İstiqamət kodu: İİM 010000 İqtisadiyyat


Problemin öyrənilmə səviyyəsi



Yüklə 156,7 Kb.
səhifə3/24
tarix13.05.2022
ölçüsü156,7 Kb.
#115882
1   2   3   4   5   6   7   8   9   ...   24
referat 3302 (2)
referat 611, referat 3302 (1), AZ rbaycan respublikasi t HS l naziRL Y az rbaycan d VL T QT s, Sənəd (1) (1)
Problemin öyrənilmə səviyyəsi. Büdcə-vergi siyasətinin təkmil­ləşdirilməsi prob­leminin tədqiqi, vergitutma bazasının geniş­lən­dirilməsi yol­larının araşdırıl­ması, büdcə xərclərinin səmərəliliyinin artırılması kimi məsələlər iqtisad elmi tərəfindən müxtəlif səviyyələrdə araşdırıl­mış­dır. Büdcə-vergi siyasətinin istiqamətlərindən olaraq məşğulluğun səviyyəsinin artırılması, işsizliyin səviyyəsinin azaldılması sosial sahənin problemlərinin həll edilməsində və iqtisadiyyatın inkişaf etdirilməsində mühüm rol oynaya bilər. Bunun üçün ilk növbədə istehsalat sahələrinin çoxaldılması və həmin sahədə sosial təminatların çalışması üçün müvafiq güzəştlərin dövlət tərəfindən istehsal obyektinə verilməsi çox gərəklidi.

Müstə­qilliyimizi bərpa etdikdən sonra yeni iqtisadi sistemə uyğun olaraq ölkəmizdə maliyyə-kredit sistemi, o cümlədən, büdcə-vergi məsə­lə­ləri ilə əlaqədar maraqlı və hərtərəfli tədqiqatlar aparılmışdır. Tanınmış iqti­sadçılarımızdan Z.Ə.Səmədzadə, S.M.Məmmədov, M.X.Həsənli, D.A.Bağırov, V.Nov­ru­zov, A.F.Musayev, B.A.Xankişiyev, M.M. Sa­dı­qov, S.İ.Səfərov, M.X.Meybullayev, F.T.Quliyev, A.M. Kəri­mov, Ş.Ş.Bədəlov, Y.A.Kəlbiyev, R.B. Məhərrəmov, V.Ş.Qurbanov və başqaları büdcə-vergi siyasəti, dövlət büdcəsi və vergi sisteminin müasir prob­lem­lə­ri­nin tədqiqinə öz əsərlərində geniş yer ayırmışlar.

Ümumiyyətlə, maliyyə resurslarının əhəmiyyətli sahələrə ayrılması mexanizminin işlənib hazırlanması və tətbiqi, büdcə gəlirlərinin artırılması mənbələrinin təkmilləş­di­ril­məsi, dövlət xərclərinin idarə edilməsi və ona müntəzəm nəzarətin gücləndiril­mə­si göstərilən problemlərin kompleks şəkildə öyrənilməsi zərurətini yaratmışdır. Məhz bu zərurət tədqiqat mövzusunun seçilməsini şərtləndirmiş və onun məqsəd və vəzifələrini müəyyən etmişdir.


Yüklə 156,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə