vəzifələrində işləmişdir.

İlk şeiri 1950- ci ildə, orta məktəbdə oxuduğu zaman dərc olunmuşdur. 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir.

Yaradıcılığının əsas qayəsi yalnız Azərbaycan vətəni və Azərbaycan xalqı olmuş- dur. T.B ayram sovet dövründə millətçi və vətənpərvər ruhda ən güclü şeirləri yazmış şairlər sırasındadır.

Tofiq Bayramın müxtəlif illərdə nəşr etdirdiyi”Ana təbəssümü” ( 1961),” Mənim şair xalqım” (1963),Sizi düşünürəm”(1964),”Azərbaycan dünya gəzir” (1965), “İnamım, əqidəm” (1969),”Gərək elə yanım” (1971),”Azərbaycan deyəndə” (1974) ,”Ürəkdən ürəyə (qardaş xalqlar poeziyası) 1975) “ Əsriin oyunu”( şeirlər və poemalar) (1979) “Könlümdə yaşayanlar” (1980) ,”Məsləkim,,silahım”(1984),”Ay gecikəm məhəbbətim “(1987),”Ay anam Bakı!”( 2012), “Azərbaycanım”(2015) və s.kitablarına hər bir Azərbay-can ziyalısının evində rast gəlmək olar. Tofiq Bayram yaradıcılığında tərcümə xüsusi yer tutmuş,A.Tvardovskinin “Üfüqlərdən-üfüqlərə”, “Durnalar” və Dostları qoruyun”,”Yad- daşın hökümü”, “Ürəkdən –ürəyə”şeir kitablarını, Puşkinin “Rekviyem” poemalarını və ispan dramaturqu Lope de Veqanın Hiyləgər məşuqə” əsərini ustalıqla Azərbaycan dilinə tərcümə etmişdir.

Fədakar şairin xidmətləri dövlət tərəfindən yüksək giymətləndirilmişdir.O, 1984-cü ildə Azərbaycanın”Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 1988 –ci ildə A.T.Tvardovskinin”Yaddşın hökmü” poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı olmuşdur.

Tofiq Bayram 1991-ci il aprel ayının18-də vəfat etmiş, doğma kəndində dəfn edil- mişdir.

Ümummilli lider Heydər Əliyevin təşəbüsü ilə Əmircan kəndində istirahət parkına onun adı verilmiş və şairin əzəmətli büstü qoyulmuşdur. Parkın açılışında şəxsən iştirak edən Ulu Öndər şairin yaradıcılığına yüksək qiymət verdiyini bir daha bildirmişdir. “...Bəli,Tanrım ona bəxş etdiyi mənalı ömrünü başa vurub,şeirləri qəlblərdə kök salmış olan insanlardan həmşəlik ayrıldı Tofiq Bayram lakin sağlığında əbədilik qazandığı üçün silinib getmir xatirələrdən...”2005-ci ildə “Azərbaycan telefilm” Yaradıcılıq Birliyində şair Tofiq Bayramın həyat və yaradıcılığından bəhş edən “Şair haqqında ballada”sənədli filimi çəkilmişdir.


Yüklə 37,59 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin