İxtisas: Tarix Fənn: Yeni tarix Kurs: 2 Qrup



Yüklə 74,71 Kb.
səhifə1/3
tarix01.01.2022
ölçüsü74,71 Kb.
#107086
  1   2   3
vyanabdu


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Fakültə: Tarix

İxtisas: Tarix

Fənn: Yeni tarix

Kurs: 2

Qrup: t 1096

Tələbə: Sadiqov Münasibət

Müəllim: Rövşən Hətəmov



Mövzu: Vyana konqresinin Yekun Aktı

Vyana konqresinin Yekun Aktı.

Tarix boyu həyati əhəmiyyət kəsb edən məsələlərin həllini istəyən dövlətlərin böyüklüyünə və mahiyyətinə görə gələcək üçün çox mühüm hesab edilən bir sıra görüşləri baş tutmuşdur. Böyük əhəmiyyət kəsb edən görüşlərdən danışarkən Vyana Konqresini mütləq qeyd etmək lazımdır — bu, Avropa dövlətlərinin Napoleonik Fransa üzərində qələbəsindən sonra baş tutan 1814–1815-ci illər beynəlxalq konqresidir.

Avropa dövlətlərinin Napoleon imperiyasına qarşı şiddətli və uzun sürən mübarizəsi Fransanın məğlubiyyəti ilə başa çatdı. Öz maraqlarını qorumağa çalışan qaliblər, eyni zamanda, əsas hədəfi Napoleonun dünya xəritəsində yaratdığı bütün dəyişikliklərin məhv edilməsində görürdülər. Vyana Konqresi haqqında danışmazdan əvvəl başa düşməliyik ki, onun 4 prinsipi var idi:

güc balansı;

kompensasiya;

legitimlik;

restovrasiya.

Legitimlik prinsipinə əsasən, Fransada Burbon sülaləsinin bərpasını, Papanın yenidən Papal dövlətlərin hökmdarına çevrilməsini və s. başa düşə bilərik.

Kompensasiya prinsipinə gəldikdə, məğlub olmuş güclər müharibənin təzminatını aldılar. Konqresin keçirilməsində əsl səbəb qalib dövlətlər arasında qazanılan uğurları bölüşdürmək idi.

Restovrasiya prinsipinin mahiyyəti 1 yanvar 1792-ci ilədək dövlətlər arasında olan sərhədlərin eyni qalmasına nail olmaq idi.

Nəhayət, buradakı “təməl daşı” bir dövlətin digərinə hökmranlığını və ya hər hansı müharibənin alovlanması ehtimalını aradan qaldırmalı olan güc balansı idi.

Vyana Konqresi bəzi çətinliklərlə, əsasən, maraqların müxtəlifliyi və tarixdə “Yüz günlük” kimi yer alan döyüşün sürgündən qayıtmış və yenidən hakimiyyətə gəlmiş Napoleon tərəfindən başladılması ilə üzləşməsinə baxmayaraq danışıqlar davam etdi. Konqresin yekun aktı 1815-ci il 9 iyun tarixində — Napoleonun Vaterloda son dəfə məğlub edilməsindən 9 gün əvvəl imzalanmışdı.


Yüklə 74,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin