İstəkli soydaşlarım!
Dünən mənim yaşadığım ölkənin, İsveçin Parlamenti başdan - ayağa cəfəngiyyat olan, yalan və iftiralarla dolu qondarma "erməni soyqırımı"nı tanıdı. Bu hala içim yandı! Ermənilərin bu qədər ikiüzlü olmasına yox, sadəcə dünyanın erməniləşməsi, erməni havasına oynaması məni çox məyus etdi. Parlamentin iclasından video filmləri durmadan nümayiş etdirən İsveç dövlət TV kanalları daha sonra türk yazarı Orxan Pamukdan çəkdiyi filmi ekrana gətirib, onun bir türk olaraq "erməni soyqırımı" nı təsdiqləməsini vurğulayırdı. Dörd il bundan öncə, 2005 - ci ildə O. Pamuk ədəbiyyat üzrə Nobel mükafatı alanda bu mükafatın ona əsərlərinə görə yox, türkə etdiyi xəyanətə görə verildiyini "Ermənipərəst yox, erməni Orxan Pamuk" yazımla açıqlamışdım. O zaman üstümə hücum çəkən "türk" millətindən olan ağzı göyçək soydaşlarım məni çox qınadılar ki, ömründə bir türk Nobel mükafatı alıb, sən də onu vurursan. Mən bu hadisəyə o zaman təəssüf etmişdim, indi də təəssüf edirəm ki, ləyaqətə görə yox, xəyanətə görə verilən mükafata ziyalılarımız ağız suladır. Mən belələrinə anlamaz demirəm, sadəcə ulu yazarımız Çingiz Aytmatovun dili ilə MANQURT deyirəm.
Biz bizə erməni əli ilə atılan şərdən qurtarmaq üçün yalnız bir yol seçməliyik, o da TÜRK BİRLİYİNİN YARANMASI! Aşağıdakı yazımda bütün bunları şərh etdiyim üçün mövzunu daha geniş açmayıb, birbaşa yazının özün sizə təqdim edirəm.
Eluca Atalı
Ermənipərəst yox, erməni Orxan Pamuk
Bütün Nobel mükafatı alanların sevincinə şərik olmuşam. Bu mükafat nə vaxt, hansı məqsədlə və hansı sahəyə görə almalarından asılı olmayaraq. Onların gərgin və eyni zamanda zəngin əməyinin nəticəsi olduğunu qəbul etmişəm. Həm də bunu ayrı-ayrı fərdin əməyinə qiymət kimi yox, insanın yaratdığına qiymət və sayılmaq kimi qəbul edirəm. Qeyd etmək lazımdır ki, bu mükafatda olan pulun müəyyən məbləğinin faizini XX əsrin əvvəllərində Bakıda çıxan neftdən gələn gəlir təşkil edir. Bunu yazmaqda məqsədim pulun hardan gəlib, hara getməsini, onun rolunu, marşrutunu aydınlaşdırmaq deyil. Biz türklər deyirik: “Pul vəfasızdır, əl çirkidir.” Elə bu səbəbdən də əldən-ələ keçər və bir əldə qalmaz.
Təkcə öz oturduğu imperiyanı özü dağıdan SSRİ-nin keçmiş prezidenti M.Qarbaçovdan savayı. O, alanda sevinmədim. Çünki o bu mükafatı ləyaqətinə görə almadı, xəyanətinə görə aldı. Heç nə yox, onun 20 Yanvar 1990-cı ildə Bakıda törətdiyi kütləvi qırğın, günahsız, əliyalın adamların üzərinə tank sürüb qan tökməsi bağışlanılmazdır. Dünya nəinki buna göz yumdu, üstündən sakit keçdi, əksinə onu qiymətləndirdi. Bizsə hər zaman olduğu kimi “Dünyaya bizim həqiqətimiz çatmır”—dedik. SADƏLÖVhCƏSİNƏ... Dünyaya həqiqət lazım deyil, mənfəət lazımdır, fayda lazımdır. Kim ona daha çox lazımdır, kimdən bəhrə götürürsə, onu da qoltuqlayır.
Builki Nobel mükafatını isə ədəbiyyat sahəsindəki xidmətlərinə görə “türk” yazarı Orxan Pamukun alması məni heç sevindirmədi. Çünki o, öz mənsub olduğu milləti sataraq mükafat aldı. Satqını isə təbrik etməzlər. Düzdür, mənim təbrikim heç ona lazım da deyil, o, bunu məndən ummur. Bu mükafatı erməni yazarına versəydilər heç heyifslənməzdim. Əməyi olanın qiymətləndirilməsi heç də pis iş deyil. Amma mükafat alarkən “türkün otuz min kürdü, bir milyon ermənini qırmasını” deməsi və “məndən başqa heç bir türkün hünəri çatmır bunu etiraf etməyə"—əlavə etməsi təkcə mənəviyyatsızlıq deyil və həm də həyasızlıqdır. İki il əvvəlsə “otuz min kürdü türklər qırıb” –deyərək Beynəlxalq sülh mükafatı almışdı. Bununla da damağında şirə qalmışdı. Amma görünür təkcə damağında şirə yox, eyni zamanda ürəyində sözü qalıbmış. Yoxsa ikinci dəfə həddini aşaraq bu cür “parlaq, məntiqli nitqlə” ortaya çıxmazdı.
Türkün, yaltaqlarının evini yıxan özgəyə yalmanmaq, üzü özgəçiliyə güclü meyl və yaddaşsızlıqdır. Həm də qeyd etmək lazımdır ki, tarixi yaddaşsızlıqdır. Onun başına açılan oyunu tez unudur və düşmənlə qəlbən barışır.
Biz heç kəsin aqibətinə qısqanmırıq və barışırıq. Kim nə qazanırsa bu onun halalı olsun. Amma qazanan bilməlidir ki, yalnız ləyaqətlə əldə olunan ona baş ucalığı gətirir.
Insanın yaratmaq imkanı sonsuzdur. Onun nə səddini çəkmək mümkündür, nə də həddinin aşmaması üçün göstərişlər vermək inanmıram bir nəticə versin və bəşər tarixində olan real hadisələr də göstərir ki, bu cür məsələlərdə qadağalar müsbət nəticə verməyib. Versəydi, Xəlil Rza Ulutürkün azadlıq eşqini, Nəsiminin, Janna Darkın əqidə sevgisini söndürmək çox asan olardı.
Qərb türkə qarşı məkirli siyasətini həmişə həyata keçirir, maddiyyata şirnikləndirərək.
Əslində dünyanı bu günə salan istedadsızlar deyil, istedadlılardır. Istedadı heç kəs dana bilməz. Gərək kor olasan ki, onu görməyəsən. Yalnız görülməyən inkar edilir. Bəşər dahilərdən öyrənir, onların yolunu gedir, məktəbini yaşadır. Amma təəssüf ki dahilərin doxsan doqquz faizində mənəviyyat olmayıb, idrak olub. Yazıb yaradıblar, qoyub gediblər, öyrəniblər, özləri də öyrəniləsidi. Amma nə heyf ki, onların çoxunda mənəviyyatlı idrak olmayıb. Söhbətimə aydınlıq gərirmək üçün bir də millət məsələsi haqda demək istəyirəm.
Millət—keyfiyyətdir, əlamətdir.
Millət necəlik bildirir, sifət kimi.
Hər bir sifətdə necəlik görünür.
Hər bir millətin özünəməxsus keyfiyyəti, əlaməti, necəliyi var. Bu baxımdan türkçülük, türk millətinə məxsusluq, onun daxilində, fitrətində milyon illərdi daşıdığı əyilməzlik, barışmazlıq kimi əlamətlərlə ölçülür.
Türk olmaq birsifətlik deməkdir. Türkün xəmirində, mayasında, mahiyyətində birsifətlik—riyakarlığa zidd olan bütövlük çox yüksək səviyyədədir. Bu baxımdan türkçülük müasir kütləvi diplomatiyaya qarşı duran mənəvi bir müqavimət gücüdür.
Müasir dünya erməni havasına oynayır. Çünki onun rəngi boz-bulanıqdı, nə bir rəng tapa bilir, nə də sabit halda qalır. Erməni bu oyunda təkcə ifaçı deyil, həm də oyunun özünə çevrilib, bədbəxtcəsinə.
Türkün bir keyfiyyəti də öldürməyi sevməyib, döyüşməyi sevməsidi, meydanın özünə sevgi bəsləməsidir.
Türk ölümlə öcəşib. Odlu silah çıxanda Koroğlu qılıncı yerə qoyub, “kişilik getdi” deyib. Çünki türk heç vaxt arxadan vurmayıb, üzbəsurət döyüşüb.
Ölümdən, öldürməkdən həzz alan monqol olub.
Hind siyasətçisi Cavahirlər Nehru türkü belə ifadə edirdi:”Türk öldürməyi sevməyib, məcbur olub öldürdüyünün üzərində diz çöküb uşaq tək ağlayıb.” Bunu ki biz deyib özümüzü tərifləmirik. Bunu bizi kənardan müşahidə edən “Ümumdünya tarixinə bir nəzər” kimi qiymətli əsərlə bütün dünya tarixini müqayisəli şəkildə yazıb, qızına dünyanı öyrən deyən siyasətçi deyib. Dünyaya təmənnasız, onun hadisələrinə təkcə fakt kimi yanaşmayıb, o, kitabında güclü fəhm var. Elə ona görə də zindan görüb, məhrumiyyətlərə duçar olub, çünki ruh adamı olub.
Türk olmaq birsifətli olmaq deməkdir. Öz mənafeyinə görə özünü, dostunu, millətini satmaq demək deyil.
Hər bir xalq üç keyfiyyət birliyini təmsil edir:
1. Etnos birliyi
2. Tarixi aqibət birliyi
3.Mədəniyyət və xüsusi ilə dil birliyi
Mən öz qənaətimi bu yerdə bildirmək istəyirəm, həm də və ən əsası, dördüncüsü demirəm, RUH birliyi olmalıdır.
Erməni ilan xislətlidi, yıxıldı yalvarır, qalxdı çalır.
Orxan Pamuk təmiz türk deyil və təəssüf ki, türklər başqa millətlərlə evlənəndə onlardan doğulan KENTAVR olur. Qanı atasından, ruhu anasından.
Ailədə tərbiyəni ana verir, bu danılmaz faktdır və nə etsən də uşaq hər zaman ana tərəfdə olur.
Hələ XVIII əsrin əvvəllərində IPyotur əti ilə, qanı ilə öz millətinə xidmət edən,1721-ci il böyük Rus imperiyasını yaratmış kişi, öz vəsiyyətində deyir ki, rus qızları bacardıqca türklərlə evlənsinlər. Evləndilər də... Qaraqaş, qaragöz ruslar doğuldu, türklər yox. Qarabağ müharibəsin isə nəticəsini gördük. Hər bir tarixi qələbənin arxasından elə bir məğlubiyyət oldu ki, ağlasığmayan.
Pyoturun uzaqgörənliyini heç kim inkar edə bilməz...
Bu gün elə bir milli mənliyi olan türk tarixçisi ortaya çıxıb, pamuk kimilərin milli mənşəyini, soy-kökünü, kimliyini araşdırıb bu məsələyə cavab versin və onun türk olmadığını deyib, ondan bir yazar kimi imtina etsin. Bu satqınlıq halını ədəbiləşdirir.
Bu gün dünyanın bu cür hərəkət etməsi Avropanın türkə qarşı olan tarixi acığıdır. Acıqsa sirkə kimidir, qalıb tündləşir, kinə çevrilir. Əslində onların bizə qarşı olan kini türkün tarixi qələbələrinə görədi. Bu kin türkü vəhşi kimi qələmə verir. Amma qərb yaddan çıxarmasın ki, türk Bizansı məhv eləmədi, ölümdən qurtardı. Türkdə heç vaxt quldarlıq olmayıb, o, hara gedibsə qulları azad edib. Qərb Şərq despotçuluğundan danışır, amma Avropada olan qladiator döyüşündən, öldürməkdən ləzzət almasından, vəhşiliyə bəh-bəhlə əl çalmasından, inkivizsiya məhkəməsindən danışmırlar. Səlib yürüşlərindən desinlər. Adam öz eybinə necə də kor olarmış.
Sonda böyük filosofumuz Asif Atanın 1988-ci ildə yazdığı bır izharını diqqətinizə çatdırıram.
Türkdən qorxu türkə böhtan yaratdı
İzhar
Azərbaycan xalqı görünəndən artıqdır.
Onun Şərqliliyi də ölməyib, Türklüyü də.
Sönməyən közü alışdırmaq gərək.
Vətən bizim ölməzliyimizdir. Onu qorumasaq, ölərik. Rusiya İmperiyasının qorxduğu bir qüvvə vardır—Türklər.
SSRİ İmperiyasının qorxduğu bir qüvvə var—Türklər. Qorxu böhtan yaratdı—Türk vəhşiliyi” böhtanı.
Türkün mənliyini dandılar, mərdliyini avamlıq kimi, sərtliyini qəddarlıq kimi qələmə verdilər, yaradıcı duhasını inkar etdilər. Indi də türkdən qorxurlar, bu səbəbdən də onu təkləyirlər.
Dünya ağaları türkü sevmir—Türkün Ağaları taxtdan salmasından qorxur.
Asif Ata xalqla görüşlərində deyirdi: “Erməni gec-tez türkün əlində öləcək.”
Əlbəttə, səbri daşmış türkün əlində.
Ulu Xaqan: “EY TÜRK, SƏN ÖZÜNƏ QAYIT, ÖZÜNƏ QAYIDANDA BÖYÜK OLURSAN!”
Şübhəsiz...
13 Xəzan, 28-ci il Bakı
13Oktyabr, 2006-cı il
Dostları ilə paylaş: |