İXTİsas kommersiya fənn azərbaycan tariXİ



Yüklə 31,61 Kb.
səhifə1/9
tarix31.12.2021
ölçüsü31,61 Kb.
#112861
  1   2   3   4   5   6   7   8   9

Azərbaycan Dövlət İqtisad Universiteti

AD NAİLƏ

SOYAD ƏSƏDLİ

QRUP 906

FAKÜLTƏ BİZNES VƏ MENECMENT

İXTİSAS KOMMERSİYA

FƏNN AZƏRBAYCAN TARİXİ

MÜƏLLİMƏ XƏDİCƏ ABBASLI(T.Ü.F.D)

MÖVZU XV- XVIII ƏSRLƏRDƏ AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ

XV- XVIII ƏSRLƏRDƏ AZƏRBAYCAN FEODAL DÖVLƏTLƏRİ

Şirvanın şimal sərhəddi Dərbənd idi. Tarixi ənənə bu dövlətin əsasının qoyulmasını Sasani hökmdarı I Ərdəşirin (224-241), digər mülahizəyə əsasən isə I Xosrov Ənuşirəvanın (531-579) adları ilə bağlayır. 

Şirvan hələ qədimdən müxtəlif yerli və gəlmə tayfalarla məskunlaşmışdı. Bunu yazılı mənbələrlə yanaşı, arxeoloji və toponimik materiallar da sübut edir. V əsr müəllifı Favstos Buzand IV əsrin birinci yarısı ilə bağlı hadisələrdən danışarkən maskut hökmdarı Sanesanın "müxtəlif köçəri tayfalardan" ibarət qoşunu sırasında hunların, təvəsparların, xeçmatakların, ijmaxların, balasaçilərin və i.a. adını çəkir. VII əsrin əvvəlinə aid anonim bir mənbədə Cənubi Dağıstanda, Şirvanda və Xəzər dənizinin qərb sahillərində məskunlaşmış tayfalar sadalanır. Mətndə adları çəkilən və ehtimal ki, bəziləri istisna olmaqla, ölkənin avtoxton əhalisi olan ləklər, hunlar, xəzərlər, zekenlər (tsekanlar), xenuklar (xenavilər), kaspilər, şərvanlar, xsranlar, təvəsparlar, xeçmataklar, ijmaxlar, bakanlar, pikonaklar (peçeneqlər), maskutlar.

Köçərilərin basqınlarından qorumaq məqsədi ilə Sasani hökmdarları I Qubad və I Xosrov Ənuşirəvan Şirvana Lahican, Təbəristan, Gilan və sair əyalətlərindən irandilli tayfa köçürmüşdü. Türkdilli tayfaların Şirvana axını VI əsrdə xüsusilə güclənmişdi. Həmin dövrdə Qafqazda ən qüdürətli tayfa birliyi Dağıstan ərazisində yaşayan sabirlərə məxsus idi. Onlar Şirvanı və Arranı tutub keçmiş məkanları olan Dərbənd–Qəbələ zonasına yayılmışdılar. Təqribən I əsrdə orada yaşayan sabirlərin bir qismi yeli əhali ilə qaynayıb qarışaraq oturaq həyata keçmişdir. Şimali Qafqazda yaşayan türk tayfa ittifaqına qalib gələn I Xosrov Ənuşirəvan əsir alınmış 3 min hərbi başçını, o cümlədən ailələri ilə birlikdə 50 min nəfərdən ibarət türk döyüşçüsünü Arran və Şirvanda yerləşdirdi. Türkdilli tayfaların Şirvanda məskunlaşması prosesi intensiv olaraq davam etmişdir. VII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd əsir aldığı 40 min xəzəri Samur və Şabranarasındakı əraziyə köçürmüşdü.




Yüklə 31,61 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin